Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4642/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "siyahıya əlavə olunma" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun müvafiq komissiyaya təqdim olunacaq siyahıya əlavə olunması və həmin siyahının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X8 (xx.xx.2021-ci il tarixdə vəfat edib) 1992-ci ildən xx.xx.2012-ci il ilədək 20 təqvim ilindən çox Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Həyat yoldaşının səhhətində yaranmış problemlə əlaqədar N saylı hərbi hissənin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiyanın xx.xx.2011-ci il tarixli 122 №-li xəstəlik haqqında şəhadətnaməsinə əsasən “Sol ağciyərdə səpələnmə ocaqları ilə sağ ağciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozu qoyularaq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı verilmişdir. Komissiyanın xəstəlik haqqında şəhadətnaməsinə əsasən Müdafiə Nazirinin xx.xx.2012-ci il tarixli 07 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və N saylı hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 54 №-li əmrindən çıxarışına əsasən 12 aprel 2012-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılıraq hərbi uçota durmaq üçün SHXÇDX-nin Sumqayıt şəhəri Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq 1992-ci ildən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılması üçün həyat yoldaşı dəfələrlə şifahi şəkildə MN-nin Mənzil-istismar İdarəsinin əməkdaşları ilə əlaqə saxlamış, lakin 2012-ci ildən vəfat etdiyi tarixədək mənzillə təmin olunmamışdır. Müraciət zamanı həyət yoldaşının Silahlı Qüvvələrdə xidmət müddəti 19 il, 11 ay, 26 gün təşkil etməsini və bu səbəbdən 20 təqvim ili olmadığı üçün mənzillə təmin olunmasının mümkünsüzlüyü bildirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirmişdir ki, həyat yoldaşı öz iradəsindən asılı olmayaraq, yəni tutmuş olduğu xəstəliyə görə SQ-nin ehtiyatına buraxılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı həyat yoldaşı ehtiyata buraxılmazdan əvvəl qüvvəyə minmiş, hərbi hissə komandiri tərəfindən həyat yoldaşı şəxsi heyətin siyahısından çıxarılarkən (öz iradəsindən asılı olmayaraq ehtiyata buraxılıb) nizami hissə üzrə əmrində 4 gün nəzərə alınmamışdır. Eyni zamanda həyat yoldaşı şəxsi heyətin siyahısından çıxarılarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə (Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir) əsasən 45 gün məzuniyyət verilməmiş, 1991-ci ildə Voronej Ali Hərbi Aviasiya Mühəndisləri Məktəbini bitirdikdən sonra xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək Silhalı Qüvvələrdə xidmət etdiyi dövr hesablanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək mayor X4 20 il qüsursuz xidmətinə görə adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının tələblərinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ 171422 nömrəli X6 əsasən X8 02 aprel 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 676 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin X7 ünvanladığı xx.xx.2021-ci il tarixli, 2222 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə dövlət vəsaiti hesabına mənzil təminatı ə bağlı ünvanladığınız müraciətinizə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusu sıralarında xidmət müddətinizin 20 təqvim ilindən az olduğu səbəbindən dövlət vəsaiti hesabına mənzillə təminatınız‘Azərbaycan Respublikası “Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, mənzil məsələsi ilə bağlı qeydiyyatda olduğunuz rayonun icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri 4 Saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 3186 nömrəli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə V-76/2021 saylı vərəsəlik işi açılmışdır. xx.xx.1965-ci ildə doğulmuş X4 arvadı- İddiaçı ərizə qəbul edilmişdir. X1 – arvadı - İddiaçı vərəsə kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş dekabr 2021-ci il tarixli Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsinin 1279 nömrəli arayışına əsasən İddiaçı yaşadığı Tağıyev-2 hərbi şəhərciyi, K.Kərimov küçəsi bina 19, mənzil 72 ünvanındakı 2 otaqlı sahəsi 29.7 kv.m olan yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsinə təhvil verilmişdir və kommunal borcu yoxdur. Məhkəmənini sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-3165/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -N saylı Hərbi Hissə Komandirinin 10 yanvar 2012-ci il tarixli 10 nömrəli Əmrindən Çıxarışda qeyd olunmuşdur ki, 10 yanvar 2012-ci il tarixdən getmiş hesab edilsinlər: 13. X2, əməliyyat bölməsinin zabiti (aviasiya tuşlayıcısı), 2012-ci ilin növbəti məzuniyyətinə Sumqayıt şəhərinə 24 fevral 2012-ci il tarixədək. -N saylı Hərbi Hissə Komandirinin 24 fevral 2012-ci il tarixli 51 nömrəli Əmrindən Çıxarışda qeyd olunmuşdur ki, 10 yanvar 2012-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 14. X2, əməliyyat bölməsinin zabiti-(aviasiya tuşlayıcısı), növbəti məzuniyyətdən. -N saylı Hərbi Hissə Komandirinin 28 fevral 2012-ci il tarixli 54 nömrəli Əmrindən Çıxarışda qeyd olunmuşdur ki, 1. X2, N nömrəli hərbi hissənin əməliyyat bölməsinin (A3) zabiti-(aviasiya tuşlayıcısı), Azərbaycan Respublikası Müdafiə Nazirinin 23 yanvar 2012-ci il tarixli 07 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) ehtiyata buraxıldığına görə növbəti məzuniyyət verilməklə 12 aprel 2012-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi uçota durmaq üçün SHXÇDX-nin Bərdə rayon şöbəsinə göndərilsin. Mayor İ.Qarayev 2012-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Mayor İ.Qarayev ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarına birdəfəlik pul müavinəti verilsin. 2012-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2012-ci ilin növbəti məzunniyyətindən istifadə edib, məzuniyyət pulu ödənilib. Məhkəmənini sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1984/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023cü il tarixli, 1524 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı X3 mərhum həyat yoldaşı X5 Azərbaycan Ordusunda 20 təqvim ndən az xidmət etməsi səbəbindən (16 aprel 1992-ci ildən 23 yanvar 2012-ci ilədək) Azərbay an Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının tələbləri ona şamil olunmadığı üçürı adı Müdafiə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməmiş və xidmət müddəti ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyətin Baş İdarəsinin xx.xx.2023cü il tarixli 1/1738 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən mərhum X2 16 aprel 1992-ci ildən 23 yanvar 2012-ci ilədək Azərbaycan Ordusunda həqiq hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2012-ci il tarixli müvafiq əmrinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Sumqayıt şəhər hərbi komissarlığına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 1524 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X5 Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etməsi səbəbindən (16 aprel 1992-ci ildən 23 yanvar 2012-ci ilədək) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanının tələbləri ona şamil olunmadığı üçün adı Müdafiə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməmiş və xidmət müddəti ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-2856 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən göndərilmiş xx.xx.2023 №-li 4/2-2615 №-li məktuba əlavə olaraq bildiririk ki, leytenant X9 N №-li hərbi hissə komandirinin xx.xx.1992ci il tarixli N №-li əmrilə (əsas: §-1, səh-1, sıra-9, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq səfərbərlik işi və nizami hissə üzrə qərargah rəisinin köməkçisi vəzifəsinin icrasına buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 0430 №-li əmrinə əsasən, leytenant X9 N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3 №-li əmrilə (əsas: §-3, səh-6, sıra-9, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq səfərbərlik və nizami hissə üzrə qərargah rəisinin köməkçisi vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 02362 №-li əmrinə əsasən, səfərbərlik işi və nizami hissə üzrə qərargah rəisinin köməkçisi, baş leytenant X10 hərbi hissənin qərargah rəisi təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 82 №-li əmrilə (əsas: §-5, səh-23, əmrdə atasının adı “Taptıq”, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq xidməti vəzifəsinin icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrində (əsas: §-1, səh-92, əmrdə adı və atasının adı tam yazılmamışır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) HHMQ və HHQ Komandanının telefonoqramasına əsasən, baş leytenant İ.T.Qarayevin xx.xx.1994-cü il tarixdən yeni xidməti yerinə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrində (əsas: §-1, səh-100, əmrdə adı və atasının adı tam yazılmamışır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) Azərbaycan Respublikası Silahli Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0370 №-li əmrinə əsasən, baş leytenant İ.T.Qarayevin işini və vəzifəsini təhvil verməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0370 №-liəmrinə əsasən, baş leytenant X10 N №-li hərbi hissədə aviasiya üzrə istiqamət rəisinin baş köməkçisi vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 117 №-li əmrilə (əsas: §-1, səh-165, əmrdə atasının adı “Taptıq”, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0370 №-li əmrinə əsasən, N №-li hərbi hissədən gəlmiş, baş leytenant X9 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 69 №-li əmrilə (əsas: §-1, səh-20, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “ baş leytenant” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq aviasiya üzrə istiqamət rəisinin baş köməkçisi vəzifəsinin icrasına buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 01168 №-li əmrinə əsasən, N №-li hərbi hissənin qərargah rəisi-eskadrilya komandirinin müavini vəzifəsinə təyin olunmuş, kapitan X11 N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 3 №-li əmrilə (əsas: §-1, səh-2, əmrdə atasının adı “Tapdığ”, hərbi rütbəsi “kapitan” yazılmışdır) xx.xx.1998-ci il tarixdən vəzifəsini və işi təhvil vermiş hesab olunaraq hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan silinmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 01168 №-li əmrinə əsasən, N №-li hərbi hissənin qərargah rəisi- komandirin müavini vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissədən gəlmiş, kapitan X11 N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 2 №-li əmrilə (əsas: §-2, səh-1, əmrdə atasının adı “Tapdığ”, hərbi rütbəsi “kapitan” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara qoyulmuş 09.01,1998-ci ilə qədər öz vəzifəsini qəbul etməyə başlamış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 0178 №-li əmrinə əsasən, N №-ii hərbi hissənin qərargah rəisi- komandirinin müavini vəzifəsinə təyin olunmuş, X2 N №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 27 №-li əmrilə (əsas: §-1, səh-23, sıra-2, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.1999-cu ilə kimi öz işini və vəzifəsini təhvil verməyə başlamış hesab olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 32 №-li əmrilə (əsas: §-2, səh-28, sıra-2, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) işini və vəzifəsini təhvil vermiş, X2 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə getmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 0178 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin müavini- qərargah rəisinin müavini vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissədən gəlmiş, X2 N №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 35 №-li əmrilə (əsas: §-6, səh-6, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.1999-ci il tarixdən hərbi hissənin bütün ad siyahılarına salınaraq təminat növlərinə qoyulmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 0N №-li əmrinə əsasən, X2 N №-li hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsi rəisinin baş köməkçisi vəzifəsinə təyin olunduğundan N №li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 7 №-li əmrilə (əsas: §-4, səh 4,əmrində atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) vəzifə və işini təhvil vermiş hesab edilərək şəxsi heyətin ad siyahılarından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 0N №-li əmrinə əsasən, əməliyyat və döyüş hazırlığı şöbəsi rəisinin baş köməkçisi vəzifəsinə təyin olunmuş, X2 N №-li hərbi hissə komandirinin 11.01 2000-ci il tarixli 6 №-li əmrilə (əsas: §-4, səh-6, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi "mayor” yazılmışdır) xx.xx.2000-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınaraq öz vəzifəsinin qəbuluna başlamış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli 0314 №-li əmrinə əsasən, X2 N №-li hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 134 №-li əmrilə (əsas: §-1, səh-74, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.2000-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. “Hərbi xidmət haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli 0314 №-li əmrinə əsasən, N №-li hərbi hissədən gəlmiş, N №-li hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin olunmuş, X2 N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 149 №-li əmrilə (əsas: §-1, səh-14, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.2000-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq xidməti vəzifəsinin icrasına başlamışdır. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli 0425 №-li əmrinə əsasən, X2 Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin-Aviasiya fakültəsinin Aviasiya məktəbinin-Tədris bölməsinin rəisi- fakültə rəisinin müavini vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 183 №-li əmrilə (əsas: §-3.5 səh-42, sıra-2, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) vəzifə və işini təhvil vermiş hesab edilərək xx.xx.2000-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin- Aviasiya fakültəsinin- Aviasiya məktəbinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli 0425 №-li əmrinə əsasən, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin-Aviasiya fakültəsinin Aviasiya məktəbinin-Tədris bölməsinin rəisi- fakültə rəisinin müavini vəzifəsinə təyin olunmuş X2 Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.2000-ci il tarixli 170 №-li əmrilə (əsas: §-2 səh-146, sıra-2, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.2000-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. “Hərbi xidmət haqqında” Əsasnamənin 81-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 0526 №-li əmrinə əsasən, N №-li hərbi hissənin qərargah rəisi tabor komandirinin müavini vəzifəsinə təyin olunmuş X2 N №-li hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 217 №-li əmrilə (əsas: §-5 səh-53, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.2002-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq təhvil- təslimə başlamışdır. HHM Qoşunları və HHQ Komandanının xx.xx.2004-cü il tarixli 033 №-li əmrinə əsasən, Qərargah rəisi X2 N №-li hərbi hissənin “Sitalçay aviasiya komendaturasının” rəisi vəzifəsinə təyin olunduğu üçün N №li hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 305 №-li əmrilə (əsas: §-9, səh-90 əmrində atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.2004-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. HHMQ və HHQ Komandanının xx.xx.2004-cü il tarixli 033 №-li əmrinə əsasən, “Sitalçay aviasiya komendaturasının” rəisi vəzifəsinə təyin olunmuş, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, X2 N №-li hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 333 №-li əmrilə (əsas: §-3, səh-81, əmrdə atasının adı “Tapdıq", hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.2004-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 014 №-li əmrinə əsasən, X2 N №-li hərbi hissənin təkibinə keçirildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.2007-ci il tarixli 69 №-li əmrilə (əsas: §-19, səh-109, sıra-59, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. “Hərbi xidmət haqqında” Əsasnamənin müvafiq maddəsinə əsasən, N №-li hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, “Aviasiya komendatlığının (Sitalçay)” rəisi X2 N №-li hərbi hissə komandirinin xx.xx.2007-ci il tarixli 53 №-li əmrilə (əsas: §-4, səh-39, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor" yazılmışdır) xx.xx.2007-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq vəzifəsinin qəbuluna və xx.xx.2007-ci il tarixdən icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2010-cu il tarixli 0399 №-li əmrinə əsasən, “Aviasiya komendatlığının (Sitalçay)” rəisi, X2 N №-li hərbi hissənin əməliyyat bölməsinin zabiti (aviasiya tuşlayıcısı) vəzifəsinə təyin edildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 262 №-li əmrilə (əsas: §-1, səh-146, əmrdə atasının adı “Tapdıq”, hərbi rütbəsi “mayor” yazılmışdır) vəzifəsini və işini təhvil vermiş hesab edilərək, xx.xx.2010-cu il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Qeyd edirik ki, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin sentyabr-dekabr 2002-ci il tarixli tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin 2010-2012-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə təhvil verilməmişdir. Məhkəmənini sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 1078 nömrəli məktubu ilə göndərilmiş əmrlərin arxiv çıxarışlarından görünür ki: -N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə aşağıdakı adları çəkilənlər hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminatlara salınaraq 01 aprel 1992-ci ildən öz xidməti vəzifələrinin icrasına başlanmış hesab edilsinlər: leytenant X9- səfərbərlik və nizami hissə üzrə qərargah rəisinin köməkçisi. -N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3 №-li əmrinə əsasən Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 0430 nömrəli əmri ilə təyin olunmuş aşağıdakı adları çəkilənlərin hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınsın və öz xidməti vəzifələrinin icrasına başlanmış hesab edilsinlər: leytenant X9. -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 0430 №-li əmrinə əsasən, leytenant X5 (1965-ci il, azərbaycanlı, təhsili-1991-ci il Silahlı qüvvələrin hərbi aviasiya mühəndisliyi məktəbi, SSR Silahlı Qüvvələrində 08.1987-ci ildən hazırkı tarixədək xidmət etmiş) səfərbərlik və nizami hissə üzrə qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilsin. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, işin hallarından görünür ki, İddiaçı mərhum X2nun arvadı, Sumqayıt Şəhəri 4 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 3186 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixdə açılmış vərəsəlik işində X4 vərəsəsidir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: - 1-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. -21-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd edilmişdir: Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir. Beləliklə, hazırkı halda Azərbaycan Ordusunda xidmət etmiş mərhum hərbi qulluqçunun ailə üzvü kimi iddiaçının hərbi qulluqçunun adının dövlət hesabına mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsini tələb etməyə subyektiv hüququ vardır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyəti üzrə əsaslıdır. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı (….) tərkibdə Komissiya yaradılsın. Göründüyü kimi aşağıdakı hərbi qulluqçuların dövlət hesabına mənzillə təmin olunmaq və bunun üçün adının müvafiq komissiya tərəfindən siyahıya daxil edilməsini tələb etmək hüququ vardır: -hərbi qulluqçu Azərbaycan ordusunda xidmət etməli; -azı 20 təqvim ili xidmət keçməli; -tələb edilən 20 təqvim ilində qüsursuz xidmət keçməlidir. “Hərbi qlluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. -4-cü maddənin 2-ci bəndinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar. İşin hallarından görünür ki, mərhum X9 xəstəliyə görə ehtiyata buraxılmış, xx.xx.2012-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Cavabdehin imtinasında, nə də məhkəmə icraatında iddiaya etiraz kimi mərhum X5 Azərbaycan ordusunda xidməti və bu müddətdə qüsursuz xidmət göstərməsi mübahisələndirilməmişdir. Cavabdehin inzibati icraat zamanı imtinasının əsasında X5 hərbi xidmətinin 20 ilə tamamlanmaması olmuşdur. Məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş arxiv əmrləri, arayış və şəxsi işindən görünür ki, iddiaçının təqvim ili üzrə xidmətinə xx.xx.1992-ci ildən N nömrəli hərbi hissənin şəxsi heyətinə daxil edildiyi tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətindən çıxarılaraq hərbi uçota durmaq üçün hərbi komissarlığa göndərildiyi 12 aprel 2012-ci il tarixədək olan dövr daxildir ki, qeyd edilən müddət 20 il 12 gün təşkil edir. Cavabdeh mərhum T.Qarayevin xidmət müddətini sonuncunun nizami hissə üzrə qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edildiyi Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli əmrinin tarixindən hesablamışdır. Halbuki, məhkəmə icraatı gedişində arxivdən ədə edilmiş iddiaçının xidmətinə dair əmrlərdən görünür ki, T.Qarayev leytenant rütbəsində N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara salınaraq 01 aprel 1992-ci ildən öz xidməti vəzifələrinin icrasına başlanmış hesab edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 0430 nömrəli əmrinin məzmununda da eyni qaydada T.Qarayevin N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınması və öz xidməti vəzifələrinin icrasına başlanmış hesab edilmişdir. Məhkəmə sözügedən 2 əmrin-xx.xx.1992-ci il tarixli N №-li və xx.xx.1992-ci il tarixli 0430 nömrəli əmrinin hüquqi məzmunu və qüvvəsi baxımından nə kimi fərq olduğu, mayor T.Qarayevin Azərbaycan Ordsunda xidmət müddətinin xx.xx.1992-ci il tarixdən hesablanmamasının əsasları barədə cavabdehə sorğu ünvanlamış, lakin sorğuya müvafiq əsaslandırılmış cavab məktubu məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh orqan tərəfindən mərhum T.Qarayevin Azərbaycan Ordusunda təqvim ili ilə xidmət müddətinin 20 ilə tamamlanmaması sübuta yetirilməmişdir. Beləliklə, İ.T.Qarayev 01 aprel 1992-ci il tarixdən 12 aprel 2012-ci il tarixədək Azərbaycan Ordusunda qüsursuz xidmət keçmiş və adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının tələblərinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi qanunvericiliyin tələbinə uyğundur. Cavabdehin imtinası əsassız olmaqla hazırkı halda iddiaçının mənzil hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü mərhum X2nun 20 il qüsursuz xidmətinə görə adının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının tələblərinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova