Məhkəmə qərarları › İş №2-1(112)-4688/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4688/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4688/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və 3-cü şəxs "xxxx" MMC-yə qarşı "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixində bağlanmış müqaviləsinin “işçinin öz xahişi ilə” əsası ilə xx.xx.2015ci il tarixindən xitam verilməsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq qeydlərin aparılması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onunla "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinin “a” yarımbəndində nəzərdə tutulmuş ”işçinin öz xahişi ilə” əsası ilə xx.xx.2015-ci il tarixindən xitam verilməsi barədə X1 sistemində müvafiq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işçisi olduğu "xxxx" MMC-nin dayandırılması ilə əlaqədar olaraq X2 iddiaçının "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə 4 HH2P7B000100 saylı bildirişinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq “Tur operator” vəzifəsinə işə qəbul olunmuş, müəyyən müddət sonra xx.xx.2015-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Lakin, işdən azad edilməmişdən xeyli müddət keçməsinə baxmayaraq, bu günə kimi işəgötürən "xxxx" MMC tərəfindən “əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində yerləşdirilməmişdir. Bu səbəbdən də, həmin tarixdən bu günə kimi digər işəgötürənlərlə əsas iş yeri üzrə əmək müqaviləsi bağlaya bilmir və ciddi maliyyə itkilərinə məruz qalır. Üzləşdiyi çətinliyin aradan qaldırılması üçün xx.xx.2019-cu il tarixində "xxxx" MMC-yə, əmək müqaviləsinə xitam verilməsi barədə elektron portalda qeydiyyat aparılması üçün ərizə ilə müraciət etmişdir. Lakin ərizə "xxxx" MMC-nin artıq qeyd olunan ünvanda fəaliyyət göstərmədiyindən poçt tərəfindən geri qaytarılmışdır. Onda olan məlumata əsasən, həmin müəssisə rəhbəri həbs edilib və hüquqi şəxs də ümumiyyətlə fəaliyyətini dayandırıb. Pozulmuş hüquqların bərpası üçün, xx.xx.2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə 5 saylı region üzrə X8 tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş **********2 saylı cavab məktubunda bildirilmişdir ki, “qeyd olunan məsələ ilə bağlı "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli, **********1 saylı məktubla müraciət olunmuş, lakin "xxxx" MMC-nin artıq həmin ünvanda olmaması səbəbindən məktub xx.xx.2019-cu il tarixində poçt tərəfindən geri qaytarılmışdır. Davamında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.” Bununla da hüquqlarının inzibati icraat çərçivəsində bərpa olunması, yəni işdən azad olunması barədə elektron portalda qeydiyyat mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. 22 may 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsinə dair ərizəsinə əlavə edərək qeyd etmişdir ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının vəkil sorğusuna verdiyi xx.xx.2020-ci il tarixli **********6 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta olunanlar haqqında hesabatlarda sığorta olunan kimi onun məlumatları qeyd olunmamış, buna görə də X1 Sisteminin “Sığorta AS (hesabat)” alt sistemində “sığortaolunanların hesabları” bölümündə onun məlumatları öz əksini tapmamışdır. Ümumiyyətlə, iddiaçı həmin şirkətdə işlədiyi xx.xx.2015-xx.xx.2015 tarixlər arasında da adına əmək haqqı kartı açılmamış, nəticədə əmək haqqı da ödənilməmişdir. Vəkil sorğusuna verilən cavabdan belə başa düşür ki, X5 sistemdə qeydiyyatdan keçirilməsi də cərimələrdən qaçmaq üçün görüntü xarakterli olmuşdur. Bu halda müddətsiz X5 mərkəzləşdirilmiş elektron sistemdə “etibarlı” statusunda qalması onu daha çox mənəvi və maddi itkilərə məruz qoyur, çünki vakant olan həm əsas iş yerləri üzrə, həm də əlavə iş yerləri üzrə müraciətləri əsas iş yeri üzrə işəgötürənin razılığı olmadığı üçün müraciətləri qəbul olunmur. Xarici dil bilikləri və sahib olduğu iş qabiliyyətlərinə baxmayaraq hazırki vəziyyətə görə özü və ailəsi əziyyət çəkir. Məhkəmənin “3-cü şəxs "xxxx" MMC-yə qarşı rayon məhkəməsində iddia qaldırılması” haqqında tövsiyyəsinə dair xx.xx.2020-ci il tarixli məktubundakı hüquqi mövqe ilə əlaqədar qeyd edir ki, tərəfindən ilk öncə "xxxx" MMC və AR ƏƏSMN qarşı verdiyi ərizə Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 2681/2020 saylı qərardadı ilə geri qaytarılmışdır. Habelə, ümumi qaydada 3-cü şəxs "xxxx" MMC-yə qarşı (əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin qoyulması məzmununda) iddia qaldırmaq isə onun düşdüyü hazırki vəziyyətdən çıxış imkanı yaratmayacaq. Belə ki, "xxxx" MMC “bir direktor və bir möhürdən” ibarət hüquqi şəxslərdəndir, əldə etdiyi məlumata görə hüquqi şəxsin direktoru həbsdədir, ayrıca istər onun, istər Əmək Müfəttişliyinin regional qurumlarının MMC-yə indiyə qədər göndərdiyi bütün məktublar geri qayıdır. Bu isə, mülki icraat çərçivəsində qəbul olunacaq məhkəmə aktının icrasının qeyri-mümkünlüyünün bundan sonra da illərcə davam etməsi deməkdir. Bu baxımdan hazırki inzibati iddia icraatı çərçivəsində iddiaya baxılması həm obyektiv həqiqət, həm də prosessual qənaət baxımından düzgün hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, "xxxx" MMC ilə bağlanılmış əmək müqaviləsi üzrə X1 Sistemində qeydə alınmış xxxxxxx000100 saylı bildirişin etibarsız hesab edilərək qüvvədən düşməsi ilə işəgötürənin hərəkətləri nəticəsində uğradığı hüquq pozuntusunun, maddi və mənəvi itkilərinin ən qısa zamanda aradan qaldırılması mümkün olacaqdır. Odur ki, iddiaçı "xxxx" MMC (VÖEN **********) ilə arasında bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə 4 HH2P7B000100 saylı bildirişin X1 Sistemində etibarsız hesab edilərək qüvvədən düşməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçının iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-də əmək müqaviləsinin xitam bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının müraciətinin tam araşdırılması məqsədi ilə tərəflərindən "xxxx" MMC-nin ünvanına poçt vasitəsi ilə xx.xx.2019-cu il tarixli **********1 saylı məktub göndərilmiş və xx.xx.2019-cu il tarixdə poçt tərəfindən, "xxxx" MMC-nin həmin ünvanda yerləşmədiyinə görə məktub geri qaytarılmışdır. Nümayəndə qeyd etmişdir ki, iddiaçı 5 saylı region üzrə X7 verdiyiniz izahatında "xxxx" MMC ilə əlaqə yarada bilmədiyini və hal-hazırda fəaliyyət göstərmədiyini qeyd etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, iddiaçı “xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunmuş və onunla bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilmişdir. Daha sonra "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından iddiaçının əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. İddiaçı bununla bağlı ərizə ilə Xidmətin 5 saylı Region üzrə X7 müraciət etmişdir. Müfəttişlik tərəfindən həmin ərizəyə xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla cavab verilmişdir. Həmin məktubda göstərilmişdir: “Sizin "xxxx" MMC-də əmək müqavilənizin xitam bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyiniz müraciətinizə 5 saylı region üzrə X6 baxıldı. Müraciətin tam araşdırılması məqsədi ilə tərəfimizdən "xxxx" MMC-nin ünvanına poçt vasitəsi ilə xx.xx.2019-cu il tarixli **********1 saylı məktub göndərilmiş və xx.xx.2019-cu il tarixdə poçt tərəfindən, "xxxx" MMC-nin həmin ünvanda yerləşmədiyinə görə məktub geri qaytarılmışdır. O cümlədən, Sizin 5 saylı region üzrə X7 verdiyiniz izahatınızda "xxxx" MMC ilə əlaqə yarada bilmədiyinizi və hal-hazırda fəaliyyət göstərmədiyinizi qeyd etmisiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 5 saylı region üzrə X8 tərəfindən iddiaçıya ünvanlanan 1248 saylı xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Sizin X8 Xidmətinə Asklepiy MMC-dən əmək müqavilənizə X5 X2 xitam verilməməsi barədə daxil olmuş şikayət ərizənizə müvafiq qaydada 5 saylı region üzrə X6 baxıldı."xxxx" MMC-nin sabiq mühasibinin 5 saylı region üzrə X7 təqdim etdiyi izahatda 2015-ci ildə şirkətin rəhbərinin həbs edildiyi və müəssisənin fəaliyyətinin dayandırıldığı bildirilir.” DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının vəkil sorğusuna verdiyi xx.xx.2020-ci il tarixli **********6 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta olunanlar haqqında hesabatlarda sığorta olunan kimi onun məlumatları qeyd olunmamış, buna görə də X1 Sisteminin “Sığorta AS (hesabat)” alt sistemində “sığortaolunanların hesabları” bölümündə onun məlumatları öz əksini tapmamışdır. Göründüyü kimi müddətsiz X5 mərkəzləşdirilmiş elektron sistemdə “etibarlı” statusunda qalması iddiaçını daha çox mənəvi və maddi itkilərə məruz qoyur, çünki vakant olan həm əsas iş yerləri üzrə, həm də əlavə iş yerləri üzrə müraciətləri əsas iş yeri üzrə işəgötürənin razılığı olmadığı üçün müraciətləri qəbul olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması X2 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş X5 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. «X5 forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, X5 qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış X5 məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 N-li qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən X5 elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Yuxarıda sadalanan normalardan göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi bildirişi yalnız işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməlidir. Lakin, hazırkı halda işəgötürən tərəfindən həmin hərəkətin edilməsi mümkün deyil. Belə olan təqdirdə isə iddiaçının Konstitusiya və qanunlarla qorunan hüquq və mənafeləri pozulmuş olur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı işçisi olduğu "xxxx" MMC-nin VÖEN **********) fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq X2 iddiaçının "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə 4 HH2P7B000100 saylı bildirişinin etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə qoyulmalıdır.bildirişin X1 Sistemində etibarsız Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı qıznın işçisi olduğu "xxxx" MMC-nin dayandırılması ilə əlaqədar olaraq X2 iddiaçının "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə 4 HH2P7B000100 saylı bildirişinin etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar