Məhkəmə qərarları › İş №2-1(112)-4613/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4613/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4613/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış evinə fərdiləşdirilməsini təmin edən yeni və təkrarolunmaz ünvan verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış evinə fərdiləşdirilməsini təmin edən yeni və təkrarolunmaz ünvan verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə fərdi yaşayış evinə verilmiş əvvəlki ünvanın ünvan 3nının silinməsi və yalnız yeni verilmiş ünvanın saxlanması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 3nda digər şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2023 saylı işi üzrə məhkəmə tərəfindən bütün sübutlar toplanaraq məlum olmuşdur ki, ünvan 5 ünvana iki ədəd fərdi yaşayış evi qeydiyyata alınıb. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən maneəsiz istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanın dəyişdirilməsi ilə əlaqədar (fərdi yaşayış evinə yeni ünvanın verilməsi) müraciət etmişdir. Daha sonra iddiçıya xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə dair yeni ünvan verilmişdir. Lakin “Asan Xidmət” Mərkəzinə müraciət etdikdə heç nəyin dəyişmədiyi müəyyən olunmuşdur. Çünki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əvvəlki ünvan (köhnə ünvan) da sistemə vurulmuşdur. Belə olan halda fərdi yaşayış evinə dair verilən arayışda yenə əvvəlki şəxslər haqqında məlumatlar çıxır. Beləliklə, ünvan dəyişikliyinin heç bir mənası qalmır. Bunun üçün əvvəlki ünvan sistemə vurulmalı deyil. Belə olan halda iddiaçı xüsusi mülkiyyət hüquqlu fərdi yaşayış evindən istifadə edə bilmir. İddiaçının hüquqları və qanuni mənafeləri inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən pozulur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, fərdi yaşayış evinə yeni ünvan verilməsi istəyir ki, nəticə etibarı ilə o, xüsusi mülkiyyət hüquqlu fərdi yaşayış evindən maneəsiz istifadə edə bilsin. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 21 (yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26A) ünvanında yerləşən yaşayış evinə fərdiləşdirilməsini təmin edən yeni və təkrarolunmaz ünvan verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, müraciətdə göstərilən fərdi yaşayış evinin ünvan 9 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd olunur ki, ünvan 9 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26A ünvan rekviziti təyin edilmişdir. Fərdi yaşayış evinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianın təmin edilmələsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin yeni ünvanı - AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26A. Texniki pasportda fərdi yaşayış evinin planı və torpaq sahəsi barədə məlumatı əks olunmuşdur.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 13ni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26A) ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları 26 may 2023-cü il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, ünvan 3nı ilə iki fərdi yaşayış evi qeydiyyata alınmışdır: 1) Yaşayış sahəsi 40.6 kv.m olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.1996-cı il tarixdə ilkin olaraq X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 2) Yaşayış sahəsi 110.6 kv.m olan 4 otaqlı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə "xxxx" QSC BOKT-un adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubunda qeyd olunmuşdur ki, göstərilən fərdi yaşayış evinin ünvan 11 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd olunur ki, ünvan 12 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 2 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26 ünvan rekviziti təyin edilmişdir. Fərdi yaşayış evinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09 yanavr 2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ünvan 9 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Fərdi yaşayış evinin arxiv sənədlərində göstərilən ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin ünvan rekvizitlərində aparılacaq cari düzəlişlərlə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim ediləcəyi təqdirdə ünvan məlumatlarında düzəliş edilməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olunmuşdur. Eyni rekvizit məlumatlarına malik iki fərqli daşınmaz əmlak olduğundan iddiaçının ünvanın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş və sonuncu tərəfindən fərdi yaşayış evinə yeni ünvan verilərək çıxarışda ünvan akı şəhəri, ünvan 13ni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26A) kimi göstərilmişdir. Lakin iddiaçı köhnə ünvanın yeni ünvan ilə əvəz edilərkən ünvanın tam dəyişdirilməsini deyil, rekvizit məlumatların dəyişdirilməsini xahiş etmişdir. Sonuncu tərəfindən isə iddiaçının müraciəti təmin olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

19. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

21. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

22. Göründüyü kimi, ölçülərin müəyyən edilərək, texniki sənədlərin hazırlanması, ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsi cavabdehin səlahiyyətlərinə daxildir.

23. Yeni ünvanın verilməsi məsələsi isə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları ilə tənzimlənir.

24. Həmin Qaydaların: - 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. - 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. - 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. - 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyriyaşayış sahələrinə münasibətdə).

25. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair yeni ünvanın verilməsi, adətən əmlakın yerinin dəyişdirilməsi və ya ünvanların rəsmi olaraq yenilənməsi ilə əlaqədardır. Bu proses müxtəlif hallarda, məsələn, şəhərsalma planlarının dəyişdirilməsi, yeni tikililərin qeydiyyata alınması və ya küçə və rayon adlarının dəyişdirilməsi, ən əsası isə obyekt ünvanının təkrar olunması halları müşahidə edildiyi zamanı baş verə bilər.

26. Doğrudur ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3nı ilə iki fərdi yaşayış evi qeydiyyata alınmışdır: yaşayış sahəsi 40.6 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 16.03 1996-cı il tarixdə ilkin olaraq X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; yaşayış sahəsi 110.6 kv.m olan 4 otaqlı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə "xxxx" QSC BOKT-un adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

27. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə dair yeni ünvanın verilməsini məhz Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.7.4-cü bəndinə uyğun olaraq məhz daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən ünvanın verilməsini arzulayır ki, bu ünvanın verilməsində rəqəmlərin və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrin fərqli olması zamanı mümkündür.

28. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 21 (yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26A) ünvanında yerləşən yaşayış evinə fərdiləşdirilməsini təmin edən yeni və təkrarolunmaz ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını yuxarıda adıçəkilən Qaydaların tələbləri baxımından tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası əsassızdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 31.Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 21 (yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səttarxan, 2-ci döngə, 26A) ünvanında yerləşən yaşayış evinə fərdiləşdirilməsini təmin edən yeni və təkrarolunmaz ünvan verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar