Məhkəmə qərarları › İş №2-1(112)-467/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-467/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-467/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla, kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibatı mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 3 otaqlı 20 saylı mənzili xidməti mənzillərin siyahısından çıxarılması və mənzilin daimi verilməsi barədə sərəncam verilməsi vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-1037/2020 saylı qərardadı ilə Binəqədi Rayon İcra Hakimiyyəti inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(112)-1037/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edirək, cavabdehi dəyişərək, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Biləcəri qəsəbəsi, N. Həşimi küçəsi, ev 29, 20 nömrəli mənzilin xidməti mənzillər siyahısından çıxarılması və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-467/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Biləcəri qəsəbəsi, N. Həşimi küçəsi, ev 29, 20 nömrəli mənzilin xidməti mənzillər siyahısından çıxarılması və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Biləcəri qəs, N.Həşimi küçəsi, ev 29, 20 saylı mənzil Kirov Rayon XDS icrayyə komitəsi tərəfindən xx.xx.1989-cu il tarixli 007031 saylı xidməti orderlə yaşayış sahəsi kimi 3 nəfər ailə üzvləri ilə birlikdə İddiaçı daimi istifadəsinə verilmişdir. O, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək həmin mənzilə dair çıxarışın verilməsini xahiş etmiş, həmin qurumdan ona bildirilmişdir ki, mənzil xidməti mənzil olduğundan və mənzilin daimi verilməsinə dair hər hansı sənəd olmadığından mənzilin özəlləşdirilməsinə yol verilmir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Biləcəri qəs, N.Həşimi küçəsi, ev 29, 20 saylı mənzilin daimi verilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərəncam təqdim ediləcəyi təqdirdə yenidən müracət edə bilər. Bundan sonra ,o, həmin mənzilə dair xidməti mənzillərin siyahısından çıxarılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə Bakə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Z-02/2 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə Bakı şəhəri. Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 3 otaqlı, 20 saylı mənzili xidməti mənzillərin siyahısından çıxarılması və mənzilin daimi verilməsi barədə sərəncam verilməsi əvəzinə ona bildirilmişdir ki, həmin xidməti mənzilin daimi kirayəçisi hesab olunur. Qeyd edilən məktubda Bakı şəhəri, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 3 otaqlı, 20 saylı mənzili xidməti mənzillərin siyahısından çıxarılması və mənzilin daimi verilməsi barədə sərəncam verilməsinin niyə görə mümkün olmaması barədə hər hansı əsas göstərilməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisi üzrə Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatına alınmalıdır. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş subutları Azəraycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir kı, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Z-02/2 saylı imtina məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsində yerləşən 29 saylı evin 3 otaqdan ibarət 20 saylı mənzili keçmiş Kirov rayon XDS icraiyyə komitəsi tərəfindən xx.xx.1989-cu il tarixli, 006979 saylı xidməti order əsasında xidməti yaşayış sahəsi kimi 3 nəfər ailə üzvü ilə (arvadı və 2 oğlu) İddiaçı daimi istifadəsinə verilmişdir. Ona görə də həmin vaxtdan qeyd edilən xidməti mənzilin daimi kirayəçisi hesab olunduqları qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilir ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1989-cu İİ tarixli 57 nömrəli qərarına əsasən mənzil xidmətidir. Mənzilin daimi verilməsinə dair sənəd yoxdur. ünvan 1 ünvanında yerləşən mənzilin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla bilər. İnzibati işdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 113 saylı arayışa əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 3 otaqlı 20 saylı mənzil 006979 xidməti orderlə İddiaçı məxsusdur. xx.xx.1989-cu il tarixindən İddiaçı, X2, X4, X3, xx.xx.1991-ci il tarixindən X1 ünvanda daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından sorğu əsasında daxil olmuş Kirov rayon xalq deputatları soveti icraiyyə komitəsinin iclasının xx xxxxxxxx 1989cu il tarixli 57 saylı qərarı ilə Biləcəri qəsəbəsi, 5075-ci məhəllə, Sumqayıt küçəsi, ev 29, mənzil 20, 2-ci blok, 5-ci mərtəbədə yerləşən sahəsi 46.59 kv.m olan üç otaqlı xidməti mənzil 4 nəfərdən ibarət olaraq İddiaçı verilmişdir. Kirov Rayon XDS icrayyə komitəsi tərəfindən xx.xx.1989-cu il tarixli 007031 saylı xidməti orderlə Bakı şəhəri, Biləcəri qəs, N.Həşimi küçəsi, ev 29, 20 saylı mənzil İddiaçı daimi istifadəsinə verilmişdir. İnzibati işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********33 saylı məkubla məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 3 otaqlı 20 saylı mənzilin dövlət reystrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli, 02/09-11-11.Z-13/2-091/2-8/1 saylı məktuba əsasən sözügedən mənzil Mənzil- Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır. İnzibati işdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışla Bakı şəhəri, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 20 saylı mənzilin Socarın balansında olmadığı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 784 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, 29 ünvanında yerləşən binanın 20 saylı mənzilinin balans mənsubiyyəti barədə sorğuya baxılmış, Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli, 46/H saylı əmrinə əsasən X10 məxsus olmuş yaşayış binaları, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, 29 saylı ünvanda yerləşən yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə balansına qəbul edilmişdir. ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə araşdırması zamanı cavabdeh orqanın səlahiyyətli nümayəndəsi mənzilin xidməti mənzil olduğunu, qanunvericilikdə xidməti mənzilə dair kirayə müqaviləsinin bağlanılmasının nəzərdə tutulmadığını bildirmişdir. Məhkəmə, cavabdehin dəlilləri ilə razılaşmır ona görə ki, iddiaçının yaşadığı mənzil xidməti mənzil kimi ona verilsə də, həmin mənzilin xüsusi təyinatlı mənzil fonduna daxıl edilməsi barədə qərar qəbul edilməmiş və belə bir qərarın mövcudluğu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri Mənzil- Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 91.1-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: xidməti yaşayış sahələri: yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli. 118 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası'nın 1.5. bəndinə görə xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız bu Qaydaya riayət etməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. 1.7. Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondu üçün müəyyən edilmiş tələblərə cavab verərsə, onun xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə qərar qəbul edilə bilər. 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxıl edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Qanunvericiliyin və normativ hüquq aktının şərh edilən müddəalarından görünür kı, mənzilin xidməti yaşayış sahəsi olması hələ onun xüsusi təyinatlı mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsi demək deyildir. Yaşayış sahəsindən xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə müvafiq orqanın qərarı ilə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Əgər yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilməmişdirsə, onun xüsusi təyinatlı mənzil fondundan çıxarılmasından söhbət gedə bilməz və bu əsasla hər hansı orqandan razılıq məktubunun tələb edilməsi əsassızdır və mövcud qanunvericiliyin tələblərinə ziddir. Hazırki iş üzrə mübahisələndirilən hüquq münasibətləri 2009-cu ilə kimi yarandığından, mübahisənin hüquqi əsasını da mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları təşkil etməlidir (İPM-nın 1.2-ci, MPM-nin 217.2-ca maddəsi). xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 103-cü maddəsinə görə xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini kirayə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Həmin Məcəllənin tələblərinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bır neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir (51, 52-ci maddələr). Hazırki işin faktiki hallarından məlum olur ki, mübahisəli xidməti mənzil iddiaçıya ləğv edilmiş “Şel Layihə Tikinti” LSTB-in işçisi kimi verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, 29 saylı ünvanda yerləşən yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuşdur kı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (12. 43-cü maddələr). Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (60, 71-cı maddələr). «İnsan hüquqları haqqında Ümumi Bəyənnaməvnin 8-cı maddəsinə əsasən hər bır şəxs kons-titusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı ona xidməti yaşayış sahəsi vermiş müəssisədə uzun müddət işlədiyindən və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsində yerləşən 29 saylı evin 3 otaqdan ibarət 20 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın oz mülahizələrini bil-dir-mək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinın qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibatı orqanın üzərinə inzibatı aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı olduğuna görə təmin edilməli, Bakı şəhəri, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 3 otaqlı 20 saylı mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla, İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsının 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev 29, 3 otaqlı 20 saylı mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla, İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar