Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-463/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, 10 avqust 2021-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsi tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən obyektdə operativ vergi nəzarət tədbiri keçirilmişdir. Tədbir zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilməsi səbəbilə 10 avqust 2021-ci il tarixli 004790 saylı akt tərtib edilmiş, həmçinin obyektdə işləyən 12 əməkdaşın əmək müqaviləsinin olmadığı əsas gətirilərək Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə 24.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli qərarı ləğv edilməlidir. Əməlin Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə tövsifi düzgün deyildir. Belə ki. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin dizpoziyasında qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç dəfə və daha çox yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Nəzərə alınmalıdır ki, bu əsasla məsuliyyət müəyyən edilən zaman şəxslərin sayının 10-dan çox, yəni 12 nəfər olması nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu Məcəllənin 162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. Yuxarıda qeyd olunanlardan aydın olur ki, faktiki olaraq hazırkı vəziyyətdə iddiaçının 1 əmələ görə 2 məsuliyyəti yaranır, vergi məsuliyyəti (sanksiyası) və cinayət məsuliyyəti. Əməlin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə tövsif edilməsi qanunsuzdur. Əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə tövsif edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Ona görə də, iş üzrə inzibati aktın qəbulu Dövlət Vergi Xidmətinin X25 üzrə Baş İdarəsinin yox, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səlahiyyətinə aiddir. Digər tərəfdən vergi əməkdaşları yaxınlaşan zaman adları qeyd olunan şəxslərin hər biri işçi olmamışdır. Hətta bəzilərinin iş yerləri olmuş və əmək müqaviləsi belə olmuşdur. Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24, 71.1, 79.3, 90.1-ci maddələrinə əsaslanaraq, İPM-in 45, 46 və 70-ci maddələrini rəhbər tutaraq məhkəmədən cavabdeh Dövlət Vergi Xidmətinin X25 üzrə Baş İdarəsinin 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli qərarının ləğv olunması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı münasibətində bildirilir ki, İddiaçı iddiasına etiraz olunur. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsinin 9 avqust 2021-ci il tarixli **********2982 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 18 avqust 2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanında fəaliyyət göstərən “Tikiş sexi”ndə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 10 avqust 2021-ci il tarixli DVX seriyalı 004790 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və həmin akt vergi ödəyicisi (İddiaçı) tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 24.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 18 avqust 2021-ci il tarixli **********039100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 7 sentyabr 2021-ci il tarixdə (saat 10:52:29-da) oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyriməşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Göründüyü kimi, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış vergi ödəyicisi İddiaçı 10 avzut 2021-ci il tarixli izahatında, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Tikiş sexi”ndə 12 nəfər işçinin iki gündür işlədiyini, işə götürülmələri barədə onlara məlumat verildiyini, şəxsiyyət vəsiqələrinin yığıldığını, işçilərlə arasında əmək müqaviləsinin olmadığını, lakin tez bir zamanda əmək müqaviləsinin bağlanacağını və məlumatların elektron informasiya sisteminə daxil ediləcəyinin təmin ediləcəyini bildirmiş, işçilərin əmək haqqının tərəflər arasındakı razılığa əsasən 250 manat təşkil etdiyini qeyd etmişdir. X2 10 avqust 2021-ci il tarixli izahatına əsasən o, İddiaçı tərəfindən tikişçi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00 – 18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər işçi X12 da öz növbəsində İddiaçı tərəfindən dərzi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00 – 17:00-dək olduğunu, əmək haqqının aylıq 300 manat təşkil etdiyini bildirmişdir. Digər işçi X1 Aqil Əfsər oğlu tərəfindən dərzi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00 – 18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər işçi X3 Aqil Əfsər oğlu tərəfindən dərzi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00 – 18:00-dək olduğunu, əmək haqqının gündəlik 5 manat təşkil etdiyini bildirmişdir. Digər işçi X22 10 avqust 2021-ci il tarixdə İddiaçı tərəfindən dərzi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00 – 18:00-dək olduğunu, əmək haqqının aylıq 200 manat təşkil etdiyini bildirmişdir. Digər işçi X17 10 avqust 2021-ci il tarixdə İddiaçı tərəfindən tikişçi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 18:00 – 00:00-dək olduğunu bildirmişdir. Digər işçilər X7, X5, X11, X18, X8, X14 oxşar məzmunlu izahatlar verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadıqlarını bildirmişlər. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1, 24, 50, 58.7, 58.10-cu maddələrinə, İPM-in 35.1, 68.1-ci maddələrinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, iddiaçı 2021-ci ilin avqust ayında sahibkarlıq fəlaiyyəti ilə məşğul olmaq məqsədilə obyekt (yer) icarəyə götürmüşdür. Həmin obyektdə əmək müqaviləsi bağlanması üçün əvvəlcə onlarla tanışlıq üçün işçiləri dəvət etmişdir. Bu zaman vergi orqanı əməkdaşları obyektdə gəlmiş və rəsmiləşdirmə apararaq Vergilər Məcəlləsinin 58.13-cü maddəsini əsas tutaraq maliyyə sanksiyası tətbiq etmişlər. Bundan sonra iddiaçı məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. İş materiallarına diqqət yetirdikdə görünür ki, iddiaçının icarə müqaviləsi 2021-ci ilin avqust ayına təsadüf edir, o, həmin vaxtadək kassa aparatı da almamışdır, kassa aparatı vergi orqanında qeydiyyat alınmamışdır. Bu da onu göstərir ki, həmin vaxtadək hər hansı mal satışı olmamışdır. İşçilər söhbət aparılması üçün gəlmişlər, onlardan biri hətta iddiaçı ilə sahobkarlıq fəlaiyyətində ortaq kimi çıxış edir, Rəşad adlı şəxs ora başa niyyətlə gəlmişdir. Operativ vergi nəzarəti zamanı işçilər izahatı təzyiq altında yazmışlar, izahatlar hamısı eyni məzmunludur. Həmçinin yoxlama Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır, yoxlama üçün digər icazələr də alınmamışdır. Cavabdehin istinad etdiyi videogörüntü qanuni əsaslarla əldə olunmamışdır. Bundan başqa, iddiaçı sahibkarlıq fəlaiyyətinə başladıqdan sonra vergi orqanına müraciət etmək, kassa aparatı almaq, onu qeydiyyata qoymaq və s. işləri qısa müddət ərzində, yəni 2 avqust 2021-ci il tarixdın 9 avqust 2021-ci il tarixədək başa çatdıra bilməzdi. Yoxlamanın aparılması barədə qanunvericiliyin tələbləri pozulduğunda görə cavabdehin 18 avqust 2021-ci il tarixli qərarı məhkəmə tərəfindən ləğv olunmalıdır. Xahiş olunur iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O. əlavə olaraq qeyd etdi ki, işçi kimi izahat alınmış şəxslərdən biri onun sahibkarlıq ortağıdır və izahatlar təzyiq altında verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 bildirdi ki, iddiaçı tərəfin gətirdiyi dəlillərlə razılaşmır. Müvafiq obyekt “Tikiş sexi”dir, 2 avqust 2021-ci il tarixdə qeydiyyat alınmışdır. Orada kassa aparatının qoyulması tələb olunmur, çünki satış həyata keçirilmir. Həmin tarixdən yoxlama keçirilən günədək əmək müqavilələri ilə bağlı kifayət qədər vaxt olmuşdur. İşçilər izahat verərkən onalara konkret suallar ünvanlanmışdır və onlar da demək olar ki, işlədiklərini təsdiq etmişlər. İddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən vergi prqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, vergi qanunvericiliyi ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur. Hazırkı iş üzrə məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Əgsər oğlu vergi orqanlarında vergi ödəyicisi kimi uçota götürülmüş və ünvan 1 ünvanında olan obyekt (Tikiş sexi) onun təsərrüfat subyekti kimi qeydiyyata alınmışdır. Vergi orqanının 9 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçıya məxsus həmin təsərrüfat subyektində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı 10 avqust 2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbirin nəticələri 10 avqust 2021-ci il tarixli DVX seriyalı 004790 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Qeyd olunan akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli qərar qəbul edilmişdir. 10 avqust 2021-ci il tarixli DVX seriyalı 004790 nömrəli aktla vergi orqanı əməkdaşları onun müvafiq ünvandakı təsərrüfat subyektində sahibkarlıq fəaliyyəti üzrə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilə bağlanmadan işəgötürən kimi iddiaçı tərəfindən 12 nəfər fiziki şəxsin obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsi faktının aşkar olunduğu rəsmiləşdirilmişdir. 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsi rərbər tutularaq 24.000 manat məbləğində (il ərzində birinci dəfə yol verildiyinə görə) maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin sözügedən 18 avqust 2021-ci il tarixli qərarını mübahisələndirir. Qeyd olunmalıdır ki, məhkəmə icraatında cavabdeh inzibati orqanın mübahisə predmeti olan 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli qərarın qəbulu üçün sübut kimi operativ nəzarət tədbirinin videogörüntüsünü və işçilərin izahatılarını, iddiaçı isə əks arqument kimi həmin şəxslərin hazırda verdiyi və ya verəcəyi izahatlarını təqdim edir. Məhkəmə qeyd edir ki, 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli qərarın əsas kimi çıxış edən 10 avqust 2021-ci il tarixli DVX seriyalı 004790 nömrəli aktda adı göstərilən şəxslər həmin vaxt verdiyi izahatlarda onların vergi ödəyicisi İddiaçı məxsus təsərrüfat subyektində – “Tikiş sexi”ndə işçi kimi işlədiklərini bildirmişlər. Nəzərə alınmalıdır ki, məhkəmə icraatında iddiaçı mübahisənin bu hissəsi ilə bağlı fərqli mövqe bildirsə də, operativ vergi nəzarəti keçirilən zaman müvafiq şəxslərdən dərhal alınan izahatlar hazırkı mübahisənin obyektiv həlli üzrə daha mötəbər sübut kimi qiymətləndirilməlidir, həmin izahatlarda isə onların obyektdə işçi qismində işə cəlbi təsdiqlənir. Qeyd olunanların məcmusunda məhkəmə iddaçının dəlillərini mübahisə predmeti olan 18 avqust 2021-ci il tarixli **********4326 nömrəli qərarın qanunsuz qəbulunu şərtləndirən hal kimi qəbul etmir və belə qənaətə gəlir ki, iddiaçıya münasibətdə əlverişsiz inzibati akt kimi cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məluliyyətə cəlb edilməsi haqqında” həmin qərar qanunsuz sayıla bilməz. Sözügedən 18 avqust 2021-ci il tarixli qərar qəbul edilərkən inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun və Vergi Məcəlləsinin müddəaları pozulmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-463/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-463/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver