Məhkəmə qərarları › İş №2-1(112)-4675/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4675/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4675/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ƏDV üzrə “iyul 2021” dövrü üzrə 22 sentyabr 2021-ci il tarixli **********728500 və ƏDV üzrə “sentyabr 2021” dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq bildirir ki, ƏDV üzrə “iyul 2021” dövrü üzrə 22 sentyabr 2021-ci il tarixli **********728500 və ƏDV üzrə “sentyabr 2021” dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlarla razılaşmır və hesab edirlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərarlar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş **********728500 nömrəli qərarı barədə bildirirlər ki, 2021-ci ilin iyul ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 113593.10 manat, depozit hesabına 28216.88 manat vəsait daxil olmuşdur. Aldıqları xidmətlər qarşılığında əvəzləşmə məbləği 49168.69 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 1135xx.xx- 49168.69=64424.41 manat 18%=11596.39 manat büdcəyə ödəniş edilmişdir. Amma depozit hesabına mədaxil olunan ədv məbləğini yəni 28216.88/0.18=156760.44 manat dövriyyəni müəyyən edərək əsassız olaraq kameral vergi yoxlaması əsasında hesablamalar aparılmışdır. Bu əməliyyat Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri ilə ziddiyyət təşkil edir. Çünki, Vergi Məcəlləsinin 166.7-ci maddəsində qeyd olunduğu kimi tərəflərindən 2021-ci ilin iyul ayında görülmüş iş, göstərilmiş xidmətlər qarşılığınında bank hesabına daxil olmuş vəsaitin ədv-siz dəyəri üzrə vergi hesablayaraq büdcəyə ödəniş edilmişdir. Belə ki, görülmüş iş, göstərilmiş xidmətlər qarşılığınında ədv depozit hesabına ədv məbləği tam ödənişi həyata keçsədə əsas məbləğin bir qismi ödənişi həyata keçdiyi üçün 166.7-ci maddənin tələblərinə uyğun olaraq həmin məbləği ədv-yə cəlb etmişik qalan məbləği isə debitor borc olaraq bəyannamənin 307-ci sətrində qeyd edilmişdir. Həmçinin vergi orqanına ünvanlanan xx.xx.2021- ciil tarixli şikayət məktubunda növbəti aylarda debitor borcun ödənişi həyata keçdikdə həmin məbləğləri ədv-yə cəlb edəcəyimiz barədə də məlumat qeyd edilmişdir. ƏDV üzrə “sentyabr 2021“ dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar haqqında bildirmək istəyirlər ki, vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktubuna cavab olaraq, bank çıxarışlarını və ətraflı şəkildə izahatı verilmiş cavab məktubu təqdim edilmişdir. “Azərtunelsutikinti“MMC-nin xx.xx.2020 tarixdən xx.xx.2021 tarixədək fəaliyyəti olmadığı üçün bəyannamələri boş olaraq təqdim edilmişdir. 2021-ci ilin yanvar ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank və depozit hesabına heç bir vəsait mədaxil olmamışdır, lakin aldığı xidmətlər qarşılığında 25.85 manat vəsait ödəniş etmiş və bu məbləği əvəzləşdirilmişdir. Yanvar ayı üçün təqdim etdiyi ədv bəyannaməsində büdcədən qaytarılan vəsait 4.65 manat olmuşdur. 2021-ci ilin fevral ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank və depozit hesabına heç bir vəsait mədaxil olmamışdır, lakin aldığı xidmətlər qarşılığında 78.38 manat vəsait ödəniş etmiş və bu məbləği əvəzləşdirmişdir. Fevral ayı üçün təqdim etdiyi ədv bəyannaməsində büdcədən qaytarılan vəsait 14.10 manat olmuşdur. 2021-ci ilin mart ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 14520.61 manat, depozit hesabına 2603.59 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 1377.36 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 145xx.xx-1377.36=13143.25 manat 18%=2365.78 manat büdcəyə ödəniş edilmişdir. 2021-ci ilin Aprel ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 7500 manat, depozit hesabına 1350 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 3262.52 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 7500- 3262.52=4237.48 manat 18%=762.74 manat büdcəyə ödəniş edilmişdir. 2021-ci ilin may ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 15035.71 manat, depozit hesabına 1266.43 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 1672.06 manat olmuşdur. Vergi məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 150xx.xx-1672.06=13363.65 manat 18%=2405.45 manat büdcəyə ödəniş edilmişdir. 2021-ci ilin iyun ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 74671.25 manat, depozit hesabına 14880.82 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 23439.68 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 746xx.xx-23439.68=51231.57 manat 18%=9221.68 manat büdcəyə ödəniş edilmişdir. 2021-ci ilin iyul ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 1 13593.10 manat, depozit hesabına 28216.88 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 49168.69 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 1135xx.xx-49168.69=64424.41 manat 18%= 11596.39 manat büdcəyə ödəniş edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, 2021-ci ilin iyul ayının ədv bəyannaməsinə xx.xx.2021 tarixli **********728500 kameral hesablama barədə qərar təqdim edilərək tərəfinizdən əsassız olaraq kameral vergi hesablanmışdır. Vergi Məcəlləsinin 166.7-ci maddəsinə görə ödəmə dedikdə təqdim edilmiş malların, işlərin, xidmətlərin ədv-siz dəyəri nəzərdə tutulur. 2021-ci ilin iyul ayında mal, iş, xidmətlərə görə daxil olan vəsaitin ədvsiz dəyəri 113593.10 manat olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşdirilən məbləğ 49168.69 manat büdcəyə ödənilməli məbləğ 11596.39 manat olmuşdur. Lakin tərəfinizdən 2021 -ci ilin iyul ayının mal, iş, xidmətlərin ədvsiz dəyəri depozit hesabına daxil olan ədvinin yəni 28216.88/0.18=156760.44 manat hesablayaraq, əsas məbləği ödənilməyən ədv- yə kameral hesablamısınız. 2021-ci ilin Avqust ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 108452.6 manat, depozit hesabına 19192.44 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 46338.6 manat olmuşdur. Vergi məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 108452.6- 46338.6=62114 manat 18%= 11180.52 manat büdcəyə ödəniş edilmişdir. 2021-ci ilin sentyabr ayı üzrə görülmüş iş və göstərilmiş xidmətlər qarşılığında bank hesabına 93815.24 manat, depozit hesabına 28541.7 manat vəsait daxil olmuşdur. Aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 42343.48 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələblərinə uyğun olaraq (166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.) 93815.24- 42343.48=51471.76 manat 18%=9264.91 manat büdcəyə ödəniş edilmişdir. xx.xx.2020 tarixdən xx.xx.2021 tarixədək bank hesabına 427588.43 manat, ədv depozit hesabı 96051.86 manat vəsait daxil olmuşdur, aldığı xidmətlər qarşılığında əvəzləşmə məbləği 167706.94 manat olmuşdur. Vergi Məcəlləsinin 166.7-ci maddəsinə uyğun olaraq mal, iş və xidmətlərdən bank hesabına daxil olmuş ədv-siz məbləğ yəni 427588.43 manat çıxılsın əvəzləşdirilən məbləğ 167706.94 fərq 46778.66 manat büdcəyə ödəniş edilmişdir. Göründüyü kimi tərəfinizdən depozit hesabına daxil olmuş ədv məbləği üzrə dövriyyəni müəyyən edib kameral hesablanıb lakin Vergi Məcəlləsinin 166.7-ci maddəsində qeyd olunub ki, 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi təqdim edilmiş mal, iş, xidmətin ƏDV-siz dəyərinin ödənişi qeyd olunur bizdə bu məcəllənin tələblərinə uyğun olaraq ədv bəyannaməsini təqdim etmişlər. Qeyd edirlər ki, xx.xx.2020 tarixdən başlayaq Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq dəyişdiklər edilmişdir. Vergi tutulan dövriyyə təqdim edilmiş mal, iş və xidmətlər üzrə ödəmənin həyata keçdiyi vaxt sayılır. Ödəmə dedikdə Vergi Məcəlləsinin 166.7-ci maddəsi üzrə təqdim edilmiş, mal, iş və xidmətlərin ədv-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. xx.xx.2021 tarixli **********886200 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq xx.xx.2021 tarixdə **********486600 nömrəli cavab məktubu ilə bank çıxarışlarını və dövriyyələr barədə ətraflı məlumat vermişlər və aidiyyatı sənədi qoşmada təqdim etmişlər. Göründüyü kimi kameral hesablama aparan əməkdaş bank çıxarışlarına nəzər salmayıb. Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən xx.xx.2020 tarixdən hesabat dövrü üzrə bank hesabına daxil olan vəsait aidiyyatı üzrə ədv bəyannaməsində qeyd edilib və vergi hesablanıb. Ədv depozit hesabına daxil olan ədv məbləği üzrə dövriyyənin müəyyən edilməsi və bu dövriyyədən vergi hesablanması vergi məcəlləsinin 166.7 maddəsinə ziddiyyət təşkil edir. Lakin vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişlər. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdehin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdiyi xüsusatlara əsasən razılaşmır və hesab edirlər ki, qərarlar Azərbaycan Respublikasının “İnzibati iİcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququnun olduğunu bildirmişlər. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən qeyd olunan hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq, vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək və qanunlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüququmuz vardır. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 3.8-ci maddəsinə əsasən Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1.1ci maddəsinə əsasən vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq vergi ödəyicisinin hüququdur. 15.1.2- ci maddəsinə əsasən vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq vergi ödəyicisinin hüququdur. 15.1.7-ci maddəsinə əsasən vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüququdur. 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək vergi ödəyicisinin hüququdur. 15.1.9cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 15.1.12-ci maddəsinə əsasən vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək vergi ödəyicisinin hüququdur. 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 37-ci maddəsinə əsasən 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94-cü maddəsinə əsasən 94.0. Verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu - vergi orqanının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2002-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2003-cü il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyətdən ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 47869,16 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 40557,72 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 7311,44 manat, həmçinin, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 95103,22 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 82999,7 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 12103,52 manat ƏDV- nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********741100 nömrəli və xx.xx.2021-ci il tarixli **********886200 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq əsaslı izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin iyul ayı üçün 7311,44 manat, sentyabr ayı üçün 12103,52 hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********728500 nömrəli və xx.xx.2021-ci il tarixli **********489200 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Bildiririk ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Cəmiyyətin bank hesabma daxil olmuş əsas məbləğlərə uyğun ƏDV məbləği ilə Cəmiyyətin ƏDV-nin sub-uçot hesabına daxil olmuş ƏDV məbləğlərinin müqayisəsi zamanı (xx.xx.2020-ci il tarixə aid debitor borc məbləği mövcud olmamış, ƏDV-nin subuçot hesabı vasitəsilə geri qaytarılmış məbləğlər nəzərə alınmaqla) 19667,30 manat kənarlaşma aşkar edilmiş, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 147,37,0 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1********.1), üzrə 448,56 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 19071,42 manat ƏDV məbləğində artıq ödənilmiş vəsaitlər müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən bir neçə dəfə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş, müraciətlərlə əlaqədar Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021 -a il tarixli **********305700 nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilmiş və məktuba cavab olaraq xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-c’ il tarixli **********313800 və **********713900 nömrəli) məktublarla müraciət edilərək inzibati araşdırmaya Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı ƏDV-nin sub-uçot hesabına ödənişlərin bank hesablarına daxil olan əsas məbləğlərlə müqayisədə ƏDV məbləğinin daha çox gəlməsinə səbəb kimi bəzi şirkətlərdən ƏDV məbləğlərinin ƏDV-nin sub-uçot hesabına ödənildiyi, lakin əsas məbləğlərin bank hesablarına ödənilmədiyi və bu səbəbdən də müvafiq dövrlər üzrə təqdim edilən bəyannamələrdə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədə bəyan edilmədiyini qeyd etmişdir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edəmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDXAnn depozit hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əlləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalan”nın 1.1-ci bəndində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi qeyd olunmuşdur. Qaydaların 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank nesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa, inzibati araşdırma ilə təqdim edilmiş işlərin, xidmətlərin ƏDV-siz dəyərini öaəməyən şirkətin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) (105952,33 manat dəyərində) olduğu, həmin şirkətin rəhbərinin Cəmiyyətin rəhbəri ilə eyni şəxs olduğu, təsisçilərinin isə Cəmiyyətin təsisçisinin övladları olduğu və nəticədə qarşılıqlı asılı şəxslər olduğu, həmin müəssisə ilə 2021-ci ilin aprel ayından etibarən əməliyyatlar aparıldığı, xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində icarə xidmətinə görə 117202,33 manat dəyərində (ƏDV-si 21096,42 manat) elektron qaimə-fakturalar tərtib edildiyi, lakin əsas məbləğin ümumiyyətlə ödənilmədiyi müəyyən edilmişdir. Beləlikə, Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərar: ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında-uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvezləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci və 1.4-cü bəndlərində -malların dəyəri ödənilərkən yalnız ƏDV məbləğinin ödənilməsi, eyni zamanda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda və Vergi Məcəlləsində nəzərdə tutulmadığını, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ƏDV sub-uçot hesabına 96051,86 manat ƏDV məbləği daxil olduğunu, daxil olmuş məbləğin 948,64 manat hissəsinin geri qaytarılmış ƏDV məbləğinə aid edildiyi və nəticədə qalan 95103,22 manat ƏDV məbləği ilə 2021-ci ilin sentyabr ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə cəlb edilən əməliyyatlar - üzrə göstərilən dövriyyədə həmin dövrə qədər təqdim edilmiş ƏDV bəyannamələri üzrə 19414,96 manat ƏDV məbləği qədər kənarlaşma aşkar edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrü atı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 14.3.2 -ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər. cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat ştablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydhda aparmağa borcludurlar. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericilivinin pozulmasında təqsirsiz hesab edilir, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Əlavə olaraq bildirirlər ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlər; iin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetiriiməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununur 32-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, ƏDV 2021 iyul ayı üzrə xx.xx.2021-ci il tarixli **********728500 nömrəli və ƏDV 2021 sentyabr ayı üzrə xx.xx.2021-ci il tarixli **********489200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - VÖEN şəhadətnaməsinin surəti. - Uyğunsuzluq məktubları və onlara cavab məktublarının surətləri. - Şəxsi hesab vərəqəsindən çıxarış. - mübahisələndirilən qərarlardan inzibati qaydada verilmiş şikayətlərin surəti. - cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********728500 nömrəli və xx.xx.2021-ci il tarixli **********489200 nömrəli qərarların surəti. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Məhkəmə iddia müddəti ilə balı qeyd edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********728500 nömrəli və xx.xx.2021-ci il tarixli **********489200 nömrəli qərarlarından inzibati qaydada şikayət vermiş, daha sonra məhkəmədə iddia qaldırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. 2021-ci il iyul ayı üçün 7311,44 manat, sentyabr ayı üçün 12103,52 manat kameral hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********728500 nömrəli və xx.xx.2021-ci il tarixli **********489200 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Hesablamaya əsas xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ƏDVnin sub-uçot hesabı vasitəsi ilə geri qaytarılmış məbləğlər nəzərə alınmaqla 19667,30 manat məbləğində ƏDV-nin daxil olması lakin, həmin ƏDV məbləğlərinin vergi bəyənnaməsində əks etdirilməməsi olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 147.37,0 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 448,56 manat ƏDV məbləği, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) üzrə 19071,42 manat ƏDV məbləğində ödənilmiş vəsaitlər olsa da əsas məbləğlər müəssisənin bank hesabına daxil olmamışdır. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Göründüyü kimi, Vergi Məcəlləsində konkret olaraq vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə İddiaçı MMC-nin 2021-ci il iyul və sentyabr ayları üçün ƏDV məbləğləri daxil olmuş mal, iş, xidmət üzrə əsas məbləğin daxil olmasına, həmçinin həqiqətən də müvafiq əməliyyatlar üzrə ödənişin bank hesabına daxil olmasına dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Həmin Məcəllənin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. - 70.1-ci maddəsinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinənin ƏDV üzrə “iyul 2021” dövrü üzrə 22 sentyabr 2021-ci il tarixli **********728500 və ƏDV üzrə “sentyabr 2021” dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinənin ƏDV üzrə “iyul 2021” dövrü üzrə 22 sentyabr 2021ci il tarixli **********728500 və ƏDV üzrə “sentyabr 2021” dövrü üzrə 29 noyabr 2021-ci il tarixli **********489200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar