Məhkəmə qərarları › İş №2-1(112)-4657/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4657/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4657/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirləri Departamentinin xx.xx.2018-ci il tarixli **********551400 saylı tələbin icraya yönəldilməsi haqqıda qərarın ləğv edilməsi və bu qərarın nəticəsi olaraq şəxsi hesab vərəqəsində qanunsuz qeyd olunan borc məbləğinin- əsas borc, faiz, sanksiya, cəmi 11196.34 manat borcun silinməsi barədə” iddiası üzrə işə 23 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (iddia ərizəsində Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirləri Departamenti yazılması formal xəta olaraq qəbul edilir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirləri Departamentinin xx.xx.2018-ci il tarixli **********551400 saylı tələbin icraya yönəldilməsi haqqıda qərarın ləğv edilməsi və bu qərarın nəticəsi olaraq şəxsi hesab vərəqəsində qanunsuz qeyd olunan borc məbləğinin- əsas borc, faiz, sanksiya, cəmi 11196.34 manat borcun silinməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, 15 may 2020-ci il tarixində respublikada tədbiq edilən karantin rejimi ilə əlaqədar polis postunda yoxlama zamanı iddiaçıya məlum olmuşdur ki, Binəqədi icra və probasiya şöbəsi vasitəsi ilə haqqında axtarış qərarı mövcuddur. Polis əməkdaşları tərəfindən Binəqədi icra və probasiya şöbəsinə gətiriləndə ona məlum olmuşdur ki, Vergilər Nazirliyi yaninda Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən qəbul edilmiş tələbin icraya yönəldilməsi haqqında xx.xx.2018-ci il tarixli **********551400 sayli qərar mövcuddur. Bu qərardan məlum olmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci tarixli **********782900 nömrəli, xx.xx.2018-ci il tarixli **********787900 nömrəli və xx.xx.2018-ci il tarixli **********109000 nömrəli qərarları xx.xx.2018-ci il tarixli hazirda mübahisələndirdiyi qərarla icraya yönəldilmişdir. Bildirir ki, həm tələbin icraya yönəldilməsi qərarından, həm də bu qərarın qəbul edilməsinə səbəb olmuş qeyd etdiyi 3 (üç) qərarlardan məlumatı olmamışdır. Eyni zamanda qeyd edir ki, xx.xx.2020-ci il tarixində internet vergi idarəsindən onlayn rejimində əldə etdiyi şəxsi hesab vərəqəsində də bu qərarlar öz əksini tapmamışdır. Bu baxımdan tələb edilən vergi borcunun hansı mənbədən (hansi fəaliyyətdən) yaranması və bu borcun hansi qaydada hesablanması bəlli deyil. Digər tərəfdən rəsmi qaydada xx.xx.2019-ci il tarixində 5 illik müddətə tərəfindən fəaliyyyəti və əməliyyatları dayandırılmasına baxmayaraq şəxsi hesab vərəqəsindən göründiyi kimi vergi orqani 2019-cu ilin mart, avqust və dekabr aylarında da iddiaçıya vergi borcunu hesablamagı davam etmişlər. Hesab edir ki, bu baxımdan qeyd etdiyi qərarlar və şəxsi hesab vərəqəsində öz əksini tapmış vergi borclarına dair məlumatlar qanunsuzdur və qərar ləgv edilməli, borclar isə silinməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı X2 məhkəmə qaydasında mübahisələndirdiyi borc məbləğinin tərkibini **********7507 nömrəli xx.xx.2018-cı il tarixli və **********7505 nömrəli xx.xx.2018-cı il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarlara əsasən hesablanmış vergi borcu təşkil edir. Həmçinin borcun tərkibinin bir hissəsini iddiaçı tərəfindən təqdim olunmuş cari vergi bəyannamələri təşkil edir. İddiaçının mübahisələndirdiyi **********551400 nömrəli xx.xx.2018-ci il tarixli qərar tələbin icraya yönəldilməsi haqqında qərardır. Həmin qərar isə heç bir hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri deyildir. Digər tərəfdən də vergi ödəyicisi tərəfindən həmin qərarın ləğv edilməsi üçün isə iddia müddəti buraxılmışdır. Odur ki, iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin iddiaçıya göndərdiyi 14 iyul 2020-ci il tarixli hüquqi yardım haqqında məktubunda iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələbinin dəyişdirilməsinin məqsədəuyğunluğu izah edilmiş, iddiaçı tərəfindən məhkəmənin təklifinə dair heç bir münasibət bildirilmədiyindən məhkəmənin hazırlıq icraatı iə baglı iclasında iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün hesab edilmir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı hazırki iddia tələbində mübahisələndirdiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” **********551400 nömrəli xx.xx.2018-ci il tarixli qərar inzibati akt hesab olunmur və onun məzmunu vergi orqanı tərəfindən qəbul edilmiş qərarla hesablanmış vergi məbləğlərinin vergi ödəyicisindən tutulması ilə əlaqədardır. Belə ki, vergi ödəyicisinə **********7507 nömrəli xx.xx.2018-cı il tarixli və **********7505 nömrəli xx.xx.2018-cı il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarlara əsasən əlavə vergi hesablanmış və həmin qərarlar vergi ödəyicisi tərəfindən mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Lakin hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” **********551400 nömrəli xx.xx.2018-ci il tarixli qərar inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilən vergi yoxlamasının yekun aktı əsasında vergi orqanının rəhbəri (onun müavini) tərəfindən onu qane etməyən məsuliyyətlə bağlı qərarların qanuniliyini və bu qərarların nəticəsi olaraq şəxsi hesab vərəqəsində qanunsuz qeyd olunan borcların silinməsini məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar