Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4615/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə (üçüncü şəxslər - “Bolluq” İstehlak Kooperativi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı sərəncamın və ayrıc aktının iddiaçıya məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı, “Bolluq” istehlak kooperativi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxslər qismində işə cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra hakimiyyəti başçısının 25.12.2014-cü il tarixli, 627 saylı sərəncamının və onunla bağlı Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin (bundan sonra mətndə BŞİH-in Memarlıq və Şəhərsalma Baş idarəsi) 16.04.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə sasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra hakimiyyəti başçısının 25.12.2014-cü il tarixli, 627 saylı sərəncamı və onunla bağlı BŞİH-in Memarlıq və Şəhərsalma Baş idarəsinin 16.04.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının İddiaçı MMC-yə məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2-1(81)-3103/2019 saylı iş üzrə qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddiasının iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmaması qərara alınmışdır. Qərardadla razı olmayan iddiaçı qərardaddan verdiyi apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(81)-3103/2019 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2599/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(81)-3103/2019 nömrəli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2020 saylı 19 mart 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra hakimiyyətinə (üçüncü şəxslər - “Bolluq” İstehlak Kooperativi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı Bakı şəhər İcra hakimiyyəti başçısının 25.12.2014-cü il tarixli, 627 saylı sərəncamı və onunla bağlı Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 16.04.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının İddiaçınə məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardadla razı olmayan iddiaçı qərardaddan verdiyi apelyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2020 saylı 19 mart 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1239/2020 saylı 09 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2020 saylı 19 mart 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 266/2021 №li 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1239/2020 saylı 09 sentyabr 2020-ci il tarixli qərardadından ücüncü şəxs (“Bolluq” İstehlak Kooperaivi) tərəfindən verilmiş şikayət üzrə kassasiya şikayətinin mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən İddiaçı 10.12.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə (üçüncü şəxslər - “Bolluq” İstehlak Kooperativi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı sərəncamın və ayrıc aktının iddiaçıya məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4615/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4615/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver