Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4685/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X3 iştirakı ilə, iddiaçının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 10 mart 2005-ci il təvəllüdlü oğlu X7 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1973-cü ildə Cəbrayıl rayon Nüzgar kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 15 mart 1992-ci ildən 08 iyul 1996-cı il tarixə kimi Cəbrayıl, Ağdam və Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayıl rayonunun məlum işğalından və hərbi xidmətdən təxris olunduqdan sonra məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonu ərazisində məskunlaşmışdır. 10 iyun 2003-cü ildə Sumqayıt şəhərində qeydiyyatda olan Abbasova Sevda İsmayıl qızı ilə rəsmi nikaha girməklə evlənib ailə həyatı qurmuş, birgə nikahdan 29 avqust 2003-cü ildə X12, 10 mart 2005-ci ildə X14 və 12 iyul 2008-ci ildə X15 adlı övladları doğulmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 24 avqust 2009-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar Abbasova Sevda İsmayıl qızının himayəsində saxlanlmaqla onların maddi ehtiyacı üçün aliment təyin olunmuşdur. Bir müddətdən sonra Abbasova Sevda İsmayıl qızı 10 mart 2005-ci ildə doğulmuş X8 və 12 iyul 2008-ci ildə doğulmuş X9 İddiaçı himayəsinə ataraq getmişdir. Uşaqların himayəsinə verilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmiş, Abbasova Sevda İsmayıl qızı qarşılıqlı iddia ilə uşaqların alınıb ona verilməsi və alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsindən narazı qaldığı üçün Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermiş və sonda barışıq sazişi əsasında hər ikisi iddiadan imtina etmişlər. Həmin vaxtdan uşaqlar onun himayəsində yaşayırlar. Böyük qızı 29 avqust 2003-cü ildə doğulmuş X12 anadan gəlmə xəstə olduğu üçün 28 iyul 2011-ci ildə vəfat etmişdir. 2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə himayəsində yaşayan 10 mart 2005-ci ildə doğulmuş X8 və 12 iyul 2008-ci ildə doğulmuş X1 üçün Abbasova Sevda İsmayıl qızından aliment tələbi barədə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə iki uşağın saxlanması üçün Abbasova Sevda İsmayıl qızından hər uşağa 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmışdır. X10 məcburi köçkün statusu var, müvafiq yemək xərci müavinəti alır, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komiitəsi tərəfindən ona məcburi köçkün vəsiqəsi verilmişdir. Birinci Qarabağ müharibəsində iştirak etdiyi üçün ona xx.xx.2000-ci ildə 043828 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Övladı 10 mart 2005-ci ildə doğulmuş X7 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi müraciət etmiş və həmin komitədən 01/3993 saylı xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə statusun və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə əsasən valideyinlərdən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyinlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Əlavə olaraq bildirilmişdir ki, övladının anası Abbasova Sevda İsmayıl qızı Sumqayıt şəhərində qeydiyyatda olduğu üçün 10 mart 2005-ci ildə doğulmuş X7 məcburi köçkün statusu və vəsiqə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “övladı xx.xx.2005-ci il təvəllüdlü X11 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/3993 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, İddiaçı həyat yoldaşı Abbasova Sevda ismayıl qızının qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün müraciətinin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə İlə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qayda!ar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün" statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna məlik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqə verilir. X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən oiunmuşdur ki, X5 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 2i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, X3 anası Abbasova Sevda İsmayıl qızı isə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, Abbasova Sevda İsmayıl qızı məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. X3 anası Abbasova Sevda İsmayıl qızının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Sumqayıt şəhəri" olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideyhlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, X3 anası Abbasova Sevda İsmayıl qızının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Qeyd olunur ki, X5 yetkinlik yaşına çatanadək “məcburi köçkün" statusuna malik şəxsin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda da elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün" statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusu olan şəxsin himayəsində olduğundan güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün" statusuna malikdirlər. Qeyd olunanlara əsasən iddianın rədd olunması məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddiaçı qismində X5 göstərildiyi, iddiaçının özü və onun qanuni nümayəndəsi İddiaçı tərəfindən imzalanmış iddia ərizəsinin dəqiqləşdirilməsi barədə əlavə ərizə təqdim etmişdir. Məhkəmənin xx.xx.2023-cüil tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və İddiaçı əsl iddiaçı X14 ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, anası Abbasova Sevda İsmayıl qızının qeydiyyatının ünvan 4 ünvanında olmasına görə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilərək iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. - Saatlı RPŞ tərfndən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının atası İddiaçı xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunun Nüzgar kəndində doğulmuşdur. Yaşayış yeri ünvan 2i ünvanıdır. - Cəbrayıl rayon Hərbi komissarlığı tərəfindən verilən xx.xx.2000-ci il tarixli M/V seriyalı 043828 №li vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququqna malikdir. - Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AA seriyalı, 167716 saylı məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmiş, sonradan vaxtaşırı olaraq xx.xx.2010, xx.xx.2011, xx.xx.2013, xx.xx.2014, xx.xx.2016, xx.xx.2018, xx.xx.2020, xx.xx.2022-ci il tarixlərdə hər il qeydiyyatdan keçmişdir. - Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixdə Sabuncu rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınmış AZ-İ №589266 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X14 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası- İddiaçı, anası- Abbasova Sevda İsmayıl qızıdır. - AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2005-ci il təvəllüdlüdür. - Cəbrayıl Rayon Məhkəməsinin 24 avqust 2009-cu il tarixli, 2(060)-11557/2016 saylı Qətnaməsindən görünür ki, iddiaçı Abbasova Sevda İsmayıl qızının iddiası təmin olunaraq, Abbasova Sevda İsmayıl qızı ilə İddiaçı arasında 10 iyun 2003-cü ildə Cəbrayıl rayon Qeydiyyatda bağlanmış 152 nömrəli nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından 29 avqust 2003-cü ildə anadan olmuş X12, 10 mart 2005-ci ildə anadan olmuş X14, 12 iyul 2008-ci ildə anadan olmuş X4 Abbasova Sevda İsmayıl qızının ödəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 24 iyul 2009-cu ildən başlayaraq İddiaçı işlədiyi təqdirdə qazancının və ya digər gəlirlərinin 1/2 (ikidə bir) hissəsi miqdarında, işləmədiyi, yəni sabit gəlirə malik olmadığı təqdirdə isə Respublika üzrə müəyyən olunmuş minimum emək haqqı məbləğinin 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq Abbasova Sevda İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. - Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınan və təsdiq edilən AZ- İ№117692 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Abbasova Sevda İsmayıl qızı arasında olan nikah ləğv edilmişdir, bu barədə xx.xx.2009-cu il tarixdə 58№ ilə müvafiq akt qeydi aparılmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2012-ci il tarixli, 2(106)-822/2012 saylı Qərardadından görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Abbasova Sevda İsmayıl qızı arasında bağlanmış 02 iyul 2012-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilmişdir: ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öhdəlikləri, həyat yoldaşı Abbasova Sevda İsmayıl qızına qarşı övladları 10 mart 2005-ci il təvəllüdlü X6 və 12 iyul 2008-ci il təvəllüdlü X4 onun himayəsinə verilməsi iddiasından imtina edir; ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Abbasova Sevda İsmayıl qızının öhdəlikləri: həyat yoldaşı İddiaçı qarşı iki övladının saxlanması üçün aliment tutulması iddiasından imtina edir: İddiaçı və Abbasova Sevda İsmayıl qızının ümumi öhdəlikləri: hər iki övladları 10 mart 2005-ci il təvəllüdlü X3 və 12 iyul 2008-ci il təvəllüdlü X9 himayə edərək onları hər ikisi maddi, mənəvi və s. cəhətdən öhdələrinə götürür və şəxsi işlərindən asılı olaraq vaxt məhdudiyyəti qoyulmadan hər birinin himayəsində qalmasını təmin edirlər: o. cümlədən uşaqların maddi cəhətdən təmin edilməsini könüllü olaraq təmin edirlər. İddiaçı ilə Abbasova Sevda İsmayıl qızı arasında barışıq sazişi təsdiq edildiyindən iş üzrə Cəbrayıl rayon məhkəməsinin 28 iyun 2012-ci tarixli, 2(072)270/2012 saylı qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. - Sumqayıt şəhər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli, 2(060)-11557/2016 saylı Qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin edilərək, cavabdeh Abbasova Sevda İsmayıl qızından xx.xx.2005-ci il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X19 qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər uşağa 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, xx.xx.2005-ci il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X2 İmran Kamran oğlunun himayəsinə verilməsi qət edilmişdir. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1907 №li arayışından qeyd edilmişdir ki, arayış İddiaçı oğluna onda ötrü verilmişdir ki, o, Cəbrayıl rayonunfan məcburi köçkündür, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən evdə məskunlaşmışdır. - Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, arayış verilir, Cəbrayıl rayon kənd sakini İddiaçı ondan ötəri ki, həqiqətən o, xx.xx.1973-cü ildə anadan olmuş və xx.xx.1990-cı il tarixdən Cəbrayıl rayon Nüzgrar kəndində qeydiyyatdadır.(Əsas: AZE: 0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsi barədə olan fərdi uçot kartoçkası) - Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, arayış verilir, İddiaçı ondan ötəri ki, o, 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, halhazırda Sabunçu rayonu, Q.Vəzirov 4 ünvanında müvəqqəti məskunlaşmışdır. Vahid aylıq müavinət alır. Əsas: Cəbrayıl rayon İHB-nın Quycaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 54№li arayışı. - Məhkəmənin sorğusuna cavab olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, rayonun Nüzga kənd sakini xx.xx.2005-ci il təvəllüdlü X3 adı 2005-ci ildən vahid aylıq müavinət alanların adlı siyahısına daxil edilmiş və hazıra kimi ona vahid aylıq müavinət ödənilir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin (Komitənin) qərarı əsasında verilir. Bu statusun verilməsi üçün şəxs Komitədə qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırkı iddiada məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X3 atası İddiaçı oğlu 1993-cü ildən Cəbrayıl rayonunun Nüzgar kəndindən məcburi köçkün düşmüşdür. Məcburi köçkün statusuna və vəsiqəsinə malikdir. Həmçinin müharibə veteranı statusuna malikdir. Hazırda ünvan 8 ünvanında ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışlar. Məcburi köçkün kimi İddiaçı özü və övladı - iddiaçı X14 vahid aylıq müavinət alırlar. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçının valideynləri arasında olan nikah pozulmuş, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən İddiaçı övladları onun himayəsinə verilmişdir. İddiaçı hazırkı tələblə bağlı Komitəyə müraciət etsə də, sonuncu iddiaçının anasının qeydiyyatının Bakı şəhərinə olması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın: - 1.2-ci bəndinə əsasən, işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir və Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. - Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. - 1.3. Məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir... - 1.4. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən ərazisi işğal olunmuş rayon icra hakimiyyəti başçısı tam məsuliyyət daşıyırlar. - 1.5. Dövlətqaçqınkom əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən hər ayın 20-dək məcburi köçkünlərin sayına dair rəsmi təsdiq edilmiş arayışa uyğun olaraq, tələb olunan aylıq müavinətin məbləğini müəyyənləşdirir və vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. - 1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yemək xərclərinin ayrılmasına dair təqdim olunmuş sifariş əsasında vəsaiti əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin xəzinə hesabına köçürür. - 1.7. Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri 1-2 gün müddətində daxil olunmuş vəsaitin BUS Bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Dövlətqaçqınkoma rəsmi məlumat verir. - 2.1. Məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda BUS Bankın idarə və filiallarına (sonradan filial adlanacaq) 2 №-li forma əsasında (forma əlavə olunur) təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün” statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Göründüyü kimi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutulmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İddiaçının anasının məcburi köçkün olmaması işin mübahisəsiz halını təşkil edir. Buna baxmayaraq, iddiaçı X5 hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Məhkəmə imtinanın “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, bəhs olunan Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı xx.xx.2005-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4685/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4685/2023
13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver