Məhkəmə qərarları › İş №2-1(112)-4650/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4650/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4650/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Ziyaddin qızının cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “məlumatların sistemə daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ziyaddin qızının cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə hazırki iş üzrə X8, X3, X9, X5, X6, X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsi ilə əvəz edilməsini, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 3-cü şəxs qismində cəlb edilməsini, iddia tələbinin onun və qızının X2 yaşayış üzrə qeydiyyat ünvanını elektron sistemdə yeni qaydalarla ünvan 1 ünvana aidiyyəti olmayan şəxslərin yeni ünvana qeydiyyatının göstərilməməsi ilə bağlı məlumatların elektron sistemə daxil edilməsi və bu barədə iddiaçıya yaşayış yeri üzrə qeydiyyat haqqında yeni arayışın verilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmiş, Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsi cavabdeh qismində tanınmış, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir(zəruri cəlbetmə) və iddia tələbi “iddiaçının və onun qızı X2 yaşayış üzrə qeydiyyat ünvanını elektron sistemdə yeni qaydalarla ünvan 1 ünvana aidiyyəti olmayan şəxslərin X8, X3, X9, X5, X6, X7 yeni ünvana qeydiyyatının göstərilməməsi ilə bağlı məlumatların elektron sistemə daxil edilməsi və bu barədə iddiaçıya yaşayış yeri üzrə qeydiyyat haqqında yeni arayışın verilməsi” formasında icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 2 ünvan üzrə qeydiyyatda olan qızı və özü istisna olmaqla digər şəxslərin kim olması barədə məlumatının olmadığını qeyd edir və həmin şəxslərin onun xəbəri olmadan mənzilə qeydiyyatda olduqlarını bildirmişdir. Bu səbəbdən də həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Hazırkı iş üzrə cavabdeh və iddia tələbi dəyişdirilsə də, iddiaçının ilkin iddia tələbi də nəzərə alınmaqla hüquqi marağına uyğun iddia dəqiqləşdirilmişdir ki, cavabdehə müraciəti və müsbət cavab təqdim edilməməsi, eyni zamanda prosessual qənaət prinsipi baxımından hazırkı iş üzrə iddiaya mahiyyəti üzrə baxılması inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia tələbində qeyd edilmişdir ki, iddiaçı mülkiyyətində olan ünvan 2 ünvan üzrə qeydiyyatda olan qızı və özü istisna olmaqla digər şəxslərin kim olması barədə məlumatının olmadığını qeyd edir və həmin şəxslərin onun xəbəri olmadan mənzilə qeydiyyatda olduqlarını bildirmişdir. Bu səbəbdən də həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. Sonradan isə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və onun qızı X4 istisna olmaqla digər şəxslər həmin ünvan üzrə qeydiyyatda olsa da, faktiki olaraq yaşayış sahələri fərqli yaşayış sahələridir. Məhkəməyə təqdim edilmiş Kommunal İstismar Sahəsinin 032577 nömrəli arayışında da qeyd edilmişdir ki, ev 12, mənzil 8 ünvanı üzrə qeydiyyatda olan şəxslər ev 12-də lakin fərqli korpuslarda (4,5,6) yerləşən 8 nömrəli mənzillərdə yaşayırlar. Aidiyyəti Əmlak İdarəsinin sorğuya cavab məktubu ilə də Həsənoğlu küçəsi, ev 12, mənzil 8 ünvanının bir-neçə mənzilə verilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırkı mübahisənin yaranmasına əsas olan hallardan biri kimi müxtəlif mənzillərə eyni ünvanın verilməsi olmuşdur. Halbuki, ünvanların eyni olması, ən azından iddiaçıya münasibətdə verilən yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda dəyişdirilmiş, yeni çıxarışda ünvan yeni qaydalarla AZ1072, ünvan 3lmişdir ki, qeyd olunan hal onu deməyə əsas verir ki, digər üçüncü şəxslərdən fərqli olaraq iddiaçıya münasibətdə mənzilə yeni ünvanın alınması zərurəti aradan qalxmış, iddiaçıya verilmiş yeni ünvan çıxarışda öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, üçüncü şəxslərin yaşadıqları özlərinə məxsus yaşayış sahəsi üzrə ünvandan qeydiyyatdan çıxarılması barədə iddianın perspektivi nəzərə alınmaqla iddiaçı ilə məhkəmə iclasında müzakirə aparılmış və iddia tələbi dəqiqləşdirilmişdir. Belə ki, iddiaçının hüquqi marağı aydınlardırılarkən müəyyən edilmişdir ki, iddiaçı daşınmaz əmlakın özgəninkiləşdirilməsini həyata keçirmək istəyir ki, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda ona mülkiyyətində olan mənzilə dair ünvan üzrə qeydiyyatda olan şəxslərin adlarının qeyd edilməsindən narazıdır. Dəqiqləşdirilmiş və cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı məlumatların elektron sistemə daxil edilməsi və buna uyğun arayışın verilməsi formasında iddianın təmin edilməsi isə üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan, iddiaçının da mülkiyyət hüquqununu qorumaqla istər iddiaçının və üçüncü şəxslərin hüquqi marağına cavab verir. Qeyd olunan halı isə cavabdeh İdarə nəzərə almamış, yeni qaydalarla verilmiş ünvan üzrə iddiaçı və onun qızı barəsində məlumatları daxil etməmiş və məhkəmənin qənaətinə görə əsassız imtina vermişdir. Qeyd olunmalıdır ki, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 588 nömrəli, 31 avqust 2015-ci il tarixli Fərmanının: Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində aşağıdakı qaydalara riayət olunması təmin edilsin: 1.1. arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi; 1.2. arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması; 1.3. arayışın vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilməsi.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bir ay müddətində: 4.1. yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etsin; 4.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş xidmətin “ASAN xidmət” mərkəzlərində və Nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etsin. Qeyd olunmalıdır ki, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndinə uyğun olaraq da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 21 sentyabr tarixli Q35-001-15 nömrəli qərarı ilə “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış”ın forması təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında Əsasnamə”nin:

1. Bu Əsasnamə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən, "Pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu sahədə digər normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) tərəfindən əlaqələndirilmiş qaydada istifadəsinin, informasiya resurslarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: 2.2. yaşayış və olduğu yer üzrə qeydiyyat;

6. Sistem bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən aşağıdakı altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokal seqmentlərdən ibarətdir: 6.4. "Şəxslərin yaşadığı və olduğu yer üzrə qeydiyyatı

8. Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1.4. şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi; 8.1.7. yaşayış yeri üzrə qeydiyyat barədə məlumatların verilməsi ilə bağlı fəaliyyətin təmin edilməsi; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının:

5. “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin edilsin: 5.6-1. yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi Həmin Fərmanın 6-cı hissəsindən müəyyən edilir ki, qeyd olunan xidmət Daxili İşlər Nazirliyi tərəfindən, konkret olaraq isə onun strukturuna daxil olan hazırkı iş üzrə cavabdeh olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən həyata keçirilir. Lakin, iddiaçının yeni qaydalarla verilmiş ünvanı üzrə həmin növ arayışın verilməsindən əsassız olaraq imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Ziyaddin qızı və onun qız X1 yaşayış üzrə qeydiyyat ünvanını aidiyyəti elektron informasiya sistemində yeni qaydalarla ünvan 4 ünvana aidiyyəti olmayan digər şəxslər X8, X3, X9, X5, X6, X7 yeni ünvan kimi ünvan 5eydiyyatının göstərilməməsi ilə bağlı məlumatların aidiyyəti elektron informasiya sisteminə daxil edilməsinin təmin edilməsi və bu barədə İddiaçı Ziyaddin qızına yaşayış yeri üzrə qeydiyyat haqqında yeni arayışın verilməsi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar