Məhkəmə qərarları › İş №2-1(112)-464/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-464/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-464/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, Cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirakı ilə iddiaçı Alakulaşvili Elfiridon Darçoyeviçin cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qаrşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Alakulaşvili Elfiridon Darçoyeviç cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 01 sentyabr 1972-ci ildən 02 avqust 1973-cu ilədək Gürcüstan SSR Nazirlər Soveti yanında texniki peşə məktəbində əyani təhsil aldığı, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Qax rayon MPMK-95 təşkilatında 4-cü dərəcəli bənna vəzifəsində işlədiyi, 02 iyun 1974-cü ildən 02 iyun 1976-ci ilədək SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1976-ci ildən xx.xx.1980-ci ilədək Qax rayonu “Nizami” adına kolxozda kolxozçu, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək Qax rayon X4 traktorçu, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Gürcüstan SSR Çitelçkaroy kolxozlararası tikinti birliyində 3-cü dərəcəli fəhlə, xx.xx.1987-ci ildən xx.xx.1996-ci ilədək Qax rayon Kimya Birliyində traktorçu vəzifəsində işlədiyi illərin güzəştli staj kimi hesablanması və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə uyğun olaraq xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 avqust 1955-ci ildə Qax rayonu Qax İngiloy kəndində anadan olmuşdur. 01 sentyabr 1972-ci ildən 02 avqust 1973-cu ilədək Gürcüstan SSR Nazirlər Soveti yanında texniki peşə məktəbində əyani təhsil alaraq, maşinistekskovatorçu peşəsi üzrə atestat almışdır. xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Qax rayon MPMK-95 təşkilatında 4-cü dərəcəli bənna vəzifəsində işləmişdir. 02 iyun 1974-cü ildən 02 iyun 1976-ci ilədək SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1976-ci ildən xx.xx.1980-ci ilədək Qax rayonu “Nizami” adına kolxozda kolxozçu, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək Qax rayon X4 traktorçu, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Gürcüstan SSR Çitelçkaroy kolxozlararası tikinti birliyində 3-cü dərəcəli fəhlə, xx.xx.1987-ci ildən xx.xx.1996ci ilədək Qax rayon Kimya Birliyində traktorçu vəzifəsində işləmişdir. Bundan başqa 2015- 2019cu illər ərzində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödəmişdir. İşlədiyi illər güzəştli şərtlərlə pensiya almaq hüququ yaradan iş stajına aid olduğundan və 50 yaşı tamam olduğu tarixdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə uyğun olaraq pensiyanın təyin edilməsi üçün DSMF-nin Qax rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Qax rayon şöbəsi müraciətə özü baxmamalı, yəni DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərməli olduğu halda əsassız olaraq imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının işlədiyi peşələr ona güzəştli pensiya hüququnu vermir. İddiaçı iddia ərizəsində özünə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə uyğun olaraq pensiya təyin edilməsini xahiş edir, özünün işlədiyi traktorçu peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü iyul tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahısında (2 saylı siyahı) ******* kodu altında (Kənd təsərrüfatına aqrokimya xidməti. Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi bölməsində qeyd edilməsini göstərmişdir. Qeyd edilən siyahıda göstərilən peşələr isə həmin qanunun 13-cü maddəsinin “B” bəndində qeyd edilmişdir. Yəni iddiaçının peşəsi qeyd etdiyi siyahıda göstəriməmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən peşələr ona güzəştli şərtrtlərlə pensiya hüququ verən peşələrin nə hal-hazırda qüvvədən düşən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı, nə də ki, hal-hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahılarda qeyd edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənə, yəni xx.xx.1997-ci il tarixədək həm 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olmalıdır. İddiaçının özünün təqdim etdiyi əmək kitabçasına görə o, xx.xx.1997-ci il tarixədək iddiaçının 2 saylı siyahı üzrə güzəştli iş stajı olmamış, 25 illik ümumi iş stajı toplamamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki,məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının, hərbi biletinin, texniki peşə məktəbində təhsil haqqında attestatın surətləri təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı 1974-cü ildən 1996-ci ilədək kolxozda, müxtəlif müəssələrdə kolxozçu, traktorçu,fəhlə peşələrdə çalışmışdır. İddiaçının hərbi xidmətdə olduğu müddət və texniki peşə məktəbində təhsil aldığı vaxtı nəzərə alınmaqla, ümumi iş stajı cəmi 21 il 04 ay 21 gün təşkil etmişdir. İddiaçı 50 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu 03 avqust 2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Məhkəmə iddiaçı Alakulaşvili Elfiridon Darçoyeviç oğlunun iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı Alakulaşvili Elfiridon Darçoyeviçin «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 20 (iyirmi) ildən çox (2 il hərbi xidmətdə olduğu müddət və texniki peşə məktəbində təhsil müddəti nəzərə alınmaqla 21 il 04 ay 21 gün) olmasına baxmayaraq o, xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında göstərilmiş istehsalatlarda, işlərdə, peşələrdə işləməmişdir, yəni iddiaçının işlədiyi- kolxozçu və traktorçupeşələr güzəştli şərtlərlə pensiya hüququnu verən peşələr kimi həmin siyahıya daxil edilməmişdir. Buna görə də iddiaçının 50 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Alakulaşvili Elfiridon Darçoyeviçin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 01 sentyabr 1972-ci ildən 02 avqust 1973-cu ilədək Gürcüstan SSR Nazirlər Soveti yanında texniki peşə məktəbində əyani təhsil aldığı, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Qax rayon MPMK- 95 təşkilatında 4-cü dərəcəli bənna vəzifəsində işlədiyi, 02 iyun 1974-cü ildən 02 iyun 1976-ci ilədək SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1976-ci ildən xx.xx.1980-ci ilədək Qax rayonu “Nizami” adına kolxozda kolxozçu, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək Qax rayon X4 traktorçu, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Gürcüstan SSR Çitelçkaroy kolxozlararası tikinti birliyində 3-cü dərəcəli fəhlə, xx.xx.1987-ci ildən xx.xx.1996-ci ilədək Qax rayon Kimya Birliyində traktorçu vəzifəsində işlədiyi illərin güzəştli staj kimi hesablanması və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə uyğun olaraq xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69-cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar