Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-465/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində cəlb edilməklə “yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinə dair bölgü sxeminin tərtib edilməsi və bu mənzilə yeni ünvan verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinə dair bölgü sxeminin tərtib edilməsi və bu mənzilə yeni ünvan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X7 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzili iddiaçıya məxsusdur. İddiaçıya bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda bu mənzili paylı mülkiyyət kimi qeyd etmişdirlər. Lakin faktiki orada adı qeyd edilən payçıların mənzilləri arasında 25 metrdən çox məsafə vardır. İddiaçı hal-hazırda eyni ünvanda başqa mənzildə olduğuna görə problemlərlə üzləşir. Ona görə də öz mənzili ilə bağlı bölgü aparılmasını, yeni ünvan verilməsi üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə müraciəti təmin edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı müvafiq tələbin “İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinə dair bölgü sxeminin tərtib edilməsi” hissəsi ilə bağlı xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin iddiaçının sözügedən tələbin “bu mənzilə yeni ünvan verilməsi” hissəsinə dair İdarəyə müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarə arxivində mənzilə dair cizgi və texniki pasport mövcud deyil. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən texniki pasportla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, digər payçı öz hissəsində rekonstruksiya işləri aparıb əlavə otaqlar tikdiyinə görə mənzilin digər payçıya aid hissəsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən bölgü sxeminin tərtib edilməsi mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********22 saylı cavab məktubu ünvanlanmışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzil hazırda İddiaçı (1 otaq) və X3 (2 otaq - 27.5 kv.m) paylı mülkiyyətindədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzil İddiaçı (1 otaq) və X3 (2 otaq - 27.5 kv.m) paylı mülkiyyətindədir. xx.xx.1999-cu il tarixli, 077104 nömrəli müqavilədən görünür ki, ünvan 4 ünvanında yerləşən 48 nömrəli, birotaqlı mənzil X16 tərəfindən İddiaçı satılmışdır. xx.xx.2002-ci il tarixli, 155479 nömrəli müqavilədən görünür ki, ünvan 4 ünvanında yerləşən 48 nömrəli, yaşayış sahəsi 27.5 kv.m olan, ikiotaqlı mənzil X15 tərəfindən X1. xx.xx.2004-cü il tarixli, AN-İ ******* nömrəli müqavilədən görünür ki, ünvan 4 ünvanında yerləşən 48 nömrəli, yaşayış sahəsi 27.5 kv.m olan, ikiotaqlı mənzil X12 tərəfindən Mirzə X2. X7 X4 vərəsəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16-/2-10/574 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin İddiaçı istifadəsində olan tikililərinin ümumi sahəsinin 51,9 kv.metr, X3 istifadəsində olan tikililərin ümumi sahəsinin isə 65,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən, 3 nömrəli evin, 48 saylı mənzilinin paylı mülkiyyətçilərin faktiki istifadəsində olan tikililərinin sayının, sahələrinin və digər texniki parametrlərinin həmin mülkiyyətçilərin çıxarışda göstərilmiş paylarına uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin tərəflərin paylarına uyğun naturada bölünübbölünməməsinin, yəni həmin mənzilin İddiaçı aid 1 otağının ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin İddiaçı aid 1 otağının faktiki vəziyyətinin iş materiallarında olan texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: ... 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; ... 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İddiaçı qeyd edir ki, ona məxsus çıxarışda mənzilini paylı mülkiyyət kimi qeyd etmişdirlər. Lakin faktiki orada adı qeyd edilən payçıların mənzilləri arasında 25 metrdən çox məsafə vardır. Mübahisələndirilən halların aydınlaşdırılması üçün məhkəmə tərəfindən yerində müayinə keçirilmişdir. Məhkəmə tərəfindən ünvan 5 ünvanda yerləşən yaşayış evlərinə baxış keçirilərkən giriş-çıxışı ayrı olmaqla, iki mənzil olduğu, mənzillərdən birinin 2 otaqdan, digərinin 3 otaqdan ibarət olduğu müəyyən edilmişdir. Həmçinin yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı mənzil texniki pasporta uyğundur. Eyni zamanda iddiaçı tərəfindən həmin mənzilə aid olduğu göstərilən sanitar qovşağın texniki pasportda öz əksini tapmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16-/2-10/574 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin İddiaçı istifadəsində olan tikililərinin ümumi sahəsinin 51,9 kv.metr, X3 istifadəsində olan tikililərin ümumi sahəsinin isə 65,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən, 3 nömrəli evin, 48 saylı mənzilinin paylı mülkiyyətçilərin faktiki istifadəsində olan tikililərinin sayının, sahələrinin və digər texniki parametrlərinin həmin mülkiyyətçilərin çıxarışda göstərilmiş paylarına uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin tərəflərin paylarına uyğun naturada bölünübbölünməməsinin, yəni həmin mənzilin İddiaçı aid 1 otağının ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin İddiaçı aid 1 otağının faktiki vəziyyətinin iş materiallarında olan texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maadəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından da görünür ki, İddiaçı və X3 mülkiyyətində olan mənzillər ayrı-ayrı mənzillərdir və hər biri üçün mülkiyyət hüququnun yaranmasına əsas olan hüquqmüəyyənedici sənədlər (müqavilələr və onların predmetləri) fərqli olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı və üçüncü şəxsə məxsus mənzillər naturada ayrı olduğundan, bölgü sxem tərtib edilməklə yeni ünvanın verilməsində payçılar arasında mübahisə olmadığından, iddiaçı ona aid hissəyə yeni ünvan verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Digər payçının öz hissəsində rekonstruksiya işləri aparıb əlavə otaqlar tikməsi iddianın təmin edilməməsinin əsası kimi çıxış edə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanında yerləşən mənzilə (daşınmaz əmlakın reyestr nömrəsi **********24-05101-093020) dair bölgü sxem tərtib edilməklə İddiaçı məxsus hissənin onun adına ayrıca reyestrdə qeydə alınması və yeni ünvan verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən mənzilə (daşınmaz əmlakın reyestr nömrəsi **********24-05101-093020) dair bölgü sxem tərtib edilməklə İddiaçı məxsus hissənin onun adına ayrıca reyestrdə qeydə alınması və yeni ünvan verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-465/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-465/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver