Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4686/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs X13) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 30.10.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və onun ünvan 1 ünvanına təkrar pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 81 saylı evin 30 saylı mənzili “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsinin 28 dekabr 2001-ci il tarixli 105 saylı orderinə əsasən fəhlə kimi iddiaçıya verilmişdir. Keçmiş həyat yoldaşı ilə həmin vaxt mənzildə qeydiyyatda olmaqla yaşamışlar və sonradan 13 may 2011-ci il tarixdə olanların nikahları ləğv edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2011-ci il tarixli, 2(007)-1090/2010 saylı qətnaməsi ilə iddiaçının həmin mənzilə köçürülməyi qət edilmişdir. Bundan sonra isə keçmiş həyat yoldaşı X14 iddiaçıya qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 19 dekabr 2016-cı il tarixli, 2(007)-7813/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş və onun Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 81 saylı evin 30 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Qeyd edilən prosesdən məlumatı olmadığı üçün iş icraya yönəltmiş və iddiaçı qanunsuz olaraq ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmışdır. Yalnız 2019-cu ildə həmin işdən məlumatlı olmuş və dərhal apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(103)-14468/19 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(007)-7813/2016 saylı qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi isə Ali Məhkəmədə qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 81 saylı evin 30 saylı mənzilindən qeydiyyatdan çıxarılmasına səbəb olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(007)-7813/2016 saylı qətnaməsi ləğv edilmişdir. Bu səbəbdən də ərizə ilə Nizami Rayon Polis İdarəsinə müraciət edərək pasport qeydiyyatının bərpa edilməsini xahiş etmişdir. Lakin Nizami Rayon Polis İdarəsi əsassız olaraq müraciəti təmin etməmiş və iddiaçıya bildirmişlər ki, təkrar qeydiyyata düşmək üçün məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddiaçı Polis İdarəsinin imtinasını yalnız 05.02.2021-ci ildə şəxsən almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4686/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərardadı ilə X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X13 14.06.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ünvanladığı iddiaya dair yazılı münasibətində bildirmişdir ki, səhhətində olan problemlərlə əlaqəli məhkəmə prosesində iştirak edə, maddi imkansızlıq səbəbindən vəkil xidmətindən istifadə edə bilmir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 23 saylı mənzil onun mülkiyyətində olmuş və bu mənzili başqa bir şəxsə qanuni alqı-satqı etmişdir. Hazırkı iddiaçının ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasında onun maraqlarına toxunacaq hər hansı hal yoxdur. Hesab edir ki iddiaçının iddia tələbinin hüquqi əsassı yoxdur, o, üçüncü şəxs qismində məhkəməyə cəlb olunmamalıdır, işin faktiki halları ilə ziddiyyət təşkil edir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, ona aid hissədə iş üzrə iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh və üçüncü şəxsin ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPŞ şöbəsinin 18.12.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanından 22.02.2017-ci il tarixdə qeydiyyatdan çıxmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1090/2010 saylı, 26 may 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 7813/2016 saylı, 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X13nın iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 81 saylı evin 30 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14468/2019 saylı, 10.12.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X13nın cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7813/2016 saylı, 19 dekabr 2016-cı il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7813/2016 saylı, 19 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qətnamənin təsviri əsaslandırıcı hissəsində qeyd olunur ki, hazırkı mübahisə ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.05.2011-ci il tarixli, 2(007)-1090/2011 saylı qətnaməsi mövcud olduğundan və həmin qətnamə qanunu qüvvəsini aldığından həmin qətnamədə müəyyən edilən hallar yenidən mübahisələndirilə bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2036/2020 saylı, 19.06.2020-ci il tarixli qərarı ilə iddiaçı X13nın verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsi iddiaçı X13nın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin təqdim etdiyi 02.04.2021-ci il tarixli, 087-8001- 1221 nömrəli və14.04.2021-ci il tarixli, 087-9410-1221 nömrəli məktublarda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü X22 oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 7813/2016 nömrəli, 19.12.2016-cı il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq 12 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 23.04.2021-ci il tarixli, 08 nömrəli arayışında qeyd edilmişdir ki, xidməti ərazidə olan Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilində X13 yaşayır və bir nəfər özü olmaqla qeydiyyatdadır. B.Nuriyev küçəsi, 81 saylı evin 30 saylı mənzilində X18 aşağıdakı ailə tərkibi ilə birlikdə yaşayır və qeydiyyatdadır: 1. özü: X18; 2. həyat yoldaşı: X30; 3. qızı: X31; 4. oğlu: X19. Sözügedən bina 1 saylı XTMKTB-nin balansındadır. B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzili 19.12.2018-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X13nın adına xüsusi mülkiyyətdədir. B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilinin nömrəsi dəyişməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin 07.05.2021-ci il tarixli, 2072-10 nömrəli məktubu ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1092/2010 saylı, 26.05.2011-ci il tarixli icra işinin surəti göndərilmişdir. Həmin məktuba aşağıdakı sənədlər əlavə edilmişdir: -Bakı şəhəri ünvan 6 26 may 2011-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İcra vərəqəsi 09 sentyabr 2019-cu ildə verilmişdir. -Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin 23.09.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilinə köçürülməlidir. İcra sənədi üzrə icraata başlanılması, borclu X6 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. -İddiaçı nümyəndəsi və vəkili Vəkil tərəfindən 28.08.2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2011-ci il tarixli, 2(007)-1090/2011 saylı qətnaməsinə əsasən X10 Bakı şəhəri, B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilinə köçürülməlidir. Qətnamə uzun müddət öncə qəbul edilməsinə baxmayaraq bu günə qədər icra edilməmişdir. İcra sənədinin icra edilməməsi nəticəsində hazırda tələbkarın yaşayış yeri yoxdur və müxtəlif yerlərdə qalmağa məcburdur. Ona görə də həmin qətnamənin icra vəziyyəti barədə iş materiallarına əsasən onlara rəsmi məlumat verilməsi, həmçinin əgər icra sənədi icra edilmədən geri qaytarılmışsa, təcili olaraq yenidən icraya yönəldilməsi xahiş edilmişdir. -İddiaçı Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı 19.11.2019-cu il tarixli ərizədə hal-hazırda yaşayış və qeydiyyatla bağlı qətnamədən şikayət verildiyi üçün ərizədə göstərilən köçürülmə ilə bağlı icra sənədinin icrasının müvəqqəti dayandırılmasını xahiş etmişdir. -Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin 28.11.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarından görünür ki, tələbkar İddiaçı ərizəsi nəzərə alınmaqla Nizami Rayon Məhkəməsinin 2(007)-6233 saylı, 21.11.2016-cı il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. -İddiaçı Nizami rayon və Probasiya şöbəsinə ünvanladığı 04.12.2019-cu il tarixli ərizədə ünvan 6 26.05.2011-ci il tarixli icra sənədi üzrə dayandırılmış icraatın təzələnməsi xahiş etmişdir. -Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin 15.01.2019-cu il tarixli icraatın yenilənməsi haqqında qərarından görünür ki, tələbkar İddiaçı ərizəsi nəzərə alınaraq ünvan 6 26 may 2011-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 14.06.2021-ci il tarixli, **********54 nömrəli məktubla Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 23 saylı mənzilə dair mülkiyyət hüquqlarının X13nın adına qeydiyyata alınmasına əsas olmuş aşağıdakı sənədlər təqdim edilmişdir: -BT və ŞİD Mənzil Kommunal İdarəsinin 28.12.2001-ci il tarixli, 105 nömrəli orderindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, otaq 30 2 nəfər ailə tərkibi ilə (X11 - özü, X15 - həyat yoldaşı olmaqla) X5 verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.06.2017-ci il tarixli, 27/4 nömrəli sərəncamından görünür ki, ünvan 8 ünvanda yerləşən keçmiş yataqxana binası mənzil fonduna daxil edildiyindən, X13 Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respubliaksında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş G.S.Pirquliyeva 2003-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Bəhruz Nuriyev küçəsində yerləşən 81 saylı evin, yaşayış sahəsi 17,0 kv.metr olan 1 otaqlı 23 saylı mənzilində yaşayır. Qeyd edilənlər nəzərə alınaraq Bakı şəhəri, Bəhruz Nuriyev küçəsində yerləşən 81 saylı evin, yaşayış sahəsi 17,0 kv.metr olan 1 otaqlı 23 saylı mənzilinə X4 adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması, qeyd olunan mənzilə G.S.Pirquilyevanın adına şəxsi maliyyə hesabının açılmasının 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 12 saylı Mənzil Kommunal İstismar Sahəsinə tapşırılması qərara alınmışdır. -1 saylı Xüsusi Təyinatlı MKTB-nin 12 saylı Mənzil Kommunal İstismar Sahəsinin 28.11.2018-ci il tarixli, 1532 nömrəli arayışında qeyd edilmişdir ki, verilir vətəndaş X7 ona görə ki, o, həqiqətən Bəhruz Nuriyev küçəsindəki 81 saylı evin 23 nömrəli mənzilində 4-cü mərtəbəsində 17,0 kv.metr sahəsi olan bir otaqlı mənzildə yaşayır. Mənzilin icarədarı X8r. Ailəsi 1 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar - X13 - özü, doğulduğu il 1964, qeydiyyata alındığı vaxt 2003. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 23 saylı mənzil X13nın adına 19.12.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi qeydiyyata alınmışdır. -01.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X13 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 23 saylı mənzili alıcı X1. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 23 saylı mənzil üzrə xüsusi mülkiyyət hüququ X20 adına 02.06.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 12 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 20.08.2021-ci il tarixli, 22 nömrəli məktubuna əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 30 saylı mənzili ilə bağlı şəxsi hesab vərəqəsi 23.08.1993-cü il tarixli, 96 nömrəli order əsasında X16 adına açılmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti “Bakıbaştikinti” idarəsinin 23.08.1993-cü il tarixli, 96 nömrəli orderinə əsasən X17 “Bakıbaştikinti” idarəsinin 8-ci km Darvin küçəsindəki 8 nömrəli ailəlilər yataqxanası 1-ci blok, 5-ci mərtəbə, 39, 42 saylı otaqlarında yaşamaq hüququ verilir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 30.10.2020-ci il tarixli, 087- 26724B nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhəri, Nizami RPİ-nə ünvanlanmış 21.10.2020-ci il tarixli müraciətinizə Nizami RPİ-nin QMB-si tərəfindən baxılmışdır. Müraciətinizdə sizin yenidən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 81 saylı evin 30 saylı mənzilinə qeydiyyata düşməyinizi göstərmisiniz. Bildirilir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, barənizdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 10.12.2019-cu il tarixli, 2( 103)-14468/2019 saylı qətnaməsi vardır. Həmin qətnamədə göstərildiyi kimi sizin yuxarıda qeyd olunan ünvana qeydiyyata alınmağınız üçün iş üzrə yeni qətnamə qəbul olunmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz zəruridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən mənzilə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 30 nömrəli mənzillə bağlı iddiaçının adına iki nəfər ailə tərkibi ilə bilrikdə (özü və arvadı X13) BT və ŞİD Mənzil Kommunal İdarəsi tərəfindən 28.12.2001-ci il tarixli, 105 nömrəli order verilmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 30 nömrəli mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçı ilə X13 arasında nikah 13.05.2011ci il tarixdə pozulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1090/2010 saylı, 26.05.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 23 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7813/2016 saylı, 19.12.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X13nın iddiası əsasında X2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 30 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7813/2016 saylı, 19.12.2016-cı il tarixli qətnaməsi əsasında İddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 30 nömrəli mənzilə pasport qeydiyyatından 22.02.2017-ci il tarixdən çıxarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1090/2010 saylı, 26 may 2011-ci il tarixli icra vərəqəsi 09.09.2019-cu ildə verilmiş və həmin icra vərəqi əsasında Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilinə köçürülməsi barədə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14468/2019 saylı, 10.12.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 7813/2016 saylı, 19 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14468/2019 saylı, 10.12.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2036/2020 saylı, 19.06.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırkı iddia üzrə iddiaçı onun Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 30 nömrəli mənzildən qeydiyyatdan çıxarılmasına əsas olmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7813/2016 saylı, 19.12.2016-cı il tarixli qətnaməsinin ləğv edildiyini əsas gətirərək həmin mənzilə qeydiyyatının bərpasını tələb etsə də məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi bu hal onun sözügedən 81 saylı evin 30 saylı mənzilinə yenidən qeydiyyata alınmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan hallardan müəyyən olunur ki, ilkin olaraq iddiaçının adına verilmiş order Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 30 nömrəli mənzillə bağlı olmasına və iddiaçının məhz 30 nömrəli mənzilə vaxtilə qeydiyyata alınmasına baxmayaraq, mülki məhkəmə icraatında iddiaçı ilə keçmiş arvadı X13 arasında yaranmış mübahisə nəticəsində İddiaçı məhz Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 23 saylı mənzilinə istifadə hüququ müəyyən edilərək həmin mənzilə köçürülməsi qət edilmiş və sonuncunun 23 nömrəli mənzilə köçürülməli olması ilə bağlı icra vərəqəsi verilmişdir. İcra vərəqəsi 09.09.2019-cu ildə verilmiş, lakin hazırkı halda icra olunmamışdır. İşin digər bir tərəfi ondan ibarətdir ki, sonradan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14468/2019 saylı, 10.12.2019-cu il tarixli qətnaməsi ilə X2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 30 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilmiş və bu zaman məhkəmə İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı evin 23 nömrəli mənzilinə köçürülməsi barədə Bakı şəhəri ünvan 6 26.05.2011-ci il tarixli qətnaməsinin mövcudluğuna istinad etmişdir. Belə ki, məhkəmə həmin qətnamədə qeyd etmişdir ki, “..hazırkı mübahisə ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1090/2010 saylı, 26.05.2011-ci il tarixli qətnaməsi mövcud olduğundan və həmin qətnamə qanuni qüvvəsini aldığından həmin qətnamədə müəyyən edilən hallar yenidən mübahisələndirilə bilməz. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.05.2011-ci il tarixli 2(007)-1090/2011 saylı qətnaməsində göstərilmişdir ki, icarədar olan iddiaçı X3 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81, 23 saylı mənzili üzərində istifadə hüququ, cavabdeh X12 tərəfindən qanuna zidd olaraq məhdudlaşdırıldığından həmin hüquq bərpa edilməli, o həmin mənzilə köçürülməlidir”. Eyni zamanda müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.06.2017-ci il tarixli, 27/4 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 81 saylı evin 30 saylı mənzilinə deyil, 23 saylı mənzilinə X4 adına kirayə müqaviləsinin bağlanılması qərara alınmış, daha sonra daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan təqdim edilən 30 saylı mənzilə dair order və 23 saylı mənzilə dair mənzil kirayə müqaviləsini əsas götürərək 23 saylı mənzil üzərində mülkiyyət hüquqlarını G.S.Pirquliyevanın adına qeydiyyata almışdır. Beləliklə, ilkin hüquqmüəyyənedici sənədlərdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 81 saylı evin 30 saylı mənzili göstərilsə də məhkəmə qətnaməsi ilə iddiaçının bilavasitə köçürülməsi qət edilmiş mənzil 23-dür. Sözügedən 81 saylı binada yerləşən 30 saylı mənzilin nömrəsi dəyişməmişdir, 23 və 30 saylı iki ayrı mənzil vardır. İddiaçının 23 saylı mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olsa da hal-hazıradək icra olunmamış, iddiaçı həmin mənzilə köçürülməmişdir. Başqa sözlə, hazırkı halda iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2011-ci il qətnaməsi ilə istifadə hüququ təsdiq edilmiş mənzil 23 nömrəli mənzildir. Məhz 23 nömrəli mənzilə dair S.G.Pirquliyevanın adına balanssaxlayıcı ilə mənzil kirayə müqaviləsi bağlanılmış və özəlləşdirilərək adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırkı halda adıçəkilən 23 nömrəli mənzili G.S.Pirquliyeva 3-cü şəxsə satmış və üçüncü şəxsin adına mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddiaçının köçürülməsini tələb etdiyi 30 nömrəli mənzil isə dövlət mənzil fonduna aid olmaqla başqa bir şəxsin - X16 adına şəxsi hesab açılmaqla onun və ailə üzvlərinin istifadəsindədir. Beləliklə, iddiaçı 30 nömrəli mənzilə pasport qeydiyyatının bərpası ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin həmin 30 nömrəli mənzilə dair hüquqlarını müəyyən edən sənədləri təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.05.2011-ci il tarixli qətnaməsi ilə 30 nömrəli mənzilə dair iddiaçının əmlak hüquqları müəyyən edilmədiyindən, həmin mənzildə yaşamamaqla yanaşı sözügedən mənzil başqa şəxslərin istifadəsində olduğundan iddiaçının 30 nömrəli mənzilə pasport qeydiyyatı aparıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının 30 nömrəli mənzilə qeydiyyata alınması ilə bağlı müraciətini təmin etməməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanına təkrar pasport qeydiyyatına alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 30.10.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və onun ünvan 1 ünvanına təkrar pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4686/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4686/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver