Məhkəmə qərarları › İş №2-1(112)-4620/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4620/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4620/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayilov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Zalışov Pərviz Mirzə oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi Kərimov Timur Yusif oğlunun (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı Zaman qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Zaman qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarix olan xx.xx.2019-cu ildən bərpa edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Tovuz rayonunda doğulmuşdur. xx.xx.1979-cu ildən xx.xx.2004-cü ilədək “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər “Sənayekommunaltikinti” Birliyinin filialında izolyasiyaçı işləmişdir. İşdən azad olunduqdan bir müddət sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Yasamal rayon şöbəsinə müraciət etmiş və həmin müraciəti əsasında ona xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bir middət güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişləri həyata keçirilsə də, daha sonra cavabdeh tərəfindən həmin ödənişlər dayandırılmışdır. Bununla bağlı olaraq cavabdehə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, ona xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Şöbədə aparılan inventarizasiya zamanı qarşılıqlı yoxlama zamanı güzəştli iş stajının olmadığı aşkarlanmışdır. Bu səbəbdən pensiyasının ödənişi xx.xx.2019-cu ildən dayandırılmışdır. Halbuki iddiaçının 52 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuş və həmin tarixə qədər 25 il 3 ay 2 gün ümumi və güzəştli iş stajı mövcud olmuşdur. İşlədiyi izolyasiyaçı vəzifəsi isə güzəştli şərtlərlə pensiya hüququ verən peşələr siyahısında olan peşəyə uyğundur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin xx.xx.2017-ci il tarixli,514 nömrəli qərarı ilə xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra DSMF-nin Yasamal rayon şöbəsində aparılan inventarizasiya zamanı iddiaçının sənədləri qarşılıqlı yoxlanılarkən iddiaçının güzəştli şərtlərlə iş stajının təsdiq olunmadığı aşkarlanmışdır. Belə ki, sənədlərin qarşılıqlı yoxlanılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işə qəbul olunması və işdən çıxarılması barədə xx xxxx 1979-cu il tarixli, 85-K nömrəli və xx.xx.2004-cü il tarixli, 33-K nömrəli əmrlər, əmrlər kitabına sonradan əlavə olunmuş, vərəqlərin rəngi, şriftlər fərqlidir. Əmək haqqı cədvəlləri təqdim olunmamışdır, hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə də rast gəlinməmişdir. Bu səbəbdən də iddiaçının pensiyasının ödənişi xx.xx.2019-cu ildən dayandırılmışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Zalışov Pərviz Mirzə oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi Kərimov Timur Yusif oğlu iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür. “Nikahın bağlanması haqqında” 491272 №li şəhadətnaməyə əsasən Məmmədov Süleyman Hidayət oğlu ilə Əmiraslanova Pakizə Zaman qızı arasında xx.xx.1982-ci ildə nikah bağlanmış və nikahdan sonra ər və arvada “Məmmədov” soyadı verilmişdir. “xxxx” SC-nin 2 №li Müəssisənin möhürü ilə təsdiq edilmiş tabel vərəqlərinə əsasən iddiaçı 1997,1998,1999,2001,2000,2002-ci ilərdə həmin müəssisədə işləyərək əmək haqqı almışdır. “Sənayetikinti”nin 2 №li Trestinin PMK-20-nin xx.xx.1979-ci il tarixli, 85-k nömrəli əmrinə əsasən iddiaçı xx.xx.1979-ci ildə izolyasiyaçı işinə qəbul edilmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.2000-ci ilə qədər hazırda “xxxx” SC-nin 2 №li Müəssisəsi adlanan müəssisədə izoləedici peşəsində işləmişdir. “xxxx” SC-nin 2 saylı Müəssisəsinin xx.xx.2004-cü il tarixli, 33k nömrəli “Növbəti məzuniyyət və işdən çıxmaq haqqında əmrlərinə əsasən iddiaçı xx.xx.2004-cü idən öz xahişi ilə həmin müəssisədən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişinə əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçıya xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.Şöbədə aparılan inventarizasiya zamanı iddiaçının sənədləri qarşılıqlı yoxlanılarkən iddiaçının güzəştli iş stajının olmaması aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2019-cu ildən pensiyanın ödənişi dayandırılmışdır, iddiaçıya xx.xx.2019-cu ilə qədər ödənilmiş 13131,97 manat artıq vəsaitin şöbənin hesabına bərpa edilməsi təklif edilmişdir. 305080 №li pensiya işinin kserosurətində olan sənədlərə əsasən: İddiaçıya xx.xx.2012-i ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 514 №li, xx.xx.2017-ci il tarixli qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir; xx.xx.2019-cu il tarixli “İş stajlarının və ya əmək haqlarının yoxlanılması barədə” akta əsasən iddiaçının xx.xx.1979-cu ildən xx.xx.2004-cü ilə qədər iş stajının və əmək haqlarının yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, xx xxxx 1979-cu tarixli, 85-k nömrəli əmr və xx.xx.2004-cü il tarixli, 33-k №li əmr, əmrlər kitabına sonradan əlavə olunmuşlar, vərəqlərin rəngi, şriftlər fərqlənir, əmrlərin üzərində möhür yoxdur, əmək haqqı cədvəlləri təqdim olunmamışdır, məzuniyyət, mükafat, töhmət əmrlərinə də rast gəlinməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 057 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş: “Sənayetikinti”nin 2 №li Trestinin PMK-20-nin xx.xx.1979-ci il tarixli, 85-k nömrəli əmrinə əsasən iddiaçı xx.xx.1979-ci ildə izolyasiyaçı işinə qəbul edilmişdir. “xxxx” SC-nin 2 saylı Müəssisəsinin xx.xx.2004-cü il tarixli, 33k nömrəli “Növbəti məzuniyyət və işdən çıxmaq haqqında” əmrinə əsasən iddiaçı xx.xx.2004-cü ildən öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-ci ildir, iddiaçıya xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, sonradan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişi ilə iddiaçıya bildirilmişdir ki, xx.xx.2019-cu ildən pensiyanın ödənişi dayandırılmışdır, səbəb kimi iddiaçının güzəştli iş stajının olmamasının aşkar edilməsi göstərilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İşin faktiki hallarına əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının ödənişinin dayandırılmasına əsas iddiaçının işə qəbul olunması və işdən çıxarılması barədə xx xxxx 1979-cu il tarixli, 85-K nömrəli və xx.xx.2004-cü il tarixli, 33-K nömrəli əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şriftlərin fərqli olması, əmək haqqı cədvəllərinin təqdim olunmaması, hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə də rast gəlinməməsi olmuşdur. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar - əmək kitabçası, işə girmə və işdən çıxma haqqında əmrlər, əmək haqqı hesablanması barədə tabellər ilə onun həqiqətən də hazırda “xxxx” Səhmdar Cəmiyyəti 2 saylı Müəssisəsi adlanan müəssisədə izoləedici işləməsi təsdiqlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Cavabdehin xx xxxx 1979-cu il tarixli, 85-K nömrəli və xx.xx.2004-cü il tarixli, 33-K nömrəli əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şriftlərin fərqli olması barədə bildirdikləri yalnız fərziyyə və ehtimaldır, həmin ehtimalın həqiqət olması məhkəmədə sübuta yetirilməmişdir. Cavabdehin etirazında göstərilən əmək haqqı cədvəllərininin təqdim olunmamasına gəldikdə isə bu hal da iş materilları ilə təkzib olunur, belə ki, “xxxx” SC-nin 2 №li Müəssisənin möhürü ilə təsdiq edilmiş tabel vərəqələrinə əsasən iddiaçıya 1997,1998,1999,2001,2000,2002-ci illərdə həmin müəssisədə əmək haqqı hesablanmışdır, iddiaçının hər hansı mükafat və töhmət əmrlərinə rast gəlinməməsinə gəldikdə belə bir əmrlərin mütləq qaydada (həmin əmrlərin verilməsinə əsas olmadıqda) mövcud olması qanunvericilikdə nəzərdə tutulmamışdır, belöə ki, işçinin mükafatlandırılması və intizam tənbehi ilə cəzalandırılması işəgötürənin müstəsna mülahizəsi əsasında həyata keçirilir, məzuniyyət əmrlərinə rast gəlinməməsi isə həmin əmrlərin mövcud olmaması demək deyildir və ya işçinin həmin dövrlərdə sadəcə məzuniyyət hüququndan istifadə etmədiyinə dəlalət edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Zaman qızına xx.xx.2012-ci ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarix olan xx.xx.2019-cu ildən bərpa edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33,34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Zaman qızına xx.xx.2012-ci ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarix olan xx.xx.2019-cu ildən bərpa edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar