Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4638/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 Üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehtiyev) küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsinə X3 adına verilmiş istifadə huququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi və ləgv edilməsi barədə qərar çıxarılmasını, mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xususi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Bələdiyyəsinin 09 fevral 2006-cı il tarixli, 11/06 saylı sərəncamına və eyni tarixli 10 saylı torpaq icarəsi müqaviləsinə əsasən Ə.Ələkbərov (indi Ş.Mehtiyev) küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.m torpaq sahəsi hal-hazıra qədər iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Qeyd edilən torpaq sahəsi 25 ildən artıq zaman ərzində və hal-hazırda da xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış obyektinin qarşısında yerləşir. 2008-ci ildə X6 yuxarıda qeyd edilən Yasamal Bələdiyyəsinin sərəncamının ləğv edilməsi və torpaq sahəsinin üzərində onun hüquqlarının tanınması tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 30 may 2008-ci il tarixli 2(004)-1031/08 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan X5 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli, 2(103)-3764/2008 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin 04 noyabr 2011-ci il tarixli 2(102)-3303/11 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Yasamal Bələdiyyəsinin 09 fevral 2006-ci tarixli, 11/06 saylı sərəncamı və sərəncam əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış 09 fevral 2006-ci il tarixli, 10 saylı torpaq icarəsi müqaviləsi tam qanuni və qüvvədə olan hesab edilmişdir. Bundan sonra Yasamal Rayon İcra Hakimiyyətinin 24 may 2013-ci il tarixli, 203 saylı sərəncamına əsasən qeyd edilən torpaq sahəsində ofis və xidmət binasının tikintisinə iddiaçıya icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yasamal Bələdiyyəsinə ünvanladığı 11 noyabr 2016-ci il tarixli ********** saylı məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi eləktron məlumat bazasına əsasən Yasamal bələdiyyəsinin mülkiyyətinə aid torpaqların hüdudları daxilində yerləşir. Belə bir vəziyyətdə cavabdeh tərəfindən bu torpaq sahəsi üzərində istifadə hüquqlarını təsdiq edən çıxarışın X3 adına verilməsi tam qanunsuz və əsassızdır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya məxsus Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehtiyev) küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsinə X3 adına verilmiş istifadə huququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, İddiaçı iddia tələbi ilə bağlı idarəyə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı xx.xx.2018-ci il tarixli müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0.0222 ha torpaq sahəsi üzərində icarə hüququ X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: -Bakı şəhər Yasamal rayon Bələdiyyəsinin 11/06 nömrəli, 09 fevral 2006-cı il tarixli Sərəncamı ilə iddiaçının Ə.Ələkbərov küçəsi, 1056-cı məhəllə, ev 97-də mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi 199.5 kv. metr torpaq sahəsindən istifadə etməsi faktı təsdiq edilərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahəsi icarəsinə verilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********27 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0.0222 ha torpaq sahəsi üzərində X4 icarə hüququ qeydiyyata alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin 172 nömrəli, xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş. Mehdiyev küçəsində yerləşən torpaq sahəsində icarə əsasında ofis binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. - 16 yanvar 2018-ci il tarixli, 1425 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və xx.xx.2015-ci il tarixli, 13114 saylı inşaat pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ş. Mehdiyev küçəsində yerləşən torpaq sahəsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən X2 icarəsinə verilmişdir. - Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2- 1(102)-985/18 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 yanvar 2018-ci il tarixli qərarı ilə (2-1(103)-91/2018 saylı mülki iş) iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(81)-3388/2015 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxslər X5 və Bakı şəhər Yasamal Bələdiyyəsi) Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş. Mehdiyev küçəsində yerləşən sahəsi 199,5 kv.metr olan torpaq sahəsinə dair cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 172 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi və qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qərardan verilən kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 24 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 06 yanvar 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması zamanı mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub olmadığı müəyyən edilməlidir. Məhkəmə bildirir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı - Bakı şəhər icra hakimiyyətinin 172 saylı xx.xx.2015-ci il tarixli sərəncamını məhkəmə müstəvisində mübahisələndirmiş olsa da, iddiası təmin edilməmişdir. Odur ki, həmin sərəncam əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə hazırkı məzmunda iddiaya baxılmasını mümkünsüz edir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaya mahiyyəti üzrə baxılmasının mümkün sayılmaması qənaətinə gəldiyindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, məhkəmə icraatına cəlbetmə və əsl olmayan tərəflərin əvəz edilməsi ilə bağlı məsələlərə baxlmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4638/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4638/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver