Məhkəmə qərarları › İş №2-1(112)-461/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-461/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-461/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri LGBİ-nin 30 oktyabr 2020ci il tarixli **********141299 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC 05.06.2014-cü ildə təsis edilib və əsas fəaliyyət növü dərman vasitələrinin və kosmetik məhsulların ölkəyə idxal edərək, topdan satış mərkəzlərinə topdan satışını həyata keçirməkdir. Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə qurmuş, vergi hesabatlarını vaxtında verməklə dövlət büdcəsinə vergiləri vaxtlı-vaxtında ödəmişdir. Belə ki, vergi ödəyicisinin şəxsi vərəqəsindən görünür ki, İddiaçı QSC 2017-ci ildə - 416.209 (dörd yüz on altı min iki yüz doqquz) manat 53 (əlli üç) qəpik, 2018-ci ildə - 286.010 (iki yüz səksən altı min on) manat, 96 (doxsan altı) qəpik və 2019 ildə - 615.455 (altı yüz on beş min dörd yüz əlli beş) manat 47 (qırx yeddi) qəpik, ümumilikdə 1.316.675 (bir milyon üç yüz on altı min altı yüz yetmiş beş) manat, 96 (doxsan altı) qəpik dövlət büdcəsinə vergi ödəmişdir. Bakı şəhəri LGBİ tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında 23.08.2019-cu il tarixli qərar qəbul olunmuş, həmin qərarla iyul 2016iyun 2019-cu il dövrləri əhatə edən vergi yoxlaması keçirilmişdir. Yoxlama barədə qərar qəbul edildikdən təxminən 12 ay ərzində heç bir yoxlama getməmişdir, yəni yoxlama müddəti müxtəlif bəhanələrlə ya uzadılmış, ya da dayandırılmışdır. **********189123nömrəli səyyar vergi aktı isə 16.09.2020-ci il tarixdə tərtib edilmişdir. Akt və aktın çıxarılmasına əsas olmuş ekspert “MBA LTD" MMC-nin 10 sentyabr 2020-ci tarixli rəyi onlara təqdim edilmiş, tərəflərindən həmin səyyar akt, ekspert rəyi ilə razılaşmadıqları və yazılı şəkildə etirazlarını bildirəcəklərinə dair qeyd aparmaqla götürülmüş, səyyar vergi aktına və ekspert rəyinə olan etirazları vergi orqanına təqdim edilmişdir. Təqdim etdikləri etiraza onların iştirakları olmadan baxılmış və 30.10.2020-ci il tarixdə qərar qəbul edilmişdir. Bakı şəhəri LGBİ-nin 30.10.2020-ci il tarixli **********141299 nömrəli qərarına əsasən yoxlamanın əhatə edildiyi dövr üzrə vergilərin ümumilikdə 2006803.63 manat (əlavə dəyər vergisinin 1039856,95 manat, mənfəət vergisinin 966915,99 manat və ödəmə mənbəyində tutulan vergi məbləği 30,69 manat) azaldılması və ƏDV-nin 35253,75 manat artıq hesablanması müəyyən olunmuş və ümumilikdə 1.003.521,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəm halda həmin qərarla iddiaçıya 2.818.387,99 manat vergi hesablanıb və 03.11.2020-ci il tarixdə **********137200 nömrəli tələbnamə elektron-vergi idarəsi tərəfindən göndərilmişdir. "xxxx" MMC-nin inzibati icraat qaydasında vergi orqanının sifarişi ilə rəy vermək səlahiyyəti olmamışdır və verdiyi rəy etibarsızdır. İddiaçı QSC topdan satış ilə məşğuldur və öz brendi əsasında ölkəyə dərman vasitələri və kosmetik vasitələr idxal edir, bazarda həmin malları topdan satan yeganə subyektdir, ona anoloji tətbiq etmək obyektiv cəhətdən qeyri-mümkündür. Ekspert rəyində qeyd edilən dərman vasitələrinin tam əksəriyyəti və bütün növ kosmetik məhsullar yalnız İddiaçı QSC tərəfindən idxal edilir. Beləliklə, vergi orqanının bazar qiyməti müəyyən edərkən anologiya tətbiq etməsi hüquqaziddir, çünki bazarda İddiaçı QSC ilə məhz həmin dərman vasitələri və kosmetik məhsulların topdan satışı ilə məşğul ola biləcək şirkət və ya müəssisə yoxdur. Qiymətləndirmə cədvəlində qeyd edilən mallardan “after shave gel; after shave balm; Bronchicum 6,5 q/130 q elixir; Kuka lozenqest № 18; Qlyukoza 10% 200 ml; Qlyukoza 10% 400 ml; Qlyukoza 40% 20 ml №10; Qlyukoza 5% 200 ml; Qlyukoza 5% 400 ml; Qlyukoza 5% 500 ml; Qlyukoza 40% 10 ml; № 10” istisna olmaqla qalan bütün malların bazarda yeganə idxalçısı İddiaçı QSC-dir. İddiaçı QSC-nin ümumi satışı 5.852.476 manat dəyərində göstərilərək, bunun 1.527.616 manatı Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən mallar sırasına aid edilmişdir. Belə ki, İddiaçı QSC tərəfindən satışı həyata keçirilən mallar sırasında sözügedən səyyar vergi aktında iddia edilən sayda Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən mallar olmaması səbəbilə yuxarıda qeyd edilən məbləğ şişirdilmişdir və həqiqəti əks etdirmir. Bundan əlavə İddiaçı QSC tərəfindən Tarif Şurası tərəfindən tənzimlənən malların satışı Tarif Şurası qiymətlərindən aşağı qiymətə təqdim edilməmişdir və bu səbəbdən də sözügedən səyyar vergi yoxlaması aktında göstərilən kənarlaşma iddiası əsassızdır. Səyyar vergi aktında iyul 2016-cı il tarixindən avqust 2017-ci il tarixinədək müddətlər üçün əlavə dəyər vergisinin hesablanması VM-nin 56.1-ci və 85.4-cü maddələrinin müddəalarına əsasən müddətin keçməsi ilə əlaqədar olaraq əsassızdır. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndinə əsasən əvvəlcə 12.11.2019 və 10.12.2019-cu il tarixlərdə qərarla ekspertizanın keçirilməsi “Azərekspertiza” Birliyinə həvalə edilmiş, ekspert ayrılmış, lakin aktda qeyd olunmuşdur ki, ekspert rəyinin alınmasına zərurət yaranmamışdır. Lakin səyyar vergi yoxlaması aktının tərtib edilməsindən bir müddət əvvəl, yəni 28.07.2020-ci il tarixdə ekspertiza təyin edilmiş və rəy verilməsi heç bir səlahiyyəti olmayan "xxxx" MMC-yə həvalə edilmişdir. Mütəxəssis araşdırma apararkən müqayisə üsulundan istifadə etmiş və qiymətləri ona görə müəyyən etmiş, lakin qiymətlər hesablanarkən analogiyalar düzgün nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair 04.12.2020-ci il tarixli **********592100 №li yazılı etirazda göstərilmişdir ki, cavabdehin 23.08.2019-cu il tarixli **********188907 saylı qərarına əsasən İddiaçı QSC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə müəssisə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatı zamanı dərman vasitələrinin topdan satışı ilə məşğul olmuşdur. Bununla yanaşı Vergi yoxlaması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən götürülmüş, həmçinin vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, ekspert rəyi və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışıdır: Mənfəət vergisinin yoxlanması üzrə; Vergi ödəyicisi 2016-2018-ci illər üzrə gəlir və xərcinin uçotunu hesablama metoduna əsasən aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş və yoxlama zamanı araşdırılmışdır. Vergi ödəyicisi 2016-2018-ci illər üzrə gəlir və xərcinin uçotunu hesablama metoduna əsasən aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş və yoxlama zamanı araşdırılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin gəlirləri təqdim edilmiş e-VHF, e-QF və ilkin sənədlər əsasında fomalaşmışdır. Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi həmçinin, ekspert tərəfindən verilmiş rəyə əsasən ümumilikdə, 2016-cı il üzrə 56693,06 manat, 2017-ci 2082866,10 manat, 2018-ci il üzrə 3696775,28 manat və 2019cu il üzrə 16142,80 manat (ƏDV-siz) kənarlaşma yaranmışdır. Dövriyyə araşdırılarkən e- VHF və ilkin sənədlər əsasında ƏDV-yə cəlb olunan dövriyyənin (ƏDV-siz) iyul 2016-cı il üzrə 17692,78 manat artıq göstərildiyi, fevral 2017-ci il üzrə 1793,51 manat və fevral 2019-cu il üzrə 10814,73 manat azaldıldığı müəyyən olunmuşdur. Nəticədə, yoxlama ilə ƏDV-siz 2016-cı il üzrə 39000,28 manat (56693,06 - 17692,78), 2017-ci il üzrə 2084659,61 manat (2082866,10 + 1793,51), 2018-ci il üzrə 3696775,28 manat və 2019-cu il üzrə 16142,80 manat əlavə dövriyyə kənarlaşması olmuş və bu fərqlər mənfəət vergisi (2016, 2017 və 2018) bəyannamələrində gəlirlər hissəsində nəzərə alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Beləliklə, mənfəət vergisi (2016, 2017 və 2018) bəyannamələrində gəlir hissəsi e-VHF, e-QF, ilkin sənədlər, ekspert rəyi və Tarif (Qiymət) Şurasına əsasən yaranan əlavə hesablamalardan, mənfəətin xərclər hissəsi isə baza məlumatlarına və vergi ödəyicisi tərəfindən alınmış e-VHF, e-QF, icarə müqavilələrinə əsasən formalaşmışdır. Yalnız mənfəətin xərclər hissəsində malların dəyərinin silinməsi yoxlama ilə əhatə olunan dövrdə (mənfəət vergisi məqsədləri üçün 01.01.2016-cı il tarixdən) vergi ödəyicisi tərəfindən təqdim olunmuş mallara uyğun olaraq illik orta maya dəyəri və fifo metoduna əsasən digərləri (maya dəyərinin müəyyən edilməsi mümkün olmayanlar) isə satış qiymətləri ilə nəzərə alınmışdır. Mənfəət 2016 yoxlamaya əsasən - Hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 314423,63 manat (200-Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) gəlir 314423,63 manat qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236 ümumi gəlirdən çıxılan xərclər - 316910,80 manat, 221 malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 304907,27 manat, o cümlədən 221.1 əmək haqları - 97895,67 manat, 221.2 sosial sığorta haqları 21537,05 manat, 221.4 malın dəyəri - 134206,63 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.9 yanacaq xərcləri - 5618,62 manat, 221.11 rabitə xərcləri - 2638,10 manat, 221.13 bank xidməti üzrə xərclər - 9472,16 manat, 221.14 Reklam xərcləri -0.00 manat, 227 Amortizasiya ayırmaları - 1983,20 manat, 232 Digər xərclər - 10020,33 manat göstərilmiş və nəticə olaraq 314423,63- 316910,80= (-24 87,17) hesablanması öz əksini tapmış və ödəyici bu ili zərərlə başa vurmuşdur. Mənfəət 2017 yoxlamaya əsasən - Hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 3683444,40 manat (200 Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 3683444,40 manat və 219.3 xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi məzənnə fərqi 0.00 manat) gəlir qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236-ümumi gəlirdən çıxılan xərclər -2000495,27 manat, 221-Malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 1977188,42 manat, o cümlədən 221.1 əmək haqları - 110850,84 manat, 221.2 sosial sığorta haqları 24387,19 manat, 221.4 malın dəyəri - 1781853,90 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.9 yanacaq xərcləri - 8316,01 manat, 221.11 rabitə xərcləri - 5268,42 manat, 221.13 bank xidməti üzrə xərclər - 12603,02 manat, 221.14 Reklam xərcləri -370 manat, 227 Amortizasiya ayırmaları - 2026,40 manat, 230 sığorta üzrə xərclər- 0.00 manat, 232 Digər xərclər - 21280,45 manat, həmçinin 2016-cı [ il üzrə mənfəət vergisində yaranan -2487,17 manat zərər göstərilmiş və nəticə olaraq 3683444,40-2000495.27-2487,17=1680461,96 manat mənfəət yaranmışdır. Həmçinin, yoxlama zamanı Vergi Məcəlləsinin 121-ci maddəsinin müddəaları nəzərə alınmış və vergi ödəyicisinin 2014-cü il mənfəət vergisi bəyannaməsində yaranmış 58087,32 manat və 2015-ci il mənfəət vergisi bəyannaməsində yaranmış 78746,31 manat, hər iki il üzrə ümumilikdə 136833,63 manat zərər 2017-ci ilin mənfəəti hesabına kompensasiya edilərək hesablama zamanı nəzərə alınmışdır. Nəticədə, yoxlama ilə 2017-ci il üzrə 1543628,33 manat (1680461,96 manat - 136833,63 manat) mənfəət yaranmış və həmin mənfəətə əsasən 308725,67 manat (1543628,33 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Mənfəət 2018 yoxlamaya əsasən - hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 7076500,68 manat (200-Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 7076500,68 manat qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236-ümumi gəlirdən çıxılan xərclər - 3294814,91 manat, 221- malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 3233728,14 manat, o cümlədən 221.1 əmək haqları - 128754,36 manat, 221.2 sosial sığorta haqları 28969,73 manat, 221.4 malın dəyəri - 3001183,09 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.5 icarə haqları (fiziki şəxslər üzrə) -15015,20 manat, 221.9 yanacaq xərcləri - 10286,73 manat, 221.11 rabitə xərcləri - 6916,43 manat, 221.13 bank xidməti üzrə xərclər - 9063,56 manat, 221.14 Reklam xərcləri - 0.00 manat, 227 Amortizasiya ayırmaları - 1806,90 manat, 230 sığorta üzrə xərclər 259,69 manat, 232 Digər xərclər - 59020,18 manat, göstərilmiş və nəticə olaraq 7076500,68- 3294814,91=3781685,77 manat mənfəət və mənfəətə əsasən 756337,15 manat mənfəət vergisi hesablanması öz əksini tapmışdır. Nəticədə, 2016, 2017 və 2018-ci illər üzrə ümumilikdə büdcəyə hesablanmalı mənfəət vergisi 1065062,82 manat olmuşdur. Həmin dövrlər üzrə vergi ödəyicisi tərəfindən 98146,83 manat mənfəət vergisi hesablandığını nəzərə alsaq, büdcəyə hesablanmalı mənfəət vergisi 966915,99 manat (1065062,82-98146,83) azaldılmışdır. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi dərman və dərman vasitələrinin topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə yoxlamaya ekspert dəvət olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən topdan satılmış (e-VHF, e- QF vs ilkin sənədlər) dərman və dərman vasitələri araşdırılarkən aylar üzrə Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilib-göstərilməməsi araşdırılmışdır. Ekspert tərəfindən verilmiş rəyə əsasən ƏDV-siz 2016-cı il üzrə 56693.06 manat, 2017-ci il üzrə 1822686.13 manat, 2018-ci il üzrə 2436626.08 manat və 2019-cu il üzrə 8855.52 manat, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi nəticəsində isə 2016-cı il üzrə 0.00 manat, 2017-ci il üzrə 260179.97 manat, 2018-ci il üzrə 1260149.20 manat və 2019- cu il üzrə isə 7287.28-manat ƏDV-yə 18 %-lə cəlb olunmalı dövriyyə (ƏDV-siz) kənarlaşma yaranmışdır. Həm ekspert rəyi, həm də Tarif (qiymət) Şurası qiymətlərinə əsasən araşdırma ümumilikdə, 5852477,24 manat (ƏDV-siz) dövriyyə kənarlaşması olmuşdur. Beləliklə, büdcəyə hesablanmalı ƏDV 1053445,90 manat (5852477,24 manat x 18 %) azaldılmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə aylar üzrə təqdim olunmuş e- VHF, e-QF və ilkin sənədlər əasında formalaşmışdır. Əlavə dəyər vergisi bəyannamələri üzrə dövriyyə araşdırılarkən e-VHF və ilkin sənədlər əsasında ƏDV-yə cəlb olunan dövriyyənin iyul 2016-cı il üzrə 17692,78 manat, ƏDV 3184,70 manat artıq hesablandığı, fevral 2017-ci il üzrə 1793,51 manat, ƏDV 322,83 manat və fevral 2019-cu il üzrə 10814,73 manat, ƏDV 1946,65 manat azaldıldığı müəyyən olunmuşdur. Həmçinin, yoxlama zamanı vergi ödəyicisi tərəfindən ƏDV 48644,41 manat olan idxal olunmuş malların əvəzləşdirilməsinin aparılmadığı, ƏDV 606,60 manat isə artıq əvəzləşdirildiyi müəyyən olundu. Yoxlama ilə müvafiq düzəlişlər edilmiş və idxal olunmuş mallar üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi təmin edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) alınmış və iyun 2019-cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış 10.06.2019-cu il tarixli İB931616 nömrəli, həmçinin 30.05.2019-cu il tarixli İB658401 nömrəli e-VHF və Azərbaycan Qida Təhlükəsizliyi X3 Şəxsdən (VOEN: **********) alınmış və aprel 2019-cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış 08.02.2019-cu il tarixli HX551027 nömrəli e-VHF-lar təkrar əvəzləşməyə salındığı üçün əvəzləşmədən çıxarılmışdır. Nəticədə, yoxlama ilə 110,36 manat ƏDV məbləğinin azaldılması müəyyən olunmuşdur. Beləliklə, yoxlama zamanı büdcəyə hesablanmalı olan ƏDV-nin 1004603,23 manat (1053445,90 + 322,83 + 1946,65 + 606,60 + 110,36 - 3184,70 - 48644,41) azaldılması müəyyən olunmuşdur. Azaldılmış 1004603,23 manat məbləğə Vergi Məcəlləsinin 58,1-ci maddəsinə əsasən bu Məcəllənin 56.1-ci maddəsinin tələbləri gözlənilməklə 50% miqdarında yəni, 363324,76 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyindən tutulan vergi: Vergi ödəyicisi tərəfindən fiziki şəxsdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən və ÖMV-yə cəlb olunmalı icarə haqqı məbləğindən 219,20 manat az göstərilmişdir. Nəticədə, büdcəyə hesablanmalı ÖMV 30,69 manat (219,20 manat x 14 %) azaldılmış və azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 15,35 manat (30,69 manatx 50%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Göründüyü kimi vergi orqanı tərəfindən iddiaçı “Altes Union" QSC-də keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi- X4 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Bakı şəhəri LGBİ-nin 23.08.2019-cu il tarixli **********188907 saylı qərarına əsasən İddiaçı QSC-də (VÖEN ********** aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır: əmlak vergisi 2016-2018-ci illər; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-2018-ci illər; əlavə dəyər vergisi iyul 2016-iyun 2019-cu illər; mənfəət vergisi 2016-cı il 2018-ci illər; ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2016-2-ci rüb 2019-cu illər; MDSS-işəgötürənlərmuzdla işləyənlər əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-2ci rüb 2019-cu illər; işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018-2ci rüb 2019. Yoxlama nəticəsində16.09.2020-ci il tarixli **********189123 nömrəli akt tərtib edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən olunmuşdur: Mənfəət vergisinin yoxlanması üzrə; - Vergi ödəyicisi 2016-2018-ci illər üzrə gəlir və xərcinin uçotunu hesablama metoduna əsasən aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş və yoxlama zamanı araşdırılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin gəlirləri təqdim edilmiş e-VHF, e-QF və ilkin sənədlər əsasında fomalaşmışdır. Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi həmçinin, ekspert tərəfindən verilmiş rəyə əsasən ümumilikdə, 2016-cı il üzrə 56693,06 manat, 2017-ci il 2082866,10 manat, 2018-ci il üzrə 3696775,28 manat və 2019-cu il üzrə 16142,80 manat (ƏDV-siz) kənarlaşma yaranmışdır. Dövriyyə araşdırılarkən e-VHF və ilkin sənədlər əsasında ƏDV-yə cəlb olunan dövriyyənin (ƏDV-siz) iyul 2016-cı il üzrə 17692,78 manat artıq göstərildiyi, fevral 2017-ci il üzrə 1793,51 manat və fevral 2019-cu il üzrə 10814,73 manat azaldıldığı müəyyən olunmuşdur. Nəticədə, yoxlama ilə ƏDV-siz 2016-cı il üzrə 39000,28 manat (56693,06 - 17692,78), 2017-ci il üzrə 2084659,61 manat (2082866,10 + 1793,51), 2018-ci il üzrə 3696775,28 manat və 2019-cu il üzrə 16142,80 manat əlavə dövriyyə kənarlaşması olmuş və bu fərqlər mənfəət vergisi (2016, 2017 və 2018) bəyannamələrində gəlirlər hissəsində nəzərə alınmışdır. Mənfəət 2016 yoxlamaya əsasən - Hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 314423,63 manat (200-Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) gəlir 314423,63 manat qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236 ümumi gəlirdən çıxılan xərclər - 316910,80 manat, 221 malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 304907,27 manat, o cümlədən 221.1 əmək haqları - 97895,67 manat, 221.2 sosial sığorta haqları 21537,05 manat, 221.4 malın dəyəri - 134206,63 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.9 yanacaq xərcləri - 5618,62 manat, 221.11 rabitə xərcləri - 2638,10 manat, 221.13 bank xidməti üzrə xərclər - 9472,16 manat, 221.14 Reklam xərcləri -0.00 manat, 227 Amortizasiya ayırmaları - 1983,20 manat, 232 Digər xərclər - 10020,33 manat göstərilmiş və nəticə olaraq 314423,63- 316910,80= (-24 87,17) hesablanması öz əksini tapmış və ödəyici bu ili zərərlə başa vurmuşdur. Mənfəət 2017 yoxlamaya əsasən - Hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 3683444,40 manat (200 Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 3683444,40 manat və 219.3 xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi məzənnə fərqi 0.00 manat) gəlir qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236-ümumi gəlirdən çıxılan xərclər -2000495,27 manat, 221-Malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 1977188,42 manat, o cümlədən 221.1 əmək haqları - 110850,84 manat, 221.2 sosial sığorta haqları 24387,19 manat, 221.4 malın dəyəri - 1781853,90 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.9 yanacaq xərcləri - 8316,01 manat, 221.11 rabitə xərcləri - 5268,42 manat, 221.13 bank xidməti üzrə xərclər - 12603,02 manat, 221.14 Reklam xərcləri -370 manat, 227 Amortizasiya ayırmaları - 2026,40 manat, 230 sığorta üzrə xərclər- 0.00 manat, 232 Digər xərclər - 21280,45 manat, həmçinin 2016-cı il üzrə mənfəət vergisində yaranan -2487,17 manat zərər göstərilmiş və nəticə olaraq 3683444,40-2000495.27-2487,17=1680461,96 manat mənfəət yaranmışdır. Həmçinin, yoxlama zamanı Vergi Məcəlləsinin 121-ci maddəsinin müddəaları nəzərə alınmış və vergi ödəyicisinin 2014-cü il mənfəət vergisi bəyannaməsində yaranmış 58087,32 manat və 2015-ci il mənfəət vergisi bəyannaməsində yaranmış 78746,31 manat, hər iki il üzrə ümumilikdə 136833,63 manat zərər 2017-ci ilin mənfəəti hesabına kompensasiya edilərək hesablama zamanı nəzərə alınmışdır. Nəticədə, yoxlama ilə 2017-ci il üzrə 1543628,33 manat (1680461,96 manat - 136833,63 manat) mənfəət yaranmış və həmin mənfəətə əsasən 308725,67 manat (1543628,33 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Mənfəət 2018 yoxlamaya əsasən - hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 7076500,68 manat (200-Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 7076500,68 manat qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236-ümumi gəlirdən çıxılan xərclər - 3294814,91 manat, 221- malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 3233728,14 manat, o cümlədən 221.1 əmək haqları - 128754,36 manat, 221.2 sosial sığorta haqları 28969,73 manat, 221.4 malın dəyəri - 3001183,09 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.5 icarə haqları (fiziki şəxslər üzrə) -15015,20 manat, 221.9 yanacaq xərcləri - 10286,73 manat, 221.11 rabitə xərcləri - 6916,43 manat, 221.13 bank xidməti üzrə xərclər - 9063,56 manat, 221.14 Reklam xərcləri - 0.00 manat, 227 Amortizasiya ayırmaları - 1806,90 manat, 230 sığorta üzrə xərclər 259,69 manat, 232 Digər xərclər - 59020,18 manat, göstərilmiş və nəticə olaraq 7076500,68- 3294814,91=3781685,77 manat mənfəət və mənfəətə əsasən 756337,15 manat mənfəət vergisi hesablanması öz əksini tapmışdır. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi dərman və dərman vasitələrinin topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə yoxlamaya ekspert dəvət olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən topdan satılmış (e-VHF, e- QF vs ilkin sənədlər) dərman və dərman vasitələri araşdırılarkən aylar üzrə Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilib-göstərilməməsi araşdırılmışdır. Ekspert tərəfindən verilmiş rəyə əsasən ƏDV-siz 2016-cı il üzrə 56693.06 manat, 2017-ci il üzrə 1822686.13 manat, 2018-ci il üzrə 2436626.08 manat və 2019-cu il üzrə 8855.52 manat, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi nəticəsində isə 2016-cı il üzrə 0.00 manat, 2017-ci il üzrə 260179.97 manat, 2018-ci il üzrə 1260149.20 manat və 2019- cu il üzrə isə 7287.28-manat ƏDV-yə 18 %-lə cəlb olunmalı dövriyyə (ƏDV-siz) kənarlaşma yaranmışdır. Həm ekspert rəyi, həm də Tarif (qiymət) Şurası qiymətlərinə əsasən araşdırma ümumilikdə, 5852477,24 manat (ƏDV-siz) dövriyyə kənarlaşması olmuşdur. Beləliklə, büdcəyə hesablanmalı ƏDV 1053445,90 manat (5852477,24 manat x 18 %) azaldılmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə aylar üzrə təqdim olunmuş e- VHF, e-QF və ilkin sənədlər əasında formalaşmışdır. Əlavə dəyər vergisi bəyannamələri üzrə dövriyyə araşdırılarkən e-VHF və ilkin sənədlər əsasında ƏDV-yə cəlb olunan dövriyyənin iyul 2016-cı il üzrə 17692,78 manat, ƏDV 3184,70 manat artıq hesablandığı, fevral 2017-ci il üzrə 1793,51 manat, ƏDV 322,83 manat və fevral 2019-cu il üzrə 10814,73 manat, ƏDV 1946,65 manat azaldıldığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV 48644,41 manat olan idxal olunmuş malların əvəzləşdirilməsinin aparılmadığı, ƏDV 606,60 manat isə artıq əvəzləşdirildiyi müəyyən olundu. Yoxlama ilə müvafiq düzəlişlər edilmiş və idxal olunmuş mallar üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi təmin edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) alınmış və iyun 2019-cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış 10.06.2019-cu il tarixli İB931616 nömrəli, həmçinin 30.05.2019-cu il tarixli İB658401 nömrəli e-VHF və Azərbaycan Qida Təhlükəsizliyi X3 Şəxsdən (VOEN: **********) alınmış və aprel 2019-cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış 08.02.2019-cu il tarixli HX551027 nömrəli e-VHF-lar təkrar əvəzləşməyə salındığı üçün əvəzləşmədən çıxarılmışdır. - 2016, 2017 və 2018-ci il üzrə ümumilikdə büdcəyə hesablanmalı mənfəət vergisinin 1065062,82 manat olduğu, həmin dövrdə vergi ödəyici tərəfindən 98146,83 manat mənfəət vergisinin hesablandığı nəzərə alınmaqla, büdcəyə hesablanmalı mənfəət vergisinin 966915 manat azaldıldığı müəyyən olunmuş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında – 483458,00 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. - büdcəyə hesablanmalı olan ƏDV-nin 1004603,23 manat azaldılması müəyyən olunmuş, azaldılmış 1004603,23 manat məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bu Məcəllənin 56.1-ci maddəsinin tələbləri gözlənilməklə 50% miqdarında yəni, 363324,76 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - vergi ödəyicisi tərəfindən fiziki şəxsdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən və ÖMV-yə cəlb olunmalı icarə haqqı məbləğindən 219,20 manat az göstərildiyi müəyyən olunmuş. Nəticədə büdcəyə hesablanmalı ÖMV 30,69 manat azaldılmışdır. Azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci mddəsinə əsasən 50 % miqdarında, yəni 15,35 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə hər hesabat dövrü üzrə 40,00 manat olmaqla, ümumilikdə 120,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141299 saylı qərarı ilə 16.09.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına və 27.10.2020-ci il tarixli **********866900 nömrəli sənədə əsasən İddiaçı QSC-yə 1.971.549,88 manat məbləğində əlavə vergi hesablanmış və 846.838,11 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********137200 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan 1.971.549,88 manat məbləğində əlavə verginin və 846.838,11 manat məbləğində maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7318 №li 30.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilildiyi kimi, hazırki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən müəssisə üzrə aparılmış əməliyyatlarına görə dövlət büdəcəsinə ödənilmədi olan vergilərin az hesablanması müəyyən edilmir. Qeyd edilir ki, Vergi Məcəlləsinin 14.10-cu madddəsinə əsasən qiymətlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunan (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.3-cü bəndində göstərildiyi kimi, Azərbaycan Respublikasının Səhiyyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan Şura) tərəfindən tənzimlənir. Belə olan halda, yəni səyyar vergi yoxlamasının əhatə etdiyi 01.07.2016-cı il tarixdən 01.07.2019-cu il tarixədək olan dövrdə İddiaçı QSC tərəfindən təqdim edilmiş dərman və dərman vasitələrinin Tarif (qiymət) Şurası ilə tənzimlənən qiymətlər nəzərə alınmaqla ümumillikdə 153.144,82 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: - Mənfəət vergisi 2017-ci il üzrə- 17.873,40 manat; - Mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; - ƏDV üzrə-68.812,22 manat; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı Cəmiyyət barəsində 30.10.2020-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl olunmamış və vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcud olduğu və həmin sənədlərin mötəbərliyini təkzib edəcək hər hansı dəlil olmadığı halda, vergi orqanı iddiaçıya əlavə vergi məbləği hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Bundan baaşqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilərkən və həmin yoxlamanın nəticələri üzrə tərtib olunmuş akta əsasən sonuncu barəsində 30.10.2020-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 43-cü maddələrinin tələblərinə əməl olunmamış, aktda qeyd olunduğu kimi vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim olunmadığı halda, həmin sənədlərin qanunla müəyyən olunmuş qaydada əldə olunması üçün tədbirlər görülməmiş, ƏDV və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədləri və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Sadalanan normalardan aydın olur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tələb olunan sənədləri və ya elektron faylları təqdim etmədikdə, vergi orqanı müvafiq imtina aktı tərtib etməli və həmin sənədlərin və elektron faylların götürülməsi məqsədilə məhkəməyə müraciət etməlidir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya məxsus sənədlərin və ya elektron faylların götürülməsi üçün məhkəməyə müraciət etməmiş və səyyar vergi yoxlamasını iddiaçının iştırakı olmadan, eləcə də iddiaçıya məxsus hər hansı sənəd (elektron fayl) əldə edilmədən yekunlaşdırmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı işdə cavabdeh vergi orqanı bir halda kı, iddiaçıya məxsus elektron vergi hesab-fakturalarında təsbit edilmiş qiymətlərin real və düzgün olmadığını iddia edir və onun hesablanmasını yenidən fərqli üsulla həyata keçirir, sonuncu bu hərəkətlərini konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçı gəlir və xərclərinə (vergitutulan dövriyyəsinə) dair təsdiqedici sənəd qismində elektron vergi hesab-fakturaların mövcud olduğunu və onlarda olan göstəricilərin həqiqi olduğunu bildirdiyi halda, həmin sənədlərin təsdiqedici sənəd, onlarda olan göstəricilərin isə həqiqi olmadığını və eləcə də səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müəyyən edilən qiymətlərin doğru olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini təkzib edə biləcək bir arqument təqdim edə bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdeh vergi orqanı İddiaçı QSC-nin yoxlama ilə əhatə olunan dövrlər üzrə vergiyə cəlb edilən gəlir və xərclərini, eləcə də vergitutulan dövriyyəsini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlara, eyni zamanda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən hesablamaq hüququna malik olduğu halda, qanunla ona verilən bu imkan və üsullardan istifadə etməmiş və hesablamanı vergi qanunvericiliyində nəzərdə tutulmamış başqa bir üsulla həyata keçirmiş, lakin həmin üsul nəticəsində müəyyən edilmiş göstəricilərin düzgünlüyünə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı müəssisəyə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması (153.144,82 manat, o cümlədən-nənfəət vergisi 2017-ci il üzrə- 17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; - ƏDV üzrə-68.812,22 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissələri istisna olmaqla) və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində vergi orqanının mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. İV rüb 2017-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, qeyd olunan hissədə qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141299 saylı qərarı qismən, İddiaçı QSC-yə ümumillikdə 153.144,82 (mənfəət vergisi 2017-ci il üzrə- 17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; ƏDV üzrə-68.812,22 manat;) manat məbləğində əlavə verginin hesablanması və həmin məbləğə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının, həmçinin cəmiyyətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 (səksən) manat maliyyə sanksiyasının tətbiq olunması hissələri istisna olmaqla, qalan hissədə ləğv olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı QSC-dən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141299 №li qərarı qismən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ümumillikdə 153.144,82 (mənfəət vergisi 2017-ci il üzrə- 17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; ƏDV üzrə-68.812,22 manat;) manat məbləğində əlavə verginin hesablanması və həmin məbləğə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının, həmçinin cəmiyyətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissələri istisna olmaqla, qalan hissədə ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən (**********) 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar