Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-462/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və vəkili X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və illik artım faizləri nəzərə alınmaqla ödənilməli olan pensiya məbləğinin ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 52 yaşı tamam olduğu 10 noyabr 2012-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyaların illik artım faizləri nəzərə alınmaqla 10 noyabr 2012-ci il tarixdən bu günədək iddiaçıya ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxxxx 1960-cı ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 16 yaşından kolxozda əmək fəaliyyətinə başlamış, lakin həmin dövdə adına əmək kitabçası açılmamışdır. Ailə həyatı qurduqdan sonra 1980-ci ildə Bakı şəhərinə gəlmişdir. 4 may 1983-cü il tarixdə Azərbaycan SSR-nin "Bakı model ayaqqabılar fabriki"nə işə götülümüşdür. 1 sentyabr 1998-ci il tarixdən 1 oktyabr 2015-ci il tarixədək "Azon" zavodunda insan sağlamlığına zərərli sahələrdə işləmişdir. Ermənistan SSR-də işlədiyi dövr nəzərə alınmadan əmək kitabçasında qeyd olunan 29 il 4 ay 21 günlük ümumi iş stajından 26 il 16 gününü əmək şəraiti zərərli və xüsusilə ağır işlərdə çalışmış və nəticədə sağlamlığını itirmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar DSMF-nin Yasamal rayon şöbəsinə dəfələrlə müraciət etsə də, müxtəlif (yaşının, stajının az olması) bəhanələrlə pensiya təyin edilməsindən imtina edilmişdir. 22 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələb olunan sənədlərlə təkrar müraciət etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli qanununun 31-ci maddəsi ilə əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri təsbit edilmişdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Qanunvericilik aktlarının tələblərinə zidd olaraq, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2 ay 9 gündən sonra 1 sentyabr 2021-ci il tarixli **********3 nömrəli məktubla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbi ilə güzəştli şətlərlə yaşa görə pensiya təyinatından imtina edildiyi bildirilmişdir. Həmin məktubda göstərilən imtinanın heç bir hüquqi əsası yoxdur. Belə ki, 1 oktyabr 2012-ci il tarixədək edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla 01 iyul 2017-ci il tarixədək olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarm: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin islərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 52 yaşı 10 noyabr 2012-ci ildə tamam olmuşdur. Həmin tarixə onun ümumi iş stajı 26 il 6 ay, əmək şəraiti zərərli və xüsusilə ağır işlərdə əmək fəaliyyəti isə 24 il 25 gün olmuşdur. Yəni həmin dövrdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən tələb olunan stajı artıqlaması ilə olmuşdur və həmin dövrdə pensiyanın təyin edilməsi üçün pensiya kapitalı tələb olunamışdır. Pensiyanın məbləği ya ardıcıl 5 ilin, ya da axırıncı 2 ilin orta aylıq əmək haqqına (gəlirinə) nisbətdə müəyyən edilirdi. Həmin dövrdə iddiaçının əmək haqqı iş növbəsindən asılı olaraq 450-500 manat məbləğində olurdu. Bu əsaslarla hesab edir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şətlərlə yaşa görə pensiya təyinatından imtina edilməsi barədə qərarı tam əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona 52 yaşının tamam olduğu 10 noyabr 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb edilən 33000 manat pensiya kapitalına münasibətdə 26724,45 manat təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində 52 yaşının tamam olduğu 10 noyabr 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bugünədək yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321 nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək 6 ay artırılması nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə müvafiq olaraq pensiya təyin edilməsi üçün qanunla nəzərdə tutulan 20 il ümumi iş stajı tələbi ödənilmir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Azon” zavodunun xx.xx.2021-ci il tarixli 03/197 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1988-xx.xx.1994-cü il tarixlərdə 39 saylı sexdə qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində çalışmışdır. İşin icrası zamanı mikrosxemlər fotorezistdə aşılanmış, xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylanmışdır. Müvafiq arayışda İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 16-cı bölməsində 2170200a-16464 koduna uyğun olduğu qeyd edilmişdir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Azon” zavodunun xx.xx.2021-ci il tarixli 03/197 nömrəli arayışında qeyd edilən koda uyğun peşə selen düzləndiricilərinə birləşdirilən qalaylarla məşğul olan radiohissələrin qalayçılarıdır. İddiaçı isə 39 saylı sexdə xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Azon” zavodunun 10 iyun 2021-ci il tarixli 03/197 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1994-xx.xx.2015-ci il tarixlərdə “Azon” zavodunda azot, oksigen və hidrogen stansiyasında aparatçı vəzifəsində çalışmışdır. Müvafiq arayışda İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23-cü bölməsində 23200000-137751 koduna uyğun olduğu qeyd edilmişdir. Lakin müvafiq siyahının 23-cü bölməsində 23200000-13775# kodu mövcud olmamaqla yanaşı, siyahıda azot, oksigen və hidrogen stansiyasında aparatçı vəzifəsi nəzərdə tutulmamışdır. Yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçının 55 yaşının tamam olduğu 01 iyul 2017-ci il tarixədək 20 il ümumi iş stajı tələbi ödənilsə belə güzəştli iş stajı mövcud olmadığından ona qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyinatının aparılması qeyri-mümkündür.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi imtina məktubu. - xx.xx.1960-cı il təvəllüdlü İddiaçı AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti. - iddiaçının iş stajını təsdiq edən xx.xx.1983-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli 03/197 nömrəli arayışının surəti. - **********605 nömrəli şəhadətnamənin surəti. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktubları və onlara əlavə edilmiş arayışlar. - xx.xx.2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surəti. - Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin xx.xx.2021-ci il tarixli 291 nömrəli arayışının surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2021-ci il tarixli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 33000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26724,45 manat təşkil edir. Həmin cavabdan narazı qalan iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan, yəni 10 noyabr 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı xx.xx.2022ci il tarixli yazılı etiraz təqdim etmişdir. Etirazı dəlili olaraq cavabdeh orqan qeyd etmişdir ki, hazırki işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1983-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə (02 il 03 ay 28 gün), xx.xx.1988-xx.xx.1994-cü il (05 il 04 ay 16 gün), xx.xx.1994-xx.xx.1994- cü il, xx.xx.1994-xx.xx.2015-ci il tarixlərdə “Azon” zavodunda çalışmışdır (19 il 06 ay 21 gün). Belə ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə müvafiq olaraq pensiya təyin edilməsi üçün qanunla nəzərdə tutulan 20 il ümumi iş stajı tələbi ödənilmir. Etirazın ikinci dəlili olaraq qeyd edillmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Azon” zavodunun xx.xx.2021-ci il tarixli 03/197 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1994-xx.xx.2015-ci il tarixlərdə “Azon” zavodunda azot, oksigen və hidrogen stansiyasında aparatçı vəzifəsində çalışmışdır. Müvafiq arayışda İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23-cü bölməsində 23200000-137751 koduna uyğun olduğu qeyd edilmişdir. Lakin müvafiq siyahının 23-cü bölməsində 23200000-13775* kodu mövcud olmamaqla yanaşı, siyahıda azot, oksigen və hidrogen stansiyasında aparatçı vəzifəsi nəzərdə tutulmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321 nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır:
1. İddiaçının 52 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.
1. Hazırki işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.
2. 13 iyul 1983-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə (02 il 03 ay 28 gün), xx.xx.1988-xx.xx.1994-cü il (05 il 04 ay 16 gün), xx.xx.1994-xx.xx.1994-cü il (1 ay 5 gün); xx.xx.1994-xx.xx.2006-ci il (11 il 9 ay) tarixlərdə “Azon” zavodunda çalışmışdır (ümumilikdə xx.xx.2006-cı il tarixinədək 19 il, 6 ay, 19 gün). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İddiaçının güzəştli iş stajına gəlincə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Azon” zavodunun xx.xx.2021-ci il tarixli 03/197 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1988-xx.xx.1994-cü il tarixlərdə 39 saylı sexdə qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində çalışmışdır. İşin icrası zamanı mikrosxemlər fotorezistdə aşılanmış, xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylanmışdır. Müvafiq arayışda İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 16-cı bölməsində 2170200a- 16464 koduna uyğun olduğu qeyd edilmişdir. İddiaçı xx.xx.1994-xx.xx.2015-ci il tarixlərdə “Azon” zavodunda azot, oksigen və hidrogen stansiyasında aparatçı vəzifəsində çalışmışdır. İşin icrası zamanı kompressorlarda frion qazından bütöv iş zamanı istifadə edilib. Müvafiq arayışda iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarına əsasən XVİ bülgünün (siyahı 2) istehsalatda zərəli maddələrlə işləyən sahəyə sırf 23200000 kod 13775-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bölməsinə daxildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" zavodu MMC-nə sorğu məktubu göndərilərək, qeyd edilmişdir ki, işin obyektiv araşdırılması zərurəti yarandığından aşağıda qeyd edilən məlumatları xx.xx.2022-ci il tarixədək məhkəməyə təqdim etməyiniz tələb olunur:
1. Məhkəməyə təqdim edilən Arayışda İddiaçı işlədiyi aparatçı vəzifəsinin “XVİ bölmə, şifr 23200000, kod 13775”ə uyğun gəlməsi göstərilsə də, qeyd edilən siyahıda “XVİ bölmə, şifr 23200000, kod 13775” yoxdur. Odur ki, bölmə, şifr və kodun dəqiqləşdirilməsi zəruridir.
2. İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 39 saylı sexdə işlədiyi “qaynar üsulla cihaz və detalların qalayçısı” vəzifəsi və xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azot, oksigen və hidrogen stansiyasında işlədiyi “aparatçı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “XVİ. Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” bölməsinin “1. Selen turşularının və kuproksların düzləndiricilərinin istehsalı” yarımbölməsində göstərilən hansı vəzifə ilə üst-üstə düşübdüşməməsi, (əmək funksiyalarının eyniliyi və ya yaxınlığı, əmək fəaliyyəti zamanı “Selen turşuları və kuproksların” istifadəsi) barədə.
3. İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 39 saylı sexdə işlədiyi “qaynar üsulla cihaz və detalların qalayçısı” vəzifəsi və xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azot, oksigen və hidrogen stansiyasında işlədiyi “aparatçı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın hansı bölməsinə uyğun olubolmaması barədə (bölmə, şifr və kod göstərilməklə) Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" zavodu MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktuba aşağıda qeyd edilən məlumat xarakterli arayış təqdim etmişdir. Həmin Məlumatlarda qeyd edilmişdir ki, Sizin 2-1(112)-462/2023 saylı xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, X3 xx.xx.1988-ci il tarixdən (Əmr№350 xx.xx.1988) xx.xx.1994-cü il tarixədək (Əmr№33 xx.xx.1994) xx.xx.1994-cü il tarixdən (Əmr№41k xx.xx.1994) xx.xx.2015-ci il tarixədək (Əmr№300k xx.xx.2015) «Azon» zavodunda işləyib. xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 39 saylı sexdə qaynar usulla cihaz və detalların qalayçısı vəzifəsində işləyib. Qeyd edək ki, bu işin icrası zamanı mikrosxemlər fotorezistdə aşılanıb, xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylanıb. Bü vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən, (siyahı№2) XVİ bölgünün istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170200а, Kod 16464-ə və xx.xx.2007ci il tarixli 12 saylı qərarının 13.1(a) bölməsinə daxildir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azot, oksigen və hidrogen stansiyasında aparatçı vəzifəsində işləyib. Nəzərinizə çatdırırıq ki, Azot, oksigen və hidrogen stansiyasında kimyəvi-texnoloji qazalrın kimyəvi üsulla alınması işləri yerinə yetirilib. X1, oksigen və hidrogen stansiyasında aparatçı işlədiyi müddət ərzində, monosiılan, fosfin, 3-ftorit-bor qazlarının təmizlənməsi və konsentrasiyasının hazırlanması sahəsində növbəli iş rejimi ilə işləyib. Eyni zamanda bütöv iş vaxtı 3-xloretilen, 4-xloretilen, Seolid Na-x, Perlit tozu kimi kimyəvi maddələrdən texnloji avadanlıqlarda, kompressorlarda isə frion qazından bütov iş zamanı istifadə edilib. Yuxarıda qeyd edilən “Azot, oksigen və hidrogen" stansiyasında “aparatçı” vəzifəsinin icrası zamanı istehsalatda zərərli maddələrlə işləyən sahəyə aid kod və şifr olmadığından bu vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən, (siyahı№2) XXXİİİ bölgünün istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 23200000, Kod 13775-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bölməsinə uyğun göstərmişik. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XVİ. Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı bölməsində 2170200a. Selen turşularının və kuproksların düzləndiricilərinin istehsalı, 2170200a - fəhlələr; 16464 kodu altında selen düzləndiricilərinə birləşdirilən qalaylarla məşğul olan radiohissələrin qalayçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. Arayışda qeyd edilən şifr 23200000, Kod 13775 isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000- XXXİİİ. Ümumi peşələr 23200000—33775 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri zərərli peşə kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, təqdim edilmiş iş yerindən güzəştli arayışa əsasən, İddiaçı xx.xx.1988-xx.xx.1994-cü il tarixlərdə 39 saylı sexdə qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində çalışdığı göstərilmişdir. İşin icrası zamanı mikrosxemlər fotorezistdə aşılanmış, xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylanmışdır. Müvafiq arayışda İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 16-cı bölməsində 2170200a-16464 koduna uyğun olduğu qeyd edilsədə, lakin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Azon” zavodunun xx.xx.2021-ci il tarixli 03/197 nömrəli arayışında qeyd edilən koda uyğun peşə selen düzləndiricilərinə birləşdirilən qalaylarla məşğul olan radiohissələrin qalayçılarıdır. İddiaçı isə 39 saylı sexdə xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylamışdır. Eyni zamanda həmin arayışından məlum olur ki, İddiaçı xx.xx.1994-xx.xx.2015-ci il tarixlərdə “Azon” zavodunda azot, oksigen və hidrogen stansiyasında aparatçı vəzifəsində çalışmışdır. Müvafiq arayışda İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 33-cü bölməsində 23200000-33775 koduna uyğun olaraq kompressor qurğularının maşinistləri zərərli peşə kimi nəzərdə tutulmuşdur ki, iddiaçının tutduğu vəzifə həmin yarımbölməyə uyğun deyildir. Göründüyü kimi, İddiaçı işlədiyi vəzifələr Nazirlər Kabinetinin qərarına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələr aid deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərlə bağlı olaraq hesab edir ki, iddiaçı 2006cı il tarixinədək, qanunvericiliklə tələb olunan 20 il ümumi və 10 il güzəşli iş stajına malik olmadığı müəyyən olunur. Məhkəmə cavabdehin pensiya təyinatından imtina məktubunda qeyd etdiyi pensiya kapitalı ilə bağlı dəlili ilə bağlı olaraq qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş və hazırkı tələbin hüquqi əsasını təşkil edən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və illik artım faizləri nəzərə alınmaqla ödənilməli olan pensiya məbləğinin ödənilməsi» dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev