Məhkəmə qərarları › İş №2-1(112)-4644/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4644/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4644/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Dağmədən işləri bölməsinin (İ) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin (1) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular yarımbəndinə (q) nəzarət ustaları (böyük ustalar) (1010100q—23269) və dağ mumunun (boz kömür mumu) və ozokeritin istehsalı bəndinin (4) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) 1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar (1010500b—23187) vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Bakı Metropoliteni“ QSC-nin sizə dair 9 oktyabr 2024-cü il tarixli A/307 nömrəli arayışda Tunel qurğuları xidmətində xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində tunel fəhləsi, xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində tunel ustası və xx.xx.1995-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində böyük tunel ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyun 2020-ci il tarixdə 52 yaşı tamam olduğuna görə xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən yığılan pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 18 iyun1968-ci il tarixində anadan olmuşdur. xx.xx.1985-ci il tarixindən əmək fəaliyyətimə başlamış, 14 dekabr 1993-cü il tarixdən isə Bakı Metropolitenində xüsusi zərərli əmək şəraitində, gecə növbəsində işləməyə başlamış və Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş, Vətəndaşların pensiya təminatı haqqında “Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş, yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan, 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ümumi iş stajının 20 il 03 ay 09 gün olduğunu və bu müddətin 11 il 4 ayının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 nömrəli siyahısında İ Dağ mədən işləri bölməsində 1010100q - 23269 nəzarət ustaları və 1010500b - 23187 - 1№-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar və böyük ustalar kodlarına uyğun gəldiyini nəzərə alaraq və Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə istinad edərək, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıtəyin edilməsi üçün 2022-ci ilin oktyabr və 11 2024-cü il tarixlərində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına yazılı ərizə ilə müraciət etmişdir. Hər iki halda Mərkəzi filial tərəfindən müraciətə imtina cavabı verilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuş və göstərilmişdir ki, iddiaçı iddia ərizəsində 18 iyun 2020-ci il tarixdə 52 yaşının tamam olduğuna görə xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və xx.xx.2020-ci il tarixdən yığılmış pensiya məbləğinin ödənilməsini tələb etmiş və inzibati orqanın ona əsassız yerə pensiya təyin etməkdən imtina etdiyini bildirmişdir.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixlərində müraciət edərək,iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2022-ci il tarixli **********8 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 17-1/2-A-272564/2024 nömrəli məktubları ilə iddiaçıya ümumi stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az olması səbəbilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının 52 yaşının tamam olduğu “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1968-cı il tarixində anadan olmuş, onun 52 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985xx.xx.1986-ci illərdə Cəbrayıl Təmir Tikinti sahəsində fəhlə, xx.xx.1986-xx.xx.1986-cı illərdə 1-ci dərəcəli fəhlə işləmiş, xx.xx.1986-xx.xx.1988-ci illərdə hərbi xidmət keçmiş, iyun 1989-iyun 1994-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda “sənaye qurğuları və texnoloji kompleksləri elektrik intiqalı və avtomatlaşdırılması” ixtisası üzrə təhsil alımış, xx.xx.1993-xx.xx.2016-cı illərdə Bakı metropoliteninin Tunel qurğuları idarəsində tunel fəhləsi, tunel ustası vəzifələrində işləmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1986xx.xx.1988-ci illərdə hərbi xidmət keçmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4096 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun arxiv sənədlərinə əsasən X1 1989-cu ildə Energetika fakültəsinin “Sənaye qurğuları və texnoloji kompleksləri elektrik intiqalı və avtomatlaşdırılması” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş, 1994-cü ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2103/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(005)- 3405/2023 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozda işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxsin verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 20 il 7 ay 7 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən- İ. Dağ-mədən işləri, - 1010100q—23269 - nəzarət ustaları (böyük ustalar) və 1010500b—23187 - 1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan "xxxx" QSC-nin A/307 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində xx.xx.1993-cü il tarixindən 01 09.1994-cü il tarixinədək tunel fəhləsi (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsində, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək tunel ustası, xx.xx.1995-ci il tarixindən xx.xx.2014- cü il tarixinədək böyük tunel ustası (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti) vəzifələrində çalışmışdır. xx.xx.2014-cü il tarixindən 22 04.2016-cı il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətində böyük tunel ustası (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), xx.xx.2016-cı il tarixdən distansiya rəisi vəzifəsində işləyir. İddiaçı işlədiyi peşə və vəzifələr güzəştli şərtlərlə təqaüdə çıxmağına əsas verir, onun güzəştli şərtlərlə əmək stajı 22 il 04 ay 13 gün (iyirmi iki il dörd ay on üç gün) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər maddəsinin 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndinin tunel fəhlələri və 21.5.2. Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daimi məşğul olan rəhbərlər, mütəxəssislər, texniki icraçılar yarımbəndinin (bütün adlarda tunel ustaları (böyük tunel ustaları, tunel ustaları, tunel usta köməkçiləri)) sətirləri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 1010100q- 23269 (nəzarət ustaları, böyük ustalar), 1010500b-23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlara aiddir. "xxxx" QSC-nin A/329 nömrəli xx.xx.2022-ci il tarixli arayışda isə göstərilmişdir ki, iddiaçı həqiqətən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək tunel fəhləsi peşəsində (yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraiti), xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək tunel ustası, xx.xx.1995-ci il tarixindən xx.xx.2014- cü il tarixinədək böyük tunel ustası (yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraiti) vəzifələrində çalışmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətində böyük tunel ustası vəzifəsində işləmişdir (yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraiti ilə). .Ə.Aslanovun işlədiyi peşə güzəştli şərtlərlə təqaüdə çıxmağına əsas verir, onun güzəştli şərtlərlə əmək stajı 22 il 04 ay 08 gün (iyirmi iki il dörd ay səkkiz gün) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- cı il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müvafiq maddələri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21,06.1993-cü il tarixli 320 saylı qərarın 1010100q - 23269 (nəzarət ustaları, böyük ustalar), 1010500b-23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlara aiddir. Qeyd: tunel ustası və böyük tunel ustası vəzifələrinin iş şəraiti və funksiyaları qeyd olunmuş qərarlarla təsdiq edilmiş siyahılarda əks olunan vəzifələrin (ustalar, böyük ustalar) iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Göründüyü kimi, işəgörüən iddiaçının işlədiyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan vəzifəyə uyğunlaşdırmış, bu halı iş şəraiti və əmək funksiyalarının eyniliyi ilə əsaslandırmışdır. Cavabdeh həmin arayışları qəbul etməmiş, bu zaman ona istinad etmişdir ki, iddiaçının işlədiyi sahə və vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Göründüyü kimi, cavabdeh yalnız ad uyğunsuzluğuna istinad etmiş, həmin vəzifələrin iş şəraiti və əmək funksiyalarının eyniliyini yoxlamamışdır. Məsələnin aydınlaşdırılması üçün məhkəmə tərəfindən "Bakı Metropoliteni” QSC-yə yenidən sorğu verilmiş, QSC xx.xx.2025-ci il tarixli məktubunda əvvəlki arayışlarda göstərilənləri təkrarlamışdır. Cavabdeh tərəfindən iddiaçının işlədiyi vəzifə ilə arayışda istinad olunan vəzifələrin hansı funksiyalarının fərqli olmasının əsaslandırılmadığı, iddiaçının əmək kitabçasında həmin vəzifələrin xüsusilə zərərli iş olması barədə əlavə qeyd olması nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi arayış mötəbər qəbul edilməlidir. Belə olan halda isə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 10 ildən artıq güzəştli iş stajı mövcud olmuşdur. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajı mövcud olduğundan onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilir. İşdə olan inzibati icraat materiallarından görünür ki, iddiaçı sonuncu dəfə ona pensiya təyin edilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaransa da, ona pensiya ödənişi həmin tarixdən deyil, cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar