Məhkəmə qərarları › İş №2-1(112)-4662/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4662/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4662/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi və vəkili X3 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşından xüsusi şərtlərlə (güzəştli) pensiya təyin olunması hüququna malikdir. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq ona pensiya təyin edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Samir Əliyev Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz edərək bildirmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası və Azenco tərəfindən 19.03.2020-ci il tarixdə tərtib edilmiş işin xarakteri haqqnda arayış təqdim etmişdir.İddiaçının güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulmuş iş stajından azdır.Belə ki, iddiaçının təqdim etdiyi "xxxx" ASC tərəfindən tərtib edilmiş 19.03.2020-ci il tarixli işin xarakteri haqqında arayışdan göründüyü kimi, iddiaçı 10.07.1984-18.06.2002-ci il və 01,09.2009-cu ildən hal-hazıradək qeyd edilən müəssisədə mühəndis, böyük mühəndis və test sazlanması üzrə mühəndisi vəzifəsində işləmiş, qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir.Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısnın 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsinə baxdıqda müəyyən edilir ki, orada ancaq TURBİN ATOM STANSİYASİNİN İDARƏ EDİLMƏSİ ÜZRƏ MÜHƏNDİSLƏR vəzifəsi nəzərdə tutulmuş, iddiaçının əmək kitabçası və adını qeyd etdiyi arayışda istinad edilən vəzifələr güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir.İddiaçının işlədiyi "xxxx" ASC atom stansiyası deyil və atom enerjisinin istehsalı ilə məşğul olmadığından, onun iddiaçıya münasibətdə qeyd edilən məzmunlu arayış verməsi qanunsuzdur.Onu da xüsusilə qeyd etmək istəyir ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui- istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir.İddiaçı İddiaçı rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı ildə doğulmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 19.03.2020-ci il tarixli İşin xarakteri haqqında arayışın surətindən görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı 10.07.1984-cü ildən (əmr № 15-ок, 23.01.1984-cü il) “Azerenerjisazlama” müəssisəsinin X4 avtomatikası sexinin Mingəçevir sahəsində mühəndis vəzifəsinə işə qəbul edilib, 02.01.1986-cı ildə (əmr № 21-л, 28.01.1986-cı il) böyük mühəndis vəzifəsinə keçirilib, 01.12.1987-ci ildə (əmr № 206, 07.12.1987-ci il) X4 və İstilik avtomatika Təmir və Sazlaması sexinin Mingəçevir sahəsində İİ kateqoriya test sazlanması üzrə mühəndis vəzifəsində keçirilib, 01.02.1988-ci ildə (əmr № 27, 08.02.1988-ci il) həmin sexin Mingəçevir sahəsində İ kateqoriya test sazlanması üzrə mühəndis vəzifəsinə keçirilib, 01.11.1996-cı ildə (əmr № 66/ш, 26.11.1996-cı il) həmin sahədə Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və sazlanması sexinə İ kateqoriya test sazlanması üzrə mühəndis vəzifəsinə keçirilib və 18.06.2002-ci ildə (əmr № 30-kş, 18.06.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə müəssisə ləğv edildiyi üçün işdən azad edilib.01.09.2009-cu ildə (əmr № 56/13-kş, 31.08.2009-cu il) "xxxx" ASC-nin X5 Verilişi Xətlərinin çəkilişi və Yarımstansiyasının tikintisi və Sazlanması, Quraşdırılması İdarəsinin Mingəçevir sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə təyin edilib, 01.10.2014-cü ildə (əmr № 17/13-kş, 07.11.2014-cü il) X1 İdarəsinin Mingəçevir sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə keçirilib, 22.12.2015-ci ildə (əmr № 11/112-irş, 30.12.2015-ci il) Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması xidmətinin 10/0,4 kV-luq şəbəkələrin işıqlandırılması sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə keçirilib və hal-hazırkı dövrədək işləyir.İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, toz, nəmlilik, havanın hərəkət sürəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur.Zərərli iş şəraitində işlədiyi üçün İddiaçı 10.07.1984-cü ildən hal-hazırkı dövrədək işlədiyi müddətdə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir.Güzəştli pensiya üçün staj: 15 il, 03 ay, 28 gün təşkil edir. İşdə olan 15 iyul 1978-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 03.11.1977- 17.07.1978, 22.09.1981-18.06.2002, 01.02.2003-29.11.2006-ci illərdə əmək fəliyyəti ilə məşğul olmuş, həmçinin 24.06.2008-ci il tarixdən hal-hazıradək işləyir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 tərəfindən İddiaçı ünvanlanmış 26 yanvar 2021-ci il tarixli **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 10.07.1984-18.06.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də mühəndis, böyük mühəndis və test sazlanması üzrə mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay) təşkil edir.Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiyilin tələbləri baxımından mümkün hesab edilmir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçıya ünvanladığı 26 yanvar 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdə 10.07.1984-18.06.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də mühəndis, böyük mühəndis və test sazlanması üzrə mühəndis vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmuş turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsinə uyğun olmadığından güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından Azərbaycan Respublikası "xxxx" ASC-yə sorğu göndərilmiş, 06.07.2021-ci il tarixli 01-FA/423 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 10.07.1984-cü ildən (əmr № 15-ок, 23.01.1984-cü il) “Azerenerjisazlama” müəssisəsinin X4 avtomatikası sexinin Mingəçevir sahəsinə mühəndis vəzifəsinə işə qəbul edilib və 18.06.2002-ci ildə (əmr № 30-kş, 18.06.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə müəssisə ləğv edildiyi üçün işdən azad edilib. 01.09.2009-cu ildə (əmr № 56/13-kş, 31.08.2009-cü il) "xxxx"ASC-nin X5 Verilişi Xətlərinin çəkilişi və Yarımstansiyasının tikintisi və Sazlanması, Quraşdırılması İdarəsinin Mingəçevir sahəsində 10-cu dərəcəli usta vəzifəsinə təyin edilib, 01.10.2014-cü ildə (əmr №17/13-kş, 07.11.2014-cü il) X2 İdarəsinin Mingəçevir sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə keçirilib, 22.12.2015-ci ildə (əmr № 11 /112-irş, 30.12.2015-ci il) Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması xidmətinin 10/0,4kV-luq şəbəkələrin işıqlandırılması sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə keçirilib və 02.12.2020-ci ildə (Əmr №-17/67-irş, 02.12.2020-ci il ) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (Ştatın ixtisar edilməsi) əsasən işdən azad edilib.Yuxarıda göstərilən vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahıda kodlar ilə dəqiq göstərilmədiyi üçün ətraflı məlumatı təqdim etmək mümkün deyildir. Məhkəmə ilk öncə qeyd edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ilk öncə ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqan 26 yanvar 2021-ci il tarixli **********3 saylı məktubu ilə güzəştli iş stajının 12 il 6 aydan az (5 il 1 ay) təşkil etməsi əsası ilə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 60 yaşı tamam olanadək 25 il ümumi iş stajı və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə 12 il 6 ay xüsusi iş stajı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər tam mövcud olmamışdır. Beləliklə, iddiaçının 31.03.2020-ci il tarixədək (60 yaşı tamam olanadək) ümumi iş stajı 25 ildən çoxdur. Lakin güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş həddə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və bəndlər üzrə təsnifatlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı da işəgötürən tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi mühəndis, böyük mühəndis və test sazlanması üzrə mühəndis vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda kodlar ilə dəqiq göstərilməmişdir. Məhkəmə də qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zamanı ərizəçinin işlədiyi vəzifələr ilə yanaşı iş sahəsi də nəzərə alınmalı və “Siyahı” üzrə müvafiq kod altında olan sahə, vəzifə olmasına diqqət edilməlidir. Belə ki, iddiaçının 60 yaşı tamam olanadək ümumi iş stajının 25 il olmağına baxmayaraq, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməmişdir. Odur ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar