Məhkəmə qərarları › İş №2-1(112)-4637/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4637/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4637/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «enerji təchizatı şəbəkəsinə qoşulma» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən 22.7 kv.m qeyri-yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehlər 2 saylı "ASAN Kommunal” mərkəzi və "xxxx” ASC-nin üzərinə qoyulması, ona dəymiş mənəvi ziyana görə hər cavabdehdən 1.500 manat olmaqla, cəmi 3.000 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini, qeyri-yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin icra olunmamasına görə cavabdehlərin vəzifəli şəxslərinin hərəkətlərinin araşdırılması üçün isə qərardad qəbul edərək, materialların prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı "ASAN Kommunal” mərkəzinin cavabdehlər siyahısından çıxarılmasını, ünvan 1 qapı 1 ünvanında yerləşən 22.7 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixli texniki şərtlərin tələblərinə uyğun enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdeh "xxxx” ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən 22.7 kv.m qeyriyaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün (5 kVt) xx.xx.2018-ci il tarixində 2 saylı Cavabdeh2nə müraciət edərək “xxxx” ASC-yə ərizə vermişdir. İddiaçı həmin tarixdə qoşulma haqqı olan 850 manatı bank vasitəsilə ödəmişdir. İddiaçı ərizədə xüsusilə qeyd etmişdir ki, sahənin enerji təchizatı yaxınlıqda yerləşən hər hansı enerji təchizatı şəbəkəsindən təmin olunsun, binanın mövcud enerji təchizatı stansiyası mütləq deyildir. xx.xx.2018-ci il tarixdə “xxxx” ASC tərəfindən texniki şərtlər və elektrik təchizatının işçi layihəsi hazırlanmışdır. Buna baxmayaraq, bu günədək iddiaçıya heç bir rəsmi cavab verilməmişdir və mülkiyyətində olan Bakı şəhəri. Nərimanov rayonu. Ə.Orucəliyev küçəsi, 5c, qapı 1 ünvanında yerləşən 22.7 kv.m qeyri-yaşayış sahəsi enerji təchizatı şəbəkəsinə qoşulmamışdır. Göründüyü kimi cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı 850 manat pulu vaxtlı-vaxtında ödəsə də, xx.xx.2018-ci ildən bəri ona heç bir məlumat verilməmişdir və heç bir iş görülməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, 5 c, qapı 1 ünvanında yerləşən ümumi sahəsi 22.7 kv.m olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, qeyri-yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün mülkiyyətçi İddiaçı xx.xx.2018-ci il tarixli EQTSA**********59G4B nömrəli müraciəti qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli texniki şərtin surətindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 5 c, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti üçün texniki şərtlər müəyyən edilmişdir. İş materiallarında olan işçi layihəsindən görünür ki, "Cavabdeh1” ASC-nin Perspektiv İnkişaf və "Asan Xidmət”lə İş idarəsinin rəisi tərəfindən xx.xx.2018-ci ildə ünvan 1 qapı 1də yerləşən xanım İddiaçı məxsus qeyri-yaşayış obyektinin elektrik təchizatının işçi layihəsi (Layihə nömrəsi LSA-18/2320) təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, TT**********208840 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “Cavabdeh1" ASC-yə sayğacın quraşdırılması üçün 840 manat, yük hesabatı üçün 7,5 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 11800/2019 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər 2 Saylı Cavabdeh2nə və "xxxx" ASC-yə qarşı öhdəliyin icrası, mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu tarixli, 2(006)-1777/2019 sayiı qətnaməsindən cavabdeh "Cavabdeh1" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhərı Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cıı tarixli, 2(006)-1777/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh 2- Saylı Cavabdeh2nə və "xxxx" ASC-yə qarşı öhdəliyin icrası, mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə icraat işə mülkı məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı hazırkı iddia tələbi ilə müvafiq inzibati iqtisadı məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: 1.2.3-cü bəndinə əsasən texniki şərtlər - elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra - ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 1.3-cü bəndinə əsasən bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır; 1.4-cü bəndinə əsasən sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması aşağıda göstərilən iki mərhələdən ibarət olmaqla, ümumilikdə 20 (iyirmi) gündən gec olmayaraq təmin edilməlidir: 1.4.1. sifarişçinin KOB evlərinə və ya mərkəzlərə müraciəti, qoşulma haqqının ödənilməsi, texniki şərtlərin, layihə sənədlərinin hazırlanması; 1.4.2. tikintiquraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma, tikinti obyektinə elektrik enerjisinin verilməsi, texniki şərtlərin və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması; 1.5-ci bəndinə əsasən bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır; 1.6-cı bəndinə əsasən bu Qaydada nəzərdə tutulmamış əsaslara görə sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasından imtina edilə bilməz; 2.1-1-ci bəndinə əsasən sifarişçi bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edərkən ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir; 3.1-ci bəndinə əsasən tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM (enerji təchitaı müəssisəsi) həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.7-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə, heç bir haqq ödəmir; 3.3-cü bəndinə əsasən tikinti obyektinin ETŞ-yə qoşulması və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsində (ETM-in müəyyən etdiyi yerdə) ETŞ-yə qoşulma ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin (bundan sonra - X1 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, 5 c, qapı 1 ünvanında yerləşən ümumi sahəsi 22.7 kv.m olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün cavabdehə müraciət etmiş və iddiaçının xx.xx.2018-ci il tarixli EQTSA**********59G4B nömrəli müraciəti qeydə alınmışdır. xx.xx.2018-ci il tarixdə cavabdehə tərəfindən iddiaçının adına Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 5 c, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti üçün texniki şərtlər müəyyən edilmişdir və "Cavabdeh1” ASC-nin Perspektiv İnkişaf və "Asan Xidmət”lə İş idarəsinin rəisi tərəfindən xx.xx.2018-ci ildə ünvan 1 qapı 1-də yerləşən iddiaçıya məxsus qeyriyaşayış obyektinin elektrik təchizatının işçi layihəsi (Layihə nömrəsi LSA-18/2320) təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən “Cavabdeh1" ASC-yə sayğacın quraşdırılması üçün 840 manat, yük hesabatı üçün 7,5 manat məbləğində pul ödənilmişdir. İddiaçının müraciətinə baxmayaraq, bu günədək ona məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən enerji təchizatı şəbəkəsinə qoşulmamışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən texniki şərtlərin verilməsini, həmin qeyriyaşayış sahəsinin elektrik təchizatının işçi layihəsinin cavabdeh tərəfindən təsdiq edilməsini və iddiaçı tərəfindən müvafiq ödənişlərin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsini enerji təchizatı şəbəkəsinə qoşmaması qanunsuz hesab edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının xüsusi qərardad çıxarılaraq prokurorluğa xəbər verilməsi barədə vəsatəti ilə əlaqədar qeyd edir ki, cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından vəsatət təmin edilməməli və hazırki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən 22.7 kv.m qeyriyaşayış sahəsinin xx.xx.2018-ci il tarixli texniki şərtlərin tələblərinə uyğun enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyi cavabdeh "xxxx” ASC-nin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar