Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4682/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Ramazanova Nigar Cavanşir qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 27 dekabr 2014cü ildən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, cavabdehə müraciət edərək 27 dekabr 2014-cü ildən, yəni 57 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 12 yanvar 2021-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh öz imtinasında haqlı olmamış, onun çalışdığı güzəştli şərtlərlə pensiya hüququ verən işin, peşənin mahiyyətinə, yəni göstəricisinə deyil, adına istinad edərək “frezerçi” və “tokar" vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamasına əsaslanmışdır. Cavabdehin imtinası əsassızdır. Onun işlədiyi peşə qeyd olunan X7 11.14cü bəndində nəzərdə tutulmuşdur. O, xx xxxxxx 1957-ci ildə anadan olmuş və onun 16 iyul 1974-cü ildən 27 dekabr 2014-cü ilədək 27 il 3 ay 26 gün zərərli əmək şəraiti üzrə iş stajı vardır. Cavabdeh isə öz imtinasında frezerçi və tokar vəzifələrinin adlarının həmin Siyahıda göstərilməməsini əsas gətirmiş, əsas bir halı nəzərə almamışdır ki, həmin siyahıda təkcə peşələrin adları deyil, eyni zamanda peşələrin göstəriciləri də qeyd edilmişdir. Yəni hər hansı bir peşənin adından asılı olmayaraq əgər həmin peşənin göstəricisi qeyd edilən siyahıda nəzərdə tutulubsa, o zaman həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilir. Belə ki, hər bir peşənin fəaliyyət istiqaməti vardır ki, tornaçı və ya frezerçi peşəsi də metal məmulatlarının quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması fəaliyyətini əhatə edir və həmin peşə sahiblərinin adətən dəmir tozu ilə təmasda olması həmin işin zərərli iş olmasının göstəricisidir. Göründüyü kimi onun 57 yaşım 27 dekabr 2014-cü il tarixdə tamam olmuş, həmin dövrdə onun zərərli əmək şəraiti üzrə iş stajı 27 il 3 ay 26 gün və ümumi stajı isə 34 il 6 ay təşkil etdiyindən, onun artıq pensiya almaq hüququ yaranğından, ona 27 dekabr 2014-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 oğlu izahatında bildirdi ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan 16.07.1974-24.10.1977-ci il, 06.02.1980-13.05.1981-ci il, 05.06.1981-12.06.1981-ci il, 15.07.1982-01.10.1985-ci il, 02.10.1985-01.03.1999-cu il tarixləri arasındakı dövrlər ərzində və 19.04.2010-cu il tarixindən bugünədək işlədiyi “frezerçi”, həmçinin 08.07.1981-22.08.1981-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “tokar” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay 5 gün) təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 12.01.2021-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 16 iyul 1974-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızın surətində qeyd olunan 16.07.1974- 24.10.1977-ci il, 06.02.1980-13.05.1981-ci il, 05.06.1981-12.06.1981-ci il, 15.07.1982- 01.10.1985-ci il, 02.10.1985-01.03.1999-cu il tarixləri arasındakı dövrlər ərzində və 19.04.2010-cu il tarixindən bugünədək işlədiyiniz “frezerçi”, həmçinin 08.07.1981- 22.08.1981-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz “tokar” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 7 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.11.1977-ci il tarixdən 19.12.1979cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC “X5” TASC-nin 05.09.2014-cü il tarixli 12/47 saylı arayışında qeyd olunur: xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Mürvəd oğlu həqiqətən 14.08.2000-ci ildən 25.01.2010-cu ilədək “X5” TASC-də (keçmiş F.Dzerjinski adına maşınqayırma zavodu) alət sahəsində yivləri cilayan peşəsində işləmişdir. İddiaçı yivləri cilalayan peşəsində işlədiyi müddətdə ölçü alət və ləvazimatlarına aid olan müxtəlif yivli tıxac, yivli halqaların və müxtəlif məsul detalların yiv səthlərinin yüksək kvalitet və dəqiqliyə uyğun cilalanması əməliyyatını 25A-400x8x203 tipli abraziv daşlardan istifadə edərək quru üsulla yerinə yetirmişdir. İddiaçı yivləri cilalayan peşəsində işlədiyi vaxt əmək şəraiti zərərli olan işlərə aid olduğundan onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir və bu da güzəştli şərtlə yaşa görə pensiyaya getmək hüququ verir. İddiaçı Mürvəd oğlu işlədiyi yivləri cilalayan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” Trestinin 23.09.2014-cü il İŞ-01/2954 saylı arayışında qeyd olunur: İddiaçı həqiqətən Sov.İKP XXİİ qurultayı adına ’’Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Neft Daşları” X16 İdarəsində 08.07.1981-ci il tarixdən (əmr №124/k -08.07.1981) - 01.10.1985-ci il tarixinə kimi (Əmr № 138/k-11.09.1985) tornaçı, frezerçi peşələrində işləmişdir. Ümumi iş stajı: 34 il 04 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən (2 saylı siyahının X bölməsinin 1-a bəndi) göstərilən peşədə (tornaçı, frezerçi) işləyən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malik deyillər. ’’Xəzərdənizneftqazsənayesi” İB-nin 183 saylı 14.05.1992-ci il tarixli əmri ilə “Neft Daşları” X16 İdarəsi “Azərineft” Dövlət Konsern İB-nin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Neft Sənaye Nazirliyinin 48 saylı 03.03.1994-cü il tarixli əmri ilə ’’Azərineft” Dövlət Konserni Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adlandırılmışdır və “Xəzərdənizneftqaz” İB-nin “Neft Daşları” X16 İdarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24 saylı 31.03.2003-cü il tarixli əmri ilə X17 X8 yenidən təşkil olunaraq ARDNŞ-nin “Azneft” İstehsalat Birliyi adlandırılmışdır və “Neft Daşları” X16 İdarəsi onun tərkibinə verilmişdir. ARDNŞ-n 51 saylı 12.03.2007-ci il tarixli və 60 saylı 14.03.2007-ci il tarixli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Neft Daşları” X16 İdarəsi onun tərkibinə verilmişdir. ARDNŞ-n 27.12.2013-cü il tarixli ARDNŞ/13-1000/01/SM- 05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin “Neft Daşları” Qazma İşləri İdarəsi ləgv olunaraq “KQİ” trestinin “Neft Daşları” istehsalat bölümü kimi fəaliyyət göstərir. İş materiallarında olan “X5” ASC tərəfindən Vəkil ünvanlanmış 16.07.2021-ci il tarixli məktubda qeyd olunur: İddiaçı 15.09.1992-ci ildən 21.01.2010-cu ilə kimi onların müəssisəsində işləmişdir. Əvvəlcə frezləyici, 17.08.2000-cil tarixindən, kadrlar şöbəsinin 139 saylı əmri ilə yivləri cilalayan 5 dərəcə vəzifəsinə keçirilmişdir. Yanaşı olaraq frezləyici vəzifəsini də yerinə yetirmişdir. Yerinə yetirdiyi əsas işlər barədə ətraflı məlumat, Əməyin təşkili və əmək haqqı şöbəsinin verdiyi arayışda öz əksini tapmışdır. Həmin məktuba əlavə olunmuş Əməyin təşkili və əmək haqqı şöbəsinin arayışından görünür ki, İddiaçı həqiqətən 17.08.2000-ci ildən 21.01.2010-cu ilədək zavodun alət sexində 5 dərəcəli yivləri cilalayan peşəsində işləmişdir. İddiaçı yerinə yetirdiyi əsas işlərinə 5822M modelli yiv cilalayıcı dəzgahda (inventar № 2238) müxtəlif ölçülü kalibrlərin yivlərinin cilalanması əməliyyatı aiddir. Kalibrlərin yivlərinin cilalanması əməliyyatı quru üsulla aparıldığından, ona bu işin yerinə yetirilməsinə görə tarif maaşına 12% əlavə haqq, 6 t g. əlavə məzuniyyət və digər sosial güzəştlər verilmişdir. İddiaçı yivləri cilalayan dəzgahın sazlanması, detalların emalı üçün lazım olan kəsmə rejimlərini, yivin profili və addımından asılı olaraq cilalama dairəsinin seçilməsi işlərini də yerinə yetirmişdir. Şərifov F M. yivlərin cilanması əməliyyatında 25A400x8x203, dənəvərliyi 8 mk olan C1 və C2 bərkliyə malik olan abraziv daşlardan istifadə etmişdir. İddiaçı işlədiyi yivlərin cilalaması peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 11.14. metal emalı və digər peşələri bölməsinin “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilanması ilə məşğul olan fəhlələri” bəndinə uyğun gəlir. İddiaçı işlədiyi alət sexində yivlərin cilanması peşəsilə yanaşı 6 dər. frezləyici peşəsində çalışmış, işlədiyi 6R82 modelli horizontal frez dəzgahında inventar №1790). Müxtəlif ölşülü tərtibatların frezləmə əməliyyatların yerinə yetirmişdir və bu əməliyyat normal əmək şəraitində aparılmışdır. İddiaçı frezləmə dəzhahmda yerinə yetirdiyi frezləmə əməliyyatı onun gün ərzində yerinə yetirdiyi işlərin 20-25% təşkil etmişdir və bu işə görə heç bir sosial güzəştdən istifadə etməməşdir. İş materiallarında olan SOCAR “Kompleks qazma işləri” trestinin 12.08.2021-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü İddiaçı həqiqətən “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Neft Daşları” X16 İdarəsində 08.07.1981-ci tarixdən 01.10.1985-ci il tarixinə kimi işləmişdir. ”Xəzərdənizneftqazsənayesi” X2 11.05.1988-ci il tarixli 148 saylı əmri ilə “Neft Daşları” X16 İdarəsi SSSR-n Neft Sənaye Nazirliyi ’’Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin tərkibinə verilmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 14.05.1992-ci il tarixli 183 saylı əmri ilə “Neft Daşları” X16 İdarəsi "Azərineft” X9 Birliyinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Neft Sənaye Nazirliyinin 03.03.1994-cü il tarixli 48 saylı əmri ilə ’’Azərineft” Dövlət Konserni Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adlandırılmışdır və ’’Xəzərdənizneftqaz” İstehsalat Birliyinin “Neft Daşları” X16 İdarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24 saylı 31.03.2003-cü il tarixli əmri ilə X17 X8 yenidən təşkil olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi adlandırılmışdır və “Neft Daşları” X16 İdarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 51 saylı 12.03.2007-ci il tarixli və 60 saylı 14.03.2007-ci il tarixli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Neft Daşları" X16 İdarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 27.12.2013-cü il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin “Neft Daşları” Qazma İşləri İdarəsi ləğv olunaraq “Kompleks qazma işləri” trestinin “Neft Daşları” istehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” 27.03.2021ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Neft Daşları", “Günəşli” İstehsalat bölümləri hal-hazırda “Neft Daşları-Günəşli” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı 08.07.1981-ci ildən 22.08.1981-ci ilədək “Neft Daşları“ X16 İdarəsi Mexaniki emalatxanın təmir kirayə sexində 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir (əmr №124/K, 08.07.1981ci il), 22.08.1981-ci ildən 15.07.1982-ci ilədək həmin sexdə 3-cü dərəcəli frezerçi peşəsinə keçirilmişdir (əmr №176/K, 21.08.1981-ci il), 15.07.1982-ci ildən 01.10.1985-ci ilədək həmin sexdə 4-cü dərəcəli frezerçi peşəsinə keçirilmiş (əmr № 222, 16.07.1982-ci il) və 01.10.1985-ci ildə işdən azad edilmişdir (əmr № 138/K, 11.09.1985-ci il). Bu müddətə iş stajı: 04 il, 02 ay, 23 gündür. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 16.07.1974-cü ildə Vorovski adına Bakı X1 alətlər sexinə frezerçinin tələbəsi kimi qəbul edilmiş, 01.03.1975-ci ildə 2-ci dərəcəli frezerçi keçirilmiş, 05.05.1976-cı ildə 3-cü dərəcəli frezerçi keçirilmiş, 24.10.1977-ci ildə Sovet Ordusunun sıralarına qoşulduğu üçün işdən azad edilmiş, 03.11.1977-ci ildən 19.12.1979-cu ilədək Sovet Ordusunun sıralarında xidmət etmiş, 06.02.1980-ci ildə Vorovski adına Bakı X1 alətlər sexinə 3-cü dərəcəli frezerçi kimi qəbul edilmiş, 13.05.1981-ci ildə işdən azad edilmiş, 05.06.1981-ci ildə işdən azad etmənin ləğv edilməsi və alətlər sexində orta qazancın ödənilməsi ilə 3-cü dərəcəli frezerçi kimi işə bərpa edilmə, 12.06.1981-ci ildə işdən azad edilmiş, 08.07.1981-ci ildə “Neft Daşları” X16 İdarəsi qazma avadanlığı, borular və turboboruların yayma və təmir sexinin mexaniki emalatxanasına 3-cü dərəcəli tornaçı kimi qəbul edilmiş, 22.08.1981-ci ildə həmin sexə 3-cü dərəcəli frezerçi kimi keçirilmiş, 15.07.1982-ci ildə 4-cü dərəcəli frezerçi ixtisas dərəcəsi verilmiş, 01.10.1985-ci ildə işdən azad edilmiş, 02.10.1985-ci ildə Bakı X4 X10 Birliyi “Soyuzneftmaş” SSR ”Minximnefmaş” zavoduna 4-cü dərəcəli frezerçi qəbul edilmiş, 15.12.1987-ci ildə 5-ci dərəcəli frezerçi dərəcəsi verilmiş, 14.09.1992-ci ildə işdən azad edilmiş, 15.09.1992-ci ildə X12 7 saylı sexə zavodun ştatına 5-ci dərəcəli frezerçi kimi keçirilmiş, 01.03.1999-cu ildə ikinci ixtisas verilmiş: 2-ci dərəcəli rəndəçi, 01.07.2000-ci ildə üçüncü ixtisas verilmiş: 3-cü dərəcəli oyma-cilalayıcı, 14.08.2000-ci il ildə 7 saylı sexə 5-ci dərəcəli oyma-cilalayıcı kimi keçirilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 31.10.2001-ci il tarixli 189 saylı sərəncamı ilə X5nun bazasında onun hüquqi varisi olmaqla səhmləri dövlətə məxsus "xxxx" ASC-nin “X5” TASC sayılmış, 01.06.2005-ci ildə həmin sahədə 6 dərəcəli yivləri cilalayan keçirilmiş, 25.01.2010-cu ildə işdən azad edilmiş, 19.04.2010-cu ildə "xxxx" TASC mexaniki təmir sexinə 5-ci dərəcəli frezerçi vəzifəsinə qəbul edilmiş, 01.07.2011-ci ildə işdən azad edilmiş, 01.07.2011-ci ildə “X14 Kompani ŞA” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi yerüstüavadanlıqların təmir-quraşdırılması sexinə 5-ci dərəcəli frezerçi qəbul edilmişdir və hal-hazıra kimi işləyir (21.05.2021-ci il). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İddiaçı 03.11.1977-ci il tarixdən 19.12.1979-cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 16.07.1974-cü ildə Vorovski adına Bakı X1 alətlər sexinə frezerçinin tələbəsi kimi qəbul edilmiş, 01.03.1975-ci ildə 2-ci dərəcəli frezerçi keçirilmiş, 05.05.1976-cı ildə 3-cü dərəcəli frezerçi keçirilmiş, 24.10.1977-ci ildə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, 06.02.1980-ci ildə Vorovski adına Bakı X1 alətlər sexinə 3-cü dərəcəli frezerçi kimi qəbul edilmiş, 13.05.1981-ci ildə işdən azad edilmiş, 05.06.1981-ci ildə işdən azad etmənin ləğv edilməsi və alətlər sexində orta qazancın ödənilməsi ilə 3-cü dərəcəli frezerçi kimi işə bərpa edilmiş, 12.06.1981-ci ildə işdən azad edilmiş, 08.07.1981-ci ildə “Neft Daşları” X16 İdarəsi qazma avadanlığı, borular və turboboruların yayma və təmir sexinin mexaniki emalatxanasına 3-cü dərəcəli xarrat kimi qəbul edilmiş, 22.08.1981-ci ildə həmin sexə 3-cü dərəcəli frezerçi kimi keçirilmiş, 15.07.1982-ci ildə 4-cü dərəcəli frezerçi ixtisas dərəcəsi verilmiş, 01.10.1985-ci ildə işdən azad edilmiş, 02.10.1985-ci ildə Bakı X4 X10 Birliyi “Soyuzneftmaş” SSR ”Minximnefmaş” zavoduna 4-cü dərəcəli frezerçi qəbul edilmiş, 15.12.1987-ci ildə 5-ci dərəcəli frezerçi dərəcəsi verilmiş, 14.09.1992-ci ildə işdən azad edilmiş, 15.09.1992-ci ildə X12 7 saylı sexə zavodun ştatına 5-ci dərəcəli frezerçi kimi keçirilmiş, 01.03.1999-cu ildə ikinci ixtisas verilmiş: 2-ci dərəcəli rəndəçi, 01.07.2000-ci ildə üçüncü ixtisas verilmiş: 3-cü dərəcəli oyma-cilalayıcı, 14.08.2000-ci il ildə 7 saylı sexə 5-ci dərəcəli oyma-cilalayıcı kimi keçirilmiş, 01.06.2005-ci ildə həmin sahədə 6 dərəcəli yivləri cilalayan keçirilmiş, 25.01.2010-cu ildə işdən azad edilmiş, 19.04.2010-cu ildə "xxxx" TASC mexaniki təmir sexinə 5-ci dərəcəli frezerçi vəzifəsinə qəbul edilmiş, 01.07.2011-ci ildə işdən azad edilmiş, 01.07.2011-ci ildə “X14 Kompani ŞA” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi yerüstüavadanlıqların təmirquraşdırılması sexinə 5-ci dərəcəli frezerçi qəbul edilmişdir və hal-hazıra kimi işləyir (21.05.2021-ci il). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Göründüyü kimi, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət və işlədiyi dövr nəzərə alınmaqla, o, 01.01.2006-cı il tarixədək 25 ildən çox (31 il 02 ay 06 gün) ümumi sığorta stajına malikdir. Məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd edir ki, iddiaçı 16.07.1974-cü ildən 24.10.1977-ci ilədək, 06.02.1980-ci ildən 13.05.1981-ci ilədək, 05.06.1981-ci ildən 12.06.1981-ci ilədək Vorovski adına Bakı X1 alətlər sexində frezerçi, 08.07.1981-ci ildən 22.08.1981-ci ilədək “Neft Daşları” X16 İdarəsində tornaçı, həmin yerdə 22.08.1981-ci ildən 01.10.1985-ci ilədək frezerçi, 02.10.1985-ci ildən 14.09.1992-ci ilədək Bakı X4 Zavodunda frezerçi, 15.09.1992-ci ildən 01.03.1999-cu ilədək X3 frezerçi, 19.04.2010-cu ildən 01.07.2011-ci ilədək "xxxx" TASCdə frezerçi, 01.07.2011-ci ildən “X14 Kompani ŞA” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində frezerçi vəzifələrində işləmişdir, həmin vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4682/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4682/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver