Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4619/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan müddəaları ilə xx.xx.2021-ci il tarixdən ona yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdən Bakı şəhəri Oktyabr (hazırkı Yasamal) rayonu 16 saylı məktəbində sinif müəllimi kimi başlayıb xx.xx.1974-cü il tarixədək (sığorta stajı 6 ay) həmin vəzifədə işləmiş, xx.xx.1975-xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş (2 il 2 gün), xx.xx.1978-xx.xx.1992-ci illərdə Bakı şəhəri Oktyabr (hazırkı Yasamal) rayonu 16 saylı məktəbində sinif müəllimi (sığorta stajı 13 il 11 ay 17 gün), xx.xx.1992-xx.xx.1995-ci illərdə 1 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Trestində (sığorta stajı 2 il 4 ay 1 gün), xx.xx.1995-xx.xx.2005-ci illərdə Aqroservis Əlaqələndirici İdarəsində ("xxxx" X3 Cəmiyyətinə çevrilmişdir) müxtəlif vəzifələrdə işləmişdir (sığorta stajı 10 il 5 ay 2 gün). Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasına və hərbi biletinə əsasən iddiaçının sığorta stajı 29 il 4 ay 19 gün təşkil edir. İddiaçı ona 65 yaşının tamam oldugu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 01 mart 2022-ci il tarixli **********2 saylı məktubu ilə əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək qeyd olunmuş 1 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin yerləşdiyi ünvanın müəyyən edilməsinin mümkün olmaması, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin arxiv sənədlərində iddiaçının adına rast gəlinmədiyi əsaslarla sığorta stajının qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Müvafiq sənədlərin əldə olunmaması iddiaçının təqsiri hesab edilə bilməz, cavabdeh ilk növbədə rəsmi sənəd olan əmək kitabçasında olan qeydləri nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia əsassızdır. Ona görə də iddia rədd edilməlidir. Belə ki, İddiaçı inzibati orqana müraciəti ilə əlaqədar yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı deyil, 18 il 1 ay 19 gün olması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmaması səbəbindən, həmçinin "xxxx" ASC”-nin arxiv sənədlərində iddiaçının adına rast gəlinmədiyindən pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Təsərrüfatlararası İstehsalat Təmir-Tikinti Birliyində, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək isə "xxxx" ASC”ndə çalışdığını iddia etmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə İddiaçı qeyd edilən müəssisələrdə işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barədə əmrlərin, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərinin və qeyd olunan müvafiq müəssisələrin əmrlər kitabından çıxarışın təsdiq olunmuş surətinin əldə edilməsi, həmçinin müəssisələrin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə ətraflı məlumatların əldə edilməsi üçün müvafiq qurumlara sorğular göndərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 24 may 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Təsərrüfatlararası İstehsalat Təmir-Tikinti Birliyi”nin və "xxxx" ASC”nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19 may 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC” xx.xx.1997-ci il tarixdə D-2324 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Halbuki, İddiaçı "xxxx" ASC” xx.xx.1995-ci il tarixdən işlədiyini iddia edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 may 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC”-nin əmək kollektivi üzvülərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Göründüyü kimi iddianın təmin edilməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının şəxsiyyət məlumatlarından aydın olur ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa gorə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-cı maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz xx.xx.1973-cu il tarixli əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 18 il 1 ay 19 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixindən 01 07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, xx.xx.1973-cü il tarixində adınıza tərtib olunmuş əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, əmək kitabçanızda xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək qeyd olunmuş Təsərrüfatlarası İstehsalat Təmir-Tikinti Birliyinin yerləşdiyi ünvanı müəyyən etmək mümkün olmayıb. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Xırdalan Texservis" ASC-də keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızda xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək qeyd olunmuş “Xırdalan Texservis" ASC-nin arxiv sənədlərində sizin adınıza rast gəlinməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddəyə əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibatı və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********23 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 920 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş "xxxx" Əlaqələndirmə Firması bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı keçmiş "xxxx" Əlaqələndirmə Firmasının əmək kollektivi üzvlərinin siyahısında aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 01/3-920 saylı məktubu ilə bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində İstehsalat Təmir Tikinti Birliyi 26 iyun 1996-cı il tarixindən qeydiyyatdadır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-2774 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Təsərrüfatlararası Təmir-Tikinti Birliyinin hüquqi fəaliyyəti barədə məlumatın, işə qəbul və işdən azad edilməsi əmrlərinin, əmək haqqı cədvəllərinin surətlərinin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli 2-(112)-7330/2022 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd olunan məlumatların Komitənin arxivində mövcud olmadığını nəzərə almağınızı xahiş edirik.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********622500 saylı məktubu ilə bildirilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Təsərrüfatlararası Təmir- Tikinti Birliyi adlı kommersiya qurumu aşkar edilməmişdir. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, keçid 1260 olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X4 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 saylı məktubu ilə bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə xx.xx.2006-cı il tarixdən İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat aşkar edilməmişdir. - NZ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya aid xx.xx.1973-ci il tarixli əmək kitabçasında göstərilmişdir ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı şəhəri Oktyabr rayonu 16 saylı məktəbində müəllim, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 52 saylı məktəbində sinif müəllimi, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək 1 №-li nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Trestində böyük texnik, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək iqtisadçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Təsərrüfatlararası İstehsalat Təmir-Tikinti Birliyində gözətçi, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Aqroservis Əlaqələndirici İdarəsində texnik, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində mexanik işləmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan kişilərin ən azı 63 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabadehə müraciət etsə də, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının xx.xx.1973-cu il tarixli əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 18 il 1 ay 19 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixindən 01 07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1973-cü il tarixində adına tərtib olunmuş əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, əmək kitabçasında xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək qeyd olunmuş Təsərrüfatlarası İstehsalat Təmir-Tikinti Birliyinin yerləşdiyi ünvanı müəyyən etmək mümkün olmayıb. Eyni zamanda “Xırdalan Texservis" ASC-də keçirilən monitorinqin nəticəsinə əsasən əmək kitabçasında xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək qeyd olunmuş “Xırdalan Texservis" ASC-nin arxiv sənədlərində iddiaçının adına rast gəlinməyib. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə tələb olunan 25 il iş stajının qarşılıgında yalnız 18 il 9 ay 19 gün iş stajı toplamışdır. Onun ümumi iş stajı aşagıdakı illər üzrə toplanmışdır: xx.xx.1975 - xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmət dövrü – 2 il 2 gün, xx.xx.1973 - xx.xx.1974-cü illərdə Bakı şəhəri Oktyabr rayonu 16 saylı məktəbində müəllim – 6 ay, xx.xx.1978 -xx.xx.1992-ci illərdə Bakı şəhəri Oktyabr rayonu 52 saylı məktəbində sinif müəllimi – 13 il 11 ay 17 gün, xx.xx.1992 - xx.xx.1993-ci illərdə 1 №-li nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Trestində böyük texnik – 6 ay, xx.xx.1993 - xx.xx.1994-cü illərdə iqtisadçı – 1 il 2 ay. xx.xx.1994-xx.xx.1995-ci illərdə Təsərrüfatlararası İstehsalat Təmir-Tikinti Birliyində gözətçi – 8 ay, Beləliklə də iddiaçının 18 il 9 ay 19 gün ümumi iş stajını toplaması işdə olan sənədlərlə öz təsdiqini tapır. Bununla yanaşı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1995xx.xx.2000-ci illərdə Aqroservis Əlaqələndirici İdarəsində texnik, xx.xx.2000-xx.xx.2005-ci illərdə mexanik peşələrində işlədiyi dövrlərin iş stajına nəzərə alınmaması barədə dəlilləri əsaslıdır. Çünki, cavabdehin məhkəməyə təqdim etdiyi inzibati araşdırma materiallarından, habelə məhkəmənin sorgusu ilə toplanmış sənədlərlə iddiaçının həmin müəssisədə işləməsi barədə hər-hansı məlumat aşkar edilmir. Belə ki, məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********23 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 920 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş "xxxx" Əlaqələndirmə Firması bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərində İddiaçı adı keçmiş "xxxx" Əlaqələndirmə Firmasının əmək kollektivi üzvlərinin siyahısında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********622500 saylı məktubuna görə hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda iddiaçının “xx.xx.1995-xx.xx.2000-ci illərdə Aqroservis Əlaqələndirici İdarəsində texnik, xx.xx.2000-xx.xx.2005-ci illərdə mexanik” işləməsi barədə qeydlər şübhə dogurdugundan onun iş stajına hesablanması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva