Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4641/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının ilkin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasında 4 ay müddətində ödənilməmiş 1676,56 manat sosial yardım məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı, həyat yoldaşı Günay Bayramova və övladları Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən ünvanlı sosial yardım proqramının iştirakçısı olmuşlar. Müavinət müddəti 2024-cü ilin may ayında bitdikdən sonra iyun ayında təkrar müavinət almaq üçün müraciət etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müraciətdən sonra 15 iş günü ərzində maddi- məişət şəraitinin baxışı keçirilməli və nəticədə təyinat və ya imtina qərarı qəbul edilməlidir. Lakin maddiməişət şəraitinin yoxlanılması gecikdirilmiş və xx.xx.2024 tarixində "faktiki yaşayış ünvanının düzgün qeyd edilməməsi" səbəbilə müraciətinə imtina qərarı verilmişdir. Bildirir ki, əvvəlki müavinət üçün göstərdiyi ünvan 1 ünvanı üzrə təsdiq almış və təkrar müraciət zamanı eyni ünvanı təqdim etmişdir. Hazırda bütün kommunal ödənişləri də həmin ünvanda qeydiyyata alınmışdır. Cavabdeh qurumla imtinanın səbəbini müzakirə edərkən iddiaçıya bildirilmişdir ki, maddi-məişət şəraitinin yoxlanılmasını əvvəllər DOST mərkəzi, hazırda isə Ünvanlı Sosial Yardım Mərkəzi həyata keçirir. Bu struktur dəyişikliyi səbəbindən ünvan fərqləri yaranmışdır. Cavabdeh qurumun tövsiyəsi ilə ünvan 2 ünvanını göstərərək təkrar müraciət etmiş və xx.xx.2024 tarixində ona 419.14 AZN məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Lakin maddi-məişət şəraitinin yoxlanılmasının gecikdirilməsi və qurum daxilində baş vermiş struktur dəyişikliyi səbəbindən iddiaçı xx.xx.2024 - xx.xx.2024 dövrü üzrə 1676.56 AZN məbləğində sosial yardımdan məhrum olmuşdur. Azərbaycan Respublikasının "Ünvanlı sosial yardım haqqında" qanununun müvafiq müddəalarına əsaslanaraq, qeyd olunan məbləğin iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd etmişdir ki, təmsilçi X1 (ailə üzvü İddiaçı) ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********5040 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən ərizə-bəyannamədə göstərdiyi faktiki yaşayış ünvanı barədə məlumatın düzgün göstərilməməsi aşkar edilmişdir. Beləki, cavabdeh tərəfindən aparılan müayinə zamanı aşkar edilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yaşadığı halda, **********645 nömrəli ərizə bəyannamədə faktiki yaşadığı ünvan kimi ünvan 4 etmişdir. Məlumatlarda uyğunsuzluq aşkar olunduğundan İddiaçı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Əlavə olaraq, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır. Eyni zamanda İddiaçı **********7647 nömrəli ərizə bəyannamə ilə faktiki yaşadığı ünvan dəqiqləşdirərək yenidən müraciət etmiş, xx.xx.2024 -ci il tarixdə ona 419,14 manat məbləğində sosial yardım təyin edilmişdir. Beləki, analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-584/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə qeyd etmişdir ki, iddiaçı inzibati orqanın ilkin imtinasını növbəti müraciətinədək mübahisələndirmədiyindən, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmış olduğu qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən göründüyü kimi verilən imtinalar qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-4641/025-ci il tarixli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının ilkin müraciət etdiyi xx.xx.2024-ü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qərarı mübahisləndirmək üçün buraxılmış müddətin üzrlü hesab olunmasını, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.2, 33, 35.1, 38.2). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ünvanlı sosial yardımın təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə imtina cavabı almışdır. İddiaçı həmin imtina məktubunu aldıqda sonra xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə ünvanlı sosial yardımın təyin olunması ilə bağlı müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-244994/2/2024 nömrəli cavab məktubu ünvanlanmışdır. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı imtina qərarından məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə maraqlarına uyğun qərarın qəbul edilməsi üçün məhkəməyə müraciət etməmiş və iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə cavabdeh inzibati orqana təkrar müraciətindən və onun müraciəti təmin edildikdən sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və iddiaçıya İPM-in 13-cü maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının ilkin müraciət etdiyi xx.xx.2024-ü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-4641/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4641/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver