Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4626/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü Qarabağ Müharibəsinin iştirakçısı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən yaralandığı üçün xx.xx.2024-cü il tarixdən müvafiq əlillik dərəcəsinin yenidən təyin edilməsi və xx.xx.2024-cü il tarixdən hazırki vaxta kimi ödənilməyən əlillik pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Tovuz RHK tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağrılmış və 1994-cü ildə fərarilik etdiyi üçün barəsində Füzuli-Qubadlı hərbi məhkəməsi tərəfindən xx.xx.2006-cı ildə hökm çıxarılmışdır iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhəri 4 Saylı klinik xəstəxanada müayinə və müalicə olunduğum yaralanma –diaqnoz CSağ budun, sağ baldırın, sağ bel və sağ sağrının, sol budun müxtəlif nahiyyələrinin, sol əlin İ barmağının kor qəlpə yaraları və xx.xx.2006-cı ildə MN MHP-nin HHK-in tərəfindən tibbi şəhadətləndirilmə zaman təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Hissi və hərəkəti pozulmalarla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə (xx.xx.1994) qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Sağ budun, sağrının, bel nahiyyəsinin, sol baldırın və sol əlin odlu qəlpə yaralanmasından (xx.xx.1994) sonraki bərkimiş dəri çapıqları, sağ budun yumşaq toxumalarının cismi (metal qəlpələr), funksiyanın pozulmaması ilə” (xəstəxananın verdiyi xx.xx.1994-cü il tarixli 1077 saylı arayışı, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü. MN MHP-nin xx.xx.2006-cı il tarixli arayışı ilə təsdiq edilir'"’) “HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMAN ALİNMİŞDİR” kimi qeyd olunmuşdur. İddiaçıya 2006-cı il tarixdən 3-cü qrup əlillik təyin olunmuşdur. Lakin 2021-ci il tarixdə həmin əlillik dayandırılmışdır. Hətta iddiaçı hesab edir ki, ona 3-cü qrup deyil, 2-ci qrup əlillik düşür. Bütün bunlara baxmayaraq iddiaçının əlilliyi dayandırılmışdır. İddiaçı əlilliyin müəyyən olunması üçün yenidən cavabdehə müraciət etmiş, lakin hər dəfə ona bildirilmişdir ki, diaqnoz əlillik təyin etmir. İddiaçı sonuncu dəfə 2024-cü il tarixdə müraciət etmiş, lakin yenə imtina olunmuşdur. İddiaçıda mövcud olan xəstəliklərin (əsas diaqnoz, ağırlaşma və vanakı xəstəliklərin) olması cavabdeh orqan tərəfindən, çıxarışlar, epikrizlər MN.MHHK-nin həkim mütəxəssisinin rəyi ilə inkar edilməsə də, bütün bunlara baxmayaraq cavabdeh orqan imtina vermişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olub. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik təyininə əsas vermədiyindən diaqnozun əlillik əlaməti təyin etməməsi qərarı qəbul edilmişdir. Daha sonra müraciət əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə rəhbər şəxsin qəbulunda olmuşdur. Aparılan müayinə və təqdim olunan tibbi sənədlər nəticəsində şəxsə dair xx.xx.2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sağ baldırın aşağı 1/3-nin iç səthinin trofiki yarası. Sağ pəncədə və topuqda fleqmonanın açılması əməliyyatından sonrakı vəziyyət. Sağ aşıq-baldır oynağının kontrakturası. Sağ budun, baldırın çoxsaylı yad cismi (metal qəlpələri). Yeriş funksiyasının pozulması. Daimi ağrı. Sağ aşağı ətrafın neyropatiyası. Əzələ atrofiyası. Arterial hipertenziya İİ mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
6. TSEK-Müayinələr: - xx.xx.2006-cı il tarixində “hissəvi və hərəkəti pozğunluqlarla müşahidə olunan oturaq sinirin zədələnməsi ilə nəticələnmiş sağ budun yumaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının pozulması ilə, sağ dirsək oynağının postravmatik pataloji deformasiyası, sağ budun, sağ əlin, belin, sol baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq sağ budun yumşaq toxumasının yad cisimləri funskiya pozulması ilə” diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik (digər: 2.3) təyin edilmişdir. - xx.xx.2015-cü il tarixində “hissəvi və hərəkəti pozğunluqlarla müşahidə olunan oturaq sinirin zədələnməsi ilə nəticələnmiş sağ budun yumaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının pozulması ilə, sağ dirsək oynağının postravmatik pataloji deformasiyası, sağ budun, sağ əlin, belin, sol baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq sağ budun yumşaq toxumasının yad cisimləri funskiya pozulması ilə” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: 2.3) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində “hissəvi və hərəkəti pozğunluqlarla müşahidə olunan oturaq sinirin zədələnməsi ilə nəticələnmiş sağ budun yumaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının pozulması ilə, sağ dirsək oynağının postravmatik pataloji deformasiyası, sağ budun, sağ əlin, belin, sol baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq sağ budun yumşaq toxumasının yad cisimləri funskiya pozulması ilə” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: 2.3) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində “dəqiləşdirilməmiş plinevropatiyalar, hissi və hərəkətin poulmaqla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnən sağ budun yumşaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri” diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbilə imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “dəqiləşdirilməmiş plinevropatiyalar, hissi və hərəkətin poulmaqla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnən sağ budun yumşaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri” diaqnozun mətni ilə tam reabilitasiya olması səbəbilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə zədələnmələr, odlu silah yaralanması, sol yuxarı ətrafın, gövdənin və hər 2 aşağı ətrafların çoxsaylı qəlpə yaralanmalar, sağ dirsək oynağının varus deformasiyası, dirsək oynağının valqus deformasiyası, əzələnin başqa rubrikalarında atrofiyası və üzülməsi, sağ sağrı və budun yumşaq toxumalarında əzələ atrofiyası, daimi ağrı sindromu, axsama və yeriş funksiyasının pozulması, sol bazunun uzaqlaşdırıcı, dirsək oynağının bükücü açıcı kontrakturası, açma 150 dərəcə, bükmə 95 dərəcə, sağ dirsək oynağının varus deformasiyası, bbükücü açıcı kontrakturası, açma 15 dərəcə, bükmə 80 dərəcə, postravmatik kobud çapıqlar” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “əl odlu silahından atəş. Odlu silah yaralanması partlayış travması, sol yuxarı ətraf, gövdə, hər iki aşağı ətrafların çox saylı qəlpə yaralanmaları postravmatik kobud kelloid çapıqlar. Sol bazu sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla yaralanmadan sonra sağ budun yuxarı 1/3nin tış, sarğı nahiyyəsinin, sağ baldırın ön iç boylama, sol budun orta 1/3-nin iç, sol baldırın yuxarı orta 1/3-nin ön tış səthlərində çapıq toxumaları, hər iki bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində “sağ baldırın aşağı 1/3-nin trofiki yarası. Sağ pəncədə və topuqda fleqmonanın açılması əməliyyatından sonrakı vəziyyət. Sağ aşıq-baldır oynağının kontrakturası. Sağ budun, baldırın çoxsaylı yad cismi (metal qəlpələri). Yeriş funksiyasının pozulması, daimi ağrı, sağ aşağı ətrafın neyropatiyası. əzələ atrofiyası, arterial hipertenziya İİ mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.
7. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19958/2023 nömrəli Qərarına əsasən Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. (ESDAS: **********3). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022ci il tarixli 0321003AARHK nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********9). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli F00048555GDA nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********4). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 115 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun, sağ baldırın, sağ bel və sağ sağrının, sol budun müxtəlif nahiyyələrinin, sol əlin İ barmağının kor qəlpə yaraları. Hissi və hərəki pozulmalarla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnmiş sağ budun yumsaq toxumalarının kor qəlpə yaralanmasının (xx.xx.1994) qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Sağ budun, sağrının, bel nahiyyəsinin, sol baldırın və sol əlin odlu qəlpə yaralanmasının (xx.xx.1994) sonrakı bərkimis dəri çapıqları, sağ budun yumsaq toxumalarının yad cismi (metal qəlpələr), funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Xora xəstəliyi. 12 barmaq bağırsaq soğanağının yuxarı ön divarının 0.5x0.7 sm ölçülü xorası. Xroniki qastroduodenitin kəskinləşməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Obyektiv müayinədə hərəki, funksional pozuntular qeyd olunmur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı ayaqlarında ağrılardan, qıcolmalardan şikayətlənmiş, sol beldə, hər iki sağrıda, hər iki bud və baldırda, həmçinin sol bazunun orta 1/3-də çapıqlar izlənilmiş, əzələ gücü, tonusu normal, reflekslər canlı çağrılmış, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərəki məhdudluq aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, əsəbilik, şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında qanda yüksək şəkər olması nəticəsində komaya düşdüyünü, aşağı ətraflarda çoxsaylı qəlpələr olduğunu bildirmişdir. Müayinə zamanı sağ budun orta 1/3-nin bayır səthində ~7 sm ölçüdə boylama istiqamətdə keçirilmiş əməliyyata məxsus çapıq, hər iki baldırın aşağı 1/3-də çoxsaylı, sol bazunun, sol saidin ön səthində dəri çapıqları izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Müayinə gedişatında vətəndaşda şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Hipertenziv ensefalopatiya. Vertebro-bazilyar arterial sindrom. Arterial hipertenziya. Ü.İ.X. gərginlik stenokardiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X8 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5433 nömrəli Çıxarışında diaqnoz “Şəkərli diabet tip 2. İnsulin tələbli, ağır forma. nevrotik ağırlaşmalarla. Diabetik polineyropatiya. Orta dərəcəli depressiv epizod. Nevrotik reaksiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sağ budun yuxarı 1/3-nin tış, sarğı nahiyyəsinin, sağ baldırın ön, iç boylama, sol budun orta 1/3-nin iç, sol baldırın yuxarı-orta 1/3-nin ön, tış səthlərində çapıq toxuması, hər iki bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, dirsək oynaqlarının valqus deformasiyası, açıcı kontrakturası (bükmə solda 95 dərəcə, sağda 100 dərəcə), İİ dərəcəli osteoartrozu, hər iki yuxarı ətrafın funksiyasının pozulması, sağ sarğı və budun yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, daimi ağrı sindromu, əzələ atrofiyası, axsama və hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü tarixli ******* nömrəli Çıxarışında diaqnoz “ Hipertenziv ensefalopatiya. Arterial hipertenziya. İİİ f.s. ÜİX. Gərginlik stenokardiyası. Sağ budun, sağ baldırın, sağ bel və sol budun müxtəlif nahiyyələrinin qəlpə yaralanması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4.6 sm). Septumun hipertrofiyası (1.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=59%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. MİN MR. Min TR. Perikard təmizdir" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7275/2024 nömrəli Qərarına əsasən Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0321003AARHK nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli F00048555GDA nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********4). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli E00130167YTİ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-97023/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 115 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun, sağ baldırın, sağ bel və sağ sağrının, sol budun müxtəlif nahiyyələrinin, sol əlin İ barmağının kor qəlpə yaraları. Hissi və hərəki pozulmalarla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnmiş sağ budun yumsaq toxumalarının kor qəlpə yaralanmasının (xx.xx.1994) qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Sağ budun, sağrının, bel nahiyyəsinin, sol baldırın və sol əlin odlu qəlpə yaralanmasının (xx.xx.1994) sonrakı bərkimiş dəri çapıqları, sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpələr), funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Xora xəstəliyi. 12 barmaq bağırsaq soğanağının yuxarı ön divarının 0.5x0.7 sm ölçülü xorası. Xroniki qastroduodenitin kəskinləşməsi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Dəqiqləşdirilməmiş polinevropatiyalar , Hissi və hərəkətin pozulmaqla müşlahidə olunan otuiraq sinirinin zədələnməsi ilə nəticələnən sağ budun yumşaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri. Dəqiqləşdirilməmiş polinevropatiyalar, Sağ aşağı ətrafın funkusiyasının pozulması. Sağ dirsək oynağının postravmatik patoloji deformasiyası, sağ budun, sağrımın, bel nahiyəsinin, sol baldırın və sol əlin odlu qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpələr) funksuyasının pozulması. Sağ oturaq sinirinin davamlı qalıq əlamətləri hissiyatın hipertesiya tipli pozğunluğu” diaqnozu öz təsdiqini tapmamışdır. Obyektiv müayinədə hərəki, funksional pozuntular qeyd olunmur” kimi qeyd olunmuş, Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki aşağı ətrafında ağrı, şişkinlik, qıcolmalardan şikayətlənmişdir. Nevroloji müayinə zamanı əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaqlarında ağrılardan, qıcolmalardan şikayətlənmiş, sol beldə, hər iki sağrıda, hər iki bud və baldırda, həmçinin sol bazunun orta 1/3-də çapıqlar izlənilmiş, əzələ gücü, tonusu normal, reflekslər canlı çağrılmış, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərəki məhdudluq aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, əsəbilik, şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında qanda yüksək şəkər olması nəticəsində komaya düşdüyünü, aşağı ətraflarda çoxsaylı qəlpələr olduğunu bildirmişdir. Müayinə zamanı sağ budun orta 1/3-nin bayır səthində ~7 sm ölçüdə boylama istiqamətdə keçirilmiş əməliyyata məxsus çapıq, hər iki baldırın aşağı 1/3-də çoxsaylı, sol bazunun, sol saidin ön səthində dəri çapıqları izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Müayinə gedişatında vətəndaşda şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, çoxsaylı qəlpələri olduğunu, ürək çatışmazlığından, 15 (on beş) aydır şəkərli diabet xəstəliyindən, 4-5 ildir yüksək arterial təzyiqdən əziyyət çəkdiyini, 2009-cu ildə infarkt keçirdiyini, aşağı ətraflarında şəkərli diabet fonunda yaranmış fleqmona səbəbindən 3 (üç) dəfə cərrahi əməliyyat keçirdiyini bildirmiş, medikamentoz preparatlardan “Actropid”, “İnsulin”, “İmperium” istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı sol bazunun, sol saidin orta 1/3-də, sol baldırın orta 1/3-də, sağ sağrıda, sağ budun orta 1/3-də çapıqlar, sağ baldırda və sağ topuqda irinliyin açılmasından sonrakı əməliyyat çapıqları izlənilmiş, hər iki ayaqarxası və sol topuqda nəbz hiss edilmiş, sağ topuqda əməliyyatla bağlı nəbzi yoxlamaq mümkün olmamış, arterial təzyiqi dərman fonunda 200/140 mm cv st olmuşdur. X8 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5433 nömrəli Çıxarışında diaqnoz “Şəkərli diabet tip 2. İnsulin tələbli, ağır forma. nevrotik ağırlaşmalarla. Diabetik polinevropativa. Orta dərəcəli depressiv epizod. Nevrotik reaksiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Sağ aşağı ətrafın flegmonası. Şəkərli diabet tip 2” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 138 nömrəli Çıxarışında diaqnoz “Sağ pəncənin flegmonası. Şəkərli diabet tip 2” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** AB8881/2024 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanmasından (qəlpə) sonrakı vəziyyət. Sağ budun, baldırın çox saylı vad cismi (metal qəlpələr). Sağ aşıg-baldır oynağının üçüncü dərəcəli artrozu. Sağ diz oynağının artrozu. Sağ baldırın aşağı 1/3-nin iç səthinin trofiki varası. Sağ aşağı ətrafın nevropativası. Sağ aşıg baldır oynağının kontrakturası. Daimi ağrı. Yeriş funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli bud sümüyü rentgenoqrafiya müayinəsinin nəticəsi “Bud sümüyünün diafizi yuxarı 1/3-ində öndə kiçik sahəli lokal kortikal qalınlaşma aşkar edilir: posttravmatik dəyişiklik. Müvafiq nahiyyədə budun yumşaq toxumaları daxilində 11 mm və daha kiçik ölçülü çox sayda metal yad cisim (qəlpə) təyin edilir. Sağ diz oynağında ovnag yarığı medialda qismən daralıb. Tibia interkondulvar qabarlarında kiçik osteofitik sivriləşmələr təyin edilir: İ dərəcə osteoartroz. Anateriolateral periartikulyar yumşaq toxumalar daxilində 1-3 mm ölçülü iki ədəd metal yad cisim (qəlpə) izlənir. Sağ baldırın orta 1/3-i səviyyəsində ön/lateral yumşaq toxuma daxilində 7 mm və daha kiçik ölçülü metal yad cisim (qəlpə) qeyd edilir. Sağ lateral topuğun köhnə bitişmiş sınığı və buna bağlı aşıq-baldır oynağında posttravmatik İİİ dərəcə osteoartroz izlənir. Daban sümüyündə plantar calcaneal şpor və Axil tendonu kalkaneal kalsifikasivası-kalsifik tendinozisi aşkar edilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq dilatasiva olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksivası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
9. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0009 nömrəli Qərarına əsasən İddiaçı əlillik verilməsindən imtina edilmişdir
10. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 Xəstəliyin adı kodu Hərbi əməliyyatlar nəticəsində odlu Azərbaycan Respublikasının Əsas diaqnoz Y36.4 silahla və digər adi silah növləri ilə ərazi bütöv konstitusiya törədilmiş zədələnmələr, Odlu silah quruluşunun müdafiəsi yaralanmasından sonrakı vəziyyət.Sağ budun ,baldırın çox saylı yad cismi(metal qəlpələri).sağ aşıqbaldır oynağının üçüncü dərəcəli artrozu,sağ diz oynağının artrozu,sağ baldırın aşağı 1/3-nin iç səthinin trofiki yarası.Sağ aşağı ətrafın neyropatiyası.Sağ aşıq baldır oynağının əzələ atrofiyası.daimi ağrı .yeriş funksiyasıın pozulması.Şəkərli diabet .Sağ pəncədə və topuqda fleqmonanın Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ aşıq Azərbaycan Respublikasının baldır oynağının kontrakturası(ETTOİ ərazi bütöv konstitusiya xx.xx.2024) quruluşunun müdafiəsi Ağırlaşma M19 Digər artrozlar, sağ aşıq-baldır Azərbaycan Respublikasının oynağının üçüncü dərəcəli artrozu,sağ ərazi bütöv konstitusiya diz oynağının artrozu(ETTOİ -- quruluşunun müdafiəsi 11.07.24) Ağırlaşma M79.5 Yumşaq toxumalarda qalmış yad Azərbaycan Respublikasının cisim, sağ budun, baldırın çox saylı ərazi bütöv konstitusiya yad cismi (metal qəlpələri) (ETTOİ- quruluşunun müdafiəsi xx.xx.2024) Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və Azərbaycan Respublikasının dəqiqləşdirilməmiş pozulmaları, yeriş ərazi bütöv konstitusiya funksiyasının pozulması (ETTOİ- quruluşunun müdafiəsi xx.xx.2024) Ağırlaşma L98.4 Dərinin başqa rubrikalarda təsnif Azərbaycan Respublikasının olunmayan xroniki xorası, sağ baldırın ərazi bütöv konstitusiya aşağı 1/3-nin iç səthinin trofiki yarası quruluşunun müdafiəsi (ettoi-xx.xx.2024) Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif Azərbaycan Respublikasının olunmayan atrofiyası və üzülməsi, ərazi bütöv konstitusiya əzələ atrofiyası.(ETTOİ-xx.xx.2024) quruluşunun müdafiəsi Ağırlaşma R52.2 Digər daimi ağrı, daimi ağrı(ETTOİ- Azərbaycan Respublikasının xx.xx.2024) ərazi bütöv konstitusiya quruluşunun müdafiəsi Yanaşı E11 İnsulindən asılı olmayan şəkərli Azərbaycan Respublikasının xəstəliklər diabet, şəkərli diabet ərazi bütöv konstitusiya quruluşunun müdafiəsi Yanaşı Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi Azərbaycan Respublikasının xəstəliklər müdaxilədən sonrakı vəziyyətlər, Sağ ərazi bütöv konstitusiya pəncədə və topuqda fleqmonanın quruluşunun müdafiəsi aşılmış əməliyyatından sonrakı vəziyyət. Yanaşı G57 Aşağı ətrafın mononevropatiyaları, Azərbaycan Respublikasının xəstəliklər Sağ aşağı ətrafın neyropatiyası ərazi bütöv konstitusiya (ETTOİ-xx.xx.2024) quruluşunun müdafiəsi Yanaşı İ11.9 [Durğunluq] ürək çatmamazlığı Azərbaycan Respublikasının xəstəliklər olmadan, əsasən ürəyin zədələnməsi ərazi bütöv konstitusiya ilə hipertenziv [hipertoniya] xəstəlik [- quruluşunun müdafiəsi yi], Arterial hipertenziya İİ mərhələ.
11. Xəstəliyə görə ambulator müraciətlər: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu xx.xx.2023 silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu xx.xx.2023 silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər xx.xx.2023 növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr
12. Stasionar müalicə aldığı müəsisələr: Hərbi əməliyyatlar Mingəçevir Şəhər "Ana və nəticəsində odlu silahla və xx.xx.1994 xx.xx.1994 36 Y36.4 Uşaq" MSM digər adi silah növləri ilə törədilmiş zədələnmələr Hərbi əməliyyatlar nəticəsində odlu silahla və Bakı,4 saylı x/x xx.xx.2009 xx.xx.2009 15 Y36.4 digər adi silah növləri ilə törədilmiş zədələnmələr Hərbi əməliyyatlar nəticəsində digər növ Naftalan əlilərin bərpa xx.xx.2010 xx.xx.2010 15 Y36.2 partlayışlarla və ya mərkəzi qəlpələrlə törənmiş zədələnmələr Hərbi əməliyyatlar nəticəsində odlu silahla və ETTOİ xx.xx.2022 xx.xx.2022 0 Y36.4 digər adi silah növləri ilə törədilmiş zədələnmələr Hərbi əməliyyatlar nəticəsində odlu silahla və ETTOİ xx.xx.2023 xx.xx.2023 0 Y36.4 digər adi silah növləri ilə törədilmiş zədələnmələr Hərbi əməliyyatlar nəticəsində odlu silahla və MN HHK xx.xx.2006 xx.xx.2006 0 Y36.4 digər adi silah növləri ilə törədilmiş zədələnmələr Dəqiqləşdirilməmiş Bakı 4 saylı x/x xx.xx.2023 xx.xx.2023 9 G93.4 ensefalopatiya Dəqiqləşdirilməmiş Sabunçu tibb mərkəzi xx.xx.2023 xx.xx.2023 9 G93.4 ensefalopatiya [Durğunluq] ürək çatmamazlığı olmadan ETKİ xx.xx.2023 xx.xx.2023 0 İ11.9 başlıca olaraq ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] Stenokardiyanın digər RKX xx.xx.2022 xx.xx.2023 7 İ20.8 formaları Hərbi əməliyyatlar nəticəsində odlu silahla və ETTOİ xx.xx.2024 xx.xx.2024 0 Y36.4 digər adi silah növləri ilə törədilmiş zələnmələr RKX xx.xx.2024 xx.xx.2024 9 L03 Fleqmona
13. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim müayinəsi xx.xx.2024 Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət.Sağ budun ,baldırın çox saylı yad cismi(metal qəlpələri).sağ aşı-baldır oynağının üçüncü dərəcəli artrozu,sağ diz oynağının artrozu,sağ baldırın aşağı 1/3-nin iç səthinin torfiki yarası.Sağ aşağı ətrafın neyropatiyası.Sağ aşıq baldır oynağının kontrakturası. DAİMİ AĞRİ. yeriş funksiyasıın pozulması.Şəkərli diabet .Sağ pəncədə və topuqda fleqmonanın aşılmış əməliyyatından sonrakı vəziyyət.Arterial hipertenziya İİ mərhələ. Həkim müayinəsi xx.xx.2024 L03 Fleqmona, Sağ pəncədə və topuqda fleqmonanın aşılmış əməliyyatından sonrakı vəziyyət Həkim müayinəsi xx.xx.2024 İ11.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİ mərhələ. 14.Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Tovuz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etdiyi üçün barəsində Füzııli-Qubadlı hərbi məhkəməsi tərəfindən xx.xx.2006-cı ildə hökm çıxarılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı ş. 4 saylı klinik xəstəxanada müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun, sağ baldırın, sağ bel və sağ sağrının, sol budun müxtəlif nahiyyələrinin, sol əlin İ barmağının kor qəlpə yaraları” və xx.xx.2006-cı ildə MN MHP-nin HHK-sı tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Hissi və hərəki pozulmalarla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnmiş sağ budun yumşaq toxumalarının kor qəlpə yaralanmasının (xx.xx.1994) qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Sağ budun, sağrının, bel nahiyyəsinin, sol baldırın və sol əlin odlu qəlpə yaralanmasından (xx.xx.1994) sonrakı bərkimiş dəri çapıqları, sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpələr), funksianın pozulmaması ilə» (xəstəxananın verdiyi xx.xx.1994-cü il tarixli 855 saylı çıxarış epikrizi, Tovuz RHK-nın verdiyi xx.xx.2006cı il tarixli 1077 saylı arayışı, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-Ci il tarixli hökmü, MN MHP-nın xx.xx.2006-cı il tarixli arayışı ilə təsdiq edilir») «HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR»; və xx.xx.2006cı ildə MN MHP-nın HHK-sı tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik - diaqnoz: «Xora xəstəliyi, 12 barmaq bağırsaq soğanağının yuxarı ön divarının 0,5x0,7 sm ölçülü xorası, Xroniki qastroduodenitin kəskinləşməsi» (MN MHP-nın verdiyi xx.xx.2006-cı il tarixli 135 saylı arayış ilə təsdiq edilir), «ÜMUMİ XƏSTƏLİKDİR». Odur ki, iddiaçının əziyyət çəkdiyi R26.8 (Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması) diaqnozunun 1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmanın nəticəsi olduğu müəyyən olunmuşdur.
15. “Azərbaycan X5 və Ortopediya İnstitutu” X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən: Diaqnoz: Odlu silah yaralanmasından (qəlpə) sonrakı vəziyyət, sağ budun, baldırın çox saylı yad cismi (metal qəlpələr), sağ aşıq-baldır oynağının üçüncü dərəcəli artrozu, sağ diz oynağının artrozu, sağ baldırın aşağı ətrafın 1-3-nin iç səthinin trafiqi yarası, sağ aşağı ətrafın neyropatiyası, sağ aşıq baldır oynağının kontrakturası, daimi ağrı, yeriş funksiyasının pozulması XBT: Y36.4, M79.5, M19, M17, G57, M24.5, R52.2, R26.8, L98.4
16. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - 01 avqust 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - 01 avqust 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0321003AAM2G nömrəli Göndərişdə qeyd olunmuş əsas diaqnoz (G62.9) və ağırlaşmalar (G62.9) öz təsdiqini tapırmı? - 01 avqust 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0321003AARHK nömrəli Göndərişdə qeyd olunmuş əsas diaqnoz (Y36.2) və ağırlaşmalar (M21.1, M21.0, M62.5, M52.2, R26.8, M24.5, L90.5) öz təsdiqini tapırmı? - 01 avqust 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, D00209862BİX nömrəli Göndərişdə qeyd olunmuş əsas diaqnoz (Y36.4), ağırlaşmalar (M24.5, M19, M79.5, R26.8, L98.4, M62.5, R52.2) və yanaşı xəstəliklər (Z98.8, G57, İ11.9) öz təsdiqini tapırmı??
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11nin “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T 304/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir: 1-4.İddiaçı xx.xx.2025-ci il tarixdə X4 və Ortopediya İnstitutunda müayinələrdən keçirilmiş və ona “Odlu silah yaralanmasından (qəlpə) sonrakı Vəziyyət. Sağ budun, baldırın çoxsaylı yad cismi (metal qəlpələr). Sağ aşıq baldır oynağının artrozu üçüncü dərəcə. Sağ diz oynağının artrozu birinci dərəcə. Sağ baldırın trofıki yarası, neyropatiyası. Sağ aşıq-baldır oynağının kontrakturası. Daimi ağrı. Yerişin pozulması. (Y36.4, M79.5, M19, M17.1, M24.5, G57, R52.2, L98.4, R26.8)” diaqnozu qoyulmuşdur. Onun iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli D00209862BİX nömrəli Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ budun, baldırın çoxsaylı yad cisimləri (metal qəlpələri). Sağ aşıq- baldır oynağının üçüncü dərəcəli artrozu, sağ diz oynağının artrozu, sağ baldırın aşağı l\3-nin iç səthinin trofıki yarası. Sağ aşağı ətrafın neyropatiyası. Sağ aşıq baldır oynağının kontrakturası. Daimi ağrı, yerişin pozulması. Şəkərli diabet. Sağ pəncədə və topuqda fleqmonanın Ağırlaşmalar: M24.5- Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının kontrakturası (ETTOİ xx.xx.2024); M19-Digər artrozlar, sağ aşıqbaldır oynağının, üçüncü dərəcəli artrozu, sağ diz oynağının artrozu (ETTOİ- xx.xx.2024); M79.5- Yumşaq toxumalarda qalmış yad cisim, baldırın çoxsaylı yad cismi (metal qəlpələri) (ETTOİ-xx.xx.2024); R26.8- Hərəkətin və yerişin dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması (ETTOİ- xx.xx.2024); L98.4-Dərinin başqa rubrikalarda təsnif olunmayan xroniki xorası, sağ baldırın aşağı l\3-nin iç səthinin trofıki yarası.(ETTOİ-l 1.07.2024); Yanaşı xəstəliklər: Eli- İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet;” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı klinik, laborator instrumental müayinələr əsasında təyin edilmişdir. Qeyd edilən diaqnoz ona xx.xx.2025-ci il tarixdə X3 və Ortopediya İnstitutunda müəyyən edilmiş diaqnozla eynilik təşkil edir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
20. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
21. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş əsasında qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir.
22. Hazırki iddia məcburetməyə dair iddiadır.
23. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
25. TSEK-Müayinələr: - xx.xx.2006-cı il tarixində “hissəvi və hərəkəti pozğunluqlarla müşahidə olunan oturaq sinirin zədələnməsi ilə nəticələnmiş sağ budun yumaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının pozulması ilə, sağ dirsək oynağının postravmatik pataloji deformasiyası, sağ budun, sağ əlin, belin, sol baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq sağ budun yumşaq toxumasının yad cisimləri funskiya pozulması ilə” diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik (digər: 2.3) təyin edilmişdir. - xx.xx.2015-cü il tarixində “hissəvi və hərəkəti pozğunluqlarla müşahidə olunan oturaq sinirin zədələnməsi ilə nəticələnmiş sağ budun yumaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının pozulması ilə, sağ dirsək oynağının postravmatik pataloji deformasiyası, sağ budun, sağ əlin, belin, sol baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq sağ budun yumşaq toxumasının yad cisimləri funskiya pozulması ilə” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: 2.3) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində “hissəvi və hərəkəti pozğunluqlarla müşahidə olunan oturaq sinirin zədələnməsi ilə nəticələnmiş sağ budun yumaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının pozulması ilə, sağ dirsək oynağının postravmatik pataloji deformasiyası, sağ budun, sağ əlin, belin, sol baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq sağ budun yumşaq toxumasının yad cisimləri funskiya pozulması ilə” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: 2.3) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində “dəqiləşdirilməmiş plinevropatiyalar, hissi və hərəkətin poulmaqla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnən sağ budun yumşaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri” diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbilə imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “dəqiləşdirilməmiş plinevropatiyalar, hissi və hərəkətin poulmaqla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnən sağ budun yumşaq toxumalarının kor qəlpə yaralanmasının qalıq əlamətləri” diaqnozun mətni ilə tam reabilitasiya olması səbəbilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə zədələnmələr, odlu silah yaralanması, sol yuxarı ətrafın, gövdənin və hər 2 aşağı ətrafların çoxsaylı qəlpə yaralanmalar, sağ dirsək oynağının varus deformasiyası, dirsək oynağının valqus deformasiyası, əzələnin başqa rubrikalarında atrofiyası və üzülməsi, sağ sağrı və budun yumşaq toxumalarında əzələ atrofiyası, daimi ağrı sindromu, axsama və yeriş funksiyasının pozulması, sol bazunun uzaqlaşdırıcı, dirsək oynağının bükücü açıcı kontrakturası, açma 150 dərəcə, bükmə 95 dərəcə, sağ dirsək oynağının varus deformasiyası, bbükücü açıcı kontrakturası, açma 15 dərəcə, bükmə 80 dərəcə, postravmatik kobud çapıqlar” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “əl odlu silahından atəş. Odlu silah yaralanması partlayış travması, sol yuxarı ətraf, gövdə, hər iki aşağı ətrafların çox saylı qəlpə yaralanmaları postravmatik kobud kelloid çapıqlar. Sol bazu sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla yaralanmadan sonra sağ budun yuxarı 1/3nin tış, sarğı nahiyyəsinin, sağ baldırın ön iç boylama, sol budun orta 1/3-nin iç, sol baldırın yuxarı orta 1/3-nin ön tış səthlərində çapıq toxumaları, hər iki bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində “sağ baldırın aşağı 1/3-nin trofiki yarası. Sağ pəncədə və topuqda fleqmonanın açılması əməliyyatından sonrakı vəziyyət. Sağ aşıq-baldır oynağının kontrakturası. Sağ budun, baldırın çoxsaylı yad cismi (metal qəlpələri). Yeriş funksiyasının pozulması, daimi ağrı, sağ aşağı ətrafın neyropatiyası. əzələ atrofiyası, arterial hipertenziya İİ mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.
26. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: (Göndərişin tarixi: xx.xx.2024) - (status localis) Xəstə 1994-də döyüş zonasında hərbi xidmət keçərkən aldığı qəlpə yaralarına görə Bakı 4 saylı k/x də,NAFTALAN şəhər əlillərin bərpa mərkəzində , müayinə və müalicə olmuşdur. Sağ saqrı,bud nahiyəsində çox sayda alt toxumalara bitişmiş bərkimiş müxtəlif ölçülü çapıqlar.Ətrafın yumşaq toxumaları hipotorfikdir.baldırın 1/3-də geniş torfik pozqunluq. Diz,baldır aşıq oynağınıda hərəkət ağrılı,məhduddur. Çəliyin köməkliyi ilə axsayaraq çətinliklə gəzir. tez yorulur.Sağ dirsək oynağı valqus deformasiyası, açıcı 150 dərəcə,bükmə 95 dər -kontrakturası. Xəstə xx.xx.2024-də ETTOİ- da müayinə olunub və ********** nömrəli arayış alıb.Hərbi travmadır,Azəırbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır. - Əsas diaqnoz. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət.Sağ budun ,baldırın çox saylı yad cismi(metal qəlpələri).sağ aşıq-baldır oynağının üçüncü dərəcəli artrozu,sağ diz oynağının artrozu,sağ baldırın aşağı 1/3-nin iç səthinin trofiki yarası.Sağ aşağı ətrafın neyropatiyası.Sağ aşıq baldır oynağının əzələ atrofiyası.daimi ağrı .yeriş funksiyasıın pozulması.Şəkərli diabet .Sağ pəncədə və topuqda fleqmonanın - Ağırlaşma. R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması (ETTOİ-xx.xx.2024) - Ağırlaşma. M24.5 Oynaqların kontrakturası, Sağ aşıq baldır oynağının kontrakturası (ETTOİ xx.xx.2024) - Ağırlaşma. M19 Digər artrozlar, sağ aşıq-baldır oynağının üçüncü dərəcəli artrozu,sağ diz oynağının artrozu(ETTOİ --11.07.24) - Ağırlaşma. M79.5 Yumşaq toxumalarda qalmış yad cisim, sağ budun, baldırın çox saylı yad cismi (metal qəlpələri) (ETTOİ-xx.xx.2024) - Ağırlaşma. L98.4 Dərinin başqa rubrikalarda təsnif olunmayan xroniki xorası, sağ baldırın aşağı 1/3-nin iç səthinin trofiki yarası (ETTOİ-xx.xx.2024) - Ağırlaşma. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası.(ETTOİ-xx.xx.2024) - Ağırlaşma. R52.2 Digər daimi ağrı, daimi ağrı(ETTOİ-xx.xx.2024) - Yanaşı xəstəliklər. E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet - Yanaşı xəstəliklər. Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağ pəncədə və topuqda fleqmonanın aşılmış əməliyyatından sonrakı vəziyyət. - Yanaşı xəstəliklər. G57 Aşağı ətrafın mononevropatiyaları, Sağ aşağı ətrafın neyropatiyası (ETTOİ-xx.xx.2024). - Yanaşı xəstəliklər. İ11.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİ mərhələ. Qeyd: Əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklərin səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütöv konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən olunmuşdur.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11nin “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T 304/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1-4.İddiaçı xx.xx.2025-ci il tarixdə X4 və Ortopediya İnstitutunda müayinələrdən keçirilmiş və ona “Odlu silah yaralanmasından (qəlpə) sonrakı Vəziyyət. Sağ budun, baldırın çoxsaylı yad cismi (metal qəlpələr). Sağ aşıq baldır oynağının artrozu üçüncü dərəcə. Sağ diz oynağının artrozu birinci dərəcə. Sağ baldırın trofıki yarası, neyropatiyası. Sağ aşıq-baldır oynağının kontrakturası. Daimi ağrı. Yerişin pozulması. (Y36.4, M79.5, M19, M17.1, M24.5, G57, R52.2, L98.4, R26.8)” diaqnozu qoyulmuşdur. Onun iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli D00209862BİX nömrəli Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ budun, baldırın çoxsaylı yad cisimləri (metal qəlpələri). Sağ aşıq- baldır oynağının üçüncü dərəcəli artrozu, sağ diz oynağının artrozu, sağ baldırın aşağı l\3-nin iç səthinin trofıki yarası. Sağ aşağı ətrafın neyropatiyası. Sağ aşıq baldır oynağının kontrakturası. Daimi ağrı, yerişin pozulması. Şəkərli diabet. Sağ pəncədə və topuqda fleqmonanın Ağırlaşmalar: M24.5- Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının kontrakturası (ETTOİ xx.xx.2024); M19-Digər artrozlar, sağ aşıqbaldır oynağının, üçüncü dərəcəli artrozu, sağ diz oynağının artrozu (ETTOİ- xx.xx.2024); M79.5- Yumşaq toxumalarda qalmış yad cisim, baldırın çoxsaylı yad cismi (metal qəlpələri) (ETTOİ-xx.xx.2024); R26.8- Hərəkətin və yerişin dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması (ETTOİ- xx.xx.2024); L98.4-Dərinin başqa rubrikalarda təsnif olunmayan xroniki xorası, sağ baldırın aşağı l\3-nin iç səthinin trofıki yarası.(ETTOİ-l 1.07.2024); Yanaşı xəstəliklər: Eli- İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet;” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı klinik, laborator instrumental müayinələr əsasında təyin edilmişdir. Qeyd edilən diaqnoz ona xx.xx.2025-ci il tarixdə X3 və Ortopediya İnstitutunda müəyyən edilmiş diaqnozla eynilik təşkil edir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: sinir və sümük-əzələ sisteminə aid olan 6.1.10. R25-R29 simptomlar və nişanələr Qiymətləndirmə başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim 6.1.10.1. pozuntusu, piramid çatışmazlıq 35-60 1 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli 6.1.10.2. pozuntusu, piramid çatışmazlıq 65-80 2 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə 6.1.10.3. pozuntusu, piramid çatışmazlıq 85-100 müddətsiz əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi 29.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi təsdiqlənmişdir. 30.Məhkəmə müəyyən edir ki, Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən iddiaçıda müəyyən edilmiş R26.8 diaqnozunun səbəli əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütöv konstitusiya quruluşunun müdafiəsi” ilə bağlı olduğu qeyd edilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Tovuz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etdiyi üçün barəsində Füzııli-Qubadlı hərbi məhkəməsi tərəfindən xx.xx.2006-cı ildə hökm çıxarılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı ş. 4 saylı klinik xəstəxanada müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun, sağ baldırın, sağ bel və sağ sağrının, sol budun müxtəlif nahiyyələrinin, sol əlin İ barmağının kor qəlpə yaraları” və xx.xx.2006-cı ildə MN MHP-nin HHK-sı tərəfindən tibbi şəhadətləndirilməszamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Hissi və hərəki pozulmalarla müşahidə olunan oturaq sinirinin zədələnməsi ilə nəticələnmiş sağ budun yumşaq toxumalarının kor qəlpə yaralanmasının (xx.xx.1994) qalıq əlamətləri, sağ aşağı ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Sağ budun, sağrının, bel nahiyyəsinin, sol baldırın və sol əlin odlu qəlpə yaralanmasından (xx.xx.1994) sonrakı bərkimiş dəri çapıqları, sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpələr), funksianın pozulmaması ilə» (xəstəxananın verdiyi xx.xx.1994-cü il tarixli 855 saylı çıxarış epikrizi, Tovuz RHK-nın verdiyi xx.xx.2006cı il tarixli 1077 saylı arayışı, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-Ci il tarixli hökmü, MN MHP-nın xx.xx.2006-cı il tarixli arayışı ilə təsdiq edilir») «HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR»; və xx.xx.2006cı ildə MN MHP-nın HHK-sı tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik - diaqnoz: «Xora xəstəliyi, 12 barmaq bağırsaq soğanağının yuxarı ön divarının 0,5x0,7 sm ölçülü xorası, Xroniki qastroduodenitin kəskinləşməsi» (MN MHP-nın verdiyi xx.xx.2006-cı il tarixli 135 saylı arayış ilə təsdiq edilir), «ÜMUMİ XƏSTƏLİKDİR». Odur ki, iddiaçıda aşkar edilmiş R26.8 (Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması) diaqnozunun 1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmanın nəticəsi olduğu və iddiaçının müvafiq xəstəlikdən illər ərzində əziyyət çəkməsi təsdiqini tapmışdır. 31.Digər tərəfdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11nin “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T 304/2025 saylı xx.xx.2025-ci il tarixli Ekspert Rəyinə əsasən təsdiq edilmişdir ki, İddiaçı münasibətdə Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli D00209862BİX nömrəli Forma 088 göndərişində XBT 10 kodu üzrə müəyyən edilmiş R26.8 diaqnozu X3 və Ortopediya İnstitutu tərəfindən müəyyən edilmiş xx.xx.2025-ci il tarixli diaqnozla eynilik təşkil edir. 32.Məhkəmə qeyd edilənləri məcmu halında qiyməltəndirərək müəyyən edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Tovuz Rayon Mərkəzi Xəstəxanası, ETTOİ - X5 və Ortepediya İnstitutu) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
33. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 34.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2024-cü il tarixli olduğundan müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 35.Məhkəmə təkrarən nəzərə alır ki, Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən iddiaçıda müşahidə olunan “R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması” diaqnozunun səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütöv konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən edilmişdir (Bax: bənd 30). 36.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 37.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
38. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
39. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
40. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
42. Bu mənada cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
43. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
44. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
45. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin tibbi göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən cavabdeh tərəfindən müəyyənləşdirilmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı tibbi göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin (xüsusi səbəblərdən) müəyyən edilməsi (əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva