Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4667/2024 18.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1i rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X13, X8, X5 ) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh ünvan 1i rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X13, X8, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia olunan əmlak iddiaçının qanuni istifadəsindədir. Belə ki, Nəsimi RİH-nin 26 may 2022-ci il tarixli, 145 №-li Sərəncamı ilə həmin mənzil iddiaçının icarəsinə verilmiş və həmin mənzilə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı qeyd edir ki, yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatı formal xarakter daşıyır. Belə ki, həmin şəxslər hazırda yaşayış sahəsində yaşamırlar. Hazırkı vəziyyətdə qeyd olunan şəxslərin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, həmin ünvanda faktiki olaraq yaşamır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ünvan 1i RİH başçısının 26 may 2022-ci il tarixli, 145 №-li Sərəncamı ilə Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 118 №-li evin 1 otaqlı yaşayış sahəsi 14,5 kv.m olan mənzilin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X13, X8, X5 Ə.M.Topçubaşov küçəsi 118 saylı ünvanında qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. ünvan 1i rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanına X13 xx.xx.2003-cü il, X8 xx.xx.2017-ci il və X5 xx.xx.2017-ci il tarixlərdə qeydiyyata alınmışdırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 112 saylı fərdi yaşayış evinin (keçmiş Bakı şəhəri, Krupsk küçəsi, ev 118) ½ hissəsindən 2.0 kv.m olan hissəsi X1; 1/2 hissəsindən 2.0 kv.m.və A tikilisindən 2-ci mərtəbə X14; 1/2 hissəsindən 2.0 kv.m X4; 1/2 hissəsindən 13.0 kv.m. X9; 1/2 hissəsindən qalan hissə X10; 1/4 hissəsi X6; 1/4 hissə X7; 1/2 hissədən 23.0kv.m X11; 1/2 hissədən 10.0 kv.m X15; 1/2 hissədən 8.0 kv.m X18; 1/2 hissədən 10.0 kv.m X12 mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. Məhkəmə yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, üçüncü şəxslər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi ünvan 1i RİH başçısının 26 may 2022-ci il tarixli, 145 №-li Sərəncamına əsasən Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 118 №-li evin 1 otaqlı yaşayış sahəsi 14,5 kv.m olan mənzilin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Göründüyü kimi iddia olunan yaşayış sahəsinin iddiaçının qanuni istifadəsində olması yerli icra hakimiyyətinin sərəncamı ilə təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, necə ki həmin sənəd əsasında iddiaçının və ya hər hansı şəxsin həmin yaşayış sahəsinə qeydiyyatı həyata keçirilirsə, eləcə də bu sərəncam əsasında iddiaçının iradə ifadəsi əsasında həmin ünvanda qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması da həyata keçirilməlidir. Başqa sözlə desək həmin sərəncam iddiaçının yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasının tələb etmək hüququnu yaradır. Ümumiyyətlə, bu məsələyə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından da münasibət bildirilməsi zəruridir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə 1 saylı protokolun mülkiyyət hüququnu müdafiə altına alan 1-ci maddəsi baxımından yerləşmiş presedent hüququna görə müdaxilənin mülkiyyət hüququnun pozuntusunu yaradıb yaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: - iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi? - mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunidirmi? - müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa riayət edilmişdirmi? Göstərilən yoxlama qaydasından hərəkətlə məhkəmə hesab edir ki, iddiaçı həmin sərəncam ilə mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Yəni, onun qanuni istifadəsində olan yaşayış sahəsində hər hansı şəxsin (onun iradə ifadəsi olmadan) qeydiyyatının olması bir başa onun gözlənilən mülkiyyət hüquqlarını pozur. Üçüncü şəxslərə gəldikdə isə Məhkəmə bildirir ki, həmin şəxslərin iddia olunan yaşayış sahəsinə münasibətdə hər hansı hüquqları da yaranmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, üçüncü şəxslərin əvvəllər yaşamış olduğu sahə iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində yerləşən tikili olmuş, tikilinin ünvanı olmadığından iddiaçının istifadəsində olan yaşayış sahəsinə qeydiyyata düşmüşdür. Digər tikiliyə aid sənəd şahid ifadələri göstərilən müqavilə olmuş, həmin müqavilənin hüquqmüəyyənedici sənəd olmamasından əlavə müqavilədə üçüncü şəxsin qohumu (bibisi) olan Lətifə Muxtarovanın adı qeyd edilmişdir. Üçüncü şəxslər həmin sahədən 10 ildən çoxdur ki getmiş, üçüncü şəxsin verdiyi izahata görə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən də yaşayış sahəsi ondan geri alınmışdır, bu səbəbdən o, uzun müddətdir ki başqa ünvanda olan yaşayış sahəsində faktiki olaraq yaşayır. Beləliklə Məhkəmə hesab edir ki, üçüncü şəxslərin ünvan 1i RİH başçısının 26 may 2022-ci il tarixli, 145 №-li Sərəncamı ilə iddiaçının icarəsinə verilmiş yaşayış sahəsinə hər hansı hüquqları yaranmamışdır. Məhkəmə xüsusi ilə onu da vurğulamağı zəruri hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi sorğuya cavab məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 112 saylı fərdi yaşayış evinin (keçmiş Bakı şəhəri, Krupsk küçəsi, ev 118) paylı mülkiyyətdə olmasına istinad etsə də, bu hal hazırki iddianın təminini istisna etmir. Belə ki, məlum olduğu kimi iddiaçının yaşayış sahəsinə dair hüquqları məhz ünvan 1i RİH başçısının 26 may 2022-ci il tarixli, 145 №-li Sərəncamı əsasında yaranmışdır ki, bu hüququn kökündə, yəni iddiaçının mənzilə dair hüquq münasibəti onun 2000-ci ildən həmin yaşayış sahəsində yaşaması ilə yaranır. Belə olan halda isə, eyni əmlak olmayan və hal-hazırda fərdiləşmə nömrəsi fərqli olan 112 saylı fərdi yaşayış evinin paylı mülkiyyətdə olması iddiaçının 118 nömrəli fərdi yaşayış evinə dair hüquqlarının yaranmadığının göstəricisi deyil. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxslərin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxslərin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə ünvan 1i rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi məktubda üçüncü şəxslərində qeydiyyatda olduğunu, lakin həmin ünvanda yaşamadığını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə təqdim olunmuş məlumat hər hansı şübhə doğurmur. Belə ki, ümumməlum olan arqumentdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin nəznində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentləri və onun nəznində olan digər qurumlar əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Belə olan halda məhkəmə Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məlumatı nəzərə alaraq üçüncü şəxslərin həqiqətən də iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşamadığını nəzərə alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1i RİH başçısının 26 may 2022-ci il tarixli, 145 №-li Sərəncamı ilə iddiaçının İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan X13, X8, X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi ünvan 1i Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4667/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4667/2024
18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver