Məhkəmə qərarları › İş №2-1(112)-4652/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4652/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4652/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. 14 avqust 1985-ci il tarixdə 362 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 06 may 1986-cı il tarixində 235 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 09 iyun 1988-ci il tarixdə 310 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 15 may 1990-cı il tarixində 260 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texniki-neftçi” ixtisas dərəcəsi və KT 031380 saylı fərqlənmə diplomu verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. Əmək fəaliyyəti dövründə SOCAR-ın “X8” trestinin müxtəlif idarələrində çalışmışdır. xx.xx.1990-xx.xx.1991-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, X4 Qazma İdarəsi üzrə xx.xx.1991-xx.xx.1992-ci ilədək “Şelf-2”-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, xx.xx.1992-xx.xx.1996-cı ilədək “Şelf-2” də qazmaya xidmət edən çilingər, xx.xx- 1996-xx.xx.1997-ci ilədək “Şelf-5”-də NÖC üzrə çilingər, xx.xx.1997-xx.xx.1998-ci ilədək “Şelf-5”də radioelektron aparatlarının təmizləyicisi, xx.xx.1998-xx.xx.2003-cü ilədək "Şelf-1” də NÖC üzrə çilingər, X7 Qazma İdarəsi üzrə xx.xx.2003-xx.xx.2004-cü ilədək Şelf-1”də NÖC üzrə çilingər, xx.xx.2004-xx.xx.2004-cü ilədək “Xəzər-4” Özü X2ma ustası, xx.xx.2004xx.xx.2007-ci ilədək “Xəzər-4” Özü X2ma ustasının köməkçisi, xx.xx.2007-xx.xx.2008-ci ilədək “Xəzər-4” X11 Qazma Qurğusunda texnologiya üzrə rəis müavini, xx.xx.2008xx.xx.2012-ci ilədək “Xəzər-4” X11 Qazma Qurğusunda texniki-texnoloji hissə üzrə rəis müavini, xx.xx.2012-xx.xx.2012-ci ilədək “Xəzər-6” X11 Qazma Qurğusunda mühəndistexnoloq, Sahil-Qazma işlər idarəsi üzrə xx.xx.2012-xx.xx.2013-cü ilədək “Xəzər-6" Özü X2ma ustası mühəndis-texnoloq, xx.xx.2013-xx.xx.2014-cü ilədək “Xəzər-6” Özü X2ma ustası, X8 tresti üzrə xx.xx.2014-xx.xx.2015-ci ilədək “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü, “Xəzər-6” Özü X2ma ustası, xx.xx.2015-xx.xx.2016-cı ilədək “Günəşli İstehsalat bölümü 10 saylı dəniz stasionar özlüyündə qazma ustası, xx.xx.2016-xx.xx.2016-cı ilədək “Neft Daşları” istehsalat bölümü, 670 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2016-xx.xx.2017-ci ilədək “Günəşli" istehsalat bölümü, 10 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2017- xx.xx.2021-ci ilədək “Günəşli" istehsalat bölümü, 54 saylı dəniz stasionar özülündə qazma ustası vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixdən hal-hazıradək “X8” tresti “Neft-Daşları-Günəşli" İstehsalat bölümü, 4 saylı briqadada qazma ustası vəzifəsində işləyir. 24 noyabr 2021-ci il tarixində cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə müraciət etsə də, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu ilə 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az, güzəştli iş stajının isə 10 ildən az təşkil etdiyi əsas göstərilərək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 24 noyabr 2021-ci il tarixdə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təvin edilməsini xahiş etmişdir. İddiaçıya ümumi iş stajının 20 ildən az olması, eləcə də güzəştli iş stajının 10 ildən az olması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pesniyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma yarımbölməsində (10.1) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr peşəsi nəzərdə tutulmuşdur. İş materiallarında olan SOCAR-ın “X8” Trestinin 23 noyabr 2021-ci il tarixli SOCAR**********81200599x00023 nömrəli arayışında iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin X4 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Xəzər Dəniz-Kəşfiyyat Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə iddiaçının işlədiyini iddia etdiyi peşələr yuxarıda adıçəkilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi olan aparan əsas fəhlələr peşəsinə uyğun deyil. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 15 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1990- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 il 10 ay 16 gün (xx.xx.1989-xx.xx.1989cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə olaraq SOCAR-ın 23 noyabr 2021-ci il tarixli SOCAR**********81200599x00023 nömrəli arayışı yuxarıda qeyd edilən tələblərə cavab vermir. Belə ki, həmin arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarının hansı bölməsinin hansı koduna uyğun olması göstərilməmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan ümumi iş stajı və güzəştli sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara görə 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 10 gün (xx.xx.1982xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 saylı imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma yarımbölməsində (10.1) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “X8” Trestinin 23 noyabr 2021-ci il tarixli SOCAR**********81200599X00023 nömrəli arayışında xx.xx.1996xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin X4 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər, xx.xx.2003xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X7 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə işlədiyi peşələr yuxarıda adıçəkilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr peşəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 15 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1990- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 il 10 ay 16 gün (xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. - İddiaçıya məxsus Asan-5 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə Azərbaycan Respublikası, Xaçmaz rayonu, Hülövlü kəndində doğulmuşdur. - İddiaçıya məxsus olmaqla xx.xx.1989-cu ildə açılmış ИТ seriyalı ******* saylı əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1989-xx.xx.1989-cu illərdə “Xəzərdənizneftqaz” İB-nin dənizdə geoloji-kəşfiyyat kontorunda istehsalat təcrübəsi müddətinə kəşfiyyat buruq qurğusunun maşinisti (əmr №46-k, 14.04.89), xx.xx.1990-xx.xx.1991-ci illərdə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (Əmr №81/k, xx.xx.1990), X4 Qazma İdarəsində xx.xx.1991-xx.xx.1992-ci illərdə “Şelf-2"-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (Əmr №121k, xx.xx.1991), xx.xx.1992-xx.xx.1996-cı illərdə "Şelf-2”-də qazmaya xidmət edən çilingər (əmr №89k, xx.xx.1992), xx.xx.1996-xx.xx.1997-ci illərdə "Şelf-5”-də NÖC və avtomatika üzrə çilingər (əmr №25k, xx.xx.1996,), xx.xx.1997-xx.xx.1997-ci illərdə “Xəzər-4" Özü X2maya xidmət edən elektrik montyoru (əmr №46, 02.06.97), xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şelf- 5"-də NÖC və avtomatika üzrə çilingər (əmr №57k, 27.06.97), xx.xx.1999-xx.xx.1999-cu illərdə “Şelf-5”-də radioelektron aparatlarının tənzimləyicisi (əmr №19, xx.xx.1999), xx.xx.1999-xx.xx.2003-ci illərdə “Şelf-1”-də NÖC və avtomatika üzrə çilingər (əmr №104k, xx.xx.1999), X7 Qazma İdarəsində xx.xx.2003-xx.xx.2004-cü illərdə “Şelf-T”-də NÖC və avtomatika üzrə çilingər (əmr №19, xx.xx.2003), xx.xx.2004-xx.xx.2004-cü illərdə “Xəzər-4" Özü X2ma ustası (əmr №39Ş, xx.xx.2004), xx.xx.2004-xx.xx.2006-ci illərdə “Xəzər-4” Özü X2ma ustasının köməkçisi (əmr №371, xx.xx.2004) vəzifələrində işləmişdir. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus 031380 saylı diplomun surətindən görünür ki, 1985-ci ildən 1990- il tarixədək X10 X6 adına Bakı Neft Texnikumda neft və qaz quyularının qazılması ixtisası üzrə təhsil almışdır. - SOCAR-ın xx.xx.2021-ci il tarixli SOCAR**********81200599X00023 saylı və xx.xx.2022-ci il tarixli SOCAR**********81200599X00023 saylı arayışlarından görünür ki, iddiaçı SOCAR-ın “X8" trestinin müxtəlif idarələrində işləmişdir. X9 İdarəsi üzrə xx.xx.1990xx.xx.1991-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, X4 Qazma İdarəsi üzrə xx.xx.1991-xx.xx.1992-ci ilədək “Şelf-2"-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, xx.xx.1992xx.xx.1996-cı ilədək "Şelf-2”-də qazmaya xidmət edən çilingər, xx.xx.1996-xx.xx.1997-ci ilədək "Şelf-5”-də NÖC və avtomatika üzrə çilingər, xx.xx.1997-xx.xx.1997-ci ilədək “Xəzər-4" Özü X2maya xidmət edən elektrik montyoru, xx.xx.1997-xx.xx.1999-cu ilədək “Şelf-5"-də NÖC və avtomatika üzrə çilingər, xx.xx.1999-xx.xx.1999-cu ilədək “Şelf-5”-də radioelektron aparatlarının tənzimləyicisi, xx.xx.1999-xx.xx.2003-cü ilədək “Şelf-1”-də NÖC və avtomatika üzrə çilingər, X7 Qazma İdarəsi üzrə xx.xx.2003-xx.xx.2004-cü ilədək “Şelf-T'-də NÖC və avtomatika üzrə çilingər, xx.xx.2004-xx.xx.2004-cü ilədək “Xəzər-4" Özü X2ma ustası, xx.xx.2004-xx.xx.2007-ci ilədək “Xəzər-4” Özü X2ma ustasının köməkçisi, xx.xx.2007xx.xx.2008-ci ilədək “Xəzər-4” X11 Qazma Qurğusunda texnologiya üzrə rəis müavini, xx.xx.2008-xx.xx.2012-ci ilədək "Xəzər-4” X11 Qazma Qurğusunda texniki-texnoloji hissə üzrə rəis müavini, xx.xx.2012-xx.xx.2012-ci ilədək "Xəzər-6" X11 Qazma Qurğusunda mühəndis-texnoloq, Sahil Qazma işləri İdarəsi üzrə xx.xx.2012-xx.xx.2013-cü ilədək “Xəzər- 6” X11 Qazma Qurğusunda mühəndis-texnoloq, xx.xx.2013-xx.xx.2014-cü ilədək "Xəzər-6” Özü X2ma ustası, “X8” tresti üzrə xx.xx.2014-xx.xx.2015-ci ilədək “Bulla, 8 Mart, Ümid” istehsalat bölümü, “Xəzər-6" Özü X2ma ustası, xx.xx.2015-xx.xx.2016-cı ilədək "Günəşli" istehsalat bölümü, 10 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2016-xx.xx.2016-cı ilədək "Neft Daşları" istehsalat bölümü, 670 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2016-xx.xx.2017-ci ilədək “Günəşli” istehsalat bölümü, 10 saylı dəniz stasionar özülündə qazma ustası. xx.xx.2017-xx.xx.2021-ci ilədək ilədək "Günəşli” istehsalat bölümü, 54 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2021-ci il tarixdən hal-hazıradək "X8” tresti “Neft Daşları-Günəşli” İstehsalat bölümü, 4 saylı briqadada qazma ustası vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə güzəştli iş stajı 15 il, halhazıradək isə 31 il təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 1462 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, 14 avqust 1985-ci il tarixində 362 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 06 may 1986-cı il tarixində 235 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 09 iyun 1988-ci il tarixində 310 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 15 may 1990-cı il tarixində 260 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-neftçi” ixtisas dərəcəsi və KT №031380 saylı fərqlənmə diplomu verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. - SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********081200599X00023 saylı arayışından görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə (********) güzəştli iş stajı 15 ildir ( 11000000a—11297, 1100000a—18497, 1100000a—18494, 1100000a—19838, 1100000b— 23196). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə güzəştli iş stajı 16 ildir. Hal-hazıradək güzəştli iş stajı 31 il təşkil edir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından, habelə, xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən iş stajını topladığından hazırkı mübahisəyə həmin Qanunun 9.8ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 1100000a a) fəhlələr yarımbölməsində 1100000a—11297 kodla neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları, 1100000a—18497 kodla buruqlara xidmət üzrə çilingərlər, 1100000a—18494 kodla nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, 1100000a—19838 kodla buruqlara xidmət üzrə elektrik montyorları, 1100000b—23196 kodla buruqların ustaları və onların köməkçiləri peşələri təsbit olunmuşdur. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdehin “SOCAR-ın “X8” Trestinin 23 noyabr 2021-ci il tarixli SOCAR**********81200599X00023 nömrəli arayışında xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin X4 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X7 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə işlədiyi peşələr yuxarıda adıçəkilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr peşəsinə uyğun deyil” ilə baglı dəlillərinə qiymət verən məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır və məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçası və güzəştli iş stajı haqqında arayışlarla təkzib edilir. Çünki iddiaçı yuxarıda qeyd olunan kodlar üzrə: xx.xx.1990-xx.xx.1991-ci illərdə X9 İdarəsinin neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (11 ay 4 gün), xx.xx.1991-xx.xx.1992-ci illərdə X4 Qazma İdarəsində “Şelf-2"-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (1 il 1 ay 17 gün), xx.xx.1992-xx.xx.1996-cı illərdə "Şelf-2”-də qazmaya xidmət edən çilingər (3 il 08 ay 28 gün), xx.xx.1996-xx.xx.1997-ci illərdə "Şelf-5”-də NÖC və avtomatika üzrə çilingər (1 il 3 gün), xx.xx.1997-xx.xx.1997-ci illərdə “Xəzər-4" Özü X2maya xidmət edən elektrik montyoru (16 gün), xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şelf-5"-də NÖC və avtomatika üzrə çilingər (1 il 11 ay 15 gün), xx.xx.1999-xx.xx.1999-cu illərdə “Şelf-5”-də radioelektron aparatlarının tənzimləyicisi (5 ay 1 gün), xx.xx.1999-xx.xx.2003-ci illərdə “Şelf-1”-də NÖC və avtomatika üzrə çilingər (3 il 6 ay 1 gün), xx.xx.2003-xx.xx.2004-cü illərdə X7 Qazma İdarəsində “Şelf-T”-də NÖC və avtomatika üzrə çilingər (1 il), xx.xx.2004-xx.xx.2004-cü illərdə “Xəzər-4" Özü X2ma ustası (2 ay), xx.xx.2004-xx.xx.2006-ci illərdə “Xəzər-4” Özü X2ma ustasının köməkçisi (1 il 6 ay 1 gün) peşələrində işləməklə xx.xx.2006-cı il tarixə qədər ümumilikdə tələb olunan 10 ildən də artıq 15 il 5 ay 01 gün xüsusi iş stajını toplamışdır. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci illərdə həqiqi hərbi xidmət dövrü (2 il 15 gün), xx.xx.1985-xx.xx.1986-cı illərdə (8 ay 23 gün) və xx.xx.1988-xx.xx.1990-cı illərdə (1 il 11 ay 7 gün) təhsil dövrü, ümumilikdə 4 il 8 ay 15 gün ümumi əmək stajına hesablanmaqla iddiaçının 15 il 5 ay 01 gün + 4 il 8 ay 15 il = 20 il 01 ay 16 gün ümumi iş stajı toplanmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Lakin hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçının xüsusi və ümumi iş stajının tələb olunandan az olmasını etirazında qeyd etsə də, məhkəmə araşdırması zamanı xx.xx.2006-cı il tarixə qədər tələb olunan iddiaçının 10 il ilin qarşılığında 15 il 5 ay 01 gün xüsusi iş stajının, 20 ilin qarşılığında isə 20 il 01 ay 16 gün ümumi iş stajının toplanması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının xx.xx.2020-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar