Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4633/2020 01.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı ASC-nincavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin iddiaçı tərəfindən sadələşdirilmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1aq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayonu, Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(009)-412/17 saylı qətnaməsindən cavabdehlər X3, X2 və X4 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılaraq qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə icra vərəqəsi verilmişdir. Həmin icra sənədinə əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra hərəkətlərinə başlanmış, hərrac təşkilatına verilmiş sifarişə əsasən Hərrac Mərkəzi "xxxx" MMC ilkin satış qiyməti 95000 manat müəyyən edilməklə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini açıq hərracdan satışa çıxartmışdır. Həracda tutma obyektinin alıcısı olmadığından Hərrac Mərkəzi "xxxx" MMC Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini 60562.50 manat dəyərində tələbkar İddiaçı ASCyə təklif etmişdir. Təklifin qəbul edilməsi barədə Hərrac Mərkəzi "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, 07/05-330 saylı məktubla müsbət cavab verilmiş, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin əldə edilməsi üçün 34 nömrəli xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən Hərrac Mərkəzi "xxxx" MMC-yə 2566,21 manat xidmət haqqı, 461,91 manat ƏDV, cəmi 3028,12 manat məbləğində vəsait ödənilmiş, lakin hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi banka təqdim edilməmişdir. İddiaçı ASC-nin Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvaladığı xx.xx.2020-ci il tarixli məktubda yuxarıda göstərilənlərin nəzərə alınaraq Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dair hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi banka təqdim edilmə barədə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Həmin məktuba cavab olaraq Hərrac Mərkəzi "xxxx" MMC-nin direktoru N.Əliyeva xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin məktub ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 17/75-121-19-4 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən hərracları keçirilmiş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq X1 Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evi ipoteka saxlayan Sizə təklif edilmiş və qeyd olunan daşınmaz əmlaka görə hesablanmış 4277,4 manat sadələşdirilmiş vergi məbləğinin ödənilməsi barədə hesab-faktura banka təqdim edilmişdir. Həmçinin, göstərilmişdir ki, qeyd olunan fərdi yaşayış evinə görə hesablanmış 4277,4 manat sadələşdirilmiş vergi məbləği Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********410600 saylı, xx.xx.2019-cu il tarixli protokoluna əsasən ödənildikdən sonra həracın yekunlarına dair protokol banka təqdim ediləcəkdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanılmışdır. İş üzrə cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC inzibati orqan hesab edilmədiyindən, öncə, iddianın mümkünlüyü ilə bağlı məsələyə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatındaxüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə şifahi dinləmələr keçirilmədən müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İşə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bundan əlavə, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsi anlamında inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na Hərrac Mərkəzi "xxxx" MMC inzibati orqan kimi daxil edilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələ barəsində mülki məhkəmə icraatı qaydasında cavabdehin olduğu yer üzrə ümumi məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4633/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4633/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver