Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4657/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X17 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı X9 işə 3-cü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi,açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2008-ci il təvəllüdlü X2 mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 6, 124 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, övladı X15 18 oktyabr 2007-ci il tarixdə iş üzrə üçüncü şəxs olan X9 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X7 X9 ilə nikahlarına valideynləri tərəfindən razılıq olmadığından onlar ailə qurduqdan sonra bir müddət kirayədə, sonradan isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində oğlunun vəsaiti hesabına inşa edilmiş 2 mərtəbəli, 148 kv.m sahəsi olan 5 otaqlı fərdi yaşayış evində yaşamışlar. X15 ilə X3 birgə nikahlarından 22 avqust 2008-ci il tarixdə, X10 dünyaya gəlmişdir. Lakin qeyd olunduğu kimi oğlu X15 və onun ailəsi ilə münasibətlərinin kəskin olması ilə əlaqədar onlar ayrı yaşadıqlarından onlarla, eyni zamanda 22 avqust 2008-ci il təvəllüdlü X10 ilə hər hansı əlaqələri olmamışdır. Münasibətləri pozulduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli 2(004)-5121/2019 saylı qətnaməsi ilə X9 ilə X15 arasında 18 oktyabr 2007-ci il tarixdə Yasamal rayonu VVADQ şöbəsində 912 nömrəli akt qeydinə əsasən bağlanmış nikah pozulmuş, 22 avqust 2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X3 yanında qalması və yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay X5 qazancının % hissəsi məbləğində alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Nikahları pozulduqdan sonra övladı X15 birgə nikahları dövründə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş 2 mərtəbəli, 148 kv.m sahəsi olan 5 otaqlı fərdi yaşayış evini övladı ilə birlikdə iş üzrə üçüncü şəxs X6 təhvil verərək evdən çıxmış və hazırda o, övladı X10 ilə birlikdə yaşayış üçün hər bir şəraiti olan həmin tam təminatlı evdə yaşayırlar. Lakin, sonradan həyat yoldaşı X11 və ona məlum olmuşdur ki, övladları X15 ilə üçüncü şəxs X3 birgə nikahlarından doğulmuş X10 onlara heç bir məlumat verilmədən qeydiyyatda olaraq yaşadıqları, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 6, 124 saylı mənzilə qeydiyyata alınmışdır. Eyni zamanda DİN BPQMİ-nin MAPS şöbəsinin 18 dekabr 2020-ci il tarixli arayışından görünür ki, iş üzrə üçüncü şəxs 11 fevral 1985-ci il təvəllüdlü X9 (şəxsiyyət vəsiqəsinin verildiyi tarix: 03 mart 2020) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, inzibati binada qeydiyyatdadır (Üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyat haqqında MAPS arayışının əsli əlavə olunur). Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 6, 124 saylı mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 175210 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən 09 aprel 1999-cu il tarixdən xüsusi mülkiyyət kimi həyat yoldaşı X8 adına hüquqi qeydiyyatdan keçmişdir. 23 yanvar 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həyat yoldaşı X16 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 6, 124 saylı mənzili ona hədiyyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 29 yanvar 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı çıxarışdan görünür ki, ünvan 5 onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli 2(004)-5121/2019 saylı qətnaməsi ilə oğlu ilə cavabeh X3 nikahları pozularkən 22 avqust 2008-ci il təvəllüdlü X2 anası X3 yanında qalması müəyyən edilmişdir. X2 onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 6, 124 saylı mənzildə 1 gün belə yaşamamış və hazırda anası ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 148 kv.m sahəsi olan 5 otaqlı fərdi yaşayış evində evdə yaşayır. Buna baxmayaraq, 22 avqust 2008-ci il təvəllüdlü X10 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 6, 124 saylı mənzildə formal olaraq qeydiyyatda olduğu üçün o öz mənzili üzərində sərəncam hüququnu həyata keçirə bilmir, bu isə nəticədə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Beləliklə, tərəfindən 11 dekabr 2020-ci il tarixli ərizə ilə Yasamal Rayon Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edilərək 22 avqust 2008-ci il təvəllüdlü X2 mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması xahiş edilmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 16 dekabr 2020-ci il tarixli, 091-58141H-3220 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş və Yasamal rayonu, Y.Yasamal-2, ev 6, mənzil 124 ünvanından qeydiyyatdan 22 avqust 2008-ci il təvəllüdlü X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4657/2021 saylı, 09 mart 2021-ci il tarixli qərardadı ilə X10 azyaşlı olduğundan anası X9 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxs tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs və cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 18.05.2021-ci il tarixli N 091-26219 nömrəli məktubla müraciət edərək, şifahi məhkəmə baxış iclasının onların polis idarəsinin iştirakı olmadan keçirilməsinə və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 08 iyun 2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı, nəvəsi X2 mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının formal olması ilə əsaslandırır. İşdə olan Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 16.12.2020-ci il tarixli, N 091-58141H-3220 saylı məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yasamal rayonu, Y.Yasamal-2, ev 6, mənzil 124 ünvanından 22.08.2008-ci il təvəllüdlü X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.09.2019cu il tarixli 2(004)-5121/2019 saylı qətnaməsinin görünür ki, iddiaçı X3 cavabdeh X12 qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası təmin edilərək, X9 ilə cavabdeh X15 arasında 18.10.2007-ci il tarixdə Yasamal rayonu VVADQ şöbəsində 912 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulması, 22.08.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X3 yanında qalması, 22.08.2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29 iyul 2019-cu il tarixdən başlayaraq hər ay X5 qazancının 4/1 hissəsi məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 4 ünvanında xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, 22.08.2008-ci il təvəllüdlü X10, 21.06.1993-cü il təvəllüdlü X4 və 16.10.1984-cü il təvəllüdlü X15 qeydiyyatdadılar. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH № 175210 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 111kop №-li reyestr kitabında 17122 səhifəsində 30 N 261, 09.04.1999-cu il tarixində qeydiyyat aparılmışdır. 23 yanvar 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X16 ona məxsus ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 42.62 kv.m olan 3 otaqlı mənzilini İddiaçı hədiyyə etmişdir. Seriya RX ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında mülkiyyətində olan 66.1 kv/metr olan mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2437 nömrəli reyestr kitabının 226875 nömrəli vərəqində ********** nömrəsi ilə 29.01.2016-cı il tarixində qeydiyyata alınmışdır. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 01 aprel 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 6, 124 saylı mənzilə dair X2 istifadə hüququnun qeydiyyata alınması haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Məktuba əlavə edilmiş 14 dekabr 1992-ci il tarixli № 009888 saylı orderin surətindən görünür ki, X11 2 nəfər ailə üzvü ilə yaşaması üçün Yeni Yasamal-2, ev 6, mənzil 124-də yerləşən 3 otaqlı, 42.62 kv.m ibarət mənzil verilmişdir. Ailə tərkibi özü Hacıyev Ş.K, arvadı İddiaçıK və oğlu Hacıyev F.Ş ibarət olması qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 2 №-li forma arayışının surətindən görünür ki, 05 fevral 1995-ci il tairxli № 607731 saylı maliyyə haqq-hesabına əsasən X13 həqiqətəndə Yeni Yasamal-2 küçəsindəki 6 №-li evin 4-cü mərtəbəsindəki 42.62 kv.m sahəsi olan 3 (üç) otaqlı 124 №-li mənzilində yaşayır. Ev kooperativ MMT № 184-ə məxsusdur. Daimi qeydiyyatda olanlar, özü X13, arvadı İddiaçı, oğlu X15 və qızı X4 göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş sorğuya cavab olaraq 01 aprel 2021-cil tarixli, № 018-38-15-1221 saylı cavab məkubuna əlavə edilmiş arayışında qeyd edilmişdir ki, 22.08.2008-ci il təvəllüdlü X2 23.07.2010-cu il tarixdən ünvan 1 ünvanına qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə onlar məhv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş sorğuya cavab olaraq 21 may 2021-cil tarixli, 018-6867-1221 saylı cavab məkubuna əlavə edilmiş arayışınından görünür ki, 11.02.1985-ci il təvəllüdlü X9 Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, inzibati binada qeydiyyatdadır. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxsin istifadə hüququ, həmçinin onun qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsinini surətindən görünür ki, azyaşlı X2 anası X3 yanında qalması qət edilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göründüyü kimi, sözügedən ünvanda qeydiyyatda olan azyaşlının yaşayış yeri mülki qanunvericliyə əsasən anasının yaşayış yeri sayılır. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 22 avqust 2008-ci il təvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 6, 124 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 7 ünvanından 22.08.2008-ci il təvəllüdlü X2 qeydiyyatdan çıxarılması vəzifəsi Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakıİ nzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4657/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4657/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver