Məhkəmə qərarları › İş №2-1(112)-4672/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4672/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4672/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (Qubadlı rayonunda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquq məsləhətçisi, Səlyan rayonu Seyidsadıqlı kəndi ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 evin 2 saylı ünvanında olan yeni mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, ona məxsus ünvan 2 ünvanında təsdiq edilmiş layihəyə uyğun inşa edilən yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 evin 2 saylı mənzili iddiaçının xüsusi mülkiyyətində olmuş və bu barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda xx.xx.2014-cü il tarixli, 11/5819 saylı Texniki Pasport tərtib edilmişdir. Həmin mənzil “Amerkanka” deyilən formada ev olmuşdur. Ev qəzalı vəziyyətdə olduğu üçün ona köməklik göstərilməsi məqsədilə Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Sabunçu rayon İcra Hakimiyyətindən ona şifai olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin təmiri və tikintisi üçün Rayon İcra Hakimiyyətinə heç bir vəsait ayrılmadığından iddiaçı öz vəsaiti hesabına evi söküb yerində müasir üslubda yeni fərdi yaşayış evi inşaa edə bilər. Bundan sonra o evin layihəsini hazırlatmış və məlumatlandırma icraatı qaydsında razılaşdırmaq üçün tələb olunan sənədlərlə birlikdə Sabunçu rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Lakin onun müraciətinə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən cavab verilməmiş və o qanunvericiliyin tələbinə uyğun olaraq layihəyə uyğun fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. Bundan sonra evin sənədləşdirilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq həmin evin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınması üçün Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2016-cı il tarixli, H-44 saylı məktubla Layihənin təsdiq olunması və hüquqi qeydiyyata alınması barədə müraciətini təmin etmədi. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı qanunvericiliyə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinə qarşı 2 saylı Bakı İnzibatilqtisadi Məhkəməsində iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 evin 2 saylı mənzilin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınması barədə sərəncam verilməsi vəzifəsinin Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə xx.xx.2016-cı il tarixli, 2-1 (82)-1589/ 2016 saylı qərar qəbul etmişdir. Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1 (82)- 1589/ 2016 saylı qərarını icra edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 evin 2 saylı ünvanda iddiaçıya məxsus mənzilin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli, 221 sayli qərar qəbul etmişdir. Bundan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. Ancaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********14 saylı məktubla hər hansı bir qanunvericiliyə uyğun əsas göstərmədən, aydın olmayan ümumi cümlələrlə, əsas gətirərək dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. İddiaçı qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016- cı il tarixli, 2-1 (82)-l 589/2016 saylı qərarını icra edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 evin 2 saylı ünvanda mənə məxsus mənzilin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli, 221 sayli qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-13293/2021 saylı, xx.xx.2021- ci il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririlir ki, İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 evin 2 saylı ünvanında olan yeni mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 4 ünvanında yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır və mənzilin sökülməsi ilə əlaqədar olaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi ilə bağlı ərizə əlavə edilməmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış zamanı məlum olmuşdur ki, təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Həmçinin bəzi tikililər layihədə öz əksini tapmamışdır. Eyni zamanda, inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********14 saylı, xx.xx.2021 -ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Məlumat üçün bildiririlir ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 34, 2 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir, hazırda onun mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1.1 -ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş RX seriyalı, **********22-05101-093001 reyestr nömrəli xx.xx.2014-cü il tarixli hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına və 09 iyul 2014-cü il tarixli 11/5819 inventar nömrəli Texniki Pasporta istinad edərək faktiki istifadəsində olan ünvan 2 ünvanında təsdiq edilmiş layihəyə uyğun inşa edilən yeni fərdi yaşayış evinin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi verilməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 16 iyun 2016-cı il tarixli, 221 №li “Sabunçu rayonu, ünvan 1 evin 2 saylı mənzilin hüquqi qeydiyyata alınması barədə” Sərəncamında aşağıdakılar qeyd olunmuşdur: vətəndaş İddiaçı Sabunçu Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, Sabunçu rayonu, ünvan 1 evin 2 saylı mənzilini hüquqi qeydiyyata alınması və layihəsinin təsdiqi ilə bağlı məhkəmə qərarının icra edilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 1 evin 2 saylı mənzili Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX №0452975 saylı xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Qeyd edilən mənzil yarımzirzəmi, mansard və iki mərtəbədən ibarət olmaqla yenidən inşa edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82) - 1589/2016 saylı 27 aprel 2016-cı il tarixli Qərarı ilə vətəndaş İddiaçı məxsus ünvan 1 evin yenidən inşa edilmiş 2 saylı mənzilin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınmasına dair sərəncam verilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsini əsas tutaraq qərara alıram: 1. Sabunçu rayonu, ünvan 1 evin yanmzirzəmili, mansardlı, iki mərtəbəli, yarımzirzəmidə köməkçi sahə- 117,49 kv.m., qaraj -62,23 kv.m., birinci mərtəbədə zal-62,3 kv.m., köməkçi sahə- 97,57 kv.m., ikinci mərtəbədə 5 yaşayış otağı- 109,65 kv.m., köməkçi sahə-43,24 kv.m., iki eyvan-23,36 kv.m., mansard-115,60 kv.m., iki yaşayış otağı-39,59 kv.m., köməkçi sahə-4,90 kv.m., iki eyvan-20,74 kv.m.-dən ibarət olan 2 saylı mənzili İddiaçı adına hüquqi qeydiyyata alınsın. 2. Mövcud mənzilin layihəsi təsdiq edilsin. 3.Sərəncamın surətinin X3ma verilməsi təmin edilsin. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)- 589/2016 saylı qərarından görünür ki, iddiaçının iddiası təmin edilərək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 evin 2 saylı mənzilinin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. -İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 34 ünvanda yerləşən 2 saylı mənzilin fərdi yaşayış evikimi sənədləşdirilməsi ilə bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlananı 19 may 2021-ci il tarixli ********* nömrəli imtina məktubu ilə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 34 ünvanda yerləşən 2 saylı mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, qeyd edilən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır və mənzilin sökülməsi ilə əlaqədar olaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi ilə bağlı ərizə əlavə edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Həmçinin, bəzi tikililər layihədə öz əksin tapmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab olunur. Həmin Qanunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş RX seriyalı, **********22-05101-093001 reyestr nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********46 saylı məktub əsasında məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yerləşən 2 saylı mənzilə dair sənədlərin surəti göndərilmişdir. Məktuba əlavə edilən AN-İ№0432556 saylı Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 03 iyun 2014-cü il tarixli M-231 №li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsiində yerləşən 34 №li 1 mərtəbəli binada 67,62 kv.metr ümumi sahədən ibarət 2 №li mənzili 100000 manat ödəməklə X2 satın almışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 11/5819 inventar nömrəli 09 iyul 2014-cü tarixdə tərtib edilən Texniki Pasportdan görünür ki, ünvan 8 ünvanda yerləşən 2 saylı evin (mənzilin) sənəd üzrə torpaq sahəsi 0.01662 ha, faktiki sahə üzrə 0.01662 ha, tikintialtı sahə üzrə 0.01662 ha göstərilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, ünvan 9 ünvanda tikiləcək fərdi yaşayış evinin eskiz Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib və təsdiq olunan mütəxəssis rəyindən görünür ki, ünvan 9 ünvanda yerləşən yaşayış sahəsi fərdi yaşayış evidir. Göründüyü kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmçinin, qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçi İddiaçı 03 iyun 2014-cü il tarixli M-231 №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsiində yerləşən 34 №li 1 mərtəbəli binada 67,62 kv.metr ümumi sahədən ibarət 2 №li mənzili 100000 manat ödəməklə X2 satın almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-589/2016 saylı qərarına əsasən sözügedən mənzilin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınmasına dair sərəncamın verilməsi vəzifəsi Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 16 iyun 2016-cı il tarixli, 221 №li Sərəncamına əsasən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (82) -1589/2016 saylı 27 aprel 2016-cı il tarixli Qərarı əsasında Sabunçu rayonu, ünvan 1 evin yanmzirzəmili, mansardlı, iki mərtəbəli, yarımzirzəmidə köməkçi sahə- 117,49 kv.m., qaraj -62,23 kv.m., birinci mərtəbədə zal-62,3 kv.m., köməkçi sahə- 97,57 kv.m., ikinci mərtəbədə 5 yaşayış otağı- 109,65 kv.m., köməkçi sahə-43,24 kv.m., iki eyvan-23,36 kv.m., mansard-115,60 kv.m., iki yaşayış otağı-39,59 kv.m., köməkçi sahə-4,90 kv.m., iki eyvan-20,74 kv.m.-dən ibarət olan 2 saylı mənzili İddiaçı adına hüquqi qeydiyyata alınması, mənzilin layihəsinin təsdiq edilməsi qərara alınmışdır. İddiaçı cavabdehə sözügedən mənzilin fərdi yaşayış evi kimi sənədləşdirilməsi ilə bağlı müraciət etsə də, lakin sonuncu iddiaçının müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının qeyd olunan mənzil (faktiki olaraq təyinatı fərdi yaşayış evinə uyğundur) üzərində mülkiyyət hüququqlarının dövlət reyestrində qeydə alındığını nəzərə alaraq hesab edir ki, ünvan 11 ünvanında yerləşən 2 saylı mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində iddiaçının adına qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina edilməsi əsassız olmuşdur. Göründüyü kimi işin faktiki hallarından müəyyən edilir ki, sözügedən tikili çoxmənzilli binanın tərkib hissəsi deyil, ayrıca girişi və tam avtonom kommnikasiyalara malik, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmaqla fərdi yaşayış evi hesab edilir. Başqa sözlə iddiaçının sözügedən fərdi yaşayış evinə dair yuxarıda sadalanan sənədlərinin olduğu təqdirdə cavabdeh inzibati orqan tərəfindən qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə...” xx.xx.2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Torpaq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar qeydiyyat üçün əsas hesab edilir. Torpaq islahatı ilə bağlı publik münasibətlərin tənzimlənməsi üçün qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən olunmuş qayda və şərtlər pozulduğu halda hüququ pozulmuş şəxs inzibati orqan olan cavabdeh tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququ mübahisələndirə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, imtina formal mülahisələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 34 ünvanında yerləşən mənzilin təsdiq edilmiş layihəyə uyğun inşa edilən yeni fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci və 10.2-ci maddələrinin, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1, 24.2-ci müddəalarının tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında təsdiq edilmiş layihəyə uyğun inşa edilən yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68-ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında təsdiq edilmiş layihəyə uyğun inşa edilən yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar