Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4618/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı xx.xx.2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, 3 saylı fərdi yaşayış evinin mövcud vəziyyətinə əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın RX seriyalı, ******* nömrəli, xx.xx.2004-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 0.02643 kv.metr torpaq sahəsi dövlət istifadəsində olan torpaq sahəsi və 188.5 kv.metr ümumi sahədən, 88.2 kv.metr yaşayış və 100.3 kv.metr yardımçı sahələrdən ibarət 3 nömrəli ev xüsusi olaraq iddiaçının mülkiyyətindədir. Çıxarışa əsasən bu evə X2 4/35 hissə payı (xx.xx.2006), X3 4/35 hissə (xx.xx.2006), X4 4/35 hissə (xx.xx.2006), İddiaçı (mənim) 16/35 hissə (xx.xx.2014) və X6 1/5 hissə (xx.xx.2007) payı vardır. Nərimanov rayon Məhkəməsinin iş № 1787/2004 saylı qətnaməsinə əsasən X6 1/5 hissə payı evin digər payçılarının payından ayrılmış və Bakı şəhəri, H.Sarabski küçəsi 3 saylı fərdi yaşayış evinin vətəndaş X5 məxsus hissəsi mövcud vəziyyətdə təsbit edilmişdir. Bu hal Bakı şəhəri, H.Sarabski küçəsi 3 saylı fərdi yaşayış evinin kartoçkasından da görünür. İddiaçı qeyd edir ki, X8 (mərhumə) Bakı şəhəri, H.Sarabski küçəsi 3 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuşdur. (Bakı ŞİH Tİ və MHQ İdarəsinin FM seriyalı 025209 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi əlavə olunur) 2015-ci ilin may ayında evin təmiri həyata keçirilmiş və təmir zamanı mənzilin ümumi sahəsinə əlavələr edilmişdir. Qeyd edilən təmirlə bağlı H.Sarabski küçəsi ev 3-də yaşayan İddiaçı fərdi yaşayış evinin sahəsinin dəqiqləşdirilməsi barədə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 04 may 2015-ci il tarixli, 86 nömrəli Sərəncamına əsasən - Sarabski küçəsi ev 3 saylı evdə istifadə etdiyi 0.02645 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi evin yaşayış sahəsi 9 otaq 187.4 kv.metr, ümumi sahəsi isə 781.8 kv.metr hesab edilmişdir. Həmçinin iddiaçı qeyd edir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin mövcud vəziyyətdə eskizi Bakı ŞİH-in emarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. İddiaçı qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair iddiaçıya məxsus mənzilin faktiki ölçülərinə əsasən yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın **********50 nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə bildirilmişdir: "Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, poçt vasitəsilə daxil olmuş sənədlər surətdir və təqdim olunmuş Nəsimi rayon İHB-nın 86 saylı xx.xx.2015-ci il tarixli sərəncamı ilə razılaşdırılmış eskiz layihəsi arasında fərqlər mövcuddur. Belə ki, sərəncamda fərdi yaşayış evinin ümumi sahəsi 1.8 m2, 9 yaşayış otağı qeyd olunsa da, layihədə fərdi yaşayış evinin ümumi sahəsi 619.5 m2, yaşayış otağı göstərilmişdir. Bundan başqa paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxemi, razılıq ərizələri və daşınmaz əmlakla bağlı qanunamüvafıq qaydada hüquqmüəyyənedici sənədlərin əsillərinin idarəyə təqdim olunması məqsədəuyğundur." İddiaçı hesab edir ki, cavabdeh hüquqlarını pozmaqla qanuni müraciətini təmin etməmişdir.
3. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-1285/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən iddia təmin edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus hissəsinin X6 ünvanından ayrılması, İddiaçı adına yeni ünvanın mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınaraq texniki pasportun və çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.
4. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli apellyasiya şikayətinə əsasən, iş Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş və məhkəmənin 2-1(103)-205/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-1285/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
5. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəylə məhkəməyə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq icraatı iclasında cavabdeh orqanın nümayəndəsi iştirak etmiş, iddiaçı məhkəmənin vaxtı və yeri barədə qanuna müvafiq olaraq məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir.
II. İddianın geri götürülmüş sayılması
7. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
10. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
12. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
13. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X9 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
14. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
15. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
16. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
17. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
18. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
19. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
20. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
21. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva