Məhkəmə qərarları › İş №2-1(112)-4634/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4634/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4634/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, daşınmaz əmlaka hüquqların qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində nizamnamə kapitalı ilə mənə məxsus "xxxx" Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayş sahəsinə dair X2 adına verilmiş çıxarışın ləğv edilməsinin Cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X4 məxsus hazırda da istifadəsində və sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində nizamnamə kapitalı ilə ona məxsus "xxxx" Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayş sahəsində mağaza açılması barədə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısına müraciət edib və müraciətinə baxılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncam verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həmin mağazanın açılması üçün 61.56 kv.m sahə ayrılmışdır ki, həmin sahədə tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktıda verilmiş və İH tərəfindən möhür də vurulmuşdur. Hal-hazırda da qeyd edilən qeyri-yaşayış sahəsi onun istifadəsindədir. Lakin həmin sahəni özəlləşdirmək üçün cavabdeh orqana xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etdim. Lakin cavabdeh Azərbaycan Respublikasının Ə.M.D.Ksi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi ərizəsinə baxaraq elektron kadastr məlumatlarına əsasən özəlləşdirmək istədiyim qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alındığı bildirilmişdir. Bundan sonra sorğu ilə tikilinin hansı sənədlər əsasında və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat verilməsini tələb edib. Cavabdeh isə qeyd edilən qeyri-yaşayış sahəsinin 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsi isə 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2014-cü il tarixdə X2 adına qeydiyyatdan keçməsi cavabını vermiş və sənədlərin surətini təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri və təqdim edilən sənədləri nəzərə alaraq hesab edir ki, istifadəsində olan və hazırda da istifadə etdiyi qeyri-yaşayış sahəsi ona xəbərdar ediləmədən digər şəxsə satılmışdır ki, bu özü artıq etibarsızdır. Bu səbəbdən də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən sahəsi 61,56 kv.m olan qeyri-yaşayış sahəsinin razılığı olmadan, ona təklif edilmədən X7 ilə keçirilmiş alqısatqı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən sahəsi 61,56 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə etibarsız hesab edilməli və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən sahəsi 61,56 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə X2 adına verilmiş çıxarış ləğv edilməlidir.

3. İddia ərizəsinə əlavə edilmiş tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının tarixsiz aktına əsasən Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən binada "xxxx" kiçik müəssisəsinə məxsus mağaza (qeyri-yaşayış sahəsi) yüksək səviyyədə tikilib mövcud vəziyyətdə texniki, yanğından mühafizə və sanitar-gigiyena qaydalarının tələblərinə əsasən istismara yararlıdır.

4. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ünvanı, tikildiyi il və sifarişçisi haqqında məlumatın verilməsi və istismara qəbul aktının təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı məhkəmənin Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğusuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Sorğuda qeyd edilən sənədlər Sabunçu rayon İcra Hakimiyyətində mövcud deyildir.

5. Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamına əsasən "xxxx" kiçik müəssisəsinin rəhbərliyinə Zabrat qəsəbəsi Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza təşkil edilməsinə icazə verilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli 562 saylı sərəncamı və ona əlavə edilmiş sənədin təsdiq edilmiş surəti göndərilmişdir. Sərəncama istismara qəbul aktının əlavə edilmədiyi bildirilmişdir. Sərəncama əlavə edilmiş məktub "xxxx" KM-nin direktoru tərəfindən Sabunçu İH-yə ünvanlanmış müraciət olmaqla müəssisənin yerləşdiyi Sabunçu-Maştağa yolu Artyom küçəsində binadan ticarət firma dükanı təşkil etmək üçün icazə verilməsinə dairdir.

7. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1994-cü il tarixdə qeydə alınmış "xxxx" kiçik müəssisəsinin yeganə təsisçisidir.

8. İddiaçının vəkilinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İcarəyə verilmiş əmlakın 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqı-müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə dövlət reyestrində X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirilmişdir ki, müvafiq sənədlərin surəti yalnız məhkəmə sorğusu əsasında verilə bilər.

9. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeyri- yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciəti ilə bağlı bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən qeyri-yaşayış binasının digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir.

10. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, daha sonra X2 məhkəmə icraatında iştirakı zəruri cəlbetmə qismində nəzərə alınmışdır.

11. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı idarəyə xx.xx.2021-ci il tarixli müraciəti zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə iddia tələbi üst-üstə düşmür. Həmçinin, iddiaçı tərəfindən torpaq sahəsinə dair sənəd və tikintiyə icazə təqdim edilməmiş, istismara icazə Nazirlər Kabinetinin 272 nömrəli qərarına uyğun təsdiq edilməmişdir. Təqdim edilmiş layihədə tarix qeyd olunmamış, sənədlər isə hüquqi şəxsin adınadır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********20 nömrəli xx.xx.2021-ci tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İcarəyə verilmiş əmlakın 5002 nömrəli xx.xx.2013cü il tarixli alqı-müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə, qeyri- yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə dövlət reyestrində X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

12. İddiaçının ərizəsi əsasında iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət registrində aparılmış qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair yeganə təsisçisi olduğu "xxxx" kiçik müəssisəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin birgə cavabdeh qismində iştirakı nəzərə alınmışdır.

13. "Çinar” Kiçik Müəssisəsi barədə məlumat və sənəd surətinin təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Çinar" Kiçik Müəssisəsinin (dövlət qeydiyyat nömrəsi 9928) təsisçisi İddiaçıdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq 13 saylı ƏVİ tərəfindən bildirilmişdir ki, 13 saylı ƏVİdə qeydiyyatda olan "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********) başqa təsisçilərə məxsus eyniadlı müəssisədir. İddiaçı təsis etdiyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 9928 qeydiyyat nömrəsi ilə xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsi vergi uçotuna alınaraq 10 rəqəmli VÖEN almadığı üçün AVİS məlumat bazasında həmin müəssisə barəsində ətraflı məlumat yoxdur. Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması səlahiyyətinin xx.xx.2008-ci il tarixdən Vergilər Nazirliyinə verilməsi ilə əlaqədar bu tarixədək digər dövlət orqanlarında qanuni qaydada dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin sənədləri hüquqi ünvana görə vergi orqanlarına təhvil verilmişdir. Qeyd edilən müəssisənin də hüquqi ünvanının Bakı şəhəri olması səbəbindən Ədliyyə Nazirliyində saxlanılan qeydiyyat qovluğu 13 saylı ƏVİ-yə təhvil verilməmişdir.

15. Məhkəmənin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətlərinin təqdim edilməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Təqdim olunan sənədlərə əsasən: -Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 101В ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası və altındakı 0,40794 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014); -özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin 22.2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X2 adına qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 4079,4 kv.m. torpaq sahəsi müqavilənin predmetini təşkil etmişdir; -Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 101В ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası (altındakı 0,0622 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istfadə olmaqla) X2 xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2013); -İcarəyə verilmiş əmlakın xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2013-cü il tarixli 5498 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və həmin müqavilə ilə satın aldığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 101В ünvanında yerləşən 49,4 kv.m. qeyri-yaşayış binası müqavilənin predmetini təşkil edir;

16. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 49.4 kv.m olan qeyri-yaşayış binasının dövlət əmlakının Registrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətlərinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir: -İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2013-cü il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 8 ünvanlarında yerləşən 2 qeyri yaşayış binasından ibarət “Əmlak kompleksi” ( cəmi: tikili sahəsi-809,2 kv.m., torpaq sahəsi-10013,2 kv.m.) İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmişdir (təhvil-qəbul aktı və digər sənədlər əlavə edilmişdir). Əmrdə qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, ********** nömrəli məktubunda, Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, xx/xx-0061 nömrəli məktubuna əsasən, cəmiyyətin "xxxx" TASC-nin balansında olan, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin səmərəli istifadə olunması məqsədilə ƏMDK-nin sərəncamına götürülməsi məsələsinə baxılması bildirilmişdir. Verilmiş tapşırığın icrası ilə əlaqədar həmin obyektdə təhvil-qəbul işləri aparılmış və nəticəsi aktlaşdınlmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, obyekt 2 hissədən ibarət olmaqla, hüquqi ünvanı müvafiq olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 8-dir. Bu fakt ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin müvafiq məlumatı ilə təsdiqlənmişdir. -"xxxx" ASC-nin Bakı Neft Maşınqayırma Zavodu” TASC ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İdarətmə arasında Təhvil-qəbul zamanı (8 nəfərdən ibarət komissiya tərəfindən) balansda olan aşağıdakı əsas vəsaitlər aşkar olundu: Tikilialtı sahəsi № əsas vəsaitlərin adı Balans dəyəri (kv.m.) Qeyd istismara verildiyi tarix Qeyri-yaşayış binası Dəqiqləşdirilmiş ünvana əsasən Zabrat

1. 1946 3115,2 AZN 62,2 (mağaza) qəsəbəsi, ünvan 10 ünvana əsasən Zabrat qəsəbəsi, ünvan Dəqiqləşdirilmiş ünvana əsasən Zabrat 114994,16 587,0 qəsəbəsi, ünvan 12 ünvana əsasən Zabrat qəsəbəsi, ünvan 13abək küçəsi, 101 “B”-nin torpaq sahəsi- 4079,4 kv.m., 101 “C”-nin torpaq sahəsi- 5933,8 kv.m. -"xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubda istifadəsiz qalan, gələcəkdə istifadəsi nəzərdə tutulmayan sahələrin bu sahələrdə yerləşən, 1946-cı ildə inşa edilmiş, keçmişdə anbar kimi istifadə edilən, hal-hazırda yararsız vəziyyətdə olan tikililərlə birlikdə (sahələrin eskizləri və fotoşəkilləri əlavə edilir) dövlət əmlakından daha səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına qəbul edilməsi təklif edilmişdir. -"xxxx" açıq səhmdar cəmiyyəti "xxxx" TASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışa əsasən mağaza binası 1946-cı ildə inşa edilib, sahəsi 62,2 kv.m., balans dəyəri 3115,2 manat, qalıq dəyəri 1465,56 manat. Xüsusi material anbar binası 1966-cı ildə inşa edilib, sahəsi 587 kv.m., balans dəyəri 34994,16 manat, qalıq dəyəri 17841,20 manat. -əraziyə dair baş plandan çıxarış.

17. Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin (qeydiyyat № 14922 ) balansında olan daşınmaz dövlət əmlakı haqqında registdən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 7 ünvanında yerləşən 1946-cı ildə istismara verilmiş, balans dəyəri 7644 manat, tikintinin ümumi sahəsi 49,4 kv.m., torpaq sahəsi 0.0062 ha kod 11192 registr nömrəsi ***-*******8 olan 1 mərtəbəli Qeyri-yaşayış binası- Mağaza; 1979-cu ildə istismara verilmiş, balans dəyəri 6114 manat, tikintinin ümumi sahəsi 0.0066 ha kod 11193 registr nömrəsi ***- *******67 olan hasar və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi barədə kod 11194 registr nömrəsi ***-*******68 ilə məlumat vardır. Barəsində bağlanmış əqdlər barədə məlumatlar qrafasında ***-*******8-000 registr nömrəsi ilə xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən tikintinin ümumi sahəsi 49,4 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binası hqaqqında məlumat vardır.

18. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2013-cü il tarixli müqaviyə əsasən müqavilənin predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2013-cü il tarixli 210 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B (registr№***-*******8- 000) ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. təşkil edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsi olmuşdur.

19. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən "xxxx" kiçik müəssisəsi barədə Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli 562 saylı sərəncamı təqdim edilmişdir.

20. Üçüncü şəxs X7 tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı X8 tərəfindən verilmiş iddia ərizəsinin əsası ondan ibarətdir ki, “onun istifadəsində olan və hazırda da istifadə etdiyi qeyri-yaşayış sahəsi ona xəbərdarlıq edilmədən digər şəxs (X5) satılmışdır ki, bu da artıq etibarsızdır. Bu səbəbdən də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsində yerləşən sahəsi 61,56 kv.m olan qeyri-yaşayış sahəsinin razılığı olmadan, ona təklif edilmədən X7 ilə keçirilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və çıxarış ləğv edilməlidir”. Halbuki, iddiaçının dəlilləri formal mülahizədən başqa bir şey deyildir. Əvvəla qeyd edir ki, iddia ərizəsində, inzibati orqana müraciətdə və inzibati orqanın imtinasında iddiaçının soyadı Ələsgərov olduğu halda, səhvən Əsgərov qeyd edilmişdir. Bununla da, iddia ərizəsi məhkəməyə verilərkən və inzibati orqana müraciət olunarkən qeyri-dəqiqliyə yol verilmişdir. Halbuki, iddia ərizəsi dəqiq və aydın olmalı, tərəflərin şəxsiyyəti (adı, soyadı və ata adı) düzgün göstərilməlidir. Bundan əlavə, o, qeyri-yaşayış sahəsini qanuni əsaslarla əldə edib. Mənim mülkiyyəimdə olan qeyri-yaşayış sahəsinin iddiaya məxsus olması barədə işdə heç bir sübut yoxdur və ola da bilməz. Bununla belə, İddiaçı hazlrki çıxarışın mübahisələndirilməsinə dair subyektiv hüquqa malik deyildir. Odur ki, hesab edilir ki, iddia mümkün sayılmamalıdır.

21. Üçüncü şəxs X7 tərəfindən məhkəməyə onunla X6 arasındakı mübahisəyə dair təqdim edilmiş məhkəmə aktına əsasən X6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsi ünvanında yerləşən 101B saylı qeyri-yaşayış binasından çıxarılmış, həmin binanın boşaldılaraq X5 təhvil verilməsi qərara alınmışdır. Qeyd edilən iş üzrə məhkəmə mübahisəsi davam edir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Zabrat qəsəbəsi, Babək prospektində yerləşən qeyri-yaşayış binasını "xxxx" kiçik müəssisəsinin direktoru İddiaçı icarəyə götürüb.

23. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

24. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, qeyd edilən əmlak dövlət əmlakı kimi daşınmaz əmlakın dövlət registrində aparılmış qeyd əsasında özəlləşdirilmişdir. Regisrdə qeydiyyatın aparılması üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir.

25. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

26. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı zəruri cəlbetmə qaydasında üçüncü şəxsin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd edilən daşınmaz əmlakı qanuni əsaslarla əldə etmiş və hazırda da mülkiyyətindədir.

II. İddianın növü və mümkünlüyü

27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

28. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

29. xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Çinar" Kiçik Müəssisəsinin (dövlət qeydiyyat nömrəsi 9928) təsisçisi İddiaçıdur. Odur ki, məhkəməyə təqdim edilmiş nizamnaməsinə əsasən İddiaçı “Çinar" Kiçik Müəssisəsinin yeganə təsisçisi olduğundan məhkəmə hesab edir ki, onun iddianı qaldırmağa subyektuv hüququ vardır.

30. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

31. İPM-in 37-ci maddəsinə (Bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi) əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

32. İddia tələbi iki hissədən ibarətdir: -Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət registrində aparılmış qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi – bu hissədə tələb Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yönəlmişdir; -həmin qeyri-yaşayış sahəsinə dair yeganə təsisçisi olduğu "xxxx" kiçik müəssisəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması – bu hissədə tələb Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönəlmişdir.

33. İddia tələbi eyni daşınmaz əmlaka hüququn tanınmasına yönəlib, həmin daşınmaz əmlaka dair hüquqlarla bağlıdır, tələblər biri digərindən törəmə olmaqla hüquqi əsasları eynidir. Cavabdehlər mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olmaqla hüquq və vəzifələri də eyni faktiki və hüquqi əsaslara söykənib. Hər iki cavabdehin ayrılıqda inzibati orqan statusu olsa da, bir inzibati orqanın strukturuna daxildir. Məhkəmə müvafiq prosessual normaların həddən artıq formal tətbiq olunmaması qənaətindədir və prosessual qənaət prinsipindən çıxış edərək qeyd edilən tələblərin bir iddiada birləşdirilməsini yolverilən hesab edir. İddiaçının növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

34. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 1946-cı ildə inşa edilmiş və "xxxx" açıq səhmdar cəmiyyəti "xxxx" TASC-nin balansında olmuş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B (registr №***-*******8-000) ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. təşkil edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış binası (mağaza) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2013-cü il tarixli 210 saylı sərəncamına əsasən X5 icarəyə verilmiş, daha sonra həmin qeyri-yaşayış binası (mağaza) və altındakı torpaq sahəsi sonuncu tərəfindən satın alınmışdır.

35. Məhkəmə X2 adına sonradan özəlləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanındakı qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət registrində müvafiq qeydin aparılması üçün əsas olmuş sənədləri tələb edərək müəyyən etmişdir ki, həmin əmlak vaxtilə "xxxx" açıq səhmdar cəmiyyətinin balansında olmaqla 8 nəfərdən ibarət komissiya tərəfindən 2013-cü ildə müvafiq qaydada təhvil-təslim edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmiş, daşınmaz əmlakın dövlət registrində №***-*******8-000 ilə qeydə alınmışdır.

36. İddia əsaslandıran aşağıdakı sənədlərdir: -Sabunçu rayon İH-nin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamı (Həmin sərəncama əsasən "xxxx" kiçik müəssisəsinin rəhbərliyinə Zabrat qəsəbəsi Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza təşkil edilməsinə icazə verilmişdir); -Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının tarixsiz aktı (Həmin akta əsasən Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən binada "xxxx" kiçik müəssisəsinə məxsus mağaza (qeyri-yaşayış sahəsi) yüksək səviyyədə tikilib mövcud vəziyyətdə texniki, yanğından mühafizə və sanitar-gigiyena qaydalarının tələblərinə əsasən istismara yararlıdır); Qeyd edilən aktın arxiv kötüyü müəyyən olunmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, həmin aktda Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamına istinad olunsa da, qeyd edilən sərəncam qeyri-yaşayış binasının tikilməsinə icazə və ya bu məqsədlə torpaqayırmaya dair deyil.

37. Məhkəmə iş materiallarını nəzərdən keçirərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanındakı qeyri-yaşayış binasının "xxxx" kiçik müəssisəsi tərəfindən inşa edilməklə ona məxsus olması qənaətinə gəlmir. Belə ki, qeyd edilən məqsədlə "xxxx" kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi, layihəsi və etibarlı olaraq istismara qəbul olunması müəyyən edilmir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir.

39. Təqdim edilən sənədlər isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanındakı qeyri-yaşayış binasına dair iddiaçının ehtimal olunan hüquqlarının tanınmasına imkan vermədiyindən (yetərsiz olduğundan) iddiaçının tikinti-təmir ekspertizasının təyin edilməsinə dair vəsatəti təmin edilməmişdir.

40. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə dövlət proqramının 1-ci hissəsinə əsasən, Dövlət Proqramının məqsədi dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltməkdən və bütövlükdə iqtisadiyyatın daha dinamik inkişafına nail olmaqdan ibarətdir. Fərmanın icrası ilə bağlı səlahiyyətli qurum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir.

41. Odur ki, Dövlət Xidməti qeyd edilən Fərmana uyğun olaraq dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətlərinə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanındakı qeyri-yaşayış binası və altındakı torpaq sahəsinə münasibətdə sərəncam vermişdir.

42. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən qeyd edilən qeyriyaşayış binasına dair hüquqlarının qeydə alınması tələbinin səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümiddən başqa bir şey olmadığı qənaətindədir. Əmlaka özbaşına sahiblənmə həmin əmlaka hüquqların tanınmasına əsas verə bilməz. Odur ki, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan müəyyən edilmir.

43. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

44. Odur ki, vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin) qeyd edilən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət registrində qeydiyyat aparılmasına dair hərəkətləri qanunsuz olmamış və üçüncü şəxs X7 həmin əmlakı qanuni əsaslarla əldə etmişdir.

45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar