Məhkəmə qərarları › İş №2-1(112)-4653/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4653/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4653/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavfabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli məktubla güzəştli iş stajının olmamasına istinad edilməklə imtina edilmişdir. Cavabdehin imtinası ilə bağlı qeyd edir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən SSR-nin 50 illiyi 1 nömrəli Pambıq Sovxozunda 3-cü dərəcəli nəqliyyatçı vəzifəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixinədək 1 nömrəli Pambıq Sovxozunda 4-cü dərəcəli traktorçu vəzifəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Qafqaz Enerqomontaj” trestrinin Bakı Montaj İdarəsində çilingər vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2000-ci il tarixindəək İstilik təsərrüfatında çilingər vəzifəsində, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Bakı Ali Hərbi Məktəbində çilingər vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" Azərbaycan-X1 sürücü vəzifəsində, xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti Quraşdırma İdarəsində dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı vəzifəsində, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək “Neftqaztikinti” tresti 6 saylı Tikinti Qurşadırma İdarəsində dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı vəzifəsində, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək SOCAR-ın “Neftqaztikinti” tresti 2 saylı Tikinti Quraşdırma İdarəsində dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı vəzifəsində, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də gəmi gövdəsi quraşdırıcısı vəzifəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək SOCAR-ın “Neftqaztikinti” trestri 1 ssaylı Tikinti Quraşdırma İdarəsində dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı vəzifəsində, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" birgə müəssisəsində 5-ci dərəcəli konstruksiya quraşdırıcısı vəzifəsinə işləmişdir. Lakin, inzibati orqan əsassız olaraq iddiaçının yuxarıda qeyd olunan əmək illərini qeydə almamış və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az: xx.xx.2011 – xx.xx.2013-cü il; xx.xx.2013 – xx.xx.2014-cü il; xx.xx.2014 – xx.xx.2014-cü il; xx.xx.2014 – xx.xx.2015-ci il; xx.xx.2015 – xx.xx.2016-cı il; xx.xx.2018 – xx.xx.2020-ci il tarixləri arasındakı dövrləri əhatə edərək 5 il 5 ay 17 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) metal gəmi gövdələrinin yığıcıları vəzifəsi, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 054 nömrəli arayışında xx.xx.2017- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən gəmi gövdəsi quraşdırıcısı vəzifəsində, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF-2024/61-K nömrəli arayışında isə xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində konstruksiya quraşdırıcı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi gəmi gövdəsi quraşdırıcısı vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan metal gəmi gövdələrinin yığıcıları vəzifəsinə uyğun deyil. Eyni zamanda konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmadığı barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən də, həmin dövrləri iddiaçının güzəştli iş stajına aid etmək mümkün olmamışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 06 noyabr 2024-cü il tarixli, 3-17-1/2-H-272605/2024 nömrəli məktubla imtina edilmişdir.

8. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

9. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981 – xx.xx.1982-ci il tarixlərdə SSRİ-nin 50 illiyi 1 nömrəli Pambıq Sovxozunda 5 nömrəli şöbəyə İİİ dərəcəli nəqliyyatçı işləmiş, xx.xx.1982 – xx.xx.1984-cü illərdə sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1985 – xx.xx.1985-ci il tarixlərdə SSRİ-nin 50 illiyi 1 nömrəli Pambıq Sovxozunda 4-cü dərəcəli traktorçu vəzifəsində işləmiş, xx.xx.1985 – xx.xx.1992-ci il tarixlərində ”Qafqaz Enerqomontaj” trestinin Bakı Montaj İdarəsində, xx.xx.1992 – xx.xx.2000-ci il tarixlərdə XBU PBSO “Azerbavstroy” “Qafqaz Energomontaj” trestində, xx.xx.2000 – xx.xx.2005-ci il tarixlərdə Azərbaycan Ali Hərbi Məktəbində, xx.xx.2005 – xx.xx.2009-cu il tarixlərdə "xxxx" Azərbaycan-X1, xx.xx.2011 – xx.xx.2014-cü il tarixlərdə Azərbaycan Respubikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti Quraşdırma İdarəsində, xx.xx.2014 – xx.xx.2015-ci il tarixlərdə “Neftqaztikinti” trestində 2 saylı Tikinti Quraşdırma İdarəsində, xx.xx.2015 – xx.xx.2016-cı il tarixlərdə SOCAR-ın “Neftqaztikinti” trestində 2 saylı Tikinti Quraşdırma İdarəsində, xx.xx.2017 – xx.xx.2018-ci il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2018 – xx.xx.2020-ci il tarixlərdə SOCAR-ın “Neftqaztikinti” trestində 11 saylı Tikinti Quraşdırma İdarəsində, xx.xx.2020 – xx.xx.2022-ci il tarixlərdə "xxxx" Birgə Müəssisəsində işləmişdir.

10. İş materiallarına notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəi hərbi biletin surəti əlavə edilmişdir.

11. "xxxx" MMC tərəfindən verilmiş 054 nömrəli, 08 iyul 2024-cü il tarixli arayışa əsasən 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci ilədək (müqaviləyə xitam verilən xx.xx.2018-ci il tarixədək müəssisədə iş stajı 11 il 13 gün olmaqla) "xxxx" MMC-də işləmişdir. İşçi işlədiyi dövr ərzində “Gəmi gövdəsi quraşdırıcısı” vəzifəsini tutmuşdur. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müəssisənin fəaliyyət istiqaməti və işlədiyi peşənin xüsusiyyətləri aşağıdakı kimidir: "xxxx" MMC gəmi və digər üzən vasitələrin yığılması və təmirini həyata keçirən istehsalat zamanı təsir gösətrən zərərli istehsalat amilləri, o cümlədən iş zonasında havanın qazlılığı və tozluluğu, eləcə də, səs-küy, lokal və ümumi titrəyiş və elektromaqnit şüalanması ilə müşayiət olunan müasir mürəkkəb bir müəssisədir. Metalkonstruksiya yığımı istehsalat sahələrində işlər 100dBA-dan yüksək zərbli səs-küylə müşayiət olunur. Gəmi gövdə quraşdırıcısının gördüyü işin xarakterli gəmi bölmələrinin quraşdırılması, təmiri, karbon qazı yaradan mühitlərdə metalların kəsilməsi kimi işlərdən ibarətdir. Onun yuxarıda qeyd olunan iş yeri və vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6a kateqoriyasındakı “metal gəmi gövdələrinin yığıcıları” peşəsi ilə uyğunluq təşkil edir.

12. SOCAR “Neftqaztikinti” tresti tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli, 14-2-14/2-Hxx-xx/2024 nömrəli arxiv arayışına əsasən İddiaçı – xx.xx.2011-ci il tarixli 74/k nömrəli əmrə əsasən “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 4-cü dərəcəli polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014cü il tarixli, 93/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli 115/k nömrəli əmrə əsasən “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 4-cü dərəcəli polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixli 606/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci il tarixli SOCAR/15-2500/xxxx-000377 nömrəli əmrə əsasən “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünə müvəqqəti olaraq 4-cü dərəcəli polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli, SOCAR**********70030387X00004 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli SOCAR**********00070020B00341 nömrəli əmrə əsasən “Neftqaztikinti” trestinin 1 saylı Tikinti Quraşdırma bölümünə müvəqqəti olaraq 5-ci dərəcəli polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli SOCAR**********00070020B00015 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin “a” bəndinə əsasən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir.

13. "xxxx" ASC tərəfindən verilmiş 123/12 nömrəli, xx.xx.2025-ci il tarixli; 13 nömrəli, xx.xx.2025-ci il tarixli və 080 nömrəli, xx.xx.2025-ci il tarixli arayışlara əsasən İddiaçı həqiqətən xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixədək Bakı Trest X4 İdarəsində 3-cü dərəcəli çilingər, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək 4-cü dərəcəli texnoloji boru kəmərlərinin quraşdırılması üzrə boru çilingəri, xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək 4-cü dərəcəli texnoloji boru kəmərlərinin quraşdırılması üzrə boru quraşdırıcısı peşələrində çalışıb (ümumilikdə 6 il 2 ay 12 gün). xx.xx.1991-ci il tarixində Bakı Trest X4 İdarəsinin adı dəyişdirilərək X5 ASC olmuşdur. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.6 a bəndindəki “metal gəmi gövdələrinin yığıcıları” peşəsi ilə uyğunluq təşkil edir.

14. "xxxx" MMC tərəfindən verilmiş AZ-2025/48-K nömrəli, xx.xx.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "xxxx" MMC-də (bundan əvəl Azfen BM) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “konstruksiya quraşdırıcısı” peşəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işləmişdir. Onun peşə üzrə sosial sığorta (əmək) stajı 2 il 4 ay 3 ün (iki il, dörd ay, üç gün) təşkil edir. İddiaçı yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Polad və dəmir-beton konstruksiyaların quraşdırılması və s. İddiaçı işlədiyi peşə güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə malik olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğundur.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respubiklikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli, 3-21-2-1/2- 2136424/2025 nömrəli məktubla bildirilmişdir ki, “X5” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2001-ci il tarixdə D-3188 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən Cəmiyyət ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş “Azəristilikenerjiquraşdırma” X3raşdırma İdarəsinin bazasında yaradılıb və onun hüquqi varisidir. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən “X5” X7 Cəmiyyətinin xx.xx.2004-cü il tarixdən hazırki dövrədək fəaliyyətinin olması barədə məlumat mövcuddur. Reyestrdə Bakı Trest X4 İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının xx.xx.2024-cü il il tarixdə 60 yaşı olmuş, onun həmin tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

23. İddiaçıya məxsus əmək kitabçasına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Belə ki, bunu cavabdehin imtinası və etirazının dəlilləri bir daha təsdiq edir.

24. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlara (arayışlarda əmək funksiyaları və işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əks olunmuşdur) əsasən müəyyən edilir ki, iddiaçının işlədiyi peşələrin (Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar) xüsusiyyətləri və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.6 a bəndindəki “metal gəmi gövdələrinin yığıcıları” peşəsi və 29-cu bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur.

25. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Güzəştli iş stajına dair” arayışlara əsasən işin yuxarıda qeyd edilən halları ilə bir daha öz təsdiqini tapır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Belə olan təqdirdə, cavabdehin sözügedən əsaslarla iddiaçının müraciətindən imtina etməsi onun hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

26. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar müəssisələr tərəfindən əsaslandırılmaqla tərtib edildiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir.

27. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

31. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

32. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

33. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

34. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

35. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

37. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar