Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4664/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi üzərinə öhdəlik olaraq qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddiaərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əzirə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzə (bundan sonra cavabdeh) müvafiq sənədləri ilə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməyib və tələbindən imtina barədə ona ilkin olaraq 11 dekabr 2020-ci il tarixli və sonuncu olaraq 27 yanvar 2021-ci il tarixli imtina məktubunu ünvanlamışdır.Sonuncu imtina məktubu ilə əvvəlki imtinada müraciətinə cavab verildiyi bildirilib və həmin məktubda da imtinaya səbəb kimi işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığı göstərilməklə anası, tələb olunan güzəştli iş stajımın kifayət edəcək müddətdə olmadığı göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı təsdiq edilmişdir ki, həmin siyahıda onun işlədiyi peşə sahələri qeyd olunan Siyahının metalurgiya bölməsinə aid olan zərəli peşəa sahələridir və bu barədə cavabdehə təqdim olunmuş arxiv arayılarında da göstərilib. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 111/L №-li, 10 avqust 2020-ci il tarixli və 201/A №-li, 10 avqust 2020-ci il tarixli arxiv arayışlarında onun 11 sentyabr 2009-cu il tarixdən 01 mart 2010-cu il tarixədək Poladəritmə sexi təkrarqarametal qəbulu sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01 mart 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01 sentyabr 2010-cu il tarixdən 03 noyabr 2014-cü il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası (çalov sahəsi) peşəsində, 03 noyabr 2014-cü il tarixdən 20 iyul 2020-ci il tarixədək yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator vəzifəsində çalışdığı bildirilməklə, çalışdığı bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü, Metallurgiya bölməsinin 3.6 (a), 3.2 (a və b), 3.3 (a) və 3.6 (a) yarımbəndlərində qeyd olunan sahələrə aid olduğu bildirilib. Eləcə də həmin arayışlarda Sixtaçı sahəsinin zərərli sahə olduğu bildirilib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil 08.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası, şəxsiyyət vəsiqəsinin surəti, diplomun surəti və “X3” MMC tərəfindən 10.08.2020-ci il tarixdə tərtib edilmiş arxiv arayış və araşdırıcı arxiv arayışını təqdim etmişdir.İddiaçının iddia ərizəsini ilə əlaqədar bildirilmişdir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır.Onlar iddiaçının vermiş olduğu iddia tələbi ilə aşağıda göstərilən səbəblərə razı deyillər. İddiaçının güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulmuş iş stajından azdır.Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və yuxarıda qeyd etdiyi arayışlardan göründüyü kimi iddiaçı 11.09.2009-cu il tarixdən 20.07.2020-ci il tarixədək həmin müəssisədə müxtəlif peşələrdə işləmişdir.Müəssisənin arayışlarında göstərilmişdir ki, qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarının 3-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir.Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü (Metallurgiya istehsalatı) bölməsinə baxdıqda müəyyən edilir ki, orada iddiaçının istinad etdiyi aşağıda göstərəcəkləri peşələr güzəştli peşə kimi qeyd edilməmişlər:26.03.2001-07.09.2007-ci ildə şixtəçi fəhlə,11.09.2009-01.03.2010-cu illərdə işlədiyi poladəritmə sexi təkrar qara metal qəbulu sahəsində inspektor, 01.09.2010- 03.11.2014-cü illərdə həmin sexdə işlədiyi odadavamlı materiallar bənnası, 03.11.2014- 20.07.2020-ci ildə yayma sexində itələyici operator.İddiaçının işlədiyi müəssisə verdiyi arayışda şixtəçi peşəsinin-xəritə yükləyici peşəsi kimi sonradan dəyişdirilməsi qeyd edilsə də, bunun hansı tarixdə və hansı normativ-sənəd əsasında aparılmasını qeyd etməmişdir. Güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur.İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 21 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil 08.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı-Binəqədi RPİ tərəfindən 04.11.2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə doğulmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. -12 iyul 1982-ci il tarixli ЖВ 043306 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1977-ci ildə Ç.İldırım adına Azərbaycan politexnik institutuna daxil olmuş və 1982-ci ildə həmin institutda “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə tam kursu bitirmişdir. - İşdə olan iddiaçının 09 sentyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 06.09.1982-ci il tarixdən 25.07.2001-ci il tarixədək Bakı Təcrübə Eksperimantal zavodunda mühəndis-texnoloq, usta, baş usta, sex rəisinin müavini vəzifələrində işləmişdir. Həmçinin “X3” Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 26.03.2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində, “X3” MMC-də 11.09.2009-cu il tarixdən 01.03.2010-cu il tarixədək Poladəritmə sexində Təkrarqarametal qəbul sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-cu il tarixdən 01.09.2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010-cu il tarixdən 03.11.2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materialları bənnası (çalov sahəsi) peşəsində və 03.11.2014-cü il tarixdən 20.07.2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator peşəsində işləmişdir. - “X3” MMC-nin 10 avqust 2020-ci il tarixli 201/A saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 26 mart 2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində isti və zərərli iş şəraitində Usta vəzifəsində çalışmışdır. Məlumat üçün bildiririk ki, Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi ilə əlaqədar, şixtə sahəsində şixtəçi peşəsinin adı dəyişdirilərək - xəlitə yükləyicisi olaraq adlandırılmışdır. Qeyd edilmiş peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri, və 3.2. Polad və ferroərintilər istehsalı (b) yanmbəndinə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. - “X3” MMC-nin 10 avqust 2020-ci il tarixli 111/L saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 11 sentyabr 2009-cu il tarixdən 01 mart 2010-cu il tarixədək Poladəritmə sexi təkrarqarametal qəbulu sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01 mart 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01 sentyabr 2010-cu il tarixdən 03 noyabr 2014cü il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası (çalov sahəsi) peşəsində, 03 noyabr 2014-cü il tarixdən 20 iyul 2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator peşəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yanmfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər, 3.2 (a) yarımbəndində odadavamlı materiallarla işləyənlər, 3.3. (a) yarımbəndində isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları kimi, 3.6 (a) yarımbəndində isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri kimi öz əksini tapmışdır. Məhkəmə sorğusu əsasında “X3” MMC-nin 01.06.2021-ci il tarixli X-Y-0028 nömrəli məktubundan görünür ki, X3 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2009-cu ildə ləğv edilmişdir və onun maddi texniki bazası 2009-cu ildə yeni yaradılmış “X3” məhdud məsuliyyətli cəmiyyətinə verilmişdir. Vətəndaşın əmək kitabçasına əsasən o, X3 Limited Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində 26 mart 2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində çalışmışdır. Şixtəçi peşəsinin əmək funksiyaları aşağıdakılardır: -tələb olunan polad markasının alınması üçün ərintinin şixtələnməsini texnoloji qaydalarına uyğun olaraq yerinə yetirmək; - şixtə materiallarına doldurucu badyalara yüklənməsi ardıcıllığına və qaydalarına riayət etmək; - doldurucu badyalara yüklənən şixtə materiallarının keyfiyyətinə nəzarət olunması qaydalarını yerinə yetirmək; - əritmə prosesində isifadə olunan materialların qəbulu, nəql olunması və saxlanılması qaydalarına riayət etmək. X3 hal-hazırda məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyət Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X1. İddiaçı əmək kitabçasından görünür ki, onun iş yeri bilavasitə Elektrik Poladəritmə sexinin daxilində olmuşdur. Hal hazırda X3 MMC-də iş şəraiti ağır və zərərli olduğu üçün iş yerlərinin attestasiyasının nəticələri əsasında həmin vəzifədə işləyən işçilərin maaşlarına əmək şəraitinə görə əlavə əmək haqqı və məzuniyyət günləri verilir. Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi ilə əlaqədar, daxili əmrə əsasən şixtə sahəsində şixtəçi peşəsinin adı dəyişdirilərək - xəlitə yükləyicisi olaraq adlandırılmışdır. Bununla da bu peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri, və 3.2. Polad və ferroərintilər istehsalı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. İddiaçı 11,09.2009-cu il tarixindən 20.07.2020-ci il tarixinədək X3 MMC-də çalışmışdır. 11.09.2009-01.03.2010 Poladəritmə sexində Təkrarqarametal qəbulu sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində; 01.03.2010-01.09.2010 Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində; 01.09.2010-03.11.2014 Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası (çalov sahəsi) peşəsində; 03.11.2014-20.07.2020 Yayma sexində isti və zərərli iş şəraitində Təkrarqızdırma sobasında itələyici operator peşəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər, 3.2 (a) yarımbəndində odadavamlı materiallarla işləyənlər, 3.3. (a) yarımbəndində isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları kimi, 3.6 (a) yarımbəndində isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri kimi öz əksini tapmışdır. - “X3” MMC-nin 15 iyul 2021-ci il tarixli X-Y-0093 saylı məktubunda qeyd edilmişdir ki, 1) Xəlitə yükləyici peşəsinin əmək funksiyaları aşağıdakılardır: - tələb olunan polad markasının alınması üçün ərintinin şixtələnməsini texnoloji qaydalarına uyğun olaraq yerinə yetirmək; - şixtə materialların doldurucu badyalara yüklənməsi ardıcıllığına və qaydalarına riayət etmək; - doldurucu badyalara yüklənən şixtə materiallarının keyfiyyətinə nəzarət olunması qaydalarını yerinə yetirmək; - əritmə prosesində istifadə olunan materialların qəbulu, nəql olunması və saxlanılması qaydalarına riayət etmək. 2) Xəlitə yükləyici sahəsi ilə şixtə sahəsi eynidir; 3) Xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funskiyaları eynidir. - “X3” MMC-nin “Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi haqqında” 08 sentyabr 2017-ci il tarixli 39/i nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin 23 yanvar 2007-ci il 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nı rəhbər tutaraq həmən sahədə çalışan işçilərin gələcəkdə təqaüdə çıxmalarını asanlaşdırmaq məqsədi ilə əmr edilmişdir: Poladəritmə sexinin şixtə sahəsi - xəlitə yükləmə sahəsi adlandırılsın; Şixtə sahəsinin rəisi vəzifəsi - xəlitə yükləmə sahəsinin rəisi adlandırılsın; Şixtə sahəsində usta vəzifəsi - xəlitə yükləmə sahəsində usta adlandırılsın; Şixtə sahəsində şixtəçi vəzifəsi - xəlitə yükləyicisi adlandırılsın; Şixtə sahəsində qazla kəsici vəzifəsi - xəlitə yükləmə sahəsində qazla kəsici adlandırılsın; Xəlitə yükləmə sahəsinin işçilərinin əmək kitabçalarına müvafiq dəyişikliklər edilməsi Kadrlar şöbəsinə həvalə olunsun; Xəlitə yükləmə sahəsinin işçiləri əmrin surəti ilə tanış olsunlar. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 11 dekabr 2020-ci il tarixli **********4 saylı məktubda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 9 sentyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “X3” MMC-nin 10 avqust 2020-ci il tarixli 201/A və 111/L nömrəli arxiv arayışlarında qeyd olunan 26.03.2001-07.09.2007-ci il tarixləri arasında işlədiyi “şixtəçi fəhlə” və 03.11.2014-20.07.2020-ci il tarixləri arasında işlədiyi “təkrarqızdırma sobasında itələyici operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan (7 il 1 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun müraciətinə mahiyyəti üzrə rəsmi cavab verilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ali təhsil aldığı və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilməlidir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə,ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunlanəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməli və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun ali təhsil illəri də sosial sığorta stajına da daxil edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 01.09.1977-ci il tarixdən 22.06.1982-ci ilə qədər Ç.İldırım adına Azərbaycan politexnik institutunda təhsil almışdır. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və 04.10.2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur. İddiaçı 06.09.1982- 20.07.2020-ci il tarixdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin “X3” Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 26.03.2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində, “X3” MMC-də 11.09.2009-cu il tarixdən 01.03.2010-cu il tarixədək Poladəritmə sexində Təkrarqarametal qəbul sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-cu il tarixdən 01.09.2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010-cu il tarixdən 03.11.2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materialları bənnası (çalov sahəsi) peşəsində və 03.11.2014-cü il tarixdən 20.07.2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator peşəsində işləmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının qanunla tələb olunan xüsusi (güzəştli) iş stajına malik olmasını mübahisələndirərək, iddiaçının 26.03.2001-07.09.2007-ci il tarixləri arasında işlədiyi “şixtəçi fəhlə” və 03.11.2014-20.07.2020-ci il tarixləri arasında işlədiyi “təkrarqızdırma sobasında itələyici operator” vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını əsas gətirməklə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 06.09.1982-20.07.2020-ci illərdə işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilmişdir. Cavabdeh inzibati orqan inzibati icraat zamanı, həmçinin məhkəmə araşdırması zamanı iddiaçının ümumi əmək stajını və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını mübahisələndirməmişdir. Cavabdeh inzibati orqan iddiaçının tələb olunan xüsusi iş stajının olmasını mübahisələndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə iddiaçının xüsusi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçı 26.03.2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində, “X3” MMC-də 11.09.2009-cu il tarixdən 01.03.2010-cu il tarixədək Poladəritmə sexində Təkrarqarametal qəbul sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-cu il tarixdən 01.09.2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010cu il tarixdən 03.11.2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materialları bənnası (çalov sahəsi) vəzifəsində və 03.11.2014-cü il tarixdən 20.07.2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator vəzifəsində işləmişdir. Cavabdeh etirazında həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığını qeyd etsə də, iddiaçının işlədiyi “X3” MMC 01.06.2021-ci il tarixli X-Y-0028 saylı məktubda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri və 3.2. Polad və ferroərintilər istehsalı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər, 3.2 (a) yarımbəndində odadavamlı materiallarla işləyənlər, 3.3. (a) yarımbəndində isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları kimi, 3.6 (a) yarımbəndində isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri kimi nəzərdə tutulduğunu bildirmiş, həmçinin Poladəritmə sexinin şixtə sahəsinin-xəlitə yükləmə sahəsi, şixtə sahəsinin rəisi vəzifəsinin- xəlitə yükləmə sahəsinin rəisi, şixtə sahəsində usta vəzifəsinin –xəlitə yükləmə sahəsində usta, şixtə sahəsində şixtəçi vəzifəsinin - xəlitə yükləyicisi, şixtə sahəsində qazla kəsisi vəzifəsinin- xəlitə yükləmə sahəsində qazla kəsici adlandırılmasına dair “X3” MMC-nin “Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi haqqında” 08 sentyabr 2017-ci il tarixli 39/i nömrəli əmrini təqdim etmişdir. Bundan əlavə “X3” MMC 15 iyul 2021-ci il tarixli X-Y-0093 nömrəli məktubunda xəlitə yükləyici sahəsi ilə şixtə sahəsinin, həmçinin xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funksiyasının eyni olduğu qeyd edilmişdir. Beləliklə, cavabdeh iddiaçının şixta sahəsində işlədiyi dövrü və təkrarqızdırma sobasında itələyici operator vəzifəsini mübahisələndirmişdir. Məhkəmə iş üzrə araşdırma nəticəsində hesab edir ki, Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edildiyindən, xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funksiyasının eyni olduğu müəyyən edildiyindən iddiaçının şixtə sahəsində işlədiyi 26.03.2001-ci ildən 11.09.2009-cu ilədək- 8 il 5 ay 15 gün güzəştli iş stajına aid edilməlidir. Bundan əlavə iddiaçı 01.09.2010-cu ildən 03.11.2014-cü ilədək 4 il 3 ay 2 gün odadavamlı materiallar bənnası vəzifəsində çalışmış, həmin vəzifə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”n da nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşı tamamdır, 25 ildən çox əmək stajı (təhsil illəri daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir.Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir (psk- 64526,12 manat, pensiya kapitalına görə sığorta hissəsi 337.05 manat). Beləliklə, Məhkəmə iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin, insan hüquqları üzrə bir sıra beynəlxalqhüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 60 yaşının tamam olduğu 04.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 04.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4664/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4664/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver