Məhkəmə qərarları › İş №2-1(112)-4675/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4675/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4675/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı,iddiaçının nümayəndəsi X5, iddiaçının vəkili X7 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissə tərəfindən verilmiş N saylı 27.06.2002-ci il tarixli arayışında yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin əvəzinə “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözü ilə əvəz edilərək ilkin ölüm barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbi bаrədə ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissə tərəfindən verilmiş N saylı 27.06.2002-ci il tarixli arayışında yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin əvəzinə “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözü ilə əvəz edilərək ilkin ölüm barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması “ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının mərhum oğlu X8 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq, N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. İddiaçının mərhum oğlu əvvəlcə Sədərək döyüş bölgəsində sonra isə Havuş postuna manqa komandiri vəzifəsinə təyin edilərək xidmətini orada davam etdirmişdir. 07 yanvar 2002-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinin tərkibində döyüş tapşırığını yerinə yetirərkən döş qəfəsində aldığı güllə yarasından şəhid olmuşdur. İddiaçının oğlu 07 yanvar 2002-ci il tarixdə gecə saat 23- 30-da odlu silahdan açılan atəş nəticəsində döş qəfəsindən ağır yaralanmışdır. Yaralı vəziyyətdə səhər saat 04-00-a qədər yardımsız qalan iddiaçının oğlu dünyasını dəyişmişdir. Ekspert təyin edilmədən dəfin hərbi hissə komandirləri tərəfindən gecə həyata keçirilmişdir. Dəfin zamanı heç kim, hətta valideynlər yaxına buraxılmamışdır. Culfa rayon İcra Hakimiyyəti tərəfindən 01 iyul 2002-ci il tarixli 66 saylı sərəncamla mərhum X6 şəhid statusu verilmişdir. 2002-ci il tarixdən 2007-ci il tarixədək şəhid ailələri üçün nəzərdə tutulan təqaüd ödənilmişdir. Lakin 2007-ci il tarixdən həmin təqaüdün verilməsi dayandırılmışdır. Təqaüdün dayandırılmasına səbəb Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa rayon İcra Hakimiyyətinin 01 iyul 2002-ci il tarixli 66 saylı sərəncamının etibarsız hesab edilməsinə dair Culfa rayon məhkəməsində iddia qaldırılması olmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddianı onunla əsaslandırmışdır ki, Culfa rayon İcra Hakimiyyəti sərəncam verərkən heç bir sənədə əsaslanmamışdır. Məhkəmə prosesində izahatlar dinlənilərək müəyyən olunmuşdur ki, X1 döyüş mövgeyində hərbi xidmətini yerinə yetirən zaman 06 yanvar 2002-ci ildə saat 23-30 radələrində əsgər yoldaşı X11 tərəfindən odlu silahdan öldürmüşdür. X4 həmin silahdan atəş açaraq özünü öldürülmüşdür. Bununla bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda bu hadisə ilə cinayət işi açılmışdır. Culfa rayon hərbi komissarı Culfa rayon İcra Hakimiyyətinə məktub göndərərək iddiaçının mərhum oğlunun N saylı hərbi hissənin tərkibində hərbi xidməti vəzifəsini yerinə yetirərkən 07 yanvar 2002ci ildə həlak olması barədə ona şəhid statusunun verilməsi üçün vəsatət qaldırmışdır. N saylı hərbi hissənin 27.06.2002-ci il tarixli N saylı məktubu əsas götürülmüşdür. Ölüm haqqında şəhadətnamədə də iddiaçının mərhum oğlunun hərbi xidmətini yerinə yetirərkən döş qəfəsini dəlib keçən odlu silahlı güllə yarasından həlak olması qeyd edilmişdir. Nəzərinə çatdırılmalıdır ki, iddiaçının oğlu X8 05 yanvar 2002-ci il tarixdə qardaşı Elvin Xəlilova zəng vuraraq bildirilmişdir ki, komandiri ermənilərlə benzin alveri edir bu məsələni əsgər yoldaşı X11 bilir. Komandir bu hadisə ilə bağlı onları hədələyir. X11 iddiaçının mərhum oğlu ilə dost olub. A.N.Abbasov təərfindən iddiaçının oğlunu öldürüb sonra özünü öldürməsi agıla batan deyil. Çünki SHXÇDX-nin Nərimanov rayon şöbəsinin rəisi bildirmişdir ki, əsgər Anar Abbasov döyülərək öldürülmüşdür. Onun bədən nahiyəsində döyülmə izləri vardır, o, döyüldükdən sonra güllələnmişdir. İddiaçının oğlu X8 döyüşən ordunun tərkibində Havuç döyüş mövgeyində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. X10 ölüm səbəbi- xidməti vəzifəsini yerinə yetirərkən zaman həlak olması olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddia tələbinə təqdim etdiyi etirazında göstərmişdir ki, AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən:”Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.” N nömrəli hərbi hissə komandanlığının 07.01.2002-ci il tarixli 8 nömrəli bildirişdə kiçik çavuş X3 həmin tarixdə əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəşlə yaralanmsı və aldığı sol döş nahiyəsindəki yaradan vəfat etməsi göstərilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. “Döyüş təminatı”nın anlayışı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1997-ci il tarixli “Quru qoşunları müvəqqəti döyüş nizamnaməsində verilmişdir. Həmin nizamnamənin 295-ci maddəsinə əsasən döyüş təminatı düşmənin qəfil başqasına yol verilməsindən, onun qoşunlarımıza zərbələrin effektivliyinin azaldılmasından, döyüşə mütəşəkillik və vaxtında başlamaqdan, onun müvəffəqiyyətlə aparmaqdan ötrü qoşunlarımız üçün əlverişli şərait yaratmağa yönəldilmiş tədbirlərin təşkilindən və həyata keçirilməsindən ibarətdir. Taborda (bölükdə) döyüş təminatının keşfiyyat, kütləvi qırğın silahından mühafizə, maskalanma, mühəndis təminatı, kimya təminatı və mühafizə növləri təşkil olunur. Naxçıvan Muxtar Respublikası hərbi məhkəməsinin 23.05.2002-ci il tarixli İ-37/2002 nömrəli hökmünün surəti, Naxçıvan Hərbi Prokurorluğunun 03.04.2002-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Culfa rayon İcra Hakimiyyətinin 01.07.2002-ci il tarixli 66 saylı sərəncam ilə mərhum X6 şəhid adının verilməsi barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən sərəncamın etibarsız hesab edilməsinə dair iddia ərizəsi Culfa rayon məhkəməsinin 28.12.2007-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 14.03.2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Culfa rayon Məhkəməsinin 28.12.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 02.07.2008-ci il tarixli qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. X3 ölümü şəxsi münasibətlər nəticəsində əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində olmuş istintaq aparıldığından, hərbi hissəsinin arayışında düzəliş edilərək “döyüş tapşırığını yetirərkən həlak olmuşdur” sözlərinin yazılması tələbin təmin edilməsi AR MPM-nin 82.4-cü maddəsinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili ayrı ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və vəkilinin izаhаtını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin edilməməlidir. Belə ki, iddia aşagıda göstərilən əsaslara görə əsassızdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15 yanvar 1994-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən, şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qərarın 1.2.5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; həmin Qərarın 1.2.6-cı bəndinə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Müdafiə , xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.8.-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının hərbi məhkəməsinin 23.05.2002-ci il tarixli İ-37/2002 nömrəli hökmünə əsasən müəyyən edilir ki, iddiaçının oğlu X3 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil;o, əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində aldığı yaradan ölmüşdür. Bu hal da ona şəhid statusu verilməsi üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəlləssinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış Müdafiə inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissə tərəfindən verilmiş N saylı 27.06.2002-ci il tarixli arayışında yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin əvəzinə “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözü ilə əvəz edilərək ilkin ölüm barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması “ iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N saylı hərbi hissə tərəfindən verilmiş N saylı 27.06.2002-ci il tarixli arayışında yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin əvəzinə “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözü ilə əvəz edilərək ilkin ölüm barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması “ barədə iddia tələbi təmin edilməsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar