Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4677/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçıin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, AR DMX-nin İQ-67/4 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçıin xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzəyinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Rawalpindi şəhərində doğulduğunu, milliyətcə pəncablı olduğunu, dini etiqadına görə xristian (protestant) olduğunu, 2004-cü ildə Rawalpindi şəhərində St Mary school adlı məktəbdə 10 illik orta təhsilini 2006-cı ildə Golden College-i iqtisadiyyat ixtisası üzrə bitirdiyini bildimişdir. Əmək fəaliyyəti barədə məlumat verərkən ərizəçi 2011-2016-cı illərdə Rawalpindi şəhərində çağrı mərkəzində işlədiyini, 2016-2024-cü illərdə rəqəmsal marketinqlə məşğul olduğunu bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, arvadının və 2 övladının hazırda onunla birlikdə Bakı şəhərində yaşadığını, atasının vəfat etdiyini, anasının, 3 bacı və 3 qardaşının Pakistanda, bacısının isə Kanadada yaşadıqlarını qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adları, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bu ilin yanvar ayında yaşadığı Ravalpindi şəhərində onun iki iş yoldaşı ilə dini məsələ üstündə mübahisələri düşmüş və sonradan həmin şəxslər digər adamlar vasitəsilə onu və ailəsini təhdid etməyə başlamışlar. Bu ilin 4 mart tarixində, o, təhdidlərə görə evini dəyişmiş və elə həmin şəhərdə başqa bir evi kirayələmişdir. Lakin ev sahibi ilə 1 illik kirayə müqaviləsinin olmasına baxmayaraq, bu ilin 13 iyul tarixində ev sahibi ona evi boşaltmağı tələb etmişdir. Bundan sonra ərizəçi ona qarşı bütün təqiblərin arxasında onun keçmiş iş yoldaşlarının olduğu ehtimal edərək, 25 iyul 2024-cü il tarixdə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin müəyyən faktlarının müəyyən edilməsi və bu faktların mötəbəri il iyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxsunun, real riskin olub-olmadığını yoxlanılmalıdır. İddiaçının izahatlarının mötəbərliliyi qiymətləndirilərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materialında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları üzrə təhdidlərər məruz qaldığını qeyd etmişdir. Göstərilən bu kimi hallar iddiaçının ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar iddiaçının işin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, iddiaçının izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX müəyyən iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: - iddiaçının təqiblərə məruz qalması və dövlət tərəfindən müdafiəsinin effektiv təmin olunmamasıdır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də iddiaçının izahatı xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, iddiaçının izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, iddiaçının izahatları mötəbər sayılmalıdır.
3. Cavabdehin İQ-67/4 saylı xx.xx.2024-cü il tarixli Pakistan İslam Respublikasının vətəndaşı İddiaçıə qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarı onunla əsaslandırılmışdır ki, İddiaçı “Qaçqın” statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Rawalpindi şəhərində doğulduğunu, milliyyətcə pəncablı olduğunu, dini etiqadına görə xristian (protestant) olduğunu, 2004-cü ildə Rawalpindi şəhərində “St. Mary school” adlı məktəbdə 10 illik orta təhsilini, 2006-cı ildə “Golden College” iqtisadiyyat ixtisası üzrə bitirdiyini bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərkən ərizəçi 2011- 2016-cı illərdə Ravalpindi şəhərində çağrı mərkəzində işlədiyini, 2016-2024-cü illərdə rəqəmsal marketinqlə məşğul olduğunu bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, arvadının və 2 övladının hazırda onunla birlikdə Bakı şəhərində yaşadığını, atasının vəfat etdiyini, anasının, 3 bacı və 3 qardaşının Pakistanda, 1 bacısının isə Kanadada yaşadıqlarını qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, o, özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi qaçqın statusu əldə etmək üçün müraciətinin səbəbini izah edərkən bildirmişdir ki, bu ilin yanvar ayında yaşadığı Ravalpindi şəhərində onun iki iş yoldaşı ilə dini məsələ üstündə mübahisələri düşmüş və sonradan həmin şəxslər digər adamlar vasitəsilə ona və ailəsinə təhdid etməyə başlamışlar. Bu ilin 4 mart tarixində o, təhdidlərə görə evini dəyişmiş və elə həmin şəhərdə başqa bir evi kirayələmişdir. Lakin ev sahibi ilə 1 illik kirayə müqaviləsinin olmasına baxmayaraq, bu ilin 13 iyul tarixində ev sahibi ona evi boşaltmağı ələb etmişdir. Bundan sonra ərizəçi ona qarşı bütün təqiblərin arxasında onun keçmiş iş yoldaşlarının olduğunu ehtimal edərək, 25 iyul 2024-cü il tarixdə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. İddiaçıin və həyat yoldaşının müsahibə zamanı bildirdiklərindən müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi bu ilin 18 yanvar tarixində naməlum şəxslər tərəfindən bərk döyüldüyünü, başına ağır əşya ilə vurulan zərbədən xəsarət aldığını, başına sarğı qoyulması üçün yaxınlıqdakı xəstəxanaya getdiyini, lakin həmin xəstəxananın adını bilmədiyini, həmçinin oradan heç bir sənəd təqdim edə bilmədiyini qeyd etsə də, arvadının bu məsələ ilə bağlı dedikləri tam ziddiyyət təşkil etmişdir. Belə ki, arvadının bildirdiklərindən məlum olmuşdur ki, ərizəçi başına sarğı qoymaq üçün heç bir xəstəxanaya getməmiş, xəsarəti ciddi olmadığı üçün sarğını evdə qoydurmuşdur. Bundan əlavə ərizəçi bu ilin 18 yanvar tarixində ona edilən hücumla bağlı polisə şikayət etdiyini və polisin onun xristian olduğuna görə bununla bağlı heç bir tədbir görmədiyini bildirsə də, arvadı ilə aparılan müsahibə zamanı ərinin polisə şikayət etmədiyini, buna ehtiyac olmadığını, ona həmlə edən iş yoldaşları ilə münasibətlərini korlamaq istəmədiyini bildirməsi ərizəçi və onun arvadının izahatlarında uyğunsuzluqlar kimi qəbul edilmiş və bu uyğunsuzluqlar ərizəçinin ifadələrinin düzgünlüyünü şübhə altına almışdır. Həmçinin qeyd edilməlidir ki, ərizəçi ailəsi ilə birlikdə yaşayış yerini 4 mart tarixində dəyişib eyni şəhərdə başqa evə köçdükdən sonra yeni yaşayış yerində ciddi təhdidlə üzləşməmiş, bəzən onlara təhdid zəngləri gəlmişdir. İddiaçıin və həyat yoldaşının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, siyasi əqidələrinə və dini etiqadlarına görə ciddi şəkildə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Bundan əlavə qeyd etmək lazımdır ki, mənşə ölkəsi üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, Pakistanda dini azlıqların, o cümlədən xristianların hüquqlarının rəsmi səviyyədə müdafiəsi üçün qanunvericilik baxımından müəyyən işlər görülmüş və görülməkdədir. Belə ki, Pakistan hökumətinin qanunvericilik orqanları olan Senat (Yuxarı Palata) və Milli Assambleya (Aşağı Palata) tərəfindən Pakistanda dini azlıqların hüquqlarının müdafiəsi üçün 2020-ci ildə qanun qəbul edilmiş, Pakistanın Milli Assambleyası dini azlıqların müdafiəsi ilə bağlı avqust 2023-cü ildə yeni qanun layihəsi qəbul etmiş, lakin bu qanun layihəsi natamam olduğu üçün Pakistan Senatı tərəfindən yenidən işlənmək üçün Milli Assambleyaya qaytarılmışdır. (CSW (X1) Senatın vətəndaş cəmiyyəti ilə məsləhətləşdikdən sonra Azlıqlar üzrə Milli Komissiyanın qüsurlu qanun layihəsini ləğv etmək qərarını alqışlayır. Ümid edirik ki, Pakistanda dini azlıqların hüquqlarını qorumaq üçün çox ehtiyac duyulan qanunvericiliyin mümkün qədər təsirli olmasını təmin etmək məqsədi ilə bütün müvafiq maraqlı tərəflər arasında dialoq davam edəcək". Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçıin şəxsi işi Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla və ailə üzvü ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 1 noyabr 2024-cü il tarixli, 22 saylı protokolu).
4. Cavabdeh Dövlət Miqrasiya Xidməti etirazını onunla əsaslandırmışdır ki, iddiaçı X3 qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-67/4 nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. İddiaçı və arvadı ilə müsahibə zamanı ziddiyətlər aşkar olunmuş; 2. Təhdid olunmasına dair hər hansı sübut təqdim etməmiş; 3. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.
İİ. İddianın növü və mümkünlüyü
8. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
9. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
10. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
11. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
İİİ. Məhkəmənin mövqeyi
12. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-67/4 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Pakistan Respublikasının vətəndaşı İddiaçıə qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Rawalpindi şəhərində doğulduğunu, milliyyətcə pəncablı olduğunu, dini etiqadına görə xristian (protestant) olduğunu, ali təhsilini 2006-cı ildə “Golden College” iqtisadiyyat ixtisası üzrə bitirdiyini, 2016-2024-cü illərdə rəqəmsal marketinqlə məşğul olduğunu, evli olduğunu, arvadının və 2 övladının hazırda onunla birlikdə Bakı şəhərində yaşadığını, atasının vəfat etdiyini, anasının, 3 bacı və 3 qardaşının Pakistanda, 1 bacısının isə Kanadada yaşadıqlarını bildirmişdir. Bu ilin yanvar ayında yaşadığı Ravalpindi şəhərində onun iki iş yoldaşı ilə dini məsələ üstündə mübahisələri düşdüyündən həmin şəxslər digər adamlar vasitəsilə ona və ailəsinə təhdid etməyə başladığını, 4 mart tarixində o, təhdidlərə görə evini dəyişdiyini, kirayə tutduğu evin sahibi ilə 1 illik kirayə müqaviləsinin olmasına baxmayaraq, bu ilin 13 iyul tarixində ev sahibi ona evi boşaldılmasını tələb etdiyini bildirmişdir. İddiaçı ona qarşı bütün təqiblərin arxasında onun keçmiş iş yoldaşlarının olduğunu ehtimal edir, bu səbəbdən 25 iyul 2024-cü il tarixdə ailəsi ilə birlikdə Pakistan İslam Respublikasını tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək keçirilmiş müsahibə nəticəsində cavabdehin qəbul etdiyi imtina qərarı ilə razılaşmamış, qərarın qanunsuz hesab edilərək, ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
14. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.
3. “Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.
7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.
15. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
16. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir.
17. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş İQ-09/1 nömrəli xx.xx.2022ci il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir.
18. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
19. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və təmin edilə bilməz.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva