Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-466/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) X2, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 1 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarımı dövlət qeydiyyatına alıb adına müvafiq çıxarışın və texniki pasportun verilməsini öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 2 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb adıma müvafiq çıxarışın və texniki pasportun verilməsini barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdim. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mənə ünvanladığı 01 sentyabr 2022-ci il tarixli **********59 nömrəli imtina məktubu verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası ilə heç cür razılaşmaq olmaz. Belə ki, iddiaçıya ayrılan torpaq sahəsindən heç bir qaz kəməri keçmir. Əgər keçsə idi, bu tikintilərə icazə verilməz və mülkiyyət kimi dövlət reyestrində qeydə alınmazdı. Lakin cavabdeh hansı hüquq müəyyənedici sənədlə qeyd olunan "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 2 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun konkret hansı maddəsinin müddəalarına əsasən ərizəmizin icrasından imtina edilməsini əsaslandırmamışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi məqsədəuyğundur. Əlavə olaraq hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə əlavə edilməmişdir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11 -ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X5 etibarnamə üzrə nümayəndəsi X6 ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlayə olaraq bildirilir ki, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, iddia olunan torpaq sahəsinə (0,86436 ha) dair hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq ica hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində nüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11 -ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli şrının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanur|unun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G ünvanında yerləşən əmlaka dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti iş materiallarına əlavə olunmuşdur.
6. Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır.
7. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 315 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir ki, Sverdlovsk vilayət təsərrüfat hesablı “Qayğı” müəssisəsinin "xxxx" firmasının xx.xx.1992-ci il tarixli, 19 nömrəli məktubu nəzərə alınaraq Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarı ilə "xxxx" firmasına Nizami rayonunun 2427-ci məhəlləsində verilmiş torpaq sahəsinin bir hissəsi "xxxx" kooperativinə ayrılmışdır.
8. Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001942 nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən "xxxx" Firması Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən işçi həyətinin Azərbaycan Respublikası qanunvericiliiyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.
9. Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən daşınmaz əmlaka dair texniki pasport iş materiallarına əlavə olunmuşdur.
10. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2008-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi, 2427-ci məhəlllədə yerləşən işçi həyəti üzərində "xxxx" firmasına mülkiyyət hüququ haqqında xx.xx.2002-ci il tarixli 001942 nömrəli şəhadətnamə verilmişdir. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 2250,2 kv.m təşkil edir.
11. Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən ünvanlanan xx.xx.2008-ci il tarixli məktuba əsasən Nizami rayonu, Böyük Şor yaşayış sahəsi, 2427-ci məhəllədə yerləşən və "xxxx" firması tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin ünvanı “Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G” kimi dəqiqləşdirilmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən əmlak kompelsi kimi müəssisə "xxxx" MMC adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin mülkiyyət növü: dövlət; əmlak kompeksi kimi müəssisənin mülkiyyətin növü: xüsusi)
13. "xxxx" X1 xx.xx.1995-ci il tarixli protokoluna əsasən Gümrahlıq Firmasının təsis edilməsi və qeydiyyatdan keçirilməsi qərara alınmışdır.
14. "xxxx" Firmasının təsisçiləri arasında bağlanmış xx.xx.1995-ci il tarixli Müqavilə və "xxxx" Firmasının nizamnaməsi iş materiallarına əlavə olunmuşdur.
15. "xxxx" Firması xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır (Hüquqi ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G; VÖEN: **********).
16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır (Qurumun əvvəlki adı: “Gümrahlıq Firması”).
17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Nizamnamə iş materiallarına əlavə olunmuşdur.
18. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 214 nömrəli Mütəxəssis rəyində qeyd edilmişdir. Naturada torpaq sahəsinin döngə nöqtələri yüksək dəqiqlikli GPS ölçü aləti vasitəsilə dəqiqləşdirilmiş, kameral şəraitdə ərazinin elektron ümumi xəritə məlumatları ortofotoplanşet və X8 əsasən, ünvan 7 ünvanında yerləşən, "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin faktiki sahəsi - 0.8643 ha olduğu müəyyən edilmişdir. Belə ki, tədqiqatı aparılan torpaq sahəsi müxtəlifbucaqlı formada olmaqla şərqdən - 202.5m, cənubdan - 51.8m, qərbdən - 186m, şimaldan isə - 34.5m təşkil edir. Döngə nöqtələrinin (sahə sərhədləri) GPS ölçü aləti vasitəsilə müəyyən edilimiş faktiki koordinatları aşağıdakılardır: 1) X=408267.620; Y=4474576.387 2) X=408300.475; Y=4474565.979 3) X=408296.003; Y=4474471.270 4) X=408261.820; Y=4474454.538 5) X=408247.832; Y=4474417.811 6) X=408249.111; Y=********.300 7) X=408238.386; Y=4474390.464 8) X=408189.864; Y=4474408.522 9) X=408229.993; Y=4474472.936 Müəyyənləşdirilən torpaq sahəsinin faktiki coğrafi məkan göstəriciləri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir.
19. SOCAR tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ərizədə göstərilmiş 8779 kv.m torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində X Y 408286.1380 4474570.3566 408285.7466 4474556.4825 408285.8921 4474537.6003 408290.2950 4474527.1899 408291.1567 4474522.9227 408293.3589 4474516.3819 408297.6397 4474505.9325 408300.4750 4474565.9790 Koordinatlarda olan 638 kv.m hissəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 istismarında olan “Böyükşor yol qovşağı 30-cu sahə QPS” yüksək TƏzyiqli qaz kəmərinin və SOCAR-ın Heydər Əliyev adına X18 məxsus neft Məhsulu nəql olunan Dş-500 mm (xam neft), Dş-500 mm (xam neft), Dş-300 mm (xam neft), Dş-500 mm (dizel), Dş-300 mm (reaktiv mühərrik yanacağı), Dş-300 mm (nafta) və Dş-250 Mm (quru qaz) boru kəmərlərinin mühafizə zonasında yerləşir. UTM WGS 84 koordinat sistemində X 408267.1870 408286.1380 408285.7466 408285.8921 408290.2950 408291.1567 408293.3589 408297.6397 408296.0030 408261.8200 408247.8320 408249.1110 408238.3860 408189.8640 408229.9930 Y 4474576.1430 4474570.3566 4474556.4825 4474537.6003 4474527.1899 4474522.9227 4474516.3819 4474505.9325 4474471.2700 4474454.5380 4474417.8110 4474417.3000 4474390.4640 4474408.5220 4474472.9360 koordinatlarda olan 8141 kv.m hissəsi magistral neft-qaz kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarıyaradılır. Həmin Məcəlllənin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndi ilə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü cəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü hissəsinə əsasən mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və zarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Texniki zəhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
20. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, akı şəhəri, ünvan 8 ünvanda istifadədə olan 0.22025 ha torpaq sahəsi üzərində yerləşən 1945.4 kv.m əmlak kompleksi 001942 qeydiyyat nömrəli xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2008-ci il tarixdə "Gümrahlıq” MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
21. İddiaçı tərəfindən məhkəməyə yazılı vəsatət təqdim edilərək iş üzrə müvafiq məhkəmə ekspertizası təyin olunması barədə qərar qəbul edilməklə ekspertlərə (mütəxəssislərə) biləbilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşımaları barədə xəbərdarlıq edilməsi və tətqiq edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulması xahiş edilmişdir:
1. Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 9 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində nə qədər torpaq sahəsi qalmışdır?
2. İddiaçı "xxxx" MMC-nin qanuni və faktiki istifadəsindəki ünvan 9 ünvanındakı torpaq sahəsinin sənəd üzrə mövcud vəziyyəti torpaq sahəsinin faktiki sahəsi və ölçüləri ilə eynidirmi?
22. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sualar qoyulmuşdur:
1. Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 9 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində nə qədər torpaq sahəsi qalmışdır?
2. İddiaçı "xxxx" MMC-nin qanuni və faktiki istifadəsindəki ünvan 9 ünvanındakı torpaq sahəsinin sənəd üzrə mövcud vəziyyəti torpaq sahəsinin faktiki sahəsi və ölçüləri ilə eynidirmi?
3. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) verilsin.
23. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində qeyd edilmişdir: Sual 1: Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 9 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində nə qədər torpaq sahəsi qalmışdır? Cavab: "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 10 ünvanında torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" koperativinə verildikdən sonra "xxxx" MMC-yə **********73-12301 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən 8643.6 kv.m torpaq sahəsi istifadəsində olmuşdur. Sual 2: İddiaçı "xxxx" MMC-nin qanunu və faktiki istifadəsindəki ünvan 9 ünvanındakı torpaq sahəsinin sənəd üzrə mövcud vəziyyəti torpaq sahəsinin faktiki sahəsi və ölçüləri ilə eynidirmi? Cavab: "xxxx"MMC-nin sənəd üzrə istifadəsində 8643.6 kv.m torpaq sahəsi göstərilməsinə baxmayaraq faktiki perimetrik ölçülərə əsasən torpaq sahəsi 8732.4 kv.m təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur. "xxxx"MMC-nin istifadəsində olan torpaq sahəsinin bir hissəsinin hasarından 10,0 metr aralı dəmiryolu xətti, giriş hissəsi istiqamətində hasardan 37.70 metr və 57.0 metr aralı müxtəlif diametrli əsasəndə 500.0 mm-lik boru xətləri keçir. Torpaq sahəsinin daxilində 1 mərtəbəli tikililər tikilmişdir (qeydiyyatdan keçməmişdir). Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Ərazinin yaxınlığından keçən dəmiryolu xətləri və magistral qaz xətləri ilə bağlı aidiyyəti təşkilatların texniki rəyinin alınması məqsədəuyğundur.
24. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli Ekspert Rəyində qeyd olunmuşdur: 1) Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14//643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci mərhələsində (hazırkı ünvan 9 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində 8643,6 kv.m torpaq sahəsinin qalması müəyyən edilir. 2) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC-nin qanuni və faktiki istifadəsindəki ünvan 9 ünvanındakı torpaq sahəsinin sənəd üzrə (ayrıc aktları üzrə) mövcud vəziyyəti ilə torpaq sahəsinin faktiki sahəsinin və ölçülərinin eyni olduğu müəyyən edilmişdir.
25. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən əmlak kompeksi kimi müəssisə (mülkiyyət növü: xüsusi) və torpaq sahəsi (mülkiyyət növü: xüsusi) "xxxx" Firmasının adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
26. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMCnin "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı Filialının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir.
27. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanına dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir: - xx.xx.2013-cü il tarixli, 4518 nömrəli “Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi alıcı "xxxx" firmasının adına qeydiyyata alınmış ünvan 11 ünvanındakı qeyri-yaşayış binasının (xx.xx.2002-ci il tarixli, 001964 saylı “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən) istifadəsində olan 26300,0 kv.m torpaq sahəsini alıcıya satmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanında yerləşən torpaq sahəsinə (2.63 kv.m) və əmlak kompleksinə dair xüsusi mülkiyyət hüququ (tam) "xxxx" firmasının adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı "xxxx" Firması mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsini “X14”nın mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən torpaq sahəsinə (0.5156 kv.m) dair xüsusi mülkiyyət hüququ (tam) X7 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanında yerləşən torpaq sahəsinə (2.1144 kv.m) və əmlak kompleksinə dair xüsusi mülkiyyət hüququ (tam) "xxxx" firmasının adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
28. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində cəlb edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
29. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
30. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
31. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, ünvan 9 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət əmlakıdır, ona görə də iddiaçı "xxxx" MMC torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir. Eyni zamanda bildirdi ki, torpaq sahəsinin bir hissəsi "xxxx" kooperativinə Bakı XDS-in qərarı ilə deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış alqı-satğı müqaviləsi əsasında mülkiyyətə verilmişdir.
II. İddianın növü və mümkünlüyü
32. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
33. Torpaq sahələrinin texniki göstəricilərini əks etdirən sənəd torpaq sahəsinin plan və ölçüsü sənədi olduğundan məhkəmə iddia tələbinin texniki pasport verilməsi hissəsini əlavə dəqiqləşmə aparılması zərurəti olmadan torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi kimi nəzərə alır.
34. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
35. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
36. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
37. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
38. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
40. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
41. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
42. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
44. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 1 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb adına müvafiq çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir.
45. Məhkəmə iş materiallarının təhlilinə başlamadan əvvəl qeyd edir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən ünvanlanan xx.xx.2008-ci il tarixli məktuba əsasən “ünvan 13 ünvanı “Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G” kimi dəqiqləşdirilmişdir.
46. İddiaçı bildirmişdir ki, ona məxsus torpaq sahəsinin bir hissəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 315 nömrəli sərəncamına əsasən "xxxx" Firmasına ayrılmışdır.
47. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 315 nömrəli sərəncamının əsli (və ya surəti) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor yaşayış sahəsi, 2427-ci məhəllə, ev 4 ünvanında yerləşən torpaq sahəsi "xxxx" Firmasına Bakı XDS-in qərarı ilə deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış alqı-satğı müqaviləsi əsasında ayrılmışdır. Üçüncü şəxsin nümayəndəsinin izahatı iş materialları ilə də təsdiq edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli, 4518 nömrəli “Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi alıcı "xxxx" firmasının adına qeydiyyata alınmış ünvan 11 ünvanındakı qeyri-yaşayış binasının (xx.xx.2002-ci il tarixli, 001964 saylı “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən) istifadəsində olan 26300,0 kv.m torpaq sahəsini alıcıya satmışdır.
48. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bəldiyyə, xüsusi.
49. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
50. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
51. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən əmlak kompelsi kimi müəssisə "xxxx" MMC adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü: dövlət mülkiyyəti; əmlak kompeksi kimi müəssisənin mülkiyyətin növü: xüsusi mülkiyyət kimi müəyyən olunmuşdur.
52. Məhkəmə qeyd edir ki, əmlak kompelsi kimi müəssisə məhz dövlət əmlakı kimi "xxxx" MMC adına özəlləşdirilmişdir.
53. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamədən: 1.Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.
10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətiçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir... (sənədlərin siyahısı sadalanır)
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” təsdiq edilmişdir.
55. Odur ki, məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi olduğundan satınalma obyektidir və iddiaçı torpaq sahəsini almaq məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir.
56. Digər tərəfdən iddiaçı iddia tələbinin təmin edilməsi üçün əsas dəlil (hüquqmüəyyənedici sənəd) olaraq Bakı şəhər X12 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarını təqdim etmişdir.
57. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər X12 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır.
58. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhər X12 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarında qeyd edilən "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olduğunu bildirsə də, bu faktı təsdiqləyən hər hansı mötəbər dəlil məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olubolmaması barədə məlumatın təqdim edilməsi tələb olunmuşdur. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı Filialının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) qeydiyyat sənədlərindən aydın olur ki, "xxxx" MMC "xxxx" Firmasının hüquqi varisidir.
59. Odur ki, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq olaraq təqdim edilən hüquqmüəyyənedici sənədə (Bakı şəhər X12 İcraiyə Komitəsinin xx.xx.1991ci il tarixli, 14/643 nömrəli qərarına) əsasən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G (ünvan 16 ünvanında yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır və iddiaçı (X3 Cəmiyyəti) ilə Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialı arasında hər hansı hüquqi əlaqə yoxdur.
60. Cavabdeh etirazın digər dəlili olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında yerləşir.
61. Məhkəmə müəyyən edir ki, SOCAR tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 8779 kv.m torpaq sahəsinin 638 kv.m hissəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 istismarında olan “Böyükşor yol qovşağı 30-cu sahə QPS” yüksək Təzyiqli qaz kəmərinin və SOCAR-ın Heydər Əliyev adına X18 məxsus neft məhsulu nəql olunan Dş-500 mm (xam neft), Dş-500 mm (xam neft), Dş-300 mm (xam neft), Dş-500 mm (dizel), Dş-300 mm (reaktiv mühərrik yanacağı), Dş-300 mm (nafta) və Dş-250 Mm (quru qaz) boru kəmərlərinin mühafizə zonasında yerləşir; 8141 kv.m hissəsi isə magistral neft-qaz kəmərlərinin mühafizə zonası xaricində yerləşir.
62. Məhkəmə qeyd edir ki, iddia tələbi digər əsaslara görə təmin edilməməli olduğundan prosessual qənaət prinsipindən irəli gələrək həmin dəlilə münasibət bildirmək zərurəti yoxdur.
63. Odur ki, məhkəmə qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün iddiaçının “qanuni gözləntisi” yoxdur.
64. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
65. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
66. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva