Məhkəmə qərarları › İş №2-1(112)-4675/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4675/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4675/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X28, X43, X44, X10, X95, X96, X135 oğlu, X97, X98, X149, X99, X82, X29, X30, X45, X100, X90, X121, X101, X132, X62, X102, X103, X104, X46, X63, X64, X105, X83, X31, X32, X144, X133, X122, X65 və X47 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X28, X43, X44, X10, X95, X96, X135 oğlu, X97, X98, X149, X99, X82, X29, X30, X45, X100, X90, X121, X101, X132, X62, X102, X103, X104, X46, X63, X64, X105, X83, X31, X32, X144, X133, X122, X65 və X47 üçüncü şəxs qismində zəruri olaraq inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X28, X48, X44,X3, X95, X96, X135 oğlu, X97, X106, X149, X107, X82, X21, X30, X45, X100, X92, X121, X101, X132, X62, Eyvazova,Nigar Camal qızı, X103, X104, X66, X84, X67, X105, X83, X31, X32, X144, X133,X122, X65, X11 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Qeydiyyat və Miqrasiya Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə cavabdeh kimi göstərilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin göstərilməsini və X28, X43, X44, X10, X95, X96, X135 oğlu, X97, X98, X149, X99, X82, X29, X30, X45, X100, X90, X121, X101, X132, X62, X102, X103, X104, X46, X63, X64, X105, X83, X31, X32, X144, X133, X122, X65 və X12 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, ev 2, mənzil 33 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, ev 2, mənzil 33 2010-cu ildən iddiaçının qanuni mülkiyyətindədir, mərhum qeyri-rəsmi həyat yoldaşı X27 vəsiyyətnamə ilə miras qalmışdır. Həmin dövrdən də əvvəl iddiaçı göstərilən ünvanda qeydiyyatda olmuş və daimi ailə üzvləri ilə birgə yaşayır. xx.xx.2022-ci il tarixində iddiaçı 4 saylı Asan Xidmət Mərkəzindən arayış alarkən evində tanımadığı 36 nəfər kənar şəxslərin qeydiyyatda olduğunu bilmişdir. Qeydiyyatda olan şəxslərin heç birini tanımır, onunla yaşamamışlar, qonşuluqda yaşayanlar deyil, əvvəllər də heç birini görməmiş və harada yaşamaları barədə məlumatı yoxdur. Həmin şəxlər faktiki olaraq evində yaşamasalar da, həmin ünvanda formal olaraq qeydiyyatda qalmışlar. Həmin şəxslərin iddiaçıya məxsus olan evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırdıgından şəxsin qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdehə mürəciət etmiş, lakin cavabdeh ona imtina vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X28, X43, X44, X10, X95, X96, X135 oğlu, X97, X98, X149, X99, X82, X29, X30, X45, X100, X90, X121, X101, X132, X62, X102, X103, X104, X46, X63, X64, X105, X83, X31, X32, X144, X133, X122, X65 və X47 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin cavabdeh məhkəməyə ərizə verərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və 3-cü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, ünvan 2 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 073- 40702M-3222 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ərizəsində qeyd edilmiş vətəndaşlar X4, X13, X14, X1, X49, X50, X135 oğlunun, X51, X52, X123, X53, X33, X5, X6, X15, X54, X42, X68, X55, X85, X22, X56, X57, X58, X16, X34 X23, X59, X35, X7, X8, X108, X86, X69, X24, X12 iddiaçıya məxsus olan ünvandan pasport qeydiyyatından çıxarılmaları Bakı şəhəri Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməyi məqsədə müvafiq hesab edilir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi, ev 2 ünvanında yerləşən 33 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - ASAN 4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, xx.xx.1991-ci il təvəllüdlü X36, xx.xx.1954-cü il təvəllüdlü X28, xx.xx.2014-cü il təvəllüdlü X43, xx.xx.2000-ci il təvəllüdlü X44, xx.xx.1982-ci il təvəllüdlü X10, xx.xx.1989-cu il təvəllüdlü X95, xx.xx.1980-ci il təvəllüdlü X96, xx.xx.1992-ci il təvəllüdlü X25, xx.xx.1978-ci il təvəllüdlü X135 oğlu, xx.xx.1992-ci il təvəllüdlü X97, xx.xx.1981-ci il təvəllüdlü X98, xx.xx.1971-ci il təvəllüdlü X149, xx.xx.2009-cu il təvəllüdlü X99, xx.xx.2015-ci il təvəllüdlü X82, xx.xx.1964-cü il təvəllüdlü X29, xx.xx.2007-ci il təvəllüdlü X30, xx.xx.1988-ci il təvəllüdlü X45, xx.xx.1976-cı il təvəllüdlü X100, xx.xx.2013-cü il təvəllüdlü X90, xx.xx.1963-cü il təvəllüdlü X121, xx.xx.1960-cı il təvəllüdlü X101, xx.xx.1955-ci il təvəllüdlü X132, xx.xx.1978-ci il təvəllüdlü X62, xx.xx.1980-ci il təvəllüdlü X102, xx.xx.1983-cü il təvəllüdlü X103, xx.xx.1963-cü il təvəllüdlü X104, xx.xx.1975-ci il təvəllüdlü X46, xx.xx.1969-cu il təvəllüdlü X63, xx.xx.1969-cu il təvəllüdlü X67, xx.xx.1970-ci il təvəllüdlü X105, xx.xx.1975-ci il təvəllüdlü X83, xx.xx.1979-cu il təvəllüdlü X31, xx.xx.1983-cü il təvəllüdlü X37, xx.xx.1985-ci il təvəllüdlü X144, xx.xx.1986-cı il təvəllüdlü X133, 0.04.1988-ci il təvəllüdlü X122, xx.xx.1988-ci il təvəllüdlü X17, xx.xx.1993-cü il təvəllüdlü X65 və xx.xx.1995-ci il təvəllüdlü X47 ünvan 5 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, **********69 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan şəxslərin ünvan 5 ünvanında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba qoşma olaraq göndərilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi, ev 2 ünvanında yerləşən 33 nömrəli mənzil iddiaçı, İddiaçı xüsusi mülkiyyətindədir. -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 49/2-9667 nömrəli məktubu ilə iş üzrə 3-cü şəxslərin fərdi uçot kartoçkalarının surəti göndərilmişdir: -X70 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X71 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X87 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1988-ci ildə Salyan şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X72 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1981-ci ildə Gədəbəy rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X60 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 6 ünvanında qeydiyyatdadır. - X2 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1982-ci ildə Zaqatala rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X73 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1983-cü ildə Beyləqan rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X38 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X18 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X74 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1980-ci ildə Ermənistanın Masis rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X19 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1979-cu ildə Şəmkir şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X75 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1980-cü ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X109 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1986-cı ildə Lerik rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X26 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X39 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1969-cu ildə Zaqatala rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X110 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1955-ci ildə Ağdam rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X20 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1983-cü ildə Ağsu şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X124 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1985-ci ildə Bərdə rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X76 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X40 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X41 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1969-cu ildə Naxçıvan MR-nın Şahbuz rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. -X88 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1960-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X89 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1963-ci ildə Ermənistanın Masis rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X134 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X77 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X9 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1964-cü ildə Ermənistanın Masis rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - X78 məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1989-cu ildə Saatlı rayonunda doğulmuşdur və ünvan 8 ünvanında qeydiyyatdadır. - X135 oğluna məxsus fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır. - 69 saylı MKİS-in sədri tərəfindən məhkəmənin bildirişi üzərində edilən qeydə əsasən iş üzrə 3-cü şəxslər ünvan 8 ünvanında 2010-cu ildən yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı mənzildə qeydiyyatdadır və mənzildən istifadə edir və daimi yaşayır. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X28, X48, X44,X3, X95, X96, X135 oğlu, X97, X106, X149, X107, X82, X21, X30, X45, X100, X92, X121, X101, X132, X62, Eyvazova,Nigar Camal qızı, X103, X104, X66, X84, X67, X105, X83, X31, X32, X144, X133,X122, X65, X11 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. X28, X48, X44,X3, X95, X96, X135 oğlu, X97, X106, X149, X107, X82, X21, X30, X45, X100, X92, X121, X101, X132, X62, Eyvazova,Nigar Camal qızı, X103, X104, X66, X84, X67, X105, X83, X31, X32, X144, X133,X122, X65, X11 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 11

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar