Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-468/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X6, Üçüncü şəxs Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsi, X10 və X12) qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m torpaq sahəsinə dair icarə hüququ əsasında dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 Sentyabr 2007 ci il tarixli 10 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 oktyabr 2007-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Nizami rayon şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m torpaq sahəsi 2000- ci il tarixdən bu günə qədər iddiaçının istifadəsindədir. İddiaçı 21 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m torpaq sahəsini icarə hüququ əsasında daşınmaz əmlakin dövlət reyestr xidmətində qeydiyyata götürülməsinə və icarə hüququ əsasında torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi onun müraciətinə cavab olaraq bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 26 sentyabr 2000 ci il tarixli 911 sayli sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və iddiaçının istifadəsində olan toıpaq sahəsi bələdiyyə ayrılan torpaq sahəsinə aiddir. “Bələdiyyə torpaqlarinin idarə edilməsi haqqında” Azərbaycan Respublikasi Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvaiq icra hakimiyyəti orqanlarinin sələhiyyətlərini keçmiş Azərbaycan Respublikasi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. Həmçinin həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin Bələdiyyələrin Səlahiyyətinə aid olduğu göstərilmişdir. Azərbaycan Respublikasi Torpaq Məcəlləsi Haqqinda Qanunun 66 ci madəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüqüqlarını təsdiq edən sənədlər Bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmçinin həmin Qanunun 67-ci madəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüqüqlarmın Dövlət qeydiyyatı torpaq sahələri üzrərində hüquqlarını təstiq edən Bələdiyyə qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestirində qeydiyyata alınmalıdır. Bu səbəbə görə də iddiaçının istifadəsində olan torpaq sahəsinə icarə hüqüqu əsasında çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması tövsiyə edilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini və torpaq sahəsinin plan və ölçünü təqdim edərək dövlət reyestrindən icarə hüqüqu əsasında çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan heç bir əsas göstərmədən sənədlərin qəbul edilməsindən imtina etmişdir.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2021-ci tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı müraciətinə xx.xx.2020-ci il tarixli **********70 nömrəli məktubla da cavab verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.
4. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m torpaq sahəsinə dair icarə hüququ əsasında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2020- ci il tarixli **********73 xaricolma nömrəli, xx.xx.2020-ci il tarixli **********70 xaricolma nömrəli, xx.xx.2021-ci il tarixli **********05 xaricolma nömrəli, xx.xx.2021-ci il tarixli **********30 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və şərti göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X10) istifadəsindədir. Həmçinin torpaq sahəsinə digər fiziki şəxs (X12) tərəfindən müraciət olmuşdur. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər 3 qonşu torpaq sahəsi ilə bir hasar daxilindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.
6. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 911 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Nizami rayonu üzrə 330 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Nizami Bələdiyyəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının “Şəhərsalmanın əsasları haqqında” və “Memarlıq fəaliyyəti haqqında” Qanunlarını əsas tutaraq, Bələdiyyyə orqanlarına təhvil verilmiş torpaq sahələri üzərində yeni tikintilər üçün torpaq sahələri ayrılarkən onların seçilməsi, inşaat pasportunun hazırlanması və gələcək tikilinin layihəsini müvafiq qaydada sənədləşdirilməsi Bakı şəhərinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir ki, müvafiq qanunvericiliyə uyğun olaraq Nizami Bələdiyyəsinin mülkiyyətinə verilən ərazilər və torpaqlar üzərində hüquqları təsdiq edən rəsmi sənədlər hazırlanıb, Nizami Bələdiyyəsinə təhvil verilsin.
7. Bakı şəhəri Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi boş torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 10 nömrəli Qərarına əsasən Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 1140 kv.m faktiki istifadədə olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə yaşıllıq və abadlıq məqsədi ilə İddiaçı icarəsinə verilmişdir.
8. Bakı şəhər Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı X1 əsasən Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 1140 (min yüz qırx) kv.m olan ərazi yaşıllıq və abadlıq məqsədi ilə 49 illiyə İddiaçı icarəsinə verilmişdir.
9. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli Müqaviləyə əsasən “İcarəyəverən” (Bakı şəhəri Nizami Bələdiyyəsi) icarə əsasında Nizami rayon Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 (min yüz qırx) kv.m olan, gələcəkdə “sahə” adlanan ərazini “İcarəçiyə” (İddiaçı) uzun (qısa) müddətli 49 (qırx doqquz) il istifadəyə vermiş, “İcarəçi” (İddiaçı) isə onu qəbul etmişdir.
10. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı və Nizami bələdiyyəsi arasında xx.xx.2007-ci ildə bağlanmış torpaq icarə müqaviləsində qeyd olunan və İddiaçı istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılır. Nizami Bələdiyyəsi Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m olan bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında Sizin adınıza Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmir.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyət torpağıdır, uqodiyası “yollar və küçələr” olaraq qeyd edilmişdir.
12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd (Bələdiyyə qərarı) üzrə və faktiki ölçüsü 1140 kv.m təşkil edir. Tikili yoxdur. Sahə üzərində yaşıllıq ağacları (şam) vardır. Qonşu sahənin 1 ədəd istifadə olunmayan darvazası sözügən t/s-ə açılır. Təqdim olunan t/s-nin yerləşmə cizgisində istinad məsafələri qeyd olunmayıb.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X10) istifadəsindədir. Həmçinin, torpaq sahəsinə digər fiziki şəxs (X12) tərəfindən müraciət olmuşdur. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X2 (fin : 19UELKU) və X8(fin: 1ZZSW7R) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X2 (fin: 19UELKU) və X8 (1ZZSW7R) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul etməyinizi xahiş edilir.
15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında və 14.0 ha torpaq sahəsi istifadə hüququ əsasında X2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
16. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X10 və X12 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
17. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, göstərilən 3 torpaq sahəsi giriş-çıxışı sərbəst olan bir hasar daxilindədir. Ara sərhədləri şərtidir. Sahə üzərində yaşıllıq ağacları (meyvə və şam) vardır. Vahid elektron kadastr məlumatlarına əsasən sözügedən sahə Nizami rayonu inzibati ərazisidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkarlanmamışdır və şərti göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X10) istifadəsindədir. Həmçinin torpaq sahəsinə digər fiziki şəxs (X12) tərəfindən müraciət olmuşdur.
18. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/1750 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur: ...Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri Nizami Bələdiyyəsinin 10 nömrəli 21 sentyabr 2007-ci il tarixli qərarı ilə vətəndaş X3 icarəsinə, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1050 kv.metr sahəsi icarə üçün qayrılmışdır. ...Azırbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 iyun 2021-ci il tarixli, **********50 nömrəli məktubunun məlumatlarını, Azərbaycan Respublikasının Torpaq Məcəllləsini, “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarını (kadastrportalı.az) nəzərə alaraq, iddiaçı X4 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsi Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. ...X3 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsi Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
19. Üçüncü şəxs X12 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə X8 iddia etdiyi torpaq sahələri ayrı-ayrı torpaq sahələridir. Həmin torpaq sahələri üst-üstə düşmür. Hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir.
20. Üçüncü şəxs Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyəyə məxsus torpaqdır və İddiaçı bələdiyyə tərəfindən icarə müqaviləsi əsasında ayrılmışdır. Belə ki, bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması faktiki olaraq 2008ci ildən etibarən dayandırılmış, mübahisələndirilən torpaq sahəsi isə iddiaçı X9 2007-ci ildə ayrılmışdır. Müvafiq sahənin bələdiyyə torpağı olması qonşuluqda yerləşən torpaq sahəsinə münasibətdə analoji məhkəmə mübahisəsi zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyi ilə təsdiq olunur.
21. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
22. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
24. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
25. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
29. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.
30. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Bakı şəhəri Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi boş torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 10 nömrəli Qərarına əsasən Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 1140 kv.m faktiki istifadədə olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə yaşıllıq və abadlıq məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. - Bakı şəhər Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı X1 əsasən Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 1140 (min yüz qırx) kv.m olan ərazi yaşıllıq və abadlıq məqsədi ilə 49 illiyə İddiaçı icarəsinə verilmişdir. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli Müqaviləyə əsasən “İcarəyəverən” (Bakı şəhəri Nizami Bələdiyyəsi) icarə əsasında Nizami rayon Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 (min yüz qırx) kv.m olan, gələcəkdə “sahə” adlanan ərazini “İcarəçiyə” (İddiaçı) uzun (qısa) müddətli 49 (qırx doqquz) il istifadəyə vermiş, “İcarəçi” (İddiaçı) isə onu qəbul etmişdir. - Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin eskizi Nizami rayonu Nizami Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.
31. Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır.
32. Məhkəmə bununla bağlı ilk növbədə nəzərə alır ki, üçüncü şəxs Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyəyə məxsus torpaqdır və İddiaçı Bələdiyyə tərəfindən icarə müqaviləsi əsasında ayrılmışdır. Belə ki, bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması faktiki olaraq 2008-ci ildən etibarən dayandırılmış, mübahisələndirilən torpaq sahəsi isə iddiaçı X9 2007-ci ildə ayrılmışdır. Müvafiq sahənin bələdiyyə torpağı olması qonşuluqda yerləşən torpaq sahəsinə münasibətdə analoji məhkəmə mübahisəsi zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyi ilə təsdiq olunur.
33. Üçüncü şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş analoji məhkəmə mübahisəsi üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/1750 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur: ...Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri Nizami Bələdiyyəsinin 10 nömrəli 21 sentyabr 2007-ci il tarixli qərarı ilə vətəndaş X3 icarəsinə, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1050 kv.metr sahəsi icarə üçün qayrılmışdır. ...Azırbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 iyun 2021-ci il tarixli, **********50 nömrəli məktubunun məlumatlarını, Azərbaycan Respublikasının Torpaq Məcəllləsini, “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarını (kadastrportalı.az) nəzərə alaraq, iddiaçı X4 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsi Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. ...X3 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsi Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
34. Odur ki, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi və analoji iş üzrə X11 tərəfindən mübahisələndirilən torpaq sahəsi eyni ərazidə qonşuluqda yerləşir. Belə ki, hər iki torpaq sahəsi Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşir. X11 tərəfindən mübahisələndirilən torpaq sahəsinin Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş Ekspert Rəyi ilə təsdiq edilmişdir. Belə olan təqdirdə hazırki iş üzrə İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi məhkəmədə şübhə yaratmır.
35. Cavabdeh orqan imtinanın digər dəlili olaraq bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi digər fiziki şəxsin (X10) istifadəsindədir. Həmçinin, torpaq sahəsinə digər fiziki şəxs (X12) tərəfindən müraciət olmuşdur.
36. Məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasını tələb etsə də, X5 məxsus torpaq sahəsi ünvan 2 ünvanında yerləşir (cavabdeh orqan tərəfindən təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilmişdir). Odur ki, mübahisələndirilən torpaq sahəsi və X5 məxsus torpaq sahəsi üst-üstə düşmür (ünvanlar tamamilə fərqlidir, biri Suraxanı rayonu, digəri isə Nizami rayonunun ərazisində yerləşir).
37. Məhkəmə digər tərəfdən müəyyən edir ki, X12 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə X8 iddia etdiyi torpaq sahələri ayrı-ayrı torpaq sahələridir. Həmin torpaq sahələri üst-üstə düşmür. Hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir.
38. “İnzibati icraat haqqında” qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
39. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə yerləşmə cizgisini təsdiq etmişdir.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
41. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
42. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
43. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
44. X20 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
45. X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
47. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki və sahibliyində və istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
48. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Nizami rayonu Nizami Bələdiyyəsi tərəfindən İddiaçı icarə hüququ əsasında 1140 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi Nizami rayonu Nizami Bələdiyyəsi ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və iddiaçının qanuni sahibliyindədir.
49. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
50. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
51. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
52. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
53. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir (Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 911 nömrəli Sərəncamı iş materiallarına əlavə edilmişdir).
54. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
55. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
56. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
57. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı əsasında ayrılmış Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1140 kv.m. torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva