Məhkəmə qərarları › İş №2-1(112)-4670/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4670/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4670/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müracciət edərək, yoxlama ilə əhatə edilən dövr üzrə (xx.xx.2017-xx.xx.2020) qeyd olunan sənədlərin götürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151020 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı "xxxx" MMC-nin rəhbərinin X2 həcminin çox olması ilə əlaqədar sənədləri təqdim etməmişdir və yoxlama ilə əhatə edilən dövrə aid (xx.xx.2018-xx.xx.2021) aşağıda qeyd olunan sənədlərin yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq Sənədlərin təqdim edilməsindən imtina barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli **********151836 nömrəli Qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********151836 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2021- ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət Sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəni onunla əsaslnadırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151020 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Bildirirlər ki, "xxxx" MMC-də (VÖEN **********) aparılan səyyar vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamədə qeyd olunan sənədlərdən, vergi ödəyicisi tərəfindən sənədlərin bir qismi xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə təqdim edilmiş, lakin yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlər, xx.xx.2018-ci ildən təqdim edilmiş avtomobillər və ehtiyyat hissələri barədə məlumatlar, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici,göstərilmiş xidmətlərin adlı siyahısı, idxal edilmiş avtomobillər üzrə ban nömrələrində yaranmış uyğunsuzluqların səbəbləri göstərilməklə məlumatlar təqdim edilməmişdir. Məlumat üçün bildirirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli **********616300 nömrəli məktubla vergi ödəyicisinə müraciət edilmişdir. 20 aprel 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin “yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlər, xx.xx.2018-ci ildən təqdim edilmiş avtomobillər və ehtiyyat hissələri barədə məlumatlar, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, idxal edilmiş avtomobillər üzrə ban nömrələrində yaranmış uyğunsuzluqların səbəbləri göstərilməklə məlumatlara dair sənədlərin götürülməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli **********151020 saylı qərarı "xxxx" MMC-yə rəsmi qaydada təqdim edilməmişdir. Qeyd edilən qərarın elektron formada təqdim edilməsi Vergilər Məcəlləsinin 70.2-3-cü maddəsinin tələbləri baxımından doğru hesab edilə bilməz. Dövlət Vergi Xidməti tərəfindən tərtib edilən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151083 nömrəli xx.xx.2021-ci il tarixli tələbnamə və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********151836 nömrəli xx.xx.2021-ci il tarixli qərar isə "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə rəsmi olaraq təqdim edilmiş və həmin tarixdə sənədlərin təqdim edilməsi halı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq təsdiqlənmişdir. Yuxarıda qeyd edilən sənədlər inzibati akt hesab edildiyindən hesab edirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-3-cü maddəsinin tələbləri Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Həmin Məcəllənin 70.2-3-cü maddəsinə əsasən, bu Məcəllənin 70.2-1.2-ci və 70.2- 1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə. Beləliklə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yuxarıda qeyd edilən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151020 saylı qərarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada təqdim edilməməsi və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" **********151083 nömrəli xx.xx.2021-ci il tarixli tələbnamə və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********151836 nömrəli xx.xx.2021-ci il tarixli qərarın "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə rəsmi olaraq təqdim edilməsi Vergi Məcəlləsinin 42.1 -ci maddəsinin tələbləri baxımından "xxxx" MMC-yə 15 iş günü müddəti tanımış və həmin müddətin bitməsi xx.xx.2021 -ci il tarixə təsadüf etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Dövlət Vergi Xidməti tərəfindən tərtib edilən və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktın məzmununda qeyd edilmişdir ki, "xxxx" MMC-yə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151083 nömrəli xx.xx.2021-ci il tarixli tələbnamə təqdim edilmiş və tələbnamədə qeyd edilən sənədlərin 15 iş günü müddətinə təqdim edilməsi tələbinin olmasına baxmayaraq, müəssisənin rəhbəri sənəd həcminin çoxluğunu əsas gətirərək sənədləri müəyyən edilmiş müddətə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən aktla bağlı bildirmək istəyirik ki, aktda qeyd edilən tələbnamə rəsmi olaraq "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə təqdim edildiyindən, həmin akt isə xx.xx.2021-ci il tarixdə tərtib edildiyindən, aktın məzmunu təhrif edilmişdir. Akt imzalanması üçün "xxxx" MMC-yə təqdim edilməmiş, aktda qeyd edilən “imtina” sözü və "müəssisənin rəhbəri sənəd həcminin çoxluğunu əsas gətirərək sənədləri müəyyən edilmiş müddətə təqdim edə bilməmişdir" cümləsi heç bir həqiqətə uyğun deyildir. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli digər akta nəzər saldıqda da məlum olur ki. eynilə xx.xx.2021 -ci il tarixli aktda olduğu kimi, aktın mətni təhrif olunmuş və heç bir əsası yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 43.10-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması zamanı vergi ödəyıcisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. "xxxx" MMC tələb edilən sənədlərdən mövcud olanları iddiaçıya artıq təqdim etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün təqdim edilən sənədlər yoxlamanın aparılmasına kifayət edir. İddiaçının iddia ərizəsi üzrə tələb etdiyi sənədlərdən "xxxx" MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə təqdim edilənlər (elektron surətləri və imzalanmış va möhürlənmiş kağız daşıyıcıda va ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətləri) aşağıdakılardır: • Yoxlanılan dövrlər üzrə bütün gəlir va xərc hesablarının hərəkəti (excel faylda); • Siyahısı əlavə edilmiş müştəri va podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələrr va onların bütün əlavələrinin surəti; •Yoxlama ila əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərim, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış va satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini va qalıq dəyərlərini göstarmakla əsas vəsait, qeyri-maddi aktivlərin reyestri (excel faylda); • Yoxlama ila əhatə edilən dövrdə bağlanmış va ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); •Yoxlama ila əhatə edilən dövrdə bağlanmış va ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); •Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar va ŞGV-nı va SSH-ni göstərməklə əmək haqqı cədbvəlləri (aylıq əsasda excel faylda); •Yoxlama ila əhatə edilən dövrə aid (xx.xx.2018xx.xx.2021) NKA-nın fiskal hesabatı; • Yoxlanılan dövrlər üzrə bütün gəlir va xərc hesablarının hərəkəti (excel faylda): • Yoxlama ila əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); •Yoxlama ila əhatə edilən dövr üzrə elektron formatda yerli va xarici bank hesablarının hərəkəti (excel faylda): •Yoxlama dövrün əvvəlinə va sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə malumat (excel faylda); • Siyahısı əlavə edilmiş müştəri va podratçılarla olan əməliyyatların xarakteri barədə malumat, onlarla bağlanmış müqavilələr va onların bütün əlavələrinin surəti; •Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış va satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini va qalıq dəyərlərini göstərməklə vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda): • Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı; •Yoxlama ila əhatə edilən dövrdə bağlanmış va ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); •Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); •Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda); •Yoxlanılan dövrlər üzrə nəqliyyat va daşınma xərclərinin siyahısı va vergilərin hesablanması üçün zəruri olan digər sənədlər. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən iddia ərizəsində tələb edilən '‘yoxlamanın predmetinə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış va möhürlənmiş kağız daşıyıcıda va ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti" adlı punktunda qeyd edilənlər "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" **********151083 nömrəli xx.xx.2021 -ci il tarixli tələbnamədə göstərilməmişdir. Təiəbnamədə qeyd edilən sənədlərin imzalanmış va möhürlənmiş kağız daşıyıcıda va ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron formada təqdim edilməsi tələb edilmədiyindən, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin hazırki iddia tələbi üzrə "xxxx" MMC-dən həmin sənədlərin təqdim edilməsini tələb etməyi qanunazıddir. Bundan əlavə, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən tələb edilən aşağıda qeyd edilənlərin müəyyən səbəblərdən təqdim edilməsi qeyri-mümkündür. Həmin səbəblər aşağıdakılardır: -elektron formada tələb edilən yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük va illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesablan göstərilməklə) - "xxxx" MMC-də qeyd edilən formada fayllar mövcud deyildir. Belə ki, həmin faylların tərtib edilməsi barədə qanunvericilikdə hər hansı bir göstəriş yoxdur. -həm elektron formada, həm də kağız daşıyıcıda va ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron formada tələb edilən müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına va ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri - "xxxx" MMC-də yoxlama dövrü üzrə və ya ondan əvvəl xarici vətəndaş çalışmamışdır. - həm elektron formada, həm də kağız daşıyıcıda va ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron formada tələb edilən Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qabul aktlarının təsdiq olunmuş surətləri - "xxxx" MMC-də filial və ya nümayəndəliyin baş ofisi mövcud deyildir. -həm elektron formada, həm də kağız daşıyıcıda va ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron formada tələb edilən debitor-kreditorlar barədə adlı siyahı, ödəmə tapşırıqları - debitor-kreditorlar barədə adlı siyahı konkret nədən ibarətdir bilinmir. Belə ki, həmin tələb edilənin açıqlaması verilməli idi. Ödəmə tapşırıqlarının təqdim edilməsi isə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151083 nömrəli xx.xx.2021 -cı ıl tarixli tələbnamədə göstərilməmişdir. -Daxili alışın qaimələr üzrə açılışı - "daxili alışın qaimələr üzrə açılışı" adlı sənəd nədir bilinmir və həmin sənədin təqdim edilməsi ‘Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" **********151083 nömrəli xx.xx.2021-ci il tarixli tələbnamədə göstərilməmişdir. Bundan əlavə "vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair" Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin tələbi qanunsuzdur. Belə ki, müvafiq yoxlamanın aparılmasından ötrü konkret siyahı təqdim edilmiş, həmin siyahı üzrə verilməsi mümkün olan sənədlər aidiyyəti üzrə təhvil verilmiş, verilməsi mümkün olmayan sənədlərin təqdim edilməməsinin səbəbləri "xxxx" MMC tərəfindən əsaslandırılmışdır. Vergilərin hesablanması üçün zəruri olan digər sənədlər isə konkretləşdirilməli, hansı əlavə sənədlərin tələb edildiyi müəyyən olunmalıdır. Ümumilikdə isə zəruri sənədlər anlayışı özündə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin əməkdaşlarının səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol açaraq, "xxxx" MMC-dən məsələyə aidiyyəti olmayan istədiyi bütün sənədləri tələb etmələrinə zəmin yaradar. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151020 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151083 nömrəli Tələbnamə qəbul edilmişdir və həmin Tələbnamədə tələb edilən sənədlərin bir hissəsi "xxxx" MMC tərəfindən vergi orqanına təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamədə qeyd olunan sənədlərdən, vergi ödəyicisi tərəfindən sənədlərin bir qisminin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təqdim edilməsi qeyd edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı hazırda “yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlər, xx.xx.2018-ci ildən təqdim edilmiş avtomobillər və ehtiyyat hissələri barədə məlumatlar, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, idxal edilmiş avtomobillər üzrə ban nömrələrində yaranmış uyğunsuzluqların səbəbləri göstərilməklə məlumatlara dair sənədlərin götürülməsi”ni tələb edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151083 nömrəli Tələbnamədə qeyd edilən sənədlər "xxxx" MMC-dən tələb edilməmiş və həmin sənədlərin təqdim olunması ilə bağlı xx.xx.2022-ci il tarixli **********616300 nömrəli məktubla cavabdehə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, iddia tələbində tələb etdiyi sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə yalnız xx.xx.2022-ci il tarixli **********616300 nömrəli məktubla müraciət etmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamədə qeyd olunan sənədlərin təqdim edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin hazırkı iddia tələbində qeyd edilən sənədlərin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehdən tələb etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçı yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlər, xx.xx.2018-ci ildən təqdim edilmiş avtomobillər və ehtiyyat hissələri barədə məlumatlar, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, idxal edilmiş avtomobillər üzrə ban nömrələrində yaranmış uyğunsuzluqların səbəbləri göstərilməklə məlumatlara dair sənədlərin götürülməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar