Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4610/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı Dostumalı oğlunun Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdehnə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “evinin bərpası və ya yenidən tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdehnə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı Tircan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “evin qənaətbəxş hesab edilməsi” barədə Fövqalədə Hallar Komissiyası tərəfindən qəbul olunmuş rəyin və qərarın dəyişdirilərək evinin bərpası və ya yenidən tikilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası 02.06.2021-ci il tarixə təyin edilərək proses iştirakçılarına məlumat verilmişdir. Cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı işə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində İsmayıllı rayonun Tircan kəndində yerləşən fərdi yaşayış evinin bərpası və ya yenidən tikilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsini xahiş edir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın məzmunundan göründüyü kimi, iş üzrə mübahisəli daşınmaz əmlak İsmayıllı rayonunun ərazisində yerləşdiyindən, hazırki daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi yəni, Şəki İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdehnə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “evinin bərpası və ya yenidən tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4610/2021 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4610/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4610/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver