Məhkəmə qərarları › İş №2-1(112)-4683/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4683/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4683/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “iddiaçının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, cavabdehin nümayəndəsi nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) məcburi köçkün statusu vardır və bu barədə ona Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən seriya AA 375482 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti almışdır. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Yanşaq kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliyinin 487 nömrəli xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, (Mürsəlova) İddiaçı Şuşa rayon sakini ilə ailə qurmuş, onun vahid aylıq müavinəti 01 dekabr 2023-cü il tarixədək aylar üzrə tam ödənilmişdir, həmin aydan Nümayəndəliyin daimi qeydiyyatından çıxarılmışdır. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş, ərazilərinə “Böyük qayıdışa dair İ Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin və işğaldan azad edilmiş, ərazilərin rayon İcra hakimiyyətlərinin üzərinə müvafiq tapşırıqlar qoyulmuşdur. Odur ki, Kəlbəcər rayon Yanşaq kənd sakini Rzazadə (Mürsəlova) X5 rayon Yanşaq kənd sakini olmuşdur və Kəlbəcər rayonu üzrə vahid aylıq müavinəti valideynin təsərrüfatından ********** bank hesablaşma hesabatından almışdır. O, Şuşa rayon sakini X6 ilə nikaha daxil oldğu üçün xx.xx.2023-cü tarixdən Kəlbəcər rayonu üzrə daimi qeydiyyatdan çıxmasa da vahid aylıq müavinət alan şəxslərin adlı siyahısından çıxarılmışdır. İddiaçı nikaha daxil olduğu Şuşa rayon Qaybalı kənd sakini X2 ailə təsərrüfatına alınmasına və adının təsərrüfatbaşına kitabına işlənərək faktiki yaşadığı ünvana, yəni ailəsinin üzərinə qeydiyyata düşməsinə müvafiq icazə verilməsinə, ona ödənilən vahid aylıq müavinətin ailə təsərrüfatından alınmasına davam etməsinə, həmçinin Azərbaycan Respublikası Nazirrlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və komunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun olduğu təqdirdə ona vahid aylıq müavinətin ödənilməsinə göstəriş verməsi xahiş edilmişdir.” Cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2023-cü il tarixli 5- 55/2- 607/2023 nömrəli məktubuna əsasən Kəlbəcər rayon sakini İddiaçı Şuşa rayon sakini X6 ilə ailə qurduğu üçün Kəlbəcər rayonu üzrə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından çıxarılmışdır. Vətəndaşın Şuşa rayonu üzrə vahid aylıq müavinət alanların məcburi köçkünlərin adlı siyahısına yazılması məqsədilə onun sənədlərinə baxış keçirilmiş və müvafiq qaydada araşdırma aparılmışdır. Məlum olmuşdur ki, vətəndaşa Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə əsasən (məcburi köçkün statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan) vahid aylıq müavinətin təmin edilməsi mümkün deyildir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli 5-77/2-131/5/2024 nömrəli imtinasının əsassız sayılması və İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Məcburi köçkün vəsiqənin seriyası AA № 375482, verilmə tarixi xx.xx.2016-cı ildir. 2022-ci il tarixdə icma nümayəndəsi olan məcburi köçkün Şuşa rayonu, Qaybalı kənd qeydiyyatında olan, hazırda Goranboy rayonu, Xocalı qəsəbəsində məskunlaşmış məcburi köçkün X6 ilə nikahı xx.xx.2022-ci il taxidə 2 saylı Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 739 sayla qeydə aldırmaqla rəsmiləşdirmişdır. Bu nikahdan xx.xx.2023-cü ildə X3 doğulmuşdur. Dövlət tərəfindən ona verilən vahid aylıq müavinət 2024-ci ilin yanvar ayında dayandırılmışdır. 2024-cü ildə iddiaçının Vahid aylıq müavinətin kəsilməsi onun konstitusion hüquqlarını pozmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehnə rəsmi qaydada müraciət edərək, adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi ilə bağlı xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 5-77/2-131/5/2024 nömrəli məktubu ilə vahid aylıq müavinətin ödənişinin bərpasından imtina edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı münasibət bildirmişdir. Münasibətdə göstərilmişdir ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2023-cü il tarixli 5-55/2-607/2023 nömrəli məktubuna əsasən Kəlbəcər rayon sakini İddiaçı Şuşa rayon sakini X6 ilə ailə qurduğu üçün Kəlbəcər rayonu üzrə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından çıxarılmışdır. Vətəndaşın Şuşa rayonu üzrə vahid aylıq müavinət alanların məcburi köçkünlərin adlı siyahısına yazılması məqsədilə onun sənədlərinə baxış keçirilmiş və müvafiq qaydada araşdırma aparılmışdır. Məlum olmuşdur ki, vətəndaşa Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.8 bəndinə əsasən (məcburi köçkün statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan) vahid aylıq müavinətin təmin edilməsi mümkün deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı barədə məlumat şəxsin iddia ərizəsində göstərdiyi (***-***-**-**) mobil telefon nömrəsinə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) SMS-lə çatdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-8-2-ci bəndinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə inzibati mübahisələr üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətləri nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Hazırkı işin hallarından göründüyü kimi, Kəlbəcər rayon sakini İddiaçı Şuşa rayon sakini X6 ilə ailə qurduğu üçün Kəlbəcər rayonu üzrə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından çıxarılmışdır. İddiaçının Şuşa rayonu üzrə vahid aylıq müavinət alanların məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi məqsədilə onun sənədlərinə baxış keçirilmiş və müvafiq qaydada araşdırma aparılmışdır və onun adı vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməmişdir. Səbəb kimi isə iddiaçının təqvim ili ərzində 182 gündən artıq müddətdə başqa ölkədə olması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı 2022- 2023-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2022-çıxış, xx.xx.2023-giriş. Göründüyü kimi, İddiaçı 2022-2023-cü illər ərzində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 07 ay 17 gün (230 gün) Azərbaycan Respublikasının ərazisində olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. 2.Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; (-). Göründüyü kimi, iddiaçı təqvim ili ərzində cəmi 182 gündən artıq (230 gün) müddətdə başqa ölkədə olduğundan cavabdehin yuxarıda qeyd edilən Qaydanın 2.8-ci bəndinə əsasən onun tələbini təmin etməsindən imtinası qanuni olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “iddiaçının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi”nə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar