Məhkəmə qərarları › İş №2-1(112)-4658/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4658/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4658/2024 26.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Təsviri hissə

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh ona xx.xx.2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçıya xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 24 aprel 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-226255/2023 №-li məktubu ilə iddiaçıya pensiyanın güzəştli şərtlərlə təyin edilməsi imtina edilmişdir. Belə ki, məktubda qeyd edilmişdir ki, İddiaçı işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi arayışda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan kimya istehsalatı və neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şiştin emalı sahələrinə aid deyil. Ona görə də güzəştli şərtlərlə iş stajı olmadığından əmək pensiyasının təyinatını mümkün hesab etməmişdir. Həmin məktubu rəsmi qaydada iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində onun qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh orqan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrə hərfi uyğunluq baxımından yanaşmamalı, təqdim edilmiş güzəştli arayışda qeyd edilən halları araşdırmalı, müraciət edən şəxsin zərərli işlərdə işləməsi şübhə doğurduğu halda əlavə araşdırma aparmaq hüququndan istifadə etməlidir. Lakin cavabdeh güzəştli arayışda qeyd edilənlərlə bağlı heç bir araşdırma aparmadan, əsassız olaraq iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. İddiaçının hüququ yarandığı üçün ona pensiya təyin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesablanmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli 07 №li Arayışda göstərilmişdir ki, “İddiaçı xx.xx.1997-ci il tarixdən 2(3) saylı texnoloji sexdə aparatçı (121/k saylı xx.xx.1997-ci il tarixli əmr), usta (43/k saylı xx.xx.2006-cı il tarixli əmr), mühəndis-texnoloq (79/k saylı xx.xx.2008-ci il tarixli əmr), gurğu rəisi (66/k saylı xx.xx.2014-cü il tarixli əmr), istehsal-texnloji sexin (sonradan İTŞ İstehsal sahəsinin) mühəndisi (14/k saylı xx.xx.2018-ci il tarixli əmr) vəzifəsində hal hazıradək işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 25 il 8 ay 22 gün təşkil edir”. Bundan əlavə, həmin Arayışda qeyd edilmişdir ki, onun işlədiyi vəzifəsinin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bəndinin 10.3 vəzifə koduna; stirol və toluol tərkibli poliuretan lakının istehsalından ibarət olmaqla, həmin Siyahının 8-ci bəndinin 8.1.1 vəzifə koduna; neft məhsulları, oleumvə ya yüksək konsentrantlı sulfat turşusu, litiumvə ya kalsiumqələvisi tərkibli konsistent yağlayıcıların (polisulfonat əsaslı plastik sürtkü materiallarının) istehsalından ibarət olmaqla, həmin Siyahının 10 bəndinə / 10.5 yarımbəndinə və 10.5.1-ci bəndindəki a,b vəzifə koduna və 8-ci bəndinin 8.1.1 vəzifə kodlarına uyğundur”. İddiaçı əmək fəaliyyətinə xx.xx.1981-ci ildən başlamışdır və hal hazıra kimi müxtəlif vəzifələrdə çalışmaqla, 42 ildən artıq əmək stajına malikdir. Ümumi sığorta stajının 12 il 6 ayından çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləmişdir. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” Vİİİ-ci bölmə - Kimya istehsalatı – kod 1080A00—17541 (A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) ilə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bəndinin 10.3 vəzifə koduna, həmçinin 10.5 yarımbəndinə və 10.5.1-ci bəndindəki a,b vəzifə kodu ilə nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən (57 yaşdan) təyin edilməli və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı ilk əvvəl xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və ona xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. Daha sonra İddiaçı təkrarən xx.xx.2023cü il tarixdə müraciət etmiş və ona rəsmi qaydada qeyd edilən kimi xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. İddiaçı işlədiyi AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə X5 X1 bazası əsasında yaradılmışdır. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neftkimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir. Zavodda elmi-təcrübə işləri ilə yanaşı müxtəlif mühərrik, transmissiya, kompressor, hidravlika yağları, ox yağı, plastik sürtkü materialları, superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri, Ərizəni imzalayan şəxs haqqında məlumat: hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s. neft kimya profilli məhsullar istehsal edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın kimya istehsalatı bölməsi (8) və neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndi (10.5) nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" MMC-nin ona dair 5 sentyabr 2023-cü il tarixli 07 nömrəli arayışında xx.xx.1997-ci il tarixdən bugünədək sözügedən müəssisədə aparatçı, usta, mühəndis-texnoloq, qurğu rəisi, mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan kimya istehsalatı və neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. Əsaslandırma hissə

7. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);

8. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

9. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

10. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

15. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

İİİ. Faktiki hallar və sübutlar::

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 07 nömrəli, xx.xx.2023-cü il tarixli Arayışına əsasən bildirilmişdir ki, İddiaçı Hüseyn oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 12 dekabr 1997-ci ildən 2 (3) saylı texnoloji sexdə aparatçı (121/k saylı xx.xx.1997 tarixli əmr), usta (43/k saylı xx.xx.2006 tarixli əmr), mühəndis-texnoloq (79/k saylı xx.xx.2008 tarixli əmr), qurğu rəisi (66/k saylı xx.xx.2014 tarixli əmr), İstehsalat-texnoloji sexin (sonradan İTŞ İstehsal sahəsinin) mühəndisi (14/k saylı xx.xx.2018 tarixli əmr) vəzifəsində hal-hazıradək işləyir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 25 il, 8 ay, 22 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri neft məhsullarının turşulu, selektirv hidrotəmizlənməsi və parafinsizləşdirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10 bəndinin 10.3 vəzifə koduna: stirol və toluol tərkibli poliuretan lakının istehsalından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 8 bəndinin 8.1.1 vəzifə koduna; neft məhsulları, oleum və ya yüksək konsentrantlı sulfat turşusu, sirkə (asetat) turşusu, litium və ya kalsium qələvisi tərkibli konsistent yağlayıcıların (polisulfonat əsaslı plastik sürtkü materiallarının) istehsalından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10 bəndinə 10.5 yarımbəndinə və 10.5.1. a,b və 8 bəndinin 8.1.1 vəzifə kodlarına uyğundur. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasısına əsasən, o xx.xx.1981-ci ildə “AzBaşEnerji” Avtonəqliyyat təsərrüfatı” təmir emalatxanalarına avtoelektrik şagirdi qəbul edilib, xx.xx.1981-xx.xx.1983-ci illər arasında sovet ordusunda xidmət edib, xx.xx.1984-cü ildə Bakı radio zavodu nəqliyyat sexinə avtomobillərin təmiri üzrə çilingər işinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə “Azəravtotəmirdəst” İB Azərbaycan SSR ANN Bakıavtotəmir zavodu istehsalat komplekləşdirmə sahəsinə 2-ci dərəcəli avtoçilingər işinə qəbul edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR ANN “Azəravtotəmirdəst” İB köçürmə yolu ilə avtoyükləyici sürücüsü təyin edilib, xx.xx.1990-cı ildə işdən azad edilib, xx.xx.1990-cı ildə Azərbaycan SSR ANN “Azavtotextransservis” İB-nə təmirçi qəbul edilmiş, xx.xx.2004-cü ildə aparatçı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə usta vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə mühəndistexnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə qurğu rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı ildə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə istehsal-texnoloji sexin mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu ildə istehsal sahəsinin mühəndisi vəzifəsinə keçirilmiş və hal-hazırda işləyir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-189229/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndi (10.5) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair 14 iyul 2023-cü il tarixli 06 nömrəli arayışında xx.xx.1997-ci il tarixindən bugünədək sözügedən müəssisədə aparatçı, usta, mühəndis-texnoloq, qurğu rəisi, mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə sorğusu əsasında "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 94-1/73 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 12 dekabr 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Elmlər X4 X2 - Sənaye Zavodunda (xx.xx.2018-ci ildən "xxxx" MMC adlandırılmışdır) xüsusilə zərərli və zərərli şəraitdə aşağıda göstərilən vəzifə və istehsalatlarda tam iş günü işləmişdir: 12 dekabr 1997-ci ildən 17 aprel 2000-ci ilədək - 3 saylı texnoloji sexdə aparatçı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi (oleum, fenol,furfurol, keton, xloroform və s. kimyəvi toksiki maddələrin iştirakı ilə) - 1 saylı Siyahı X bölmə b. 3- 11000000-10065- neft, qaz, qaz kondensatı, kömür və şistin emalı- N.Q.QK.K və Ş emalı 18 aprel 2000-ci ildən 02 mart 2004-cü ilədək - 2 saylı texnoloji sexdə aparatçı vəzifəsində superplastifikatorun alınması - plastifikatorun istehsalı-1 saylı Siyahı Vİİİ bölmə b.A. 1.-1080A00- 17541- kimya istehsalatı (Kİ) 03 mart 2004-cü ildən 01 iyun 2006-cı ilədək- 3 saylı texnoloji sexdə aparatçı vəzifəsində sintetik naften turşusu-üzvi turşuların alınması-1 saylı Siyahı Vİİİ bölmə bənd A.§1 -1080A00-17541 -kimya istehsalatı-(Kl) Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”na aiddir. 02 iyun 2006-cı ildən 01 oktyabr 2008-ci ilədək 3 saylı texnoloji sexdə usta vəzifəsində, 02 oktyabr 2008-ci ildən 14 dekabr 2008-ci ilədək 3 saylı texnoloji sexdə mühəndis-texnoloq vəzifəsində, 15 dekabr 2008-ci ildən 31 iyul 2014-cü ilədək 3 saylı texnoloji sexdə sex rəisinin icraçısı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi - bölmə 10- neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, bənd 10.3. stirol və toluol tərkibli poliuretan lakının istehsalı - bölmə 8kimya istehsalatı, bənd 8.3.1b morfolin və qarışqa aldehidi tərkibli ion mayesinin istehsalı və onunla neft məhsullarının təmizlənməsi - inqibitorlar, aldehidlər və onların törəmələribölmə 8-kimya istehsalatı, bənd 8.1.1b 01 avqust 2014-cü ildən 29 fevral 2016-cı ilədək 3(2) saylı texnoloji sexdə qurğu rəisi vəzifəsində, 01 mart 2016-cı ildən 31 yanvar 2018-ci ilədək 2 saylı texnoloji sexdə mühəndis vəzifəsində üzvi turşular (naften turşusu) tərkibli bituma adgeziya qatqısısnın istehsalı - bitum və bitum materialları - bölmə 8-kimya istehsalatı, bənd 8.3.1 b neft məhsulları, oleum və ya yüksək konsentrantlı sulfat turşusu, sirkə (asetat) turşusu , litium və ya kalsium qələvisi tərkibli konsistent yağlayıcıların (polisulfonat əsaslı plastik sürtkü materiallarının) istehsalı - konsistent yağlayıcıların istehsalı - bölmə 10- neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, bənd 10.5.1 və bölmə 8-kimya istehsalatı, bənd 8.1.1 01 fevral 2018-ci ildən halhazıradək İstehsal-texnoloji sexdə (01 may 2019-cu ildən İstehsal-texnoloji şöbənin tabeçiliyində İstehsal sahəsi adlandırılmışdır) mühəndis vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi - bölmə 10- neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, bənd 10.3. neft məhsulları, oleum və ya yüksək konsentrantlı sulfat turşusu, sirkə (asetat) turşusu , litium və ya kalsium qələvisi tərkibli konsistent yağlayıcıların (polisulfonat əsaslı plastik sürtkü materiallarının) istehsalı konsistent yağlayıcıların istehsalı - bölmə 10- neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, bənd 10.5.1 və bölmə 8-kimya istehsalatı, bənd 8.1.1. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na aiddir Qeyd : İddiaçı işlədiyi dövrdə zərərli maddələrlə təmasda olduğuna görə 28 saylı şəhər poliklinikasında hər il müayinədən keçmişdir. Məktuba əlavə olaraq Ambulator kitabçadan çıxarış əlavə edilmişdir.

İV. Məhkəmənin mövqeyi

16. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir.

17. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.

18. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.

19. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redakiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. İnzibati iş materiallarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtləri mövcuddur.

21. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinasını - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələrin nəzərdə tutulmaması və bu səbəbdən onun güzəştli iş stajının olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5-ci bölməsinin ( Neftin, qazın, qaz kondensatının emalı (10.5.1-ci ) istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: bütün adda aparatçılar... b) rəhbərlər və mütəxəssislər: növbə rəisləri, qurğu rəisləri, mühəndislər (növbəli məşğul olanlar) ustalar, böyük ustalar mexaniklər nəzərdə tutulmuşdur. İş materiallarında olan yuxarıda təsvir edilən "xxxx" MMC-nin arayışlarında iddiaçının Nazirlər Kabinetinin yuxarıda istinad edilən siyahısının göstərilən bəndlərinə uyğun vəzifələrdə işlədəyi təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yuxarıda göstərilən vəzifələrdə işlədiyi iş stajı onun güzəştli iş stajına əlavə edilməlidir. Belə olan halda iddiaçının güzəşli iş stajı 12 il 6 aydan çox təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Beləliklə məhkəmə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi iddiasını əsaslı hesab edir.

23. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

24. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

25. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları (o cümlədən iddiaçının xeyrinə olan halları) hərtərəfli, tam və obyektiv araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

29. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

31. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar