Məhkəmə qərarları › İş №2-1(112)-4648/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4648/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4648/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 20 iyun 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğum haqqında təkrar şəhadətnaməsinin ona verilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı məhkəməyə xx.xx.2020-ci ildə vəsatət verərək ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə 2-1(112)-4648/2020 saylı inzibati iş üzrə zərurət yarandığından əsl olmayan iddiaçı X2 əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-4648/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı X2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair inzibati iş üzrə əsl olmayan iddiaçı X3 əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 iyun 1978-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ailənin tək övladı olmuş, valideynləri çətin maddi duruma düşdükləri üçün yaşadıqları mənzili satmağa məcbur olmuşlar, atası X6 1988-ci ildə, anası X4 isə 1996-cı ildə vəfat etmiş, özü 1990-cu ildən “Fibroz kavimoz ciyərdə yaralar, ağ ciyər fibroz kavimoz hər iki tərəfdə” diaqnozu ilə vərəm dispanserində qeydiyyatdadır, valideynlərinin vəfatından sonra səfil həyatı keçirmiş, küçələrdə yaşadığından sənədlərini də itirmiş, yeganə sənədi 09 oktyabr 1995-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən ona verilmiş SSRİ pasportudur. Göstərilən səbəblərdən bu günə kimi şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı tərəfindən Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət olunsa da, şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə müraciətindən imtina edilmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin iddiaya dair xx.xx.2020-ci il tarixli, 05/Q-590/75 saylı yazılı etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onlara şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Eyni zamanda həmin “Qayda”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə ilə digər şəxslərə verilə bilər. Sonda qeyd edilmişdir ki, iddiaçı şəxsiyyətini təsdiq edən sənəd təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2020-ci iltarixli məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X1 cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur; -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli 33/3197 saylı məktubundan görünür ki, İddiaçı dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 018-9738-1220 saylı məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Nəsimi rayonu Polis İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli XXVİ-JQ 724567 nömrəli keçmiş SSRİ nümunəli pasport verilmişdir (forma 1 surəti əlavə olunur). -Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsindən xx.xx.2020-ci il tarixli 05/Q-1410/75 saylı məktubla daxil olan xx.xx.1978-ci il tarixli 2907 №li doğum akt qeydindən aydın olur ki, İddiaçı 20 iyun 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X4, atası X5r. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı Fazil oğlu 20 iyun 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsində 1661 №li doğum akt qeydi aparılmışdır., ona məxsus doğum haqqında şəhadətnaməni itirdiyindən təkrar verilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadıgından iddiaçının xahişi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, 20 iyun 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Fazil oğluna doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 20 iyun 1978-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar