Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4622/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və Azərbaycan Respublikası X6rşı vurulmuş mənəvi ziyanın ödənilməsi haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və Azərbaycan Respublikası X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 50.000 (əlli min) manat, Vəkillər Kollegiyasının 75 000 (yetmiş beş min) manat yən cəmi birlikdə 125 000 (bir yüz iyirmi beş min) manat məbləğdə vurduqları mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ilk olaraq Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə cavabdehlər X9 və Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsinə” dair iddia ərizəsi ilə müraciət etmişdir. İddianın məqsədi Vəkillər Kollegiyası tərəfindən imtahan ərəfəsi sənədlərlə bərabər ondan və digər vəkilliyə namizədlərdən qanunsuz yollarla 200 (iki yüz) manat pul alınması faktı idi. İddiada o, cavabdehlərdən hər vəkilliyə namizəd üçün X8 bank hesabına əslində nə qədər pul məbləğinin köçürülməsi haqda məlumatların ona vermələrini, verməmiş olduqları halda hər birinin ona 50 000 (əlli min) - yəni cəmi birlikdə 100 000 (bir yüz min) manat mənəvi təzminat ödəmələrinə dair ərizələrini təqdim etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4559/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, onun tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3264/2022 saylı 25 aprel 2022-ci il tarixli qərardadı ilə qeyd olunan qətnamə ləğv edilmiş, iddiasının inzibati məhkəmədə baxılmasına dair qərardad çıxarılmışdır. Həmin qərardaddan verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-4343/2022 saylı 01 avqust 2022 il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə saxlanılaraq onun iddiasının inzibati qaydada baxılmalı olduğu qeyd edilmişdir. Cavabdeh Vəkillər Kollegiyası uzun müddət ona cavab verməkdən yayınmışdır, X10 də yalnız keçid balına görə verdiyi apellyasiya şikayəti ilə əlaqədar cavab verəcəklərini, Vəkillər Kollegiyasından X9 hər vəkilliyə namizəd üçün nə qədər köçürülmələri barədə məlumat verməyəcəklərini şifahi surətdə bildirmişlər. Hər iki müraciətləri 06 avqust 2021-ci il tarixdə cavabdehlərin hər birinə çatdırılmış, cvabdehlərin müraciətlərinə obyektiv cavab verməkdən imtina etmək fikrində olduqlarını bildikdə o, hər iki cavabdehə 15 avqust 2020ci il tarixdə növbəti müraciətlər hazırlayaraq, onlara çatdırmışdır. Vəkilər Kollegiyası 10 avqust 2021-ci il tarixində 999-cu sayla cavabı hazırlamış olduqları görüntüsü yaratmaqla ona poçt vasitəsilə göndərmişdir. Həmin cavabda test imtahanı üçün X9 hər vəkiliyə namizəd üçün nə qədər pul ödənilməsi haqda bir cümlə ilə də olsun fikir bildirilməmişdir, sadacə rəyasət heyətinin 17 mart 2021-ci il tarixində çıxarmış olduğu qərarından söhbət getmişdi. Ona vurmuş olduqları mənəvi ziyanla əlaqədar isə 2-ci cavabdeh Vəkillər Kollegiyasının 26 avqust 2021-ci il tarixdə 1039-cu sayla bir cümlədən ibarət cavab vermiş olmuşdular ki, ona artıq 10 avqust 2021-ci il tarixində 999-cu sayla cavabı vermişlər. 1-ci cavabdeh X10 25 avqust 2021-ci il tarixində 04/xx-xx/2240-cı sayla cavabı hazırlamış olduqları görüntüsü yaratmaqla ona poçt vasitəsilə göndərmişlər. X8 cavabında da obyektivlikdən uzaq fikirləri yer almışdır. Bir sözlə hər iki cavabdehlərin hər vəkiliyə namizəd üçün test imtahanında iştirak etməklə əlaqədar test imtahanı üçün X9 hansı miqdarda pul məbləği köçürülməli olduğu haqda, həmçinin ona vurduqları mənəvi ziyanlara görə hər biri ayrı-ayrılıqda 50.000 (əlli min) manat təzminat ödəmələrinə dair məlumat verməkdən yayınmışdılar. 29 sentyabr 2022-ci il tarixdə o, həm 1-ci cavabdeh X9 həm də digər cavabdeh Vəkillər Kollegiyasına ərizələrini hazırlayaraq, poçtla şifarişlixəbərnaməli məktublarla göndərməklə test imtahanında iştirak etmək üçün hər vəkilliyə namizəddən X8 bank hesabına köçürülməli olan əsil məbləğə dair məlumat verməkdən imtina etmiş olduqları üçün X10ndən 50000 (əlli min) manat, Vəkillər Kollegiyasından 75000 (yetmiş beş min) manat mənəvi təzminat tələb etmişdir. Digər cavabdeh X9 göndərdiyi ərizəsini 07 oktyabr 2022 il tarixdə, digər cavabdeh Vəkillər Kollegiyasına göndərdiyi ərizəsi isə 05 oktyabr 2022-ci il tarixdə rəsmi şəkildə qəbul edilmiş, lakin müraciətləri cavablandırılmamışdır. O, əgər vaxtında cavabdehlərin obyektiv cavablarını alsaydı test imtahanı üçün X9 ödənilən pul məbləği ödəyib, vəkiliyə namizədlər üçün 2021-ci ilin sentyabr ayının sonlarına - oktyabr ayının əvvəllərinə təyin edilən test imtahanında iştirak edərdi, yüksək bal toplayıb şifahi müsabiqə mərhələsinə buraxılaraq həmin mərhələdən də müvəffəqiyyətlə keçib vəkilik fəaliyyətinə başlayardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, tərəflər iş üzrə araşdırma aparılması, həmçinin iddianın mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı 05 mart 2021-ci il tarixində keçirilən vəkilliyə qəbulla bağlı test imtahanında iştirak etmiş və 59 bal toplamışdır. İddiaçı müvafiq test tapşırığını mübahisələndirmiş, həmin test tapşırığı ilə bağlı təkrar ekspertiza keçirilmiş və testdə texniki qüsur aşkar olunduğundan onun balı yenidən hesablanmış və müvafiq məktub DİM tərəfindən Vəkillər Kollegiyasına göndərilmişdir. Sonra iddiaçı müvafiq olaraq ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmış amma müsahibə mərhələsindən uğur qazana bilməmişdir. İddiaçı mənəvi zərərlə bağlı Vəkillər Kollegiyasına müraciət etmiş, müraciətinin təmin edilməsi üçün heç bir əsas olmadığına görə müraciəti təmin olunmamışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Vəkillər X1 17 mart 2018-ci tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab verən şəxslər imtahanda iştirak etmək üçün məbləği Azərbaycan Respublikası Vəkillər X1 bank hesabına ödəyirlər. Azərbaycan Respublikasının X10 Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli №VK- DİM01 müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə 280 nəfər namizəd üçün yazılı test imtahanının keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiyaya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanında iştirakla bağlı tələb olunan, Kollegiya tərəfindən müəyyən edilmiş 200 manat məbləğ iddiaçı Kollegiyanın bank hesabına köçürülmüşdür. Kollegiya isə imtahanları özü təşkil etməmiş, Mərkəz müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs olduğu üçün Kollegiya bu məqsədlə Mərkəzlə müqavilə bağlamışdır. Mərkəz tərəfindən hər bir imtahanın keçirilməsi ilə bağlı müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və ya elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanların keçirilməsi üzrə müqavilə qiymətləri bir-birindən fərqlənir. Mərkəz isə razılaşdırılmış qiymətlə yazılı test imtahanları təşkil etmiş və icraçı kimi müqavilədə nəzərdə tutulan təşkilatı işləri lazımi səviyyədə yerinə yetirmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı ərizəçi özünün mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərəçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini göstərməli və sübut etməlidir. Ərizəçi iddia ərizəsində istinad etdiyi faktlar (hallar) mülahizə, fərziyyə və ehtimal xarakterli olduğundan, iddiaçı irəli sürdüyü tələblərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla təsdiq edə bilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Digər cavabdeh X8 iddiaya dair yazılı etirazı (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh Azərbaycan Republikası X10 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X7 yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materialarında olan; Azərbaycan Respublikası Vəkillər X1 İddiaçı ünvanladığı: - 999 №-li, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vəkillər X2 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailələri, müharibə veteranları, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəlyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq, imtahan üçün ödəniş 100 manat məbləğində müəyyən edilmişdir. - 1039 №-li 26 avqust 2021-ci il tarixli məktubda - eyni məzmunlu ərizəsinə Rəyasət Heyətinin 999 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə müvafiq cavab verildiyi bildirilmişdir. Azərbaycan Respublikası X10 tərəfindən İddiaçı ünvanlanmış PŞH/3-2022-3292 №-li, xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, onun eyni məzmunlu müraciəti Mərkəzin 25 avqust 2021-ci il tarixli 04/xx-xx/2230 nömrəli məktubu ilə cavablandırılmışdır. Həmin məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət X3 uyğun olaraq, dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşiklati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Mərkəz müqavilə əsasında da imtahanlar təşkil etdiyi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli VK-DİM01 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqəda müsabiqənin birinci mərhələsi üzrə 280 nəfər namizəd üçün yazılı test imtahanının keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. İmtahanların keçirilməsi ilə bağlı hər bir müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və ya elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanların keçirilməsi üzrə müqavilə qiymətləri bir-birindən fərqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə rzılşdırılmış iş həcminə daxil olan bütün işləri ödəmiş sayılır. Həmin Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditroun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanda iştirakla bağlı tələb olunan, Kollegiya tərəfindən müəyyən edilmiş 200 manat məbləğ tərəfindən Kollegiyanın bank hesabına köçürülmüşdür. Kollegiya isə imtahanları özü təşkil etməmiş, Mərkəz müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs olduğu üçün Kollegiya bu məqsədlə Mərkəzlə müqavilə bağlamışdır. Mərkəz isə razılaşdırılmış qiymətlə yazılı test imtahanları təşkil etmiş və icraçı kimi müqavilədə nəzərdə tutulan təşkilati işləri lazımi səviyyədə yerinə yetirmişdir. Mövcud qanunvericiliyə görə imtahanda iştirak edən şəxslərin heç biri ilə, o cümlədən onunla Mərkəz arasında imtahanda iştiak etmək və xidmət göstərməklə bağlı müqavilə münasibələri olmadığı üçün Mərkəz onun qarşısında heç bir öhdəlik daşımır. Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı mərkəzin bank hesabına köçürülmüş pul məbləği haqqında məlumatın təqdim edilməsi ilə bağlı bildirirlər ki, informasiya sahibinin açıqlamaq vəzifəsi daşıdığı informasiyalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 29cu maddəsində sadalanmışdır. Müqavilə əsasında əldə edilmiş vəsaitlər ictimai maraq kəsb etmədiyi üçün açıqlanmalı olan informasiya kimi həmin maddədə nəzərdə tutulmamışdır. Bu səbəbdən Mərkəz Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanın keçirilməsi ilə bağlı əldə etdiyi vəsaiti ona açıqlamaq vəifəsi daşımır. Müraciətində müvafiq məlumatların təqdim edilməyəcəyi halda, vurulmuş mənəvi zərərə görə ona 50000 manat məbləğdə təzminat ödənilməsi tələbi ilə bağlı bildirilmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prsessual Məcəlləsinin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi müəyyən edilmişdir. Vuluduğunu iddia etdiyi mənəvi zərərin ödənilməsi üçün müəyyən edilməli olan halları və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini nəzərə alaraq, Mərkəzin heç bir hüquq pozuntusuna yol vermədən etdiyi qanuni hərəkətlərin (hərəkətsizliyin) onda hansı formada mənəvi sarsıntı və iztirablar yaratdığını sübut etməldiri. Onun “test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqqında rəsmi məlumatın təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin məhkəmənin 30 sentyabr 2021-ci il tarixli 2-1(112)-10184/2021 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. O, Mərkəz və Vəkillər Kollegiyası arasında bağlanmış müqavilənin tərəfi olmadığı üçün həmin tərəflər arasında bağlanmış mülki müqavilənin şərtləri, o cümlədən hansı məbləğ pulun Mərkəzin hesabına köçürülməsi barədə məlumat almaq hüququ yoxdur, yəni onun hazırki iddiada hüquqi marağı mövcud deyildir, başqa sözlə Mülki Məcəllə ilə müqavilə tərəfinin hüquq və vəzifələrinin daşıyıcısı olmadığından və həmin müqaviləni mübahisələndirmək hüququna malik olmadığından müqavilənin şərtləri də onun maraqlarına toxuna bilməz. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Publik hüquqi şəxlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır (maddə 2.2). Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur (maddə 3.4.). Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir. Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinəsasən: Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər; Vəkillər Kollegiyası hüquqi şəxsdir; Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir; Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillər Kollegiyasının orqanlarıdır; Vəkillər Kollegiyası bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının X10 publik hüquqi şəxsin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X10 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. İddiaçının hazırki iddiası Azərbaycan Respublikasının X10 ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə yazılı test imtahanının keçirilməsi ilə bağlı hər bir namizəd üçün X8 bank hesabına ödənilən pulun məbləği haqda məlumatların ona verilməməsi nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsindən ibarətdir. İş materiallarında olan məhkəmə qərardadlarından (qərar) müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının X9 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, test imtahanında iştirak üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10184/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlər arasında baglanmış müqavilənin tərəfi olmadıgından hazırki iddiaya onun hüquqi marağı mövcud deyildir, yəni Mülki Məcəllə ilə müqavilə tərəflərinin hüquq və vəzifələrinin daşıyıcısı olmadıgından və həmin müqaviləni mübahisələndirmək hüququna malik olmadıgından müqavilənin şətrləri də onun maraqlarına toxuna bilməz (müqaviləni ləgv etmək, dəyişdirmək, şərtləri, qiyməti, müddəti, icrası və s. ). İddiaçının maragı məhz cavabdehlərin maliyyə hesabatlılıgına əsaslandıgı halda belə, bu dövlətin müvafiq maliyyə hesablama və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlərdir. Müqavilə əsasında əldə edilmiş vəsaitlər isə ictimai maraq kəsb etmədiyi üçün açıqlanmalı olan informasiya kimi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu nəzərdə tutulmamışdır (informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş həmin maddədə sadalanan informasiyaları açıqlamalıdır). Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Bu əsaslarla cavabdeh Azərbaycan Respublikasının X10 Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsait barədə iddiaçıya məlumat vermək vəzifəsi daşımır. Beləliklə də məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddiaçının iddiaya hüquqi marağı olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2814/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10184/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-512/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2814/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının cavabdehlər tərəfindən keçirilmiş test imtahanında iştirak üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır (iddiaçının iddiaya hüquqi marağı olmadığı üçün), belə olan halda həmin məlumatın verilməməsinə görə mənəvi ziyanın ödənilməsinə dair hazırki iddiası da mümkün sayılmamalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və Azərbaycan Respublikası X6rşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4622/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4622/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver