Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4628/2022 10.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 338/2016 saylı 06.10.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Nizami rayon İcra şöbəsinin 09.12.2021-ci il tarixli “mənzilin boşaldılması” ilə bağlı Nizami rayon İcra şöbəsinin rəis müavini Ceyhun Mustafayevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx"ASC tərəfindən 19 sentyabr 2007-ci il tarixli F125 saylı kredit müqaviləsi ilə X1 illik 28% olmaqla 45.000 manat, 26 oktyabr 2007-ci il tarixli F134 saylı kredit müqaviləsi ilə onun adına illik 28% olmaqla 45.000 manat, 05 dekabr 2007-ci il tarixli F139 saylı kredit müqaviləsi ilə X1 illik 28% olmaqla 20.000 manat, 15 dekabr 2007-ci il tarixli H57 saylı kredit müqaviləsi ilə “X7 Təsərrüfatı” MMC-nə 130.000 manat kredit verilmişdir. Həmin kredit müqavilələri ilə verilmiş borc qısa müddətli və yuxarı faizlə olduğundan "xxxx" ASC-nin Dostluq filialının müdiri ilə Bəxtiyar Abasov razılığa gəlmişlər ki, gələcəkdə həmin kredit müqavilələri əsasında verilmiş borc pulun cəmi toplanacaq və bir müqavilədə cəmi toplanmaqla aşağı faizlə və uzun müddətə yeni müqavilə bağlanacaqdır. "xxxx" ASC-nin Dostluq filialının müdiri isə öz növbəsində bildirmişdir ki, yeni rəsmiləşdiriləcək müqavilə ilə əvvəlcə verilmiş kredit müqavilələri toplanacaq və yeni kredit müqaviləsi ilə verilmiş borcun məbləği 300.000 qeyd olunaraq əvvəlki məbləğin üzərinə 75.000 manat əlavə borc gələcək. Bu hissə bankda saxlanacaq və bu məbləğ filial müdürünün özü tərəfindən istifadə ediləcək və gələcəkdə filial müdirinin özü həmin məbləği banka geri qaytaracaq. Qeyd edilən borc məbləğinin ödənişində problemlər olduğundan iddiaçı "Muğanbank” ASC cavabdehlər “X7 Təsərrüfatı" MMC, X2, X3 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, №H58 KTN saylı, 07.05.2008-ci il tarixli kredit müqaviləsinin ləğvi, cavabdehlərdən ümumilikdə 253653,59 ABŞ dollarının (əsas borc 178690 ABŞ dolları, faiz borcu 74963,59 ABŞ dolları) tutulması, tələbin A.Nuriyev tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96,8 kv.m yaşayış, 86,65 kv.m köməkçi sahədən ibarət B-2201V nömrəli bağ evinə, T.Ərizanova tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binada, 5-ci mərtəbəsində, 45,3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilə, İddiaçı tərəfindən ipoteka ilə yülkü edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən 49 nömrəli, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində, 60,1 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilə yönəldilməsi, həmin əmlaklara dair cavabdehlərin hüquqlarının itirilməsi, əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi və əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2(005)-338/16 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, H58 KİN nömrəli, 07.05.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh “X7 Təsərrüfatı” MMC-dən bankın xeyrinə 178690 ABŞ dolları əsas, 74963,59 ABŞ dolları faiz, cəmi 253.653,59 ABŞ dolları borcun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 nömrəli evin, 33 nömrəli mənzilinə, T.Ərizanovaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinə və A.Nuriyevə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində B-2201 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 49 nömrəli evin, 33 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 90000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivində B-2201 nömrəli bağ evinin açıq hərracda ilkin satış qiymətinin 165000 manat müəyyən edilməsi, əmlakların satılması və əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq olaraq cavabdehlərə qaytarılması, əmlaklar satıldıqdan bir ay sonra cavabdehlərin oranı tərk etmələri, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və aidiyyəti üzrə hazırki iş üzrə cavabdeh Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. İş icraata daxil olduqdan sonra Nizami rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Mustafayev ona qarşı dəfələrlə qərəzlilik nümayiş etdirmiş və tələbkarın istəklərini yerinə yetirməklə onun mülkiyyətində olan mənzilin ələ keçirilməsində tələbkara hər cür köməklik etmişdir. İcra məmurunun köməkliyi ilə mənzil tələsik hərraca yönəldilmiş, məhz bundan sonra evin hərrac vasitəsi ilə banka keçməsi təmin edilmişdir. Dəfələrlə istər tələbkara, istərsə də icra məmuruna müraciət edərək ödənişdə köməklik istənilsə də təəssüflər olsun ki, icra məmuru bilərəkdən müxtəlif yollarla buna maneə törətməyə nail olmuşdur. Keçirilən bütün icra hərəkətlərindən onun ya məlumatı olmamış, ya da gec məlumatı olmuşdur. Bunda da məhz cavabdehin əməkdaşının xüsusi canfəşanlığı olmuşdur. İcra hərəkətləri barədə bildirişlər bilərəkdən göndərilməmiş, göndərildikdə isə gec göndərilmişdir ki, onun həmin icra hərəkətindən məlumatı olmasın və tələbkar istədiyi kimi hərəkət edə bilsin. Hətta o, icra məmurundan icra işində saxlanılan və icra hərəkətləri barədə sənədlərin surətlərini istəsə də ona həmin sənədlər verilməmişdir. Bu səbəbdən də hesab edir ki, icra məmurunun hazırki işdə xüsusi marağı vardır və məhz bu maraq cavabdehin əməkdaşını qanunvericiliyin tələblərini natamam icraya sövq etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-338/2016 saylı 06.10.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Nizami rayon İcra şöbəsinin 09.12.2021-ci il tarixli “mənzilin boşaldılması” ilə bağlı Nizami rayon İcra şöbəsinin rəis müavini Ceyhun Mustafayevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İş materiallarına əlavə edilmiş sənədlərdən və ərizədən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2(005)-338/16 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərini mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4628/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4628/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver