Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4614/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilməsi və mənzillə təmin edilənə qədər iddiaçıya 18 dekabr 2018-ci il tarixdən hesablanmaqla, hər ay 375 manat kompensasiyanın ödənilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, övladları X3 və X7 qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin etmək, 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin edilənə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılana qədər iddiaçıya hər ay 375 manat kompensasiya ödəmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli 2-1(112)-2739/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli 2-1(103)-1384/2020 saylı qərardadı ilə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli 2-1(112)-2739/2020 saylı qərardadı ləğv edilmiş və inzibati iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı övladları X8 və X12 ilə birlikdə mərhum hərbi qulluqçunun ailə üzvləri kimi qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin edilənə qədər iddiaçıya hər ay 375 manat kompensasiya ödəmək öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı 19.08.1973-cü il təvəllüdlü X11 27.08.1996-cı il tarixdən 30.11.1999-cu il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində, 09.01.2002-ci il tarixdən 11.09.2018-ci il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında, 20 ildən artıq müddətdə zabit kimi qüsursuz həqiqi hərbi xidmət keçmişdir. X11 hərbi xidmət zamanı xəstələnərək 28.05.2018-ci tarixdən 12.06..2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının terapiya şöbəsində müalicə almışdır. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 01.06.2018-ci il tarixli 1136 nömrəli qərarı ilə X11 hərbi xidmətə yararsız hesab edilmiş və 11.09.2018-ci il tarixdə istefaya buraxılmışdır. O, güzəştli mənzillə təmin olunması üçün səlahiyyətli şəxslərin qəbulunda olmuşdur. Onun səhhətinin getdikcə pisləşməsi, habelə bir sıra amillər üzündən tələb olunan sənədləri toplamaq cox vaxt aparmış və nəticədə X1 cavabdeh inzibati orqana təqdim edə bilmədən 10.09.2019-cu il tarixdə həmin xəstəlikdən vəfat etmişdir. Odur ki, iddiaçı 25.10.2019-cu il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə vəfat etmiş hərbi qulluqçuların ailə üzvü kimi mənzillə təmin olunmaları barədə xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti iddiaçının müraciətinə imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin iddiaya dair 02/09-11-31/320 saylı, 04.03.2020-ci il tarixli yazılı münasibətində bildirilmişdir ki, qanunvericiliyə əsasən vətəndaşların mənzillə təmin olunmaları üçün ilk şərt yaşayış yeri üzrə qeydiyyatda olduqları rayonun icra hakimiyyətində mənzil növbələrinin olmasıdır. Güzəştli mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o, həmin güzəştli mənzil növbəsinə dayana bilər. İddiaçı iddia ərizəsində mərhum həyat yoldaşının vəfat edərək mənzil növbəsinə götürülməsi ilə bağlı tələb olunan sənədlərin toplanmasının çox vaxt aparması və bir sıra bürokratik amillər səbəbindən təqdim edə bilmədiyini qeyd edir. Bununla bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının mərhum həyat yoldaşı X11 vəfat etməmişdən əvvəl Rayon İcra Hakimiyyətinə şifahi qaydada müraciət etmiş və AR Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən ondan Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən müvafiq sənədlərin təqdim olunması xahiş olunmuşdur. İddiaçı Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərində mərhum həyat yoldaşına məxsus olmuş imtiyazları ona şamil edərək, mənzil növbəsinə götürülməsinə və mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş edirdi. İddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həyat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində Binəqədi Rayonu İcra Hakimiyyətinin üzərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması vəzifəsinin qoyulmasını xahiş edir. Bununla bağlı bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. İddiaçıya Rayon İcra Hakimiyyətində qəbulda olarkən bununla bağlı dəfələrlə müvafiq izahatların verilməsinə baxmayaraq, o məhkəmə qarşısında Rayon İcra Hakimiyyətinin səlahiyyət çərçivəsində olan öhdəliyinin üzərinə qoyulması barədə iddia qaldırır. Hazırkı iddianın qaldırılmasına iddaçının subyektiv hüququ olmadığından iddianın mümkünlüyü məsələsinə baxılmasını məhkəmədən xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətdə qeyd edilənlərə uyğun olaraq izahat verdi və hazırkı vəziyyətdə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Vİİ-ЖГ seriyalı, 337540 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı ilə X10 24 fevral 1998-ci il tarixdə nikaha daxil olmuşlar. - AZ-İİ № 039160 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 16.09.2000-ci il tarixdə doğulmuşdur, atası X10, anası İddiaçıdır. - AZ-İİ № 039159 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 26.11.2007-ci il tarixdə doğulmuşdur, atası X10, anası İddiaçıdır. - EZ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçının mərhum əri X10 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, 11.09.2018-ci il tarixdə xəstəliyə görə ehtiyata buraxılmışdır. - DMSF tərəfindən verilmiş 022147 saylı vəsiqədən görünür ki, iddiaçının mərhum ərinə 18.01.2019-cu il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup müddətsiz əlillik verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının mərhum əri X5 18.01.2019-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar Birinci dərəcəli əlillik verilmişdir. - AZ-İİ № 020688 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının əri X10 10.09.2019-cu il tarixdə ölmüşdür. - Cavabdehin iddiaçıya ünvanlanmış 17.10.2019-cu il tarixli 02/09-11- 11/İ-132-068 saylı məktubu ilə bildirilmişdir ki, müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmışdır. Qanunvericiliyin tələbinə əsasən vətəndaşların mənzillə təmin olunmaları üçün ilk şərt yaşayış yeri üzrə qeydiyyatda olduqları rayonun İcra Hakimiyyətində mənzil növbələrinin olmasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara mənzillər, onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbəlilik qaydasında ayrılır. Bu səbəbdən də qeydiyyatda olduğu Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayandıqdan sonra qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında mənzillə təmin olunma məsələsinə baxıla bilər. - Cavabdehin iddiaçıya ünvanlanmış 08.11.2019-cu il tarixli 02/09-11- 11/İ-132/2-068/2 saylı, 28.12.2019-cu il tarixli 04/09-11-11/İ-132/3-068/3-1/1 saylı məktubu ilə bildirilmişdir ki, Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməyinə köməklik göstərilməsi barədə Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığı 25.10.2019-cu il tarixli İ-132/2-068/2 saylı müraciətinə baxılmışdır. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o, həmin güzəştlə mənzil növbəsinə dayana bilər. Odur ki, mərhum həyat yoldaşına aid güzəştin ailəsinə tətbiq olunaraq ehtiyatda olmuş zabit ailəsi kimi mənzil növbəsinə götürülməyinə köməklik göstərilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 18.05.2021-ci il tarixli 2454 saylı məktubundan görünür ki, X2 Nazirliyi tərəfindən mənzillə təmin edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 31.05.2021-ci il tarixli 16/3324 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı həyat yoldaşı mərhum X11 09.01.2002-ci il tarixdən 11.09.2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətində xidmət keçdiyi müddət ərzində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 04.07.2019-cu il tarixli 150 saylı məktubundan görünür ki, mərhum X6 şəxsi işinin xidmət dəftərçəsinə əsasən xidmət illəri: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 04.07.2019-cu il tarixli 150 saylı arayışından görünür ki, X11 27.08.1996-cı il tarixdən 30.11.1999-cu il tarixədək və 09.01.2001-ci il tarixdən 11.09.2018-ci il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR DSX rəisinin 08.06.2018-ci il tarixli 827ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 51/68 saylı 10.09.2019-cu il tarixli arayışından görünür ki, X11 DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. - Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 14 avqust 2019-cu il tarixli 01-01/A-1038 saylı arayışından, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 08 avqust 2019-cu il tarixi 787 saylı və 15 avqust 2019-cu il tarixli BRB/İ-22 saylı arayışından görünür ki, X11, İddiaçı, X4 torpaq sahəsi ayrılmamışdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 31.07.2019-cu il tarixli, **********91 saylı və 22.08.2019-cu il tarixli, **********11 saylı arayışdan müəyyən edilir ki, İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İşin faktik hallarından müəyyən edilir ki, iddiaçı onun mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsi barədə 25.10.2019-cu il tarixdə İ-132/2- 068/2 saylı məktubla Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh orqanın 08.11.2019-cu il tarixli məktubu ilə güzəştli mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda onun həmin güzəştlə mənzil növbəsinə dayana biləcəyi əsası ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə cavabdehin imtinası ilə razılaşmır razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-cı maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota almanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin maddənin 7-ci hissəsinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Cavabdehin 29.11.2019-cu il tarixli imtina məktubundan görünür ki, həmin sənəd MM-in 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamış, məktub, eyni Məcəllənin 53.2-ci maddəsinin də tələbləri pozularaq, Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara istinad edilməklə əsaslandırılmamışdır. Halbuki qanunverici bu əsaslandırmanı mütləq saymışdır. Cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununun tələblərinə də zidd olmuşdur. Belə ki, həmin Qanunun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də «İnzibati icraat haqqında» Qanunun tələblərini pozmuşdur. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olur ki, iddiaçının mərhum əri X11 27.08.1996-cı il tarixdən 30.11.1999-cu il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində, 09.01.2002-ci il tarixdən 11.09.2018-ci il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında, 15 ildən artıq müddətdə zabit kimi qüsursuz həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddətində mənzillə və ya torpaq sahəsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 11.09.2019-cu il tarixli 1311 ş/h əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 18.01.2019-cu il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup müddətsiz əlillik verilmişdir. X10 10.09.2019-cu il tarixdə ölmüşdür. İddiaçı 25.10.2019-cu il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi mənzillə təmin olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə mənzillə təmin olunmaq hüququnun olması qanunvericiliyin yuxarıda qeyd olunan normalarında birbaşa göstərilmişdir. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti isə iddiaçının müraciətinə imtina cavabı vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları X8 və X12 ilə birlikdə mərhum hərbi qulluqçunun ailə üzvləri kimi qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin qədər iddiaçıya hər ay 375 manat kompensasiya ödəmək öhdəliyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı övladları X8 və X12 ilə birlikdə mərhum hərbi qulluqçunun ailə üzvləri kimi qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin edilənə qədər hər ay 375 manat kompensasiya ödəmək öhdəliyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4ƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4614/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4614/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver