Məhkəmə qərarları › İş №2-1(112)-464/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-464/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-464/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 24) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiaçının faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 üvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7583/2020 saylı, 25.11.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7583/2020 saylı, 25.11.2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1186/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7583/2020 saylı, 25.11.2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 10.02.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddia ərizəsində bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmişdir. Yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2005-ci ilin sentyabr ayında yataqxanada otaqla təmin olunmuşdur. 16.05.2006-cı tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 19 saylı mənzilinə dair onun adına 15 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2005ci ilin may ayından 2018-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-cı il sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X3 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəsisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxış yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair 21.10.2016- cı il tarixli “Rəy” tərtib edilmişdir. Cavabdeh, Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən ona qəzalı vəziyyətində olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) “kompensasiya” (“birdəfəlik maddi yardım”) ödənilməli və ya yaşayış sahəsi verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X3 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21.10.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə iddiaçı X2 yaşaması müəyyən edilməmişdir. Komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. Eyni zamanda, 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər İcra Hakimiyyətinin 26.09.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li 25.10.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı Rayon İcra Hakimiyyətinə deyil Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaya dair yazılı münasibətində bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X3 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21.10.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər İcra Hakimiyyətinin 26.09.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 07/03- ***-**** saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 491 nömrəli 25.10.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərdiyi Şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı Rayon İcra Hakimiyyətinin xəzinə hesabına 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manatın köçürülməsinə göstəriş verilməsi barədə 2017-ci il 26 sentyabr tarixli 7-430/4g nömrəli məktubundakı təkliflə Maliyyə Nazirliyi 2017-ci il 23 oktyabr tarixli 07/03-317-5172 nömrəli məktubu ilə razılıq verərək, qaldırılan məsələnin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməli olduğunu bildirmişdir. Həmçinin, Sərəncamın 1-ci bəndində göstərilmişdir: “Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi (T. Həsənov): 1.1 Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manat məbləğində vəsaitin ayrılmasını Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etsin; 1.2. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etsin.” İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti 13.12.2021-ci il tarixli məktubla bildirmişdir: “Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X3 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21.10.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə iddiaçı X2 yaşaması müəyyən edilmədiyindən ona birdəfəlik maddi yardım verilməmişdir və sözügedən yataqxananın 48 saylı otağında vətəndaş X1 ailə üzvləri ilə birlikdə faktiki yaşadığı müəyyən edilmiş və ona birdəfəlik 35000 manat (otuz beş min) maddi yardım ödənilmişdir. Eyni zamanda bildiririk ki, 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər İcra Hakimiyyətinin 26.09.2017-ci il tarixli 7- 430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 07/03- 317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li 25.10.2017-ci il tarixli Sərəncamı ilə sözügedən yataqxanada faktiki yaşayan hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır.” İşdə olan sənədlərdən görünür ki, İddiaçı 1 saylı Təmir tikinti tresti tərəfindən 16.05.2006-cı il tarixdə ünvan 4 ünvanda yerləşən 1 saylı TTİ-nin yataqxanasında 14,5 kv.m olan 1 otaqlı 19 nömrəli mənzilə 15 nömrəli order verilmişdir. İşdə olan Suraxanı RPİ tərəfindən 09.02.2005-ci il tarixdə verilmiş şəxsiyyət AZE 0******* nömrəli vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Hövsan qəsəbəsi 1 №-li TTİ-nin yataqxanası, R.Abdullayev küçəsi, ev 24 qeyd edilmişdir. İşdə olan digər sənədlərlə müəyyən edilir ki, 1 saylı Təmir Tikinti İdarəsi və 1 saylı TTİ-nin balansında olan yataqxanada yaşayan İddiaçı arasında 10.09.2005-ci il tarixdə yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanmışdır. İşin materiallarında olan 11 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilən R.Abdullayev küçəsi , 24 saylı binadakı otaqlar və yaşayan sainlər haqqında əlavə siyahı tərtrib edilmişdir. Həmin siyahıdan görünür ki, iddiaçı həmin ünvanda 19 saylı mənzildə yaşayır. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan mənzilin 1 saylı Təmir tikinti tresti tərəfindən iddiaçıya ayrılması və iddiaçının həmin mənzildə yaşaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, mübahisə predmeti olan daşınmaz əmlakın İddiaçı ayrılması və iddiaçının həmin mənzildə yaşaması, həmçinin qeyd edilən mənzilə görə iddiaçıya kompensasiya ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 üvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 üvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ona ödənilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar