Məhkəmə qərarları › İş №2-1(112)-4646/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4646/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4646/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Sumqayıt şəhərində qeydiyyatdadır, "xxxx" ASC-də işləyir), cavabdehin nümayəndəsi və vəkili X2 (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas,vəkil) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.09.1980-20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X7 Məktəbində təhsil dövrünün sosial sığorta stajı hesab edilərək 57 yaşının tamam olduğu tarixdən, yəni 12 avqust 2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.09.1980-20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X7 Məktəbində təhsil dövrünün sosial sığorta stajı hesab edilərək 57 yaşının tamam olduğu tarixdən, yəni 12 avqust 2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 avqust 1963-cü ildə anadan olmuşdur. 01.09.1980-ci ildən 20.07.1981-ci ilə qədər Sumqayıt şəhər 7 saylı X7 məktəbində təhsil almış və təyinatla Bakı İstilik İzolyasiya Quraşdırma İdarəsinə göndərilmişdir. Bakı İstilik İzolyasiya Quraşdırma İdarəsində 28.07.1981-ci ildə əmək fəaliyyətinə başlamış və orada 02.07.2012-ci ilə qədər işləmişdir. 01.07.2019-cu ildə yenidən həmin idarəyə (hazırki adı "xxxx" ASC) işə qəbul edilmiş və hal-hazırda da həmin müəssisədə işləyir. 20.10.1981-03.11.1983-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçının ümumi iş stajı 41 ildən artıqdır. İddiaçı cavabdeh orqana, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ərizəsinin icrasından 02 dekabr 2020-ci il tarixli, **********8 saylı məktubu ilə imtina etmişdir. İmtinanın əsas səbəbi kimi onun 01.01.2006-cı ilə qədər iş stajının 24 il 2 ay 09 gün olması qeyd edilmişdir. Cavabdeh orqan iddiaçının Sumqayıt şəhər 7 saylı X7 Məktəbində oxuduğu dövrü, yəni 01.09.1980-20.07.1981-ci illəri iş stajı kimi nəzərə almamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının 04.08.1981-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48,000.00 manat hesablanmışdır. İddiaçının cəmi pensiya kapitalı isə 41,077.60 manat təşkil edir. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçı İddiaçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 02 dekabr 2020-ci il tarixli, **********8 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubuna əsasən bildirilmişdir ki, mərkəzi filiala təqdim edilən 04 avqust 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətindən göründüyü kimi onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 02 ay 09 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41077,60 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" ASC-nin 11 nömrəli, 26 oktyabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən 11.01.1985-ci il tarixdən 117/5 saylı əmrlə Aztermoizol ASC-də (əvvəllər “Termoizolyasiya” BQİ-nin Sumqayıt sahəsi, 1987-ci ildə Sumqayıt Termoizolyasiya Qİ, 1998-ci ildə İstilikizolyasiya ATSC, 20014-cü ildə Aztermoizol ASC olub) 5-ci dərəcəli sarıyıcı (izololyasiyaçı) peşəsi üzrə işləmişdir. 02.07.2012-ci il tarixdən 11/k saylı əmrlə əmək müqaviləsinə xitam verilib. 01.07.2019-cu ildə yenidən Aztermoizol ASC ilə əmək müqaviləsi imzalanmış və izolyasiyaçı işinə qəbul edilmişdir. Hal-hazırda Aztermoizol ASC-də izolyasiyaçı peşəsi üzrə çalışır. İşlədiyi dövrlər: 11.01.1985-ci ildən 31.12.2006-cı il tarixə kimi; 01.04.2007-ci ildən 31.01.2008-ci il tarixə kimi; 01.08.2010-cu ildən – 31.10.2010-cu il tarixə kimi; 01.04.2011-ci ildən – 30.11.2011-ci il tarixə kimi; 01.07.2019cu ildən hal-hazırki vaxta kimi işləyir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylıqərarının XXVİİ bölməsinin (bina, qurğu və digər obyektlərinin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) bəndinin 2290000a-12520,29,31,33 saylı siyahısına əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verilir. 759001 nömrəli iddiaçıya aid diplomun surətinə əsasən, İddiaçı 01 sentyabr 1980-ci ildən 20.07.1981-ci ilə qədər Sumqayıt şəhər 7 saylı X7 məktəbində təhsil almışdır. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada Azərbaycan dilinə tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 28.07.1981-ci ildə Sumqayıt sahəsinə 3-cü dərəcəli tənəkəçi vəzifəsinə işə qəbul edilmiş, 25.09.1981-ci ildə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, Sovet ordusunda xidmətə çağırıldığı üçün işdən azad edilmiş, 20.10.1981-ci ildən 03.11.1983-cü ilədək Sovet ordusunda xidmət etmiş, 02.01.1984-cü ildə Sumqayıt sahəsinə 3-cü dərəcəli tənəkəçi vəzifəsinə işə qəbul edilmiş, 11.01.1985-ci ildə 4-cü dərəcəli izolyasiyaçı vəzifəsinə keçirilmiş, 01.07.1987-ci ildə “Termoizolyasiya” Sumqayıt montaj idarəsinin yaranması ilə əlaqədar olaraq, “Azistilikmontaj” tresti həmin idarənin sərəncamına verilmiş, 01.07.1987-ci ildə “Termoizolyasiya” Bakı Montaj İdarəsindən “Azistilikmontaj” trestinin “Termoizolyasiya” Sumqayıt montaj idarəsinə köçürülməklə 4-cü dərəcəli izolyasiyaçı vəzifəsinə işə qəbul edilmiş, 01.12.1987-ci ildə Əməyin ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq, üçüncü dərəcəli izolyasiya vəzifəsi verilmiş, 01.07.1989-cu ildə “Azistilikmontaj” trestinin ləğvi ilə əlaqədar olaraq, “Azmontaj və xüsusi tikinti” “Termoizolyasiya” Sumqayıt montaj idarəsinin tabeliyində hesab edilmiş, 01.01.1993-cü ildə 5-ci (beşinci) dərəcəli izolyasiyaçı vəzifəsi verilmiş, 17.06.2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsinin 17 iyun 2004-cü il tarixli, 0204-S-2845 saylı şəhadətnaməsinə əsasən Sumnqayıt “istilikizolyasiya” ATSC-nin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, 01.07.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69(1) maddəsi ilə (öz xahişi ilə) 5-ci dərəcəli sarıyıcı (briqadir) vəzifəsindən azad olunmuş, əmək müqaviləsinə xitam verilmiş, 30.04.2013-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2(b) maddəsinə əsasən və Əmək Məcəlləsinin 73.1-ci maddəsinin birinci cümləsində göstərilmiş qaydaya uyğun olaraq 30 aprel 2013-cü il tarixdə xitam verilmiş, 31.05.2013-cü ildə 17 nömrəli əmr etibarsız hesab edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2(a) maddəsinə əsasən (işçinin öz təşəbbüsü ilə) və Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydada xitam verilmiş, 01.06.2013-cü ildə "xxxx" MMC-də izolyasiyaçı vəzifəsinə təyin edilmiş, 19.01.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (a) bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmiş, 14.11.2016-cı ildə “X5 X3 Sanayi ve Ticarət Limited “ şirkətinin Azərbaycan Respublikası filialının tikinti sahəsinə “izolyasiyaçı” işinə qəbul edilmiş, 10.02.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əmək müqaviləsinə xitam verilmiş, 05.07.2017-ci ildə "xxxx" MMC-yə usta işinə qəbul edilmiş, 20.06.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinni “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə əmək müqaviləsinə xitam verilmiş, 01.07.2019-cu ildə "xxxx" ASC-də usta izolyasiyaçı işinə qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1963cü ildə anadan olmuş, 28.07.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı onun 01.01.2006-ci il tarixinə ümumi iş stajı 25 ildən çox olması, bu stajın 12 il 6 aydan çox müddəti güzəştli staj təşkil etdiyindən 57 yaşı tamam olduğu 12 avqust 2020-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 02 ay 09 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır. : 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Cavabdeh iddiaçının ümumi iş stajını müəyyən edərkən onun 01.09.1980- 20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X7 Məktəbində təhsil aldığı müddətini nəzərə almamış, umimi stajının 24 il 2 ay, 9 günd təşkil etdiyini bildirmişdir. Halbuki. iddiaçının təhsil aldığı 1980-1981-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 27-ci bölməsində (Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (bənd: 2290000a) “fəhlələr” (2290000a-12520 yarımbəndi); izolyasiyaçılar peşəsində güzəştli iş stajı 22 il, ümumi iş stajı 25 il 01 ay 02 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinasının digər əsası- iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşagı olmayan pensiya təminatına imkan verməməsidir. Məhkəmə cavabdehin bu dəlili ilə də razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1. –ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3 –cü maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 41077,60 manat pensiya kapitalı vardır. Məhkəmə hesab edir ki, bu məbləğ iddiaçıya əmək pensiyasının minimum məbləğində (200 manat) təyin etmək üçün kifayət edən məbləğdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı 01.09.1980-20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X7 Məktəbində təhsil dövrünün sosial sığorta stajı hesab edilərək 57 yaşının tamam olduğu tarixdən, yəni 12 avqust 2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. 01.09.1980-20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X7 Məktəbində təhsil dövrünün sosial sığorta stajı hesab edilərək 57 yaşının tamam olduğu tarixdən, yəni 12 avqust 2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar