Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4667/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçınln nümayəndəsi, Vəkil (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamının qismən, “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (3-cü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən 1342 kv.m torpaq sahəsində çoxərtəbəli yaşayış binasının tikintisi ilə bağlı İddiaçı MMC-yə binanın 16-cı mərtəbəsi tikilib qurtaranadək tikinti aparmağa mane olmamaq, tikintini dayandırmaqla bağlı hərəkətlər etməməyin, hərhansı yazılı, şifahi göstərişlər verməməyin cavabdehdən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ‘‘TEYMUR-999" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 1342 kv.m. sahədən ibarət torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə müxtəlif əlverişsiz hərəkətlər etməklə mane olur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nümayəndələri müxtəlif vaxtlarda “TEYMUR-999" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 1342 kv.m. sahədən ibarət torpaq sahəsində həyata keçirdiyi çoxmərtəbəli yaşayış binasının tikinti meydançasına gələrək binanın əvvəlcə 6-cı mərtəbədən yuxarı olmaması, indi isə 9 mərtəbədən yuxarı olmaması ilə bağlı qanunsuz və əsassız göstərişlər verirlər. Bildirilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı əsasında, Bakı şəhəri icra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 1394 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədən ibarət torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Həmçinin, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədən ibarət torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə 13306 saylı xx.xx.2017-ci il tarixli inşaat pasportu da verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş 18/04-351 saylı razılaşdırma ilə təsdiq edilmiş eskiz layihəsinə əsasən, "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədə 16 mərtəbədən ibarət çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Hazırda binanın 9 mərtəbəsi tikilmişdir. Lakin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın 9 mərtəbədən yuxarı olmasına imkan vermir, tikintini dayandırmaq barədə qanunsuz göstərişlər verir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qanunsuz hərəkətləri "xxxx" MMC-yə ziyan vurmuşdur, tikintinin gecikməsinə səbəb olmuşdur. Həmçinin, "TEYMUR-999” MMC Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində inşa etdiyi yaşayış binasında mənzil tikitisinə dair müxtəlif fiziki şəxslərlə çoxsaylı müqavilələr bağlamışdır. Həmin müqavilələr, o cümlədən, binanın 9-cu mərtəbəsindən sonrakı mərtəbələrində yerləşəcək mənzillərlə bağlı da bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qanunsuz hərəkətləri həm də həmin sakinlərin mülkiyyət hüquqlarını əsassız olaraq pozmuş olur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamının qismən, “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-4667/2022 saylı qərardadına əsasən iş üzrə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamının qismən, “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsl cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prosessual hüquqi statusunun cavabdehdən üçüncü şəxsə dəyişdirilməsi qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılması üzrə xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsininn nümayəndəsi məhkəməyə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamının surətini təqdim etmişdir. Həmin sərəncamdan iddiaçıya məlum olmuşdur ki, bu sərəncamla, o cümlədən, Bakı şəhəri, Nəsimi rayonu, 5ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən 1342 kv.m. torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə İddiaçı MMC- yə icazə verilməsi barədə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018- ci il tarixli sərəncamı ləğv edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamı İddiaçı MMC-nin maraqlarına toxunaraq hüquqlarını pozur və İddiaçı MMC-yə külli miqdarda maddi ziyan vurur. İddiaçı hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamı qismən, yəni “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməlidir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı əsasında, Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 1394 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədən ibarət torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün İddiaçı MMC- yə 49 il müddətinə icarəyə verilmişdir. Həmçinin, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədən ibarət torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə 13306 saylı xx.xx.2017-ci il tarixli inşaat pasportu da verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş 18/04-351 saylı razılaşdırma ilə təsdiq edilmiş eskiz layihəsinə əsasən, İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədə 16 mərtəbədən ibarət çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə İddiaçı MMC-yə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin qeyd edilmiş sərəncamları və onun təsdiq etdiyi inşaat pasportu əsasında, İddiaçı MMC tərəfindən 2018-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisnə başlanılmışdır. Hazırda binanın 9 mərtəbəsi tikilmişdir. İddiaçı MMC Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində inşa etdiyi yaşayış binasında mənzil tikintisinə dair müxtəlif fiziki şəxslərlə çoxsaylı müqavilələr bağlamışdır. Həmin müqavilələr, o cümlədən, binanın 9-cu mərtəbəsindən sonrakı mərtəbələrində yerləşəcək mənzillərlə bağlı da bağlanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamı həm də həmin sakinlərin mülkiyyət hüquqlarını əsassız olaraq pozmuş olur. İddiaçı MMC, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı, Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 1394 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsi, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş 13306 saylı xx.xx.2017-ci il tarixli inşaat pasportu, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş 18/04-351 saylı razılaşdırma ilə təsdiq edilmiş eskiz layihəsi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamı əsasında və bu inzibati aktlara etimad göstərərək Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsində 16 mərtəbəli yaşayış binasının tikintisini başlayaraq həyata keçirir. İddiaçı MM-nin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamından indiyədək xəbəri olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamının qismən, “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iddia tələbinin əsaslı olduğundan təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarıa əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilən: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 07 iyul 2017-ci il tarixli İddiaçı MMC-nə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 305 saylı, 07 iyul 2017-ci il tarixli sərəncamından görünür ki, İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 06/02 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsində icarə əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 329 saylı, 16 may 2018-ci il tarixli « Bakı Şəhər İcra Hakimiyyəti Başçısının layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq Teymur-999» MMC-nə tikintiyə icazə verilməsi haqqında 329 saylı, 16 may 2018-ci il tarixli sərəncamından görünür ki, İddiaçı MMC-nin müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 5ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yaşayış binasının tikintisinə İddiaçı MMC-nə icazə verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03 yanvar 2019-cu il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 № li Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 2.6, 2.7 və 6.8-ci bəndlərini rəhbər tutaraq Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra sərəncamları, o cümlədən 329 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Məhkəmə arşdırması zamanı oxşar qəbildən olan digər işlər üzrə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03 yanvar 2019-cu il tarixli sərəncamının verilməsinə əsas olmuş sənədlər sorğu əsasında sonuncudan tələb edilmiş və məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin xx.xx.2018-ci il tarixli, 2/569 saylı, Azərbaycan Respublikası Baş nazirinin müavininin xx.xx.2018-ci il tarixli, 07/07/13 saylı, xx.xx.2018-ci il tarixli, 7- 141/1 saylı və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin Azərbaycan Respublikası Baş nazirinin müavininə ünvanladığı xx.xx.2018-ci il tarixli, 7-262/2g saylı məktublarının təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlətinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirildiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, 20 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X5 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X3 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X3 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri xx.xx.2018-ci il tarixli, 2/569 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində aidiyyatı orqanlaraq ünvanlanmış məktubun və digər sənədlərin imzalanmasını Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə razılaşdırılmadığından qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edərək, kobud qanun pozuntusu olduğunu bildirmişdir. Bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X5 xx.xx.2017ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlaraq ünvanlanmış məktubların imzalanması səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 430 saylı sərəncamı ilə müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X3 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığını nəzərə alaraq, həmin vəzifənin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X3 həvalə olunmasına razılıq verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Adminsitrasiyasının rəhbəri qarşısında məsələ qaldırılması xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Baş Nazirinin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 07/07/13 saylı məktubdan görünür ki, 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubda qaldırılan məsələ Azərbaycan Respublikası Prezindenti Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırılmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 329 saylı, 16 may 2018-ci il tarixli « Bakı Şəhər İcra Hakimiyyəti Başçısının layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq Teymur-999» MMC-nə tikintiyə icazə verilməsi haqqında 329 saylı, 16 may 2018-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC-nin müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yaşayış binasının tikintisinə İddiaçı MMC-nə icazə verilmişdir. Həmin sərəncam Bakı Şəhər İcra Hakimiyyəti Başçısının digər 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı əsası ilə ləğv edilmiş, həmçinin həmin sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri də ləğv edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 329 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının onlara aid hissədə ləğv edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir, qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 329 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamış X1 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ olmamış və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciət olunaraq, müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X2 həvalə olunmasına razılıq verilməsi barədə müraciət olunmuşdur və Baş nazirin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli məktubla 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığı bildirilmişdir. Göründüyü kimi X1 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən qismində imzaladığı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 329 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. İşdə olan sənədlərdən görünür ki, X2 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrasının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin razılığı alınmamış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 329 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını qəbul edərkən, X1 həmin sərəncamı imzalamaq səlahiyyəti olmamışdır. Bununla da sözügedən sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən həmin dövr üzrə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən imzalanmış sərəncamlar, o cümlədən iddiaçıya münasibətdə qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 329 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri haqlı olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı əsaslı və qanuni olduğundan, həmin sərəncamın ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4667/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4667/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver