Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4688/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı Qubadlı rayon Kənd Sovetliyi tərəfindən qeydə alınmış 22 saylı xx.xx.1947-ci il tarixli doğum haqqında şəhadətnamənin X3 məxsus olması və uşaq haqqında məlumat aktında ada dəyişiklik olunması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X1 1991-1997-ci illərdə Kəlbəcər rayonunda ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə yaralanmış, 1999-cu ildə DİN-nin Daxili Qoşunlarının hərbi həkim komissiyasının rəyi ilə atasına 2-ci qrup müharibə əlili statusu verilmişdir. 2003-cü ildə xəstəliyi ilə əlaqədar olaraq dünyasını dəyişmişdir. 23 dekabr 2021-ci il tarixdə Cənab Prezident ilham Əliyevin 1991-97-ci illərdə ərazi bütövlüyünün müdafiə olunması uğrunda gedən döyüşlərdə yaralanmış, əlil olmuş, şəxslərə birdəfəlik müavinət verilməsi barədə fərman imzalamışdır. X1 həmin Fərmanın təsir dairəsinə düşsə də, Dövlət Sosial Müdafiə Fonduna X1na dair sənədləri toplayıb təqdim edilməsi zamanı aidiyyəti orqan tərəfindən sənədlərin də, daha doğrusu doğum haqqında akt qeydində qeyri-müəyyənlik aşkar olunmuşdur. Belə ki, X1na verilmiş doğum haqqında şəhadətnamədə adı Mahir qeyd olunsa da, xx.xx.1947-ci il tarixli doğum haqqında akt qeydində adı Yamən qeyd edilmişdir. Bu barədə sənəddə qeyri-müəyyənliyin aradan qaldırılmasına dair Nərimanov rayon Qeydiyyat Şöbəsinə ərizə ilə köməklik götərilməsi barədə müraciət etsə də, xx.xx.2022-ci il tarixdə 172 №-li cavab məktubu ilə bu qeyri-müəyyənliyin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək ona tövsiyyə olunmuşdur. Bildirir ki, atası llyasov Mahir Qüdrət oğlu uzun illər cəbhəboyu bölgələrdə Daxili İşlər orqanlarında 1983-cü ildə müxtəlif vəzifələrdə xidmət etmiş, onu tanıyanlar və yaxın əməkdaşlar, qohumlar tərəfindən Mahir adı ilə tanımışlar. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X3 dair Qubadlı rayon Kənd Sovetliyi tərəfindən tərtib edilmiş 20 may 1947-ci il tarixli 22 nömrəli doğum akt qeydində uşaq qrafasında “Yamən” adının “Mahir” adına dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, işlərinin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imanları olmadığına görə xahiş edirlər ki, işə onların iştirakları olmadan baxılsın. Həmçinin bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydləri aşkar edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların iştirakları olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanımş xx.xx.2022-ci il tarixli, 172 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Lakin, atasının doğum haqqında şəhadətnaməsində və digər sənədlərində adı “Mahir” kimi qyed ediləsə də, Qubadlı rayon kənd sovetliyi tərəfindən qeydə alınmış 22 saylı xx.xx.1947-ci il tarixli doğum haqqında akt qeydində adı “Yamən” qeyd edilmişdir. Akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadığından, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş imtinadan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan ИE seriyalı, 776459 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1947-ci il tarixdə, Qubadlı rayonunda doğulmuş, Ata qrafasında X6, ana qrafasında X4 qeyd edilmişdir. Doğum aktı Qubadlı rayon Qubadlı kənd sovetində qeydə alınmışdır. İşdə olan sənədlərdən görünür ki, X3 məxsus olmuş “Müharibə veteranı” vəsiqəsi və əlillik vəsiqələri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş X3 məxsus 20 may 1947-ci il tarixli 22 nömrəli doğum akt qeydinə əsasən müəyyən edilmişdir ki, xx.xx.1947-ci il tarixdə Qubadlı rayonunda doğulmuş X2 adı doğum akt qeydində “Yamən” qeyd edilmişdir. Ata qrafasında X6, ana qrafasında X4 göstərilmişdir. Doğum akt qeydi Qubadlı rayon Kənd Sovetliyi tərəfindən tərtib edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 02 dekabr 2022-ci il tarixli, 172 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının mərhum atası xx.xx.1947-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. Onun doğum akt qeydinə əsasən tərtib edilmiş doğum haqqında şəhadətnaməsində və digər sənədlərində adı “Mahir” qeyd edilməsinə baxmayaraq, xx.xx.1947-ci il tarixdə Qubadlı rayon Kənd Sovetliyi tərəfindən tərtib edilmiş doğum akt qeydində yanlışlıqla adı “Yamən” şəklində qeyd edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməklə onun atasının doğum haqqında akt qeydində adı “Yamən”-dən “Mahir”-ə düzəliş edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001–ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1–ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 2–ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsaslında aparılır. Əsas Müddəaların 3–cü bəndinin 8–ci hissəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin olmasının qeyddə dəyişikliyə səbəb olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X3 məxsus Qubadlı rayon Kənd Sovetliyi tərəfindən tərtib edilmiş 20 may 1947-ci il tarixli 22 nömrəli doğum akt qeydində uşaq qrafasında “Yamən” adının “Mahir” adına düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4688/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4688/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver